30.5.20

Acgözlüyə Aid Atalar Sözləri

acgozluye-aid-atalar-sozleri-acgozluk-tamahkarliq
Tamahkarlıq insanın düşmənidir.

Paxılın gözü doymaz.

Paxıla Tanrı verməz, versə də qarnı doymaz.

Xəsis acgöz olar.

Xəsisin qarnı doysa da gözü ac olar.
acgozluluye-aid-acgozlu-haqqinda-Atalar-sozleri-tamahkar-acgoz-.jpg

Acgözlüyə Aid Atalar Sözləri


Xəsis acgöz olar, kinli - inadkar.

Tamahkarlıq başa bəladır.

Tamahkarın gözü kor olar.
tamahkarliga-aid-tamahkarliq-haqqinda-Atalar-sozler

Acgozluye Aid Atalar Sozleri


Acın qarnı doyar, gözü doymaz.

Qurd acgöz olar.

Zalımın tamahı artıq, papağı yırtıq olar.

Yeyər doymaz, yatar durmaz.

Qarğa leş yeməyincə doymaz.
acgözlük haqqında atalar sözləri,tamahkarlıq haqqinda atalar sozleri,Atalar Sözləri


Zəlil adam tamahkar olar.

Tamahkarın imanı olmaz.

Tamahkar öz nəfsinin quludur.

Artıq tamah daş yarar, daş qayıdar baş yarar.

Acgöz, yalançı toruna düşər.


acgozluye-aid-atalar-sozleri-acgozluk-tamahkarliq-tamah-acgoz

Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.

Çox söz yalansız, çox pul haramsız olmaz.

Hər şeyin çoxu zərərdir.

Azın qədrini bilməyən çoxun da qədrini bilməz.

Tamah ağacınun barı xarlıqdır.

Nəfsi acgöz olanın çantası böyük olar.

Xala evinə öyrəşən ər evində qalmaz, min qapıdan pay uman bir qapıdan doymaz.

İnsanın gözü topraqdan doymaz.

Dadanan dayanmaz, yığdıqca da doymaz.
acgozluye-aid-atalar-sozleri-acgozluk-tamahkarliq-tamah-acgoz

Acgöz adam açıq gözdən kiprik qоpardır.

Çömçə ilə içdin doymadın, yalamaqilə doyacaqsan?

Çoban çox olanda qoyunu qurd yeyər.

Heyvanın acgözlüyü onu kökəldər, insanın acgözlüyü  onun başını yeyər.

İnsanın gözünü bir ovuc torpaq doydurar.

Acgöz insanı ancaq torpaq doydurar.


Etiketler: , , , ,

27.5.20

Məhəmməd Əmin Rəsulzadənin Sözləri Və Sitatları


Bir kərə yüksələn bayraq, bir daha enməz!


Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
(Şeirin müəllifi Əmin Abid Gültəkin, səslləndirən Məmməd Əmin Rəsulzadə)

Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm!

Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

İman, iman! İştə bu günün ən qüvvətli müdafei, ən qüvvətli amili budur.

Diləkləri öz dilində diləmək, istədiklərini öz dilində istəmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək bizcə daha məqbul görünüyor. Duaların mənalarını anlamaqla xalqda islamın ruhunu, fikrini anlamaq daha da irəlilər... Bu gün islam aləmində olan zahiri birlik o zaman ruhi və mənəvi birliyə mübəddəl olar.

Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq!
mehemmed-emin-resulzade-sozleri-28-may-gunu-Azad-Azerbaycan

mehemmed-emin-resulzade-sozleri-28-may-gunu-Azad-Azerbaycan

Tanınmış ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir.

Qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə yenidən doğacaq. Buna qətiyyən şübhə etməyin.

İnsanlara hürriyət, millətlərə istiqlal!

Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!


Etiketler: , , , , ,

25.5.20

Tərbiyə Haqqında Aforizmlər,Tərbiyəyə Aid Aforizmlər


Tərbiyə xoşbəxt günlərində insanın bəzəyi, bədbəxt günlərində sığınacaq yeridir.
 - Demokrit


Tərbiyə böyük işdir, insanın taleyini o həll edir.
- Vissarion Belinski

Tərbiyə hamının həmişəlik (əbədi) sərvətidir.
- Tofiq Hüseynzadə

Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.
- Demokrit

Ana, Ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar.
-Yohann Volfqanq Höte

İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki, əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır
- Georq Vilhelm Fridrix Hegel.

Bir uşağı tərbiyə edərkən öncə onun namuslu bir insan olması düşünülməlidir.. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır.
- Deni Didro

Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.

Ata-ananın ən dəyərli mirası tərbiyədir.

 Qız üçün ən gözəl cehiz ana-atadan öyrəndiyi tərbiyə və təcrübədir.

Heç bir insan,dünyaya yaxşı tərbiyə olunmuş ailə qədər önəmli bir miras qoya bilməz.

Əsl ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur.
- Mirzə Ələkbər Sabir.

Ən yaxşı tərbiyə yaxşı örnək olmaqdır.
- Lev Tolstoy
terbiyeye-aid-aforizmler-terbiye-haqqinda-aforizmler-ata-ana


Terbiye haqqinda aforizmler terbiyeye aid sozler

Tərbiyənin alət və vasitəsi məhəbbət, qayəsi isə insanpərvərlik olmalıdır. -
Vissarion Belinski

Tərbiyə bədəni və ruhu gözəlləşdirməlidir.
- Platon

Tərbiyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır.
- Cüzeppe Madzini

 Düzgünlük hər yerdə, xüsusən də tərbiyədə başlıca şərtdir.
- Lev Tolstoy

 Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq.
- Jan Jak Russo

Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir.
- Namiq Kamal

 Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...
- Əli bəy Hüseynzadə

Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur.
 - Y. Komenski.

 Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox.
- Nəsirəddin Tusi

Məni ancaq xalqımın xoşbəxtliyi, onun varlığı maraqlandırır. Xalqımın inkişafı üçün əsil şərt onun tərbiyə və təhsilidir.
- Hacı Zeynalabdin Tağıyev

Tərbiyəli adam vəzifəcə özündən aşağıdakılarla təkəbbürsüz, özündən yuxarıdakılarla isə hörmətlə və sərbəst danışmağı bacarar.
- Filip Dormer Çesterfrild

Tərbiyə ilə təhsil ayrılmazdır. Bilik vermədən tərbiyə etmək olmaz. Hər cür bilik isə tərbiyəvi təsirə malikdir.
- Lev Tolstoy

Tərbiyəsiz istedad heyifdir, istedadsız tərbiyə isə mümkün deyildir.
-  Sədi Şirazi

İnsanı əxlaqi yox, (ancaq) intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir.
- Teodor Ruzvelt

Tərbiyə vermək yuxudan oyatmaq deməkdir. -
Qotlib Teodor Hippel

Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.
- Viktor Hüqo

Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir.
- Nikolay Qoqol

Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.

 Kişinin də, qadının da tərbiyəsi bir-birləriylə müzakirə etdikləri zaman müəyyən olar.
- Corc Bernard Şou

Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.
- Mövlana
Tərbiyə Haqqında Aforizmlər,Tərbiyəyə Aid Aforizmlər

Dünyada dərd qədər yaxşı tərbiyəçi yoxdur.
- İohann Volfqanq Höte.

Qanunun qadağan etmədiyi bəzi şeyləri tərbiyə hissi qadağan edir.
- Seneka

Mənəvi tərbiyəni düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır”.
- Füyuzat jurnalından

Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur.
- Mustafa Kamal Atatürk

Deyirlər: "Qadın evdən çölə çıxmayıb uşaq tərbiyə etməlidir.
Qəribədir, elm və maarifdən xəbərsiz bir insan uşağını necə tərbiyə edə bilər?

Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmir və məhv olurlar.
- Deni Didro


Etiketler: , , , , ,

22.5.20

Güc Haqqında Atalar Sözləri


guce-ayid-atalar-guc-haqqinda-Atalar-sozleri-guclu-gucsuz-.jpg
El gücü, sel gücü.

Elin gücü, tufan gücü.

Elin gücü, yelin gücü, selin gücü – Güclü olar.

Güc birlikdədir.

Elin gücü bir olsa, düşməni dara çəkər.

Birləşən güc yenilməz.

Elsiz adam gücsüz оlar.
guce aid atalar sozleri,gücə aid atalar sözləri,Atalar Sözləri,atalar sozu,Güc haqqında atalar sözləri



Su suya qarışanda güclü olar.

Sel gücü, damcıdandır.

Birləşmiş qüvvə daha güclüdür.

Dostu çox olanın gücü çox olar.

Ağlı olan ərinməz, güclü olan sürünməz.

At gücünü karvanda gör, mərd gücünü meydanda.

Atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir).

Gec olar, güc olar.

Özündən güclü ilə vuruşma.

Gücənməsin biləyin, tükənməsin gücün.

Gücü var, təpəri yox.

Gücün çatmayan daşı qaldırma, zərbə düşərsən.

Ulağa gücü çatmır, acığını palanına tökür.

Ayı gücünə inanar, insan - ağlına.

Qurdun gücü dişindədir.

Filin gücü xortumundadır, dəvənin gücü dizində.

Siçanın aləmində pişikdən güclü heyvan yoxdur.

İnsanın dəlisi daşa güc eylər, öküzün dəlisi başa.

Güc əyir, güc də düzəldir.

Güclü gücsüzdən qisas almaz.

Uşaq atasından güclüsünü bilməz.

Qadının gücü göz yaşındadır.

Arvad nə qədər ağıllı olsa, ailə o qədər güclü olar.

Nəzakət kobudluqdan, haqlı haqsızdan güclüdür.

Tikmək güc aparır, yıxmaq asandır.

Qonaq güclü olsa, ev yiyəsini evdən qovar.

Qovanın gücü varsa, qaçanın da Allahı var.

Düşmən gücsüz də olsa, ehtiyatı əldən vermə.

Güclü olub ehtiyatlı olmayan çox yaşamaz.

İki yumruq bir başa gücdür.

Qolu güclü olan birinə üstün gələr, ağlı güclü olan çoxuna.

Elmin gücü,
Yıxar bürcü.

Qələmin ucu, qılıncın gücü.

Gücünə bax, şələni bağla.

Dilə güc vermə.

İgid səsinə güc verməz.

Hər kişi gücünə görə yük tutar.

Kasıb işi güc-qüvvətlə görər, varlı - mal-dövlətlə.

Sərf olunmayan güc get-gedə azalar.

İstəyin güclü olmasa oğul, gücün istəkli olsun.

Qoca güclü də olmasa, ağıllıdır.

Cavanın güc qoyduğu yerə, qoca çalışar ağıl qoysun.

Qartalın gücü caynağındadır.

İyirmisində - gözəl, otuzunda güclü, qırxında - ağıllı və əllisində varlı olmayandan heç nə gözləmə.

Torpaqda güclülər də çürüyür.

Güclü göy gurultusundan sonra güclü yağış olmur.

Həqiqəti ya güclü deyər, ya da axmaq.

Həm suçlu, həm güclü.

Zəifləri incidəni güclülər incidər.

Güc Haqqında Atalar Sözləri (Şəkilli)

guc-haqqinda-atalar-sozleri-guc-atalar-sozleri-guclu-guce-aid

guc-haqqinda-atalar-sozleri-guc-atalar-sozleri-guclu-guce-aid

Güc haqqında atalar sözləri,guc haqqinda atalar sozleri,


Güclü yanında gücsüz günahkar.

Güclü güc işlədər, zəif biclik.

Gücü gücümdən çox, ağlı ağlımdan az.

Ayı gücünə güvənər, tülkü hiyləsinə.

Aslan gücünə tülki neyləsin?

Güclüləri həya yıxar, zəifləri - qorxu.

Güc yiyəsi haqlı deyil, düz yiyəsi haqlıdır.

Qanun gücsüz olan yerdə dərd qadirdir.

Vicdan əzabı qamçıdan güclüdür.

Biləyi güclü birini yıxar, biliyi güclü minini.
guce-aid-atalar-guc-haqqinda-Atalar-sozleri-bilik-savad.jpg


Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə  pul saxla, savaşanda barışmağa üz saxla.



Etiketler: , , , , ,

21.5.20

Ədalət Haqqında Aforizmlər



 Ədalət kainatın ruhudur.
- Ömər Xəyyam


 Ədalət qütb ulduzu kimi yerində dayanar və qalan hər şey onun ətrafında dönər.
- Konfutsi

Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən yarana bilər.
- Anatol Frans

Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.
- Əbu Turxan

 İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.
- Viktor Hüqo

 Ədalətin olmadığı yerdə əxlaq da yoxdur.
- Mişel de Monten
edalet-haqqinda-aforizmler-edalete-aid-edaletli-edaletsiz-haqsizliq

edalet-haqqinda-aforizmler-edalete-aid-edaletli-edaletsiz-haqsizliq

 Ədalət olmayan yerdə insan həyatı heç nədir.
- İmmanuel Kant

Ədalət də sevgi və şərab kimi ürəklərin pasını silər.
- Xaqani Şirvani

 Zülmə nifrət edib ədaləti sevənə hamı ürəkdən bağlı olar.
- Qətran Təbrizi

Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.
- Viktor Hüqo

 İnsan üçün xoşbəxtlik qapısını ədalət açır.
- Platon

 Ədalət olmadan nizam olmaz.
- Alber Kamyu
edalete aid,Ədalət haqqında,ədalətə aid,edalete aid sozler,edalet haqqinda statuslar,

Ədalət Haqqında Aforizmlər 


 İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağlından şikayətçi deyildir.
- Lev Tolstoy

Ədalətin dəyirmanı yavaş dönər, lakin yaxşı dönər.
- Corc Herbert

Bir insana edilən ədalətsizlik hamı üçün həddədir.
- Şarl Lui Monteskyö

Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı.
- Frensis Bekon

Qüvvətə söykənməyən ədalət aciz, ədalətə söykənməyən qüvvət zalımdır.
- Blez Paskal

Ədalət güclü, güclülülər isə ədalətli olmalıdır.
- Blez Paskal
Ədalət Haqqında Aforizmlər
Ədalət Haqqında Aforizmlər 

 Ən böyük ədalətsizlik adil olmayıb adil adam kimi görünməkdir.
- Platon

Ədalətsizlik – mərdin ibadət məqamında namərdin əlinə qılınc verməkdir.
 - Əbu Turxan

Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.
- Heydər Əliyev

 Ədalətdən kənarda olan bilik müdriklik deyil, dələduzluqdur.
- Sokrat

Pisliyə ədalətlə, yaxşılığa yaxşılıqla cavab ver.
 - Lao Tzu

 Qanunsuz və ədalətsiz dünyada yaşayan insan yırtıcı heyvandan da təhlükəlidir.
- Aristotel

Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.
- Aristotel

İnsanların öldüyü heç bir savaş ədalətli deyildir.
- The Pianist

Ancaq elm bəşəriyyəti həqiqətə,   ədalətə və xoşbəxtliyə apara bilər.   
- Emil Zolya

Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar.
- Konfutsi

 Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
 Yer üzünün fatehi ədalətdir, ədalət!
- Nizami Gəncəvi

Ədalət dünyada əlvan gül açsın;
 Səadət günəşi nurunu saçsın.
 - Məmməd Rahim.

Etiketler: , , , , ,

19.5.20

Maraqlı Atalar Sözləri

Dəli dostun olunca ağıllı düşmənin olsun.

Hər quş öz tayı ilə uçar.

İstədiyin söyləyən, istəmədiyin eşidər.

Qabağa keçirsən, deyirlər bicdir, dala qalırsan, deyirlər gicdir.

Faydasız qohumdan faydalı yad yaxşıdır.

Pul kəsəni qılınc kəsməz.

Varlının varı yoxsulun çənəsini yorar.

Tamahkarın gözünü torpaq doydurar.

Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz.

Təmiz hava girməyən evə həkim girər.

Vaxtsız açılan gül tez solar.

Taylı tayın tapmasa, günü ah-vayla keçər.

Sahibsiz qoyunu qurd yeyər.

Öküzü buynuzundan, adamı sözündən tutarlar.

Yalançının ipi ilə quyuya düşən quyuda qalar.
maraqli-Atalar-sozleri-atalar-sozu-ve-meseller-2021-yalanci.jpg

Maraqlı Atalar Sözləri 


Əliəyri hey düzlükdən danışar.

El ağzında bir sözün yüz rəngi var.

Nə diriyə hay verər, nə ölüyə pay.

Kor kora kor deməsə bağrı çatlar.

Qorx Tanrıdan qorxmayandan.

Kələk ilə gələn,külək ilə gedər.
maraqli-Atalar-sozleri-atalar-sozu-ve-meseller-2021-kelek.jpg

Maraqli Atalar Sozleri 



Zaman keçər, söz qalar.

Hər ağac kötüyündən çürüyər.

Gülün qədrin bülbül bilir.

Adam qоcalanda ikinci dəfə uşaq оlur.

Dağına baxar qar verər, bağına baxar bar verər.

maraqli-atalar-sozleri-menali-atalar-sozu-Azerbaycan-deyimler

Dadsız aşa duz neyləsin, ağılsız başa söz neyləsin.

Çoban çox olanda qoyunu qurd yeyər.

Su yatar, düşmən yatmaz.

Çaqqalın yuxusuna toyuq gələr.

Cana gələn mala gəlsin.


Maraqlı Atalar Sözləri maraqli atalar sozleri çoban qoyun


Çoban çox olanda qoyunu qurd yeyər.

Güvənmə vara, düşərsən dara.

Eşşəyə qızıl yükləsən, qiyməti artmaz.

Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.

Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
maraqli-Atalar-sozleri-2021-gulmeli-atalar-sozu-ve-meseller-.jpg



Dovşana deyir, qaç, ovçuya deyir, tut.

Ac ayı оynamaz.

Abırı kimdən öyrəndin? - Abırsızdan.

Bulaq başından bulanar.

Əyri yolla qazanılmış var-dövlət və ad-san bulud kimi yox olub gedir.
maraqli-Atalar-sozleri-2021-atalar-sozu-ve-meseller-eyri-yol-.jpg



Bəyaz ipək hər rəngə boyanar.

Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.

Göy ağlamayınca, yer gülməz.

Ulu sözünə baxmayan ulaya-ulaya qalar.

Borc igidi əridər.

Şeytanın dostluğu dar ağacına qədərdir.

Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr.

Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin.
maraqli-atalar-sozleri-menali-atalar-sozu-Azerbaycan-deyimler

Bir qorxaq bir ordunu dağıdar.

Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər.

Bəy ilə bəy savaşdı, ortada kasıbın başı yarıldı.

Adama söykənmə – ölər, divara söykənmə – uçar.

Çörək baha olanda ölüm ucuz olar.

Yüz il qoyun kimi yaşamaqdansa, bir gün aslan kimi yaşamaq yaxşıdır.

Məzlumun ahı, devirər şahı.

Xalqın sədası, haqqın nidasıdır.



Etiketler: , , , , , ,

13.5.20

Pislik Haqqında Aforizmlər

pislik-haqqinda-aforizmler-pisliye-aid-pis-insanlar-pisler-aforizmYamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.
- Nizami Gəncəvi

Yaxşılığa gücün çatmırsa,  heç olmasa pislik etmə.
- Aristotel
pisliye-aid-aforizmler-pis-adamlara-aid-sozler-pislik-yaxsiliq-.jpg

Pislik Haqqinda Aforizmler 


Pis fikirlərin   olmasa, pis əməllərin də olmaz.
- Konfutsi

Səni sevən, pis işlərdən səni çəkindirər; sənə nifrət edən isə səni bu işlərə təşviq edər.
- İmam Hüseyn

Yaxşı işə həvəsləndirmək və pis işdən çəkindirmək sədəqədir.
- Məhəmməd Peyğəmbər

Söyüş haqsızların əlamətidir. -Jan Jak Russo
pisliyə aid sözlər,aforizmlər,pislik haqqında söyüş söymək haqsız



Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik.
- Xaqani Şirvani

Peşman olmaq istəmirsənsə, pis vərdişlərdən çəkin.
- Volter

Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər.
- Jan de Labrüyer

Başqalarını pisləməyi xoşlayanlarla dostluq etməyə dəyməz.
yaxsiliq ve pislik haqqinda,pisliyə aid sözlər,aforizmlər,pislik haqqında,


- Demokrit

Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin xasiyyətin onların xasiyyətindən pis şeylər oğurlayar.
- Platon

Yaxşı günündə sənə yaltaqlanan adam pis günündə sənə badalaq atar.
- Platon

Pisliyi bağışlamaqla sən başqa pisliyə kömək edirsən.
- Sun Dzı

Pis adam üçün bəd xəbər   verməkdən xoş əyləncə yoxdur.
- Şota Rustaveli

Bir insana ediləcək ən pis şey onu utandırmaqdır.
- Fridrix Nitsşe
pisliye aid aforizmler,pisliye aid sozler,pislik haqqinda aforizmler pislikle bagli


Pislik Haqqında Aforizmlər 


Yaxşılığı yalnız yaxşılar, pisliyi isə hamı başa düşür.
- Cənab Şəhabəddin

Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar.
- Əbu Turxan

Pis adam başqalarında da həmişə pislik axtarır.
- Fransis Bekon

İnsanları yaxşı tanıyın. Hər insanı pis bilib pisləməyin, hər insanı da yaxşı bilib tərifləməyin.
- Mövlana

pislik-haqqinda-aforizmler-pisliye-aid-pis-insanlar-pisler-aforizm

Unudansansa iki şeyi unut: kiməsə etdiyin yaxşılığı, kiminsə sənə etdiyi pisliyi.

Hər cür pisliyi etməyə müqtədir ikən, pis bir şey etməmək: Budur yaxşılıq.
- Andre Jid

İnsanı yaxşı tanıtmaq istəsən, heç kəsi inandıra bilməzsən, yox, əgər pisləsən, hər kəsi inandırarsan.
C. Dreper

 Bütün yaxşılıqlarımız və pisliklərimiz iradəmizin əsiridir.
- Epiktet

 Yaxşılıq, sadə; pislik isə çox istiqamətlidir.
- Aristotel

Çalışmaq bizi bu üç şeydən qurtarar: Can sıxıntısından, pis vərdişdən, yoxsulluqdan.
-  Volter

Səhvlər pis deyil. Onları düzəltməmək belə pis deyil. Pis olan, onları gizləməkdir.
- Bertolt Brext

Əslində heç bir şey yaxşı və ya pis deyil. Hər şey bizim onlar haqqında düşündüyümüzə bağlıdır.
- Uilyam Şekspir

Bizi öldürən qocalıq deyil, pis vərdişlərdir.
- Hippokrat

Yaxşı iş görməkldə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.
- Nəsirəddin Tusi

Pis insanın bəd əməlləri o öləndən sonra da yaşamaqda davam edir.
- Uilyam Şekspir

Bir tək insana edilən haqsızlıq, bütün bəşəriyyətə yönəlmiş bir təhdiddir.
haqsizliq-haqqinda-aforizmler-haqsizliga-aid-edaletsizlik-edaletsiz2-.jpg



Biz yaxşıları   mükafatlandırmaqla pisləri cəzalandırırıq.
-  Didro

Vicdan - yaxşı yolu işıqlandıran mənəvi çıraqdır amma nə vaxt ki, pislik edirlər, onu məhv edirlər.
- Fridrix Hegel

Pis işlərimizin ən güclü şahidi vicdanımızdır.
Hz. Ömər

Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.
- Xudu Məmmədov

Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz.
- Əbu Turxan

Dünyada hər pislik, demək olar ki, cəhalətdən gəlir.
- Albert Kamyu

Dünya, pislik edənlər üzündən deyil, tamaşaçı qalıb, heç bir şey etməyənlər üzündən təhlükəli bir yerdir.
- Albert Eynşteyn

Hər kəs insanlığın pisə getdiyini qəbul edər də; Heç kim özünün pisə getdiyini qəbul etməz.
- Lev Tolstoy

Hamını sev, seçdiyinə etibar et, heç kimə pislik etmə.
- Şekspir
pislik-haqqinda-aforizmler-pisliye-aid-pis-insanlar-pisler-aforizm

Pisliyə ədalətlə, yaxşılığa yaxşılıqla cavab ver.
- Lao Tzu

Etiketler: , , , , , ,

11.5.20

Paxıllıq Haqqında Atalar Sözləri

Paxılın gözü doymaz.

Günəşin paxıllığını bulud çəkər.

Paxıl adam cənnət görməz.

Paxıl artmaz.

Paxıl artsa, qurd artar.

Acgöz paxıl olar.

Paxıl xoşbəxt olmaz.

Paxıl paxılı sevər.

Bacarıqsız həmişə paxıl olar.

Paxıl xoflu olar.

Ağıllının paxıllığını çəkən çox olar.
paxilliq-haqqinda-atalar-sozleri-paxil-insanlar-paxilliga-aid-paxillar

paxilliq-haqqinda-atalar-sozleri-paxil-insanlar-paxilliga-aid-paxillar

Dəli adam paxıl adamnan yaxşıdır.

Paxıldan dost olmaz.

Ağıla paxıllıq olmaz, ağıldan artıq var olmaz.

Mərdin paxılı deyilsən ki?

Paxıl adam ac canavardan pisdir.

Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər.
- Danimarka

Qardaş qardaşın yoxluğun istər, ölümün istəməz.

Paxılın bağı göyərməz.

Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

Paxılın dərdinə dərman qara torpaqdır.

Paxılın goru cəhənnəmdir.

Paxılın qapısı həmişə bağlı olar.

Paxıl həmişə deyər, mənim ürəyimdən olmaz.

Qonşu paxıl olmasa kor qız ərə gedər.

Üzü qərənin üzü yox, paxıl adamın gözü yox.

Paxılın axırı olmaz.

Allah paxıla pay verməz, versə də qarnı dоymaz.

Paxıla Tanrı verməz, versə də qarnı doymaz.

Paxıl olma, qüssən olmasın.

Paxıl olmasan dərdin olmaz.
paxilliq-haqqinda-atalar-sozleri-paxil-insanlar-paxilliga-aid-paxillar

Etiketler: , , , , ,

9.5.20

Xoşbəxtlik Haqqında Aforizmlər


Xoşbəxt olmanın ən gözəl yolu bir başqasını xoşbəxt etməkdir.

Xoşbəxtliyi dadmağın ən yaxşı yolu onu paylaşmaqdır.
- Corc Bayron

Xoşbəxt insanlar; hər şeyin ən yaxşısına sahib olanlar deyil, sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir.
- Çarlz Bukovski

Sərmayəsi sevgi olanın, qazancı xoşbəxtlikdir.
- Ergün Gülər

 Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.
- Onore de Balzak

Sevmək - başqasını xoşbəxtliyində öz xoşbəxtliyini tapmaqdır.
- Qotfrid Leybnits

xosbextlik-haqqinda-aforizmler-xosbextliye-aid-xosbext-aforizmler
xosbextlik-haqqinda-aforizmler-xosbextliye-aid-xosbext-aforizmler

 Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir.
- Oldos Haksli

 Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır.
- Lev Tolstoy

Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.
- Əbül Fərəc

Xoşbəxtliyi səndə tapan sənindir.
Qalan hər kəs həyatında yalnızca bir qonaqdır.

Xoşbəxt bir ailə həyatı, dünyada qovuşulmuş cənnətdir.

Kiminsə xoşbəxtliyinin   arxasında kiminsə fədakarlığı durur.
-   Əbu Turxan

Bir çox insan bədbəxt olduqlarını bilərlər, amma daha çoxları xoşbəxt olduqlarını bilməzlər.
- Albert Şveyster

Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.

İtirdim sandıqların, xilas olduqlarındır bəlkə. Unutma, kimi getdiyi yeri xoşbəxt edər, kimi tərk etdiyi yeri.

İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.
 - Oşo

Xoşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil.
- Albert Eynşteyn

Xoşbəxtliyinizin açarını heç kimin cibinə  qoymayın.
xosbextlik haqqinda aforizmler,Xoşbəxtlik haqqında,xosbextliye aid sozler



 Xoşbəxtliyin iki yolu var: biri zəhmət, digəri qənaət.
- Volter

İnsanların ən bədbəxti digər insanları səfil etməklə xoşbəxt olacağını zənn edən insandır.

Öz xoşbəxtliyini başqasının   bədbəxtliyi üzərində qurmaq olmaz.

Nadan xoşbəxtliyi uzaqlarda axtarır,   müdrik isə onu öz yanında yetişdirir. 
- C.Oppenheym

 Gedəni saxlama, gələnisə qovma. Bax o zaman əsl xoşbəxtlik özü səni tapacaq.
- Ömər Xəyyam

Xoşbəxtlik qapısını bağladığında, bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük.
- Qabriel Qarsiya Markes

Əgər bir az ağılın varsa; xoşbəxtlik üçün istədiyin şərtləri tapa bilməyəndə, tapdığın şərtlərdə xoşbəxt olmağı bilməlisən.
- Qabriel Qarsiya Markes

Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır. 
- Edit Piaf.

Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar?
 - Fyodor Dostoyevski
xosbextlik-haqqinda-aforizmler-xosbextliye-aid-xosbext-aforizmler

Yalnız böyük ağrıları çəkənlər xoşbəxtliyin mənasını bilərlər.
-Paul Auster

Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir.
 - Fyodor Dostoyevski

Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
- Viktor Hüqo

 Dünyada ən xoşbəxt insan - istər kral olsun, istər kəndli - evində rahat olandır.
- Yohann Volfqanq Höte

Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsınız, pis arvada rast gəlsəniz, filosof olarsınız.

Canıyananlıq başqasının   bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının  xoşbəxtliyinə yanmaqdır.
-   Platon

 Cəmiyyətin xoşbəxtliyi üçün çalışanın özü də xoşbəxt olar.
- Samuel Smayls

 Öz səhvlərindən nəticə çıxarmağı bacaran şəxs xoşbəxtliyə çata bilər.
- Sokrat

 Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil.
- Ömər Xəyyam

xosbextliye aid sozler,xoşbəxtlik,xosbextliye aid aforizmler,xoşbəxtliyə aid,
Xoşbəxtlik Haqqında Aforizmlər 



 Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz.
- Viktor Hüqo

Kaş həyatda hər kəs məşhur və varlı olardı və başa düşərdilər ki,bu şeylər insanı xoşbəxt etmir.

Xoşbəxt olmaq üçün tək bir şeyə ehtiyac var : Sevmək.
Hər şeyə rəğmən bütün qəlbinlə sevmək..

  Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət” dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər.
- Robin Şarma

Etiketler: , , , , , ,

5.5.20

Ağıl Haqqında Aforizmlər

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
-Nizami Gəncəvi

Kədər ağıllı adamların müəllimidir.
- Corc Bayron

İnsanları tanıya bilən ağıllı ozünü tanıya bilən ziyalıdır.
- Zao Tszi
agil-haqqinda-aforizmler-agilli-insanlar-agila-aid-agilsiz-beyin-kamal


Ağıllı insan düşündüyü hər şeyi deməməlidir. Amma dediyi hər şeyi düşünmelidir.
- Aristotel

Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar.
- Plato

 Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının da ağıllarından istifadə edər.
- Corc Bernard Şou

Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salan insan ya lovğadır, ya da ağılsız.
- Aleksandr Pop

 Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir.
- Fyodor Dostoyevski

Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var.
- Anton Çexov

Əsl gözəllik suətdə deyil, ağıl və kamaldadır.
-Firudun Köçərli

 Uşaqlarınıza verə biləcəyuniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər.
- İmmanuel Kant

Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.

 Hər kəsin diş fırçası var, amma dişlərini fırçalamır bəziləri. Ağıl da belədi; hamımızda var, amma bəziləri istifadə etməməkdə qəti qərarlıdı...
- Çak Palanik

Öz axmaqlığını görmürsənsə-axmaqsan, görürsənsə-ağıllısan, görüb qarşısını alırsansa-dahisən.
- Volter

Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.
- Konfutsi
agil-haqqinda-aforizmler-agilli-insanlar-agila-aid-agilsiz-beyin-kamal

Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər.
- Bencamin Franklin

Xoşbəxt adamın bədbəxtə   ağıl verməsindən asan nə ola bilər. 
- Esxil

 Əgər bir az ağılın varsa; xoşbəxtlik üçün istədiyin şərtləri tapa bilməyəndə, tapdığın şərtlərdə xoşbəxt olmağı bilməlisən.
- Qabriel Qarsiya Markes

 Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis, xoşbəxt ya bədbəxt oluruq.
- Epiktet

 Tez yatıb taz qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.
- Bencamin Franklin

Axmaq qabaqda durur ki hamı onu görsün. Ağıllı arxada durur ki,o hamını görsün.

 Kimsə sizin qarşınızda özünü ağıllı göstərir? Sən də özünü axmaq kimi göstər. Sonra isə əsl axmağı keyflə seyr et.
- Çarli Çaplin

 Özünü ağıllı kimi göstərən axmaqdan daha təhlükəli adam yoxdur.
- Yohann Volfqanq Göte

Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür
- Mövlana

Axmaqlar ağıllılardan çox az şey öyrənərlər. Amma ağıllılar axmaqlardan çox şey öyrənərlər.

Ağıllı olmaq bir şey deyil, mühüm olan ağlından istifadə etməkdir.
- Rene Dekart

Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir.
- Adrian Dekursel

Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar. - İohann Volfqanq Göte

 Tamah zəncirini ancaq sağlam ağıl qıra bilər.
- Xaqani Şirvani

 Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.
- Bencamin Franklin

Görünən odur ki, insana dünyada ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir.
- Mari Monteqyu
ğıla aid,agila aid aforizmler,agil haqqında,ağıllı insan

Ağıl Haqqında Aforizmlər

Ağıllılar döyüşmədən qazanarlar, cahillər qazanmaq üçün döyüşərlər.

Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır.
- Rene Dekart

Başqalarının bilgisiylə bilgili olsaq belə, ancaq öz ağılımızla ağıllı olarıq.
- Mişel de Monten

 Həyatda müvəffəqiyyətli olmaq üçün ağılsız görünməli, amma ağıllı olmalıyıq.
- Şarl Lui Monteskyö

İnsan yalana vərdiş etdikdə, ağıl və istedad onu tərk edir.
- B.Q.Belinski

Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.
- Bencamin Franklin

İnsan zaman selində itməyə məhkumdur, amma ağılı bu sonsuzluqda bir ulduz kimi parlayacaq.
- Əhməd Hamdi Tanpınar

Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz.
- Artur Şopenhauer

 Ağılsız köpəklər ulduza hürər.
- Səməd Vurğun

Ən ağıllı flosoflar da sarsaq suallara cavab verməkdə çətinlik çəkirlər.
- Hilon

 Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir.
- Bertran Rassel

 Ağıllı insan təkcə özü üçün deyil, cəmiyyət üçün də çalışır.
- Samuel Smayls
agil-haqqinda-aforizmler-agilli-insanlar-agila-aid-agilsiz-beyin-kamal

Ağıllı insanlar cəmiyyətin qan damarıdır.
- Daniel Defo

 Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.
- Viktor Hüqo

Cəmiyyətin düşüncəsi ülgüc kimidir: gücsüzlər ondan qorxar, savadsızlar onunla əlini kəsər, ağıllılar isə istifadə etməyi bacarar.
- Con Milton

Etiketler: , , , , , , , ,