22.11.20

Düşüncə Haqqında Aforizmlər,Düşüncəyə Aid Sözlər

 

dusunmek-fikirlesmek-heyat-fikir-fikirler-dusunceler-aforizm

İnsanlıq tarixi - düşüncə tarixidir.

- Corc Herbert


Düşüncələriniz necədirsə, həyatınız da elədir. Həyatınızın gedişatını dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi dəyişdirin.

 - Mark Avreli


Düşüncəni dəyiş ki, həyatını dəyişəsən. 

- Brayan Treysi.


Sözlər və düşüncələr bütün dünyanı dəyişə bilər.

- The Dead Poets Society


Hiss - od, fikir isə yağdır.
- Vissarion Belinski


 İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar.

- Napoleon Bonapart


Düşünmək – öz-özünlə danışmaq, özün-özünü eşitmək deməkdir... 

- İmmanuel Kant

düşüncələr haqqında aforizmlər əbu turxan düşünən fəlsəfə

Düşünmək Haqqında Aforizmlər

Düşüncə də məşq tələb edir. Düşünməyə - düşünməyə insan düşüncəsizləşir. 


Nə haqda fikirləşməkdə diqqətli olun; bu günün düşüncələri şüuraltına keçir və sabahkı həyata yön verir.

 - Əbu Turxan


Düşünmədən danışanın cəzası sonradan Düşünməyə məhkum olmaqdır.

-  Anonim 


Sözün qanadları var, quş kimi incə-incə,

Dünyada söz olmasa, nəyə gərək düşüncə.

- Nizami Gəncəvi


Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz.

-  Əbu Turxan


 Bir uşağı tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır.

- Deni Didro

 

Düşüncəyə Aid Sözlər,Düşünmək haqqında,düşüncələr haqqında aforizmlər,aforizmlər,

 Xam düşüncələri ancaq ağıl bişirər.

- Əbülqasım Firdovsi


İnsan qəlbinin dərin qatları Düşüncə ilə yox, sevgi ilə işıqlanır.

- Əbu Turxan


Fikir məntiq qəlibindən çıxıb azad nəfəs alanda duyğulanır və bir Düşüncə hadisəsindən bir könül hadisəsinə çevrilir.

- Əbu Turxan


 Biliyə aparan 3 yol vardır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir.

- Konfutsi


Yaradıcılığı ortaya çıxaran fikir müxtəlifliyidir.

- Aldous Huxley 

Düşüncə Haqqında Aforizmlər,Düşüncəyə Aid Sözlər dusunce pozitiv dusunmek


Parlaq bir gələcək parlaq fikirlərlə gələcək.


Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon


Mütaliə ən yaxşı təlimdir. Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir.

- Aleksandr Puşkin


Müəyyən dünyagörüşü əsasında düşünülməmiş həyat, həyat deyil, əzabdır, dəhşətdir!

- Anton Çexov


Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. 

- Fridrix Nitsşe.


Böyük beyinlər fikirləri, orta beyinlər hadisələri, kiçik beyinlər insanları müzakirə edər.


 İnsanlara daha az, fikirlərə daha çox maraqlı olun. 

-Mariya Küri


Müdrik insan ölüm haqqında deyil, həyat haqqında Düşünməlidir.

- Benedik Spinoza


Bizə insanları deyil, fikirləri xatırlamağımız söylənildi. Çünki bir adam yenilə, tutula, öldürülə, unudula bilər, lakin bir fikir 400 il sonra belə hələ də dünyanı dəyişdirə bilər. Fikirlərin gücünə ilk əldən şahid oldum. Fikirlər uğruna ölən və öldürən insanlar gördüm. Amma fikirə toxuna bilməz, tuta bilməz hətta öpə bilməzsən. Fikirlər qanamaz, acı çəkməz və sevməzlər və darıxdığım şey bir fikir deyil, bir adamdır.


Böyük vəzifəyə sahib olan insanlara deyil,böyük fikirlərə sahib olan insanlara hörmət edin.


Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələrə öz fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır.

- A. Karrel 


Düşüncəsiz təhsil hədər zəhmətdir.

- Konfutsi


 Təhsil görmüş ağlın əlaməti, hər hansı bir düşüncəyə onu qəbul etmədən əvvəl açıq olmasıdır.

- Aristotel

dusunmek-fikirlesmek-heyat-fikir-fikirler-dusunceler-aforizm


 Zəka düşüncənin mikroskopudur.

- Jan de Labrüyer


Düşüncə təzadları ilə bütündür.

 - Cəmil Meriç


Düşüncə və zəhmətin barı tez yetişmir. 

- Vovenarq


Dediklərinizə diqqət edin, – fikrə çevrilər. Fikirlərinizə diqqət edin, - hisslərə çevrilər. Hisslərinizə diqqət edin, – davranışlarınıza çevrilər. Davranışınıza diqqət edin, – vərdişə çevrilər. Vərdişlərinizə diqqət edin, – dəyərlərinizə çevrilər. Dəyərlərinizə diqqət edin, – xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin, – taleyinizə çevrilər.

- Mahatma Qandi


 Fəlakət zamanı sağlam düşüncə ən yaxşı rəhbərdir.

- Epiktet


 Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyülü ilə mükəmməl bir əyləncəyə malikdir.

- Artur Şopenhauer


 Kimi nə qədər düşünürsənsə düşün. Düşüncələrin ən dərini, başını yastığa qoyduğun an başlar.

- Qabriel Qarsiya Markes


Kişilər qəlbləri ilə deyil, fikirləri ilə yaşayırlar.

- Anton Çexov


Pis fikirlərin   olmasa, pis əməllərin də olmaz.

- Konfutsi


Heç vaxt evinə bir oğrunu dəvət etmərsən. 

Bəs onda sevincini oğurlayan fikirlərin beyninə girib orda yaşamasına niyə imkan verirsən?

- Mark Tven 


İstəmədiyin düşüncələri təkrar etməklə ondan qurtulmarsan.Əksinə həyatını o düşüncələrin üzərində qurarsan.

- Səbuhi Quluzadə


Düşüncələri idarə etmənin ən yaxşı yolu duyğuları idarə etməkdir.


 Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək.

- Aleksandr Pop


Təmiz əlləri olan insanların da kirli düşüncələri olur.

- S.Lec


Başqalarının gözləri bizim zindanlarımızdır; başqalarının düşüncələri bizim qəfəslərimizdir. -Virciniya Vulf


İnsanlar səni səhv başa düşdükdə bunu dərd etmə. Eşitdikləri sənin səsindi, amma ağlından keçirdikləri öz düşüncələridir.


Çox insan əslində başqasıdır. Düşüncələri başqa birinin düşüncəsi, həyatları mühitə uyğun, ehtirasları isə dırnaq içindədir.

- Oskar Uayld 


Yaxşı filosof düşündüklərini öncə öz həyatında yaşayır. 

- Əbu Turxan


Müdriklik sağlam düşüncə çərçivəsində fəlsəfədir.

 - Əbu Turxan


Fəlsəfə düşünən duyğu və qanad açan düşüncədir. 

- Əbu Turxan


Filosofun ruhu onun düşüncələrindədir, şairin ruhu – ürəyində!... 

- Cübran


Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hislərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o sizi insana və özünüzə hörmət etməyə öyrədəcək, o, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq.

- Maksim Qorki


İnkişaf və tərəqqi azad düşüncədən başlayır. 

- Anonim


Azadlığın təməli azad düşüncədir.Yəni azad düşüncənin olmadığı yerdə azadlıqdan söz gedə bilməz.İnkişaf və tərəqqi azad düşüncədən başlayır.

- Səbuhi Quluzadə


Qorxunun olduğu yerdə azad düşüncə olmaz.

- Səbuhi Quluzadə


Düşünməmək üçün çox şey düşünülüb.

- K.Çapek


Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz. 


Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı Düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.

- Mustafa Kamal Atatürk


 Haqlı bir düşüncənin baş verməməsi mümkün deyil.

- Lev Tolstoy


 Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən ali düşüncələrdi

- Mişel de Monten


Köhnə fikirlilər paslı mismarlara bənzəyir,  yerindən çıxartmaq asand olmur.   

 - Cenap Şahabettin


Müasir elm adamları aydın düşünmək əvəzinə dərindən düşünürlər. Aydın düşünmək üçün sağlam düşüncəyə malik olmaq lazımdır, dərin düşünməyi isə dəli də bacarır.

- Nikola Tesla


Cəmiyyətin düşüncəsi ülgüc kimidir: gücsüzlər ondan qorxar, savadsızlar onunla əlini kəsər, ağıllılar isə istifadə etməyi bacarar.

- Con Milton


Başqalarının fikir və düşüncələrinin qurbanı olan millət özünü məhv edib yadları faydalandırar. 

- Məhəmməd İqbal

Etiketler: , , , ,

20.11.20

Mənalı Şeirlər 2024




şeirlər,menali seirler,Mənalı Şeirlər, mənalı şeir


 1)  HARA QAÇIRSAN, AY ADAM ŞEİRİ

Müəllif: Ramiz Rövşən


Hara qaçırsan, ay adam, 


Bir dayan, nəfəsini dər. 


Çiçəklərin ətrini dər, 


Küləklərin hirsini dər. 




Otur üstündə bir daşın, 


Bir az açılsın qırışın, 


Göydə uçub gedən quşun 


Yerdəki kölgəsini dər. 




Gör dünya nə deyir sənə, 


Verib yeri-göyü sənə, 


Əy başını öz sinənə, 


Ürəyinin səsini dər. 




...Sözüm ağlına batmasa, 


Dünya könlünə yatmasa, 


Əlin heç nəyə çatmasa, 


Bu dünyadan özünü dər... 


 

2)  QƏRIBƏ SEVINC ŞEİRİ

Müəllif:  Nüsrət Kəsəmənli


O gözlərdə nə qəribə sevinc var?!


O gözlərin şəfəqinə baxın bir,


Gilə-gilə yaşaracaq indicə,


Təbəssümlə sıxılacaq dodaqlar,


Gülə-gülə boşalacaq indicə...




Hələ neçə dalğa yatır dənizdə,


Asta-asta kirpiyini endirir,


Elə bil ki, günəş batır dənizdə,


Baldan şirin bir yuxudur, yox qəmi,


Bir ürəkdir, sevinc ilə vurur o.




Xəbəri yox


Çözələyib sap kimi


Saçlarını dişləriylə qırır o.




İndi hamı xoş görünür gözünə,


Nə hicran var,


Nə həsrət var, - qoruna!


Əlləriylə tor toxuyub üzünə,


Gülüşləri axıb gedib, elə bil,


Saçlar deyil,


Yosun düşüb toruna...




O gözlərdə nə qəribə sevinc var?!


Sınacaqdır buz sükutun aynası.


Yağış kimi səpiləcək bu saçlar


Səpiləcək,


küləklerlə oynasın.




Bircə anlıq dayandırsan bu yerdə,


Bircə kəlmə danışdırsan, nə deyər?


O dodaqda ən kədərli şeir də


Bir səadət nəğməsinə bənzəyər...




Çox kədərin son nəğməsi oxunub


Sevincə də ürək dözmür,


bu nə sirr?..


Bir xəbəri təbəssümlə toxuyub


Görən kimə çatdırmağa tələsır?




Yollar yatır ayağının altında,


Ela bilir evlər onun boyunca...


Fikri uçur göyün yeddi qatında


Səbəbini soruşmayın,


nə fərqi,


- Sevinirsə,


qoy sevinsin doyunca!




O gözlərdə nə qəribə sevinc var,


Gilə-gilə yaşaracaq indicə.


Təbəssümlə sıxılacaq dodaqlar


Gülə-gülə boşalacaq indicə...



3)  YAĞIŞ SƏHƏRƏCƏN YAĞSIN ŞƏHƏRƏ ŞEİRİ

Müəllif: Qismət Rüstəmov


Yağış səhərəcən yağsın şəhərə,

Hamının dərdini yusun aparsın.

Quşlar qonaq gəlsin mavi Xəzərə,

Balıqlar evinə yosun aparsın...


Ölüm qapımıza elə gəlsin ki,

Birini alanda, biri qayıtsın...

Uşaqların üzü elə gülsün ki,

Mərmilər utanıb geri qayıtsın.


Yağış səhərəcən yağsın şəhərə,

Titrəsin evlərin navalçaları....

Yağmur mələkləri enmişkən yerə,

Verək aparsınlar tapançaları...


Bir qızın eyvanda əlləri donsun,

Qız durub boylansın küçəyə bir də...

Çətirsiz bir oğlan islanıb dursun,

Qız gözü küçədə darıxan yerdə...


Oğlan o küçəyə çəkdikcə keşik,

Səkidə titrəyən kölgə islansın.

Asfaltdan su içən qonur bir pişik,

Çətirsiz oğlanla birgə islansın.


Bir gün hamımıza elə gəlsin ki,

Yağışlar yağırsa hər şey düzələr...

Sinoptiklər çıxıb xəbər versin ki,

Sabahdan adamlar sevinə bilər.


Yağış səhərəcən yağsın səhərə...


 

4) BƏNIM TANRIM ŞEİRİ

Müəllif:  Hüseyn Cavid


Hər qulun cihanda bir pənahı var, 


Hər əhli-halın bir qibləgahı var, 


Hər kəsin bir еşqi, bir ilahı var, 


Bənim tanrım gözəllikdir, sеvgidir.




Həzz еtmədim firqədən, cəmiyyətdən, 


Zеvq alamam hərbdən, siyasətdən,


Bir şеy duymam fəlsəfədən, hikmətdən, 


Bənim ruhum gözəllikdir, sеvgidir.




Gözəl sеvimlidir, cəllad olsa da; 


Sеvgi xoşdur, sonu fəryad olsa da; 


Uğrunda bənliyim bərbad olsa da, 


Son dildarım gözəllikdir, sеvgidir.




Gözəlsiz bir gülşən zindana bənzər, 


Sеvgisiz bir başda əqrəblər gəzər,


Nə görsəm, hanki bəzmə еtsəm güzər, 


Həp duyduğum gözəllikdir, sеvgidir.


5)  BOYASIZ MİSRALAR ŞEİRİ

Müəllif:  Sabir Rüstəmxanlı

 

Taxıl bir sapın üstə

dən tutub sünbül olur.

Ləçəklər bir-birinə

sarılaraq gül olur.

Əsintilər birləşib

rüzgar olur, yel olur.

Bulaqlar bir məcrada

qovuşanda sel olur.

Kəlmə kəlmə dalınca

düzüləndə dil olur.

Barmaqlar bir pəncədə

birləşəndə əl olur.

İnsanlar bir qədəri

paylaşanda el olur.

Millət şərə əyilsə

alışmadan kül olur.


6) SÖZ ŞEİRİ

Müəllif: Nəbi Xəzri


Əzəl başdan açarıdır sirlərin,


Öz gücünü ürəklərdən alar söz.


Ümid verər, sevinc verər, qəm verər,


Müşkül olan dərdə çarə qılar söz...




İlk həmdəmdir, ilk silahdır hər kəsə,


Əgər ki, o saf poladdan deyilsə.


Hər kəlməsi öz yerində deyilsə,


Qılınclardan daha kəskin olar söz.




Söz ucaldar bu cahanda insanı,


Əzizləyər bu cahan da insanı.


Vaxt olar ki, bircə anda insanı,


Əlli ilin hörmətindən salar söz.




Çalış, Nəbi, gecə-gündüz yarat sən,


Bəd sözləri öz sinəndən yar, at, sən.


İnci seçib, dürr toplayıb yaratsan,


Səndən eldə bir nişanə qalar söz.


7) RUH ŞEİRİ

Müəllif:  Musa Yaqub


Yüz il sonra, min il sonra

kimin səsi gələcək,

Kim batacaq gəmi kimi,

kim qalxacaq göylərə.

Kimin səsi yerli-dibli

birdəfəlik batacaq,

Kimin ruhu qarışacaq

kamanlara, neylərə.

Ac da olsa, tox da olsa

hamı duyar həyatı,

Ömürlüdü, ömürsüzdü,

ölüm Allah payıdı.

Ulu ruhlar ucalsa da

mələklərin yanına,

Zaman-zaman öz yurduna,

yuvasına qayıdır.

Qarşısını kəsə bilməz

nə cəhənnəm, nə cənnət,

Bədən hara gedir getsin

bu torpağın malıdır.

Səni bütün bəlalardan

sağ-salamat qurtaran,

İncə könül, incə ürək,

incə ruh olmalıdır.

Göz görməsə qəlbim sevər,

qəlbim duyar həyatı,

Mən ruhumla bu torpağın

ləzzətiyəm, dadıyam.

Haqqın ruhdan yuxarıda

mərtəbəsi yoxdu, yox,

Bədən məndən inciməsin,

mən ruhun övladıyam.


8)  HƏYAT BIR NAĞILDIR, ÖMÜR BIR NAĞIL ŞEİRİ

Müəllif:  Mahirə Nağıqızı


O ömür deyilən bumuşmu? -demə,


Özümə gəlmədim duyam bir mağıl...


Həyat da xəyaldır, –deyib söyləmə


Həyat bir nağıldır, ömür bir nağıl.




Nağıl otağıymış hər kəsin ömrü,


Baxana qapısı açıq tağbatağ.


Bircə otaq olur sirli-düyünlü,


O da qəlb yuvası – qırxıncı otaq.




O otaq arifə nəyi var deyər,


Nadana sınaqdır, sıxma-boğmadır.


Orda sevincin var, bir ömrə dəyər,


Dərd var ki, balantək sənə doğmadır.




Baxmaqnan bilinməz, gözlərini çək,


O bağlı qapıya baxmağın hədər.


Həyat gerçəkdimi, xəyalmı gerçək?


Bilməzsən qırxıncı otağa qədər.




Ömür xəyalıydı, bir gümanıydı,


Ölçüsü-biçisi anbaan oldu.


Dünənki xəyalın qəhrəmanıydı,


Bu günün gerçəyi Nəriman oldu.




Məni salamladı qığıltısıynan,


Nə qədər yaxınmış xəyalla gerçək.


Yorğun xəyallarım tər əhvalıynan,


Bir körpə izinə düşüb gedəcək.




O ömür deyilən bumuşmu?- demə,


Özümə gəlmədim duyam bir mağıl...


Həyat da xəyaldır, -deyib söyləmə,


Həyat bir nağıldır, ömür bir nağıl...


Daima

 


9) YOLÜSTÜ MƏNZIL ŞEİRİ

Müəllif:  Fikrət Qoca

Bu dünya bir qəfəsdi,

Burda bizi yaşadan

Məhəbbətdir, həvəsdi.


Bu dünya bir qəfəsdi,

Ruhumuz nurdu, səsdi,

Getmək, qalmaq sərbəsdi.


Bu dünya bir qəfəsdi.

Özü gələndə tərsdi,

Özü gedəndə tərsdi.


Fikrət bu qədər bəsdi.

Qəfəs yolüstü mənzil…

Gələn, gedən nəfəsdi.


 

  



 

 




 






Etiketler: , ,

13.11.20

Səbir Haqqında Aforizmlər,Səbrə Aid Sözlər

sebrli-olmaq-sebir-haqqinda-sebr-sebre-aid-aforizmler-sevinc

 Səbir sevinc açarıdır. 

- Mövlana Cəlaləddin Rumi


 Uğurun iki səbəbi var: səbir və ümid.

- Aleksandr Düma


 Uğurun sirri səbrli olmaqdır.

- Anri Barbüs


 Uğurun asılı olduğu yeganə şərt səbrdir.

- Lev Tolstoy


Səbrin mənası-üzərində dağları və insanları daşıyan torpaq kimi olmaq deməkdir. 

- Səriyyis Sakat


 Ayın gecəyə səbir etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbir etməsi də onun gözəl ətirli olmasına səbəb olur.

- Mövlana Cəlaləddin Rumi


 Səbir etməklə kişi zindandan çıxar, Səbir ilə açılar bağlı qapılar.

- Nizami Gəncəvi


 Çıxacağım yerə səbri nərdivan edirəm.

- Mövlana Cəlaləddin Rumi


 Böyük uğur sahibləri kiçik işləri dəqiqliklə yerinə yetirməkdə səbir edən insanlardır.

- Fridrix Şiller


Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.

- Onore de Balzak


 Səbri olmayanlar nə qədər də yoxsuldurlar.

- Uilyam Şekspir


Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə nail olmaq üçünsə səbirli olmalıyıq.

- Henrik İbsen


İnsan ruhunun ən az səbir edə biləcəyi şey xoşbəxtlikdir.

- Əhməd Hamdi Tanpınar


Gözlərin həyası, üzün isməti, iffətin zinəti, halal qazancın bərəkəti, səbrin yolu və qəlbin cövhəri əxlaqdır.

- Füyuzat jurnalı


Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki,  bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq  bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik.

 -Paulo Koelyo


 Ey mənim yetim könlüm, burax qəmli düşünməyi .. Sus və səbir et.. Gözyaşının hesabını Rəbbim soruşsun; Sən haqqını halal et ...

- Şəms Təbrizi


Aclığa səbir edərsən adı oruc olar, ağrıya səbir edərsən adı mətanət olar, insanlara səbir edərsən adı xoşgörüş olar, istəyə səbir edərsən adı dua olar, duyğulara səbir edərsən adı gözyaşı olar, darıxmağa səbir edərsən adı həsrət olar, Sevgiyə səbir edərsən adı eşq olar.


Kədərin ən yaxşı dərmanı Səbrdir. Ona görə də mən həmişə Səbr köynəyini geyinirəm.

- Lüdviq van Bethoven


Hər çətin düyünün bir əlacı var,

Səbirlə, tədriclə açılar onlar.

- Nizami Gəncəvi

Səbir haqqında aforizmlər,Sebir Haqqinda Sozler,Səbrə Aid Sözlər


Səbir Haqqında Aforizmlər


 İnsan öz səbir və dözümüylə tauna da qalib gələ bilər.

- Napoleon Bonapart


 Əsgərdən ilk növbədə dözüm və səbir tələb olunur, cəsarət bundan sonra gəlir.

- Napoleon Bonapart


 Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbir və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır.

- Sokrat


Ən qorxulu qəzəb Səbirli adamın qəzəbidir.

- Con Drayden


 Səbri olmayan və hirsini boğa bilməyən adamdan siyasətçi olmaz.

- Stendal


 Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol.

- Samuel Smayls


Səbir və zaman güc və ehtirasdan daha böyük işlər görür.

- Lafonten 


Hər bir müdrikliyin əsası səbrdir.

- Platon


Nifrəti sevgi ilə, yalanı həqiqətlə, şiddəti səbirlə dəf et.

- Mahatma Qandi 


 İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və təmbəllik. Səbirsiz olduqlarına görə Cənnətdən qovuldular tənbəl olduqlarına görə, qayıda bilmirlər.

- Frans Kafka

Etiketler: , , , ,

10.11.20

Sevinc Haqqında Aforizmlər, Sevincə Aid Sözlər


Sevinc və sevgi ruhun iki qanadıdır.  

-  Hilmi Ziya Ülkən


Həyatda bir sevinc var – sevib sevilmək. 

- Jorj Sand 

sevinc-aid-sozler-sevinc-haqqinda-aforizmler-xosbextlik.jpg


Biz nə qədər çox seviriksə, bizim həyatımız bir o qədər geniş, dolu və sevincli olur.

- Lev Tolstoy


Xoşbəxt olmağın ən asan yolu ətrafımızdakılara sevinc bəxş etməkdir. 

- Devid Star Cordan




Xoşbəxt olmağın ən gözəl yolu bir başqasını xoşbəxt etməkdir. Xoşbəxtliyi dadmağın ən yaxşı yolu isə onu paylaşmaqdır.

- Corc Bayron 


Bölüşdüyün bir sevinc ikiqat artar, bölüşdüyün bir kədər yarı-yarıya azalar. 

- Siseron 


Göz yaşı ağrı-acının sızıltısı, sevincin isə şəbnəmidir!. 

- Anonim 


Sevinc səmimiyyət olan evlərdə yaşayır. 

- Uilyam Şekspir 


Ən böyük sevinc başqasını xoşbəxt etməkdir.

- Anonim 


Qonaq evə bərəkət, sevinc və dostluq gətirər.

- Anonim 


Sevinmək istəyirsinizsə, başqalarının sevinclərinə şərik olun.

- Po Çü


Dostları görməkdən böyük sevinc, dostlarla ayrılmaqdan acı dərd yoxdur.

- Plutarx


Dostluq vaxt aparır, Sevinc gətirir.

- Nərmin Xəlil 


Dostluq sevinci ikiqat edir, dərdi isə yarı bölür.

- Frensis Bekon


Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən.

- Mark Tven


 Acıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan.

- Fridrix Nitsşe


Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur.

- Mustafa Kamal Atatürk


Söz mey kimi sevinc artıran olmalıdır ki, ürəklər ona rəğbət göstərsin.

- Əssar Təbrizi


Hər bir həzzin ən sevincli məqamı qurtaranda üzə çıxır.

- Seneka 


Səbr sevinc açarıdır. 

- Mövlana Cəlaləddin Rumi


 Uğur qazanıb sevinmək üçün bir çox məhrumiyyətlərə dözmək lazımdır.

- Con Milton


Əmək sevincdir, tənbəllik isə ağır bəla. 

- Abay Kunanbayev


Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir.

- Maksim Qorki 

sevinc-xosbextlik-haqqinda-aforizmler-emek-zehmet-kitab-oxu


Əsl sevinc zəhmətdən sonrakı istirahətdir.

- İmmanuel Kant


 Əmək yaradıcı insanın qüdrəti və sevincidir.

- Romen Rollan


Həyatın bütün sevinci yaradıcılıqdadır.

- Romen Rollan


Sevimli iş adamı erkən qaldırar və sevinc hissi ilə işə başladar.

- Uilyam Şekspir 


 Sevinc və sağlamlığın yanında güc də olmalıdır.

- Ralf Uold Emerson:


Hər cür fürsətdən istifadə edib insanlara sevinc bəxş etmək lazımdır. İnsanlar isə boş şeylərə yox, vacib şeylərə sevinməyə çalışmalıdırlar.

- Lev Tolstoy


Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi. 

-Heraklit


Sevgi əzabı olmayan yerdə, sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir, bu bəhrəsiz gündən daha tutqun və daha solğun, daha sıxıcı gün ola bilməz.

- Ömər Xəyyam 


Həyatda ən yüksək sevinc, ən yaxşı zövq özünü insanlara lazımlı və yaxın hiss etməkdir!

- Maksim Qorki


Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir.

- Füyuzat jurnalı


 Qocalara, yoxsullara, yetimlərə kömək əli uzatmaqla həmişə sevinc içində olarsınız.

- Corc Herbert


Sevinc, elm və dəyanət sahibləri insansevər olurlar. 

- Hümam Təbrizi 


Poeziya – Sevinc, ağrı, təəccüb və bir az da lüğətdən götürülmüş sözlərin axınıdır.

- Cübran


 Sevincin bir ağrılı yanı, ağrının da bir sevincli yanı olmalıdır.

- Yohann Volfqanq Höte


Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar.

 - İohann Volfqanq Höte


Heç vaxt evinə bir oğrunu dəvət etmərsən. 

Bəs onda sevincini oğurlayan fikirlərin beyninə girib orda yaşamasına niyə imkan verirsən?

- Mark Tven 


Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir .

 - Cübran


Hər şey ruhani sevinclə doludur və ara-sıra onu şüalandırır. 

- Uitmen


Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz arasında. Yalnız boş olanda sakitləşir, tarazda olursunuz. 

- Cübran


Əgər həyat sənə böyük sevinc kimi görünmürsə, deməli sənin ağlın yalnış istiqamətdədir.

- Lev Tolstoy


Bu dünyada Sevinc və pərişanlıq iç-içədir. Sadəlövh adamlar bunların gah birini, gah da o birini görürlər. Aqillər isə həyatın hər iki üzünü görürlər.

- Əbu Turxan


Sevinclə iztirab – aydınlıqla qaranlıq kimi bir-birlərini təqib edir.

- L.Ştern


 Müdrik bir insan, ədalətli bir şəkildə qazana biləcəyindən, sadə bir şəkildə istifadə edəcəyindən, sevinclə pqylaşa biləcəyindən və rahatlıqla geridə buraxa biləcəyindən daha çoxunu istəməz.

- Bencamin Franklin


Birisini bağışladığın zaman peşman olma. Cəzalandırdığın zaman da sevinmə.


Həyat səhnələri, həqiqi yaşantılar və onların iztirab və sevinc xatirələri ruhla birlikdə «uçub gedir». 

- Əbu Turxan


Etiketler: , , , , ,

8.11.20

Qələbə Haqqında Atalar Sözləri

 

qelebe-haqqinda-atalar-sozleri-qelebeye-aid-birlik-beraberkik

Qələbə birlikdədir.

- Atalar Sözü 


Elmin gücü,

Yıxar bürcü.

- Atalar Sözü


Səbri çox olan adam qalib gələr.

- Atalar Sözü


Az var ki, çоxa qələbə eylər.

- Atalar Sözü


Harda həmrəylik varsa, qələbə ordadır.

- Latın Atalar Sözü


Döyüşdə qələbəyə say çoxluğu yox, igidlik aparır.

- Latın Atalar Sözü


Qələbə sevinc gətirər.

- Atalar Sözü


Fəthin, Zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir.

- Qırğız Atalar Sözü


Arxasız ər qoşun yenməz.

- Türk Atalar Sözü


Biləyi güclü birini Yıxar, biliyi güclü minini.


Başqasından Üstün olmağımız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan Üstün olmağımızdır.

- Hind 


Zəfər gələndə bütün çaqqallar dönüb şir olur.

- Əfqan 


Şər xeyirə qalib gələ bilməz.

- Yapon Atalar Sözü


Əməklə acı taleyə də qalib gələrsən. 

- Fin Atalar Sözü


Zəifə qalib gəlmək məğlub olmaq kimidir.

- Ərəb Atalar Sözü


Qələbə çalıb sakitləşməyən uduzanda sakitləşər. 

- Avar Atalar Sözü


Ən ağır iş özünə qalib gəlməkdir.


Qələbə günü yorğunluq hiss olunmaz.

- Fars Atalar Sözü 


Qalib gələn məğlub da ola bilər.


Dostluq həmişə qalib gələr.


Düşmənə qalib gəlmək üçün onun gözlərinə dik baxmaq  lazımdır.

- Atalar Sözü


Qələbə rəqibindən yarım saat daha çox səbr edənindir.

- Yapon Atalar Sözü


Harada qələbə görünür, orda əsl qəhrəmanlıq etmək lazım  deyil.


Tülkünün bəxti gətirsə, bəxti yatmış aslana qələbə çalar.

- Atalar Sözü


Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.

- Monqol Atalar Sözü


Məğlub olmaq çox vaxt qalib gəlməkdir.

- Yapon Atalar Sözü


Qələbə olsa - hökümət ordusu, məğlubiyyət olsa - qiyamçılar.

Yapon Atalar Sözü


Həqiqətə qalib gəlmək olar, amma öldürmək olmaz.

- Monqol Atalar Sözü


Etiketler: , ,

Qələbə Haqqında Aforizmlər, Qələbəyə Aid Sözlər

 

qelebe-haqqinda-aforizmler-ugur-zefer-qalib-irade-napolyon

Zəfər iradədən ibarətdir.
- Napoleon Bonapart

Tarixi qaliblər yazır.

Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir.
- Maksim Qorki

Gəldim, gördüm, qalib gəldim.
-  Yuli Sezar

İnsan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya Qalib gəlir.
- V. Q. Belinski

İnsan həyatında elm ən vacib, ən gözəl və ən zəruri bir şeydir. O, sevginin ali təzahürü olmuş və daima olacaq. İnsan yalnız onun köməyi ilə təbiətə və özünə qalib gələcək.
- Anton Çexov

Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim.
- Robin Şarma.

Əksər insanlar səhv etməkdən qorxaraq yeni heç nə etmirlər. Amma bundan qorxmaq lazım deyil. Çünki, məğlub olan insan necə qalib gəlməyi tez uğur qazanan insandan daha çox biləcəkdir. - Albert Eynşteyn

Qələbə necə də gözəldir, ancaq o necə də böyük qurbanlar bahasına başa gəlir. 
- Stanislav Jan de Buffer

Qorxu üzərində qələbə bizə güc verir.
- Viktor Hüqo

Mən tam dərk etmişəm ki, cəsarət - qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır. 
- Nelson Mandela

Baxmayaraq ki, dünya əzablarla doludur, bu həmçinin ona qələbələrlə də doludur. - Helen Keller.

Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.
- Napoleon Bonapart.

Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur.
- Şarl de Qoll

Əsl Qalib yüz dəfə Qalib gələn yox, axırıncı Qalib gələndir.
- Əbu Turxan

Fəal həyatın hər dəqiqəsi qazanılmış qələbəyə bənzəyir.
- Samuel Smayls

Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur.
- Nazim Hikmət

Ancaq öz mənliyini qoruya bilənlər həyat mübarizəsində qalib gəlirlər.
- Ralf Uold Emerson 

Neçə dəfə qalib olmaqdan asılı olmayaraq, qələbə xüsusi hisdir.
- Zinəddin Zidan

Qaliblərin yaraları tez sağalır. 
- Benedikt Spinoza

Sülhü razılıqla yox, qələbə ilə əldə edirlər.
- Mark Tulli Ciceron

Qaliblər məğlub olanlardan daha şirin yatırlar.
- Platon

Çox vaxt əzm və iradə zəif ağlın daha güclü ağla qalib gəlməsinə kömək edir.
- Andre Berte

Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...
- Əli bəy Hüseynzadə

Ən böyük igidlik odur ki, məğlub olanda da ruhdan düşməyib yenə də qələbə ümidi ilə yaşayasan.
- Robert Qrin İngersoll

Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir.
- Demokrit

Qələbə çalmaq istəyən arxasınca - geriyə qayıda bilməsin deyə - bütün körpüləri yandırmalıdır. Çox insanlar işi Qələbəyə bir addım qalmış buraxırlar..
- Rövşən Abdullaoğlu

Qalibləri sorğu-sual eləmirlər.
- Adolf Hitler

Əsrlər boyunca həqiqət və sevgi həmişə qalib gəlib. Bəli, tarixdə çox qüdrətli zülmkarlar olub, amma sonda hamısı iflasa uğrayıb. Bunu həyatın çətin anlarında xatırla.
- Mahatma Qandi

Nə qədər ki, biz öz işimizə inanırıq, qələbəyə əzmimiz sarsılmazdır, qələbəni bizdən ala bilməzlər.
- Uinston Çörçill

Məğlubiyyətə uğrayanda ümidsizliyə qapılma.Çünki hər uğursuzluqda bir qələbə arzusu yatır.

Hər qələbəni qələbə, hər məğlubiyyəti də məğlubiyyət saymaq olmaz.
- Napoleon Bonalart

Siyasətdə meyar əxlaq və qanun deyil, Qələbədir.
- Sveyq

Güclü insan zəif insana qalib gələ bilər, amma unutmamalıdır ki, hər zaman ondan da güclü bir insan var.
- İmmanuel Kant

Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin.
- Səhih-əl Buxari

Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.
- Məhəmməd Peyğəmbər

Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol.
- Fyodor Dostoyevski

Ən böyük zəfər insanın özünə qalib gəlməsidir.
- Platon

İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. 
- Demokrit

Özünə qalib gələndən güclü qalib yoxdur.
- Henri Uord Biçer

Başqalarına qalib gələn qüvvətlidir, özünə qalib gələn isə qüdrətlidir. 
- Lao-Tszı

Əgər rəqibinlə üz-üzə gələrsənsə, ona sevgi ilə qalib gəl.
- Mahatma Qandi

İnsan fikrin gücü ilə təbiət qüvvələrinə Qalib gələ bilər və fikrin gücündən də üstün bir gücü – sevginin gücünü tapa bilər.
- Əbu Turxan

Şərə qalib gələn xeyir, şərə rast gəlməyən xeyirdən qüdrətlidir.
- N.A.Berdyayev.

Onlar əvvəlcə səni görməzdən gəlir, sonra sənə gülür, daha sonra səninlə mübarizə aparırlar. Sonda isə sən qalib gəlirsən.
- Mahatma Qandi

Zorakılıqla əldə edilmiş qələbə məğlubiyyətə bərabərdir. Çünki, o qısa müddətlidir.
- Mahatma Qandi

Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən.
- Adam Faver

Qalib gələcəkmi cahanda kamal?!
- Səməd Vurğun

qelebe-sozleri-qelebeye-aid-sozler-qelebe-haqqinda-aforizmler.jpg



Etiketler: , , , , , ,

Zəfər Gününə Aid şeirlər toplusu

zəfər şeirləri 2024,zəfər gününə aid şeirlər yazılı,zəfər günü haqqında şeir,zəfər günü şeir,zefer gunune aid seir,zefer seiri,  zefer gunu seiri, zefer gunune aid seirler yazili, 8 noyabr zəfər günü haqqında şeir, qələbə şeirləri, qarabağ zəfər şeiri, zefer bayramina aid seirler,


.

Etiketler: , ,

6.11.20

Mədəniyyət Haqqında Aforizmlər, Mədəniyyətə Aid Sözlər

Mədəniyyət elmdir, əxlaqdır, ədalətdir. Bunlarda biri belə olmasa mədəniyyət mövcud ola bilməz.

- Anonim 


  Mədəniyyətin ilk şərti ədalətdir.

- Ziqmund Freyd

Mədəniyyət Haqqında Aforizmlər, Mədəniyyətə Aid Sözlər
Mədəniyyət Haqqında Aforizmlər, Mədəniyyətə Aid Sözlər


Bir millətin həqiqi tarixi millətin mədəniyyət tarixidir.

- Corci Zeydan


Hər bir Mədəniyyətin öz ruhu vardır.

- Şpenqler 


Ev kiçik bir Mədəniyyət ocağıdır.

- Çarlz Dikkens


Mədəniyyət olmayan yerdə insandan danışmaq olmaz.

- Tofiq Hüseyzadə


 Dil mədəniyyətlə birgə boy atır.

- Lev Tolstoy


Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

- Heydər Əliyev


Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır.

- Füyuzat jurnalı

medeniyyet-agil-senet-elm-maarif-mekteb-aforizmler

Mədəniyyət Haqqında Aforizmlər, Mədəniyyətə Aid Sözlər

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya Mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

- Heydər Əliyev


Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

- Heydər Əliyev


Mədəniyyətin səviyyəsi həmişə bilavasitə əməyə məhəbbətdən asılı olur.

- Maksim Qorki


Bir millətin mədəniyyət səviyyəsi, üzərində yaşadığı torpaqları ağaclandırmasıyla ölçülər. 

- Franklin Delano Ruzvelt 


Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır.

- Heydər Əliyev


Pul qazanmaq qabiliyyət tələb edirsə, onu düzgün xərcləmək ikiqat qabiliyyət və mədəniyyət tələb edir.

- Əbu Turxan


Dürüstlük həm də bir mədəniyyətdir.

- Yohann Volfqanq Höte


Mədəniyyəti olmayan şəxsin ləyaqəti də yarımçıqdır.

- Baltazar Qrasian 


Mədəniyyətin yüksəkliyi qadına olan münasibətlə müəyyən edilir.

- Maksim Qorki


Yalnız özü haqqında danışan adam nə qədər yüksək təhsili olursa-olsun mədəniyyətsizdir.

- N. M. Batler 


 Başqalarına özümüz haqqında danışmaq çox təbiidir; başqalarının özləri haqqında söylədiyi şeyləri, onların demək istədiyi şəkildə anlamaqsa bir mədəniyyət məsələsidir.

- Yohann Volfqanq Höte


Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik.

- Samuel Smayls


Mədəniyyəti yüksəltmək, hər şeydən əvvəl, bədii ədəbiyyatı bilməkdir.

- Mixail Kalinin 


Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.

- Anonim


Mədəniyyətin saxlanması üçün universitet vacib deyil, amma kitabxana mütləq olmalıdır.

- Dmitri Lixaçov


Əmək və bilik, "ikinci təbiət" yaradır. Bu isə sözün dəqiq əsil mənasında mədəniyyətdir.

- Maksim Qorki


İctimai həyatda üzə çıxan ancaq zahiri Mədəniyyətdir.

- Əbu Turxan.


Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir.

- Lev Tolstoy


Elm inkişafın ön cəbhəsidir,   mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir.    

- Əbu Turxan


İstənilən ixtira və kəşf insanların şüurunda silinməz iz qoyur. Bu ümid etməyə imkan verir ki, gələcək nəsillərdə mədəniyyəti dəyişdirə bilən, onu daha yaxşı edən və mükəmmələşdirən insanlar daha çox olacaq.

- Alfred Nobel 


Türk millətinin istedadı və qəti qərarı Mədəniyyət yolunda dayanmadan, qorxmadan irəliləməkdir.

 - Mustafa Kamal Atatürk


İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun buna dil verin: türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin.

- Həsən bəy Zərdabi


Yaddaş vicdanın və əxlaqın,  mədəniyyətin əsasını təşkil edir, mədəniyyətin zənginləşməsinin, şeirin əsaslarından biridir - mədəni dəyərlərin estetik qavranılmasıdır. Yaddaşı qorumaq özümüzə və nəsillərimizə olan mənəvi borcumuzdur. Yaddaş bizim sərvətimizdir.

- Dmitri Lixaçov


Dinsizlik ilə kəsb olunan bir Mədəniyyət... 

Vəhşiyyətin ən qorxulu səhrası deyilmi?!

- Mirzə Ələkbər Sabir


Nə qədər ki, siyasət Mədəniyyətə müxalifdir, yazıçı da siyasətə müxalif olacaq.

- M. A. Bulqakov 


Tarixdə bir rejimi bir gündə yıxmaq mümkün olmuşsa da, onun xalqa verdiyi, daha doğrusu, aşıladığı mədəniyyəti və onun izlərini aradan qaldırmağa illər lazımdır.

- Cavad Heyət


Azad olmayan mədəniyyət mağmundur.Azadlığı olmayan incəsənət yox olacaq.

- Mikayıl Müşfiq

qiyamet-azadliq-medeniyyet-dunyanin-sonu-mikayil-musviq


Təhsil və tərbiyədən məhrum millətlər mədəniyyətdən məhrumdurlar.

- Səbuhi Quluzadə


Bir çox qədim mədəniyyətlər əxlaqi dəyərləri itirdiklərinə görə dünya səhnəsindən silinmişlər.

- Alan Miln 


Bir mədəniyyət yalnız öz zəifliyi ucbatından məhv ola bilər.

- Andre Malro 


Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır.

- Viktor Hüqo


  Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi.

- Ziqmund Freyd


İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. 

- Əli Şəriəti


Bir mədəniyyəti yox eləmək   üçün kitabları yandırmağa gərək yoxdur.   Oxumağın qarşısını alın, yetər.

- R.Bredberi


Mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram.

- Əli Şəriəti

Etiketler: , , , ,

2.11.20

Təhsil Haqqında Aforizmlər, Təhsilə Aid Sözlər

tehsil-haqqinda-aforizmler-tehsile-aid-sozler-tehsilli-dunyani-deyis.jpg


Təhsil xəzinədir,əmək onun açarı.  
- Seyid Əzim Şirvani
tehsil-haqqinda-aforizmler-tehsile-aid-emek-xezine-sirvani-kitab

Təhsil, çörək və sudan sonra, xalqın əsas zəruri ehtiyacıdır.
- Dante Aliqyeri

Təhsilə tələbat hər bir insanda vardır. Nəfəs almaq üçün havanı sevən və axtaran xalq təhsili də sevir və axtarır. 
- Lev Tolstoy

Təhsil millətin gələcəyidir. 
- Heydər Əliyev

Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah Təhsildir.
- Nelson Mandela

Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil.
- Mark Tven 

Təhsil, bir qığılcımla atəşi yandırmaqdır, boş bir qabı doldurmaq deyil.
- Sokrat 

Təhsilin məqsədi insanda doğuşdan var olan cövhər üzərində işləmək,  insanı inkişaf etdirməkdir. 
- Ferdinando Qaliani

Bir mərmər üçün heykəltaraş nədirsə, ruh üçün təhsil də odur.
- Addison 

Təhsilin kökləri acı, meyvələri şirindir.
- Aristotel

Bütün elmlərin bünövrəsi təhsillə qoyulur.

Təhsil hər hansı bir həyat situasiyasında düzgün hərəkət etmək bacarığıdır. 
- Con Hibben

Təhsilin əsas məqsədi, uşaqların öz bacarıqlarını kəşf etməsinə kömək etməkdir. 
- Erix Fromm


Təhsilin ilk və ən yaxşı mərkəzi ailə evidir. 
- Samuel Smayls

 Tərbiyə ilə təhsil ayrılmazdır.
- Lev Tolstoy

İnsan təhsillə doğulmaz, amma təhsillə yaşayar.
- Miqel de Servantes

Təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür. 
- Con Dyui

 Düşüncəsiz təhsil hədər zəhmətdir.
- Konfutsi

Təhsil bizə əzbərləməyi deyil, düşünməyi və anlamağı öyrətməlidir. Əks təqdirdə, bilgili cahillər yetişdirməkdən başqa bir işə yaramayacaqdır.
- Səbuhi Quluzadə

Təhsilin əsas məqsədi oyatmaqdır. (qəflət yuxusundan).
- Jiddu Krişnamurti 

 Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar.
- Nikolay Çernışevski

 Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.
- Viktor Hüqo

 Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin.
- Mark Tven 

 Təhsil gözəl şeydir, ancaq bunu da vaxtaşırı xatırlamaq yaxşı olardı ki, bəzən öyrənilməsi vacib olan şey, heç vaxt öyrədilmir
- Oskar Uayld

Zəka və təhsil arasındakı fərq, zəkanın daha yaxşı bir həyat təmin etməsidir. 
- Çarlz Katterinq 

Təhsil Azərbaycanın üzqaralığıdır.
- Çingiz Abdullayev

Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır.
- Albert Eynşteyn

 Niyə uşaqlar belə ağıllı, böyüklərsə belə axmaqdı? Ola bilər problem təhsildədir.
- Aleksandr Düma

 Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmir və məhv olurlar.
- Deni Didro

 Elm və təhsilə qarşı çıxmaq insanlığa qarşı çıxmaqdır.
- Oskar Uayld

 Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar.
- Konfutsi

 Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz.
- Artur Şopenhauer

Bu gün təhsil dünyası elm yolçuluğu deyil, diplom ovçuluğudur.

İnsanlar təhsil üçün yox,   təhsil insanlar üçündür və o, insanların konkret  ehtiyaclarına uyğunlaşdırılmalıdır.
- Əbu Turxan 
 

Etiketler: , , , , , , , ,