28.5.21

Müstəqillik Haqqında Aforizmlər Və Sözlər

İnsanlara hürriyət, millətlərə istiqlal! - Məhəmməd Əmin Rəsulzadə

Müstəqillik Haqqında Aforizmlər Və Sözlər musteqillik haqqinda azadliq


Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. - Heydər Əliyev.


Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır. - Mustafa Kamal Atatürk


Azadlıq, tarixin itməyən tək dəyəridir.- Alber Kamyu


Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur. - Mustafa Kamal Atatürk


Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. - Mustafa Kamal Atatürk


Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. - Mustafa Kamal Atatürk


Cəmiyyət həyatı üçün fərdi azadlıq və müstəqillik şərtdir. - Mahatma Qandi.


Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. - Heydər Əliyev.


Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik. - Mustafa Kamal Atatürk


Mənim xarakterimi azadlıq və müstəqillik xarakterizə edir. - Mustafa Kamal Atatürk


Yalnız azad millətin milli xarakteri ola bilər. - Jermena de Stal.


Azadlıq məsuliyyət gətirir. İnsanların çoxunun azadlıqdan qorxmasının səbəbi budur. - Corc Bernard Şou


Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!


Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. - Volter


Azadlıqdan imtina etmək bir cinəyətdir.-  V. Cousin


Azadlıqlar ümumiyyətlə birdən deyil yavaş-yavaş itirilər. - Devid Yum.


Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil.  - Avraam Linkoln


Düzdür, yerindədir əlim-ayağım,

Vardır bədənimdə canım da hətta,

Ancaq bir iş var ki, yox azadlığım,

Ağrıdır yaşamaq əsarət altda.

- Cəlil Məmmədquluzadə


Ya azad bir millət olaraq yaşayaq ya da ölək. - Avraam Linkoln.


Kimsə sənə bərabərliyi, ədaləti və başqa heç bir şeyi verməz. Əgər həqiqətən adamsansa, bunları özün alarsan! - Malkolm X


Etiketler:

12.5.21

Musiqi Haqqında Aforizmlər Və Sözlər

Musiqi ən gözəl mözüzələrlə dolu ilahi nemətdir. - Martin Lüter


Musiqi, bütün insanların bəşəri dilidir. - Longfellow


Musiqi ruhun qidasıdır.


Musiqi can verir ruha əzəldən, Musiqi qəlb alır min bir gözəldən.  - Səməd Vurğun


Həyat nəğmədir, onun nəqarəti isə ölümdür.       - Viktor Hüqo.


Sevdiyiniz musiqi əslində kim olduğunuzu göstərir. - Jadi Picoult 


Musiqinin əsl gücü ondadır ki, o insanı bəstəkarın xəyal dünyasına aparır. - Lüdviq van Bethoven


Musiqisiz bir dünya, buludsuz bir səmaya bənzər.

Musiqi Haqqında Aforizmlər Və Sözlər musiqi haqqinda aforizmler


Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır. - Viktor Hüqo


Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşğun fırtınalar dünyasıdır. - Rabindranat Taqor


Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən. - Turqut Uyar


Yadıma düşmə deyə dinləyə bilmədiyim mahnılarım var mənim. - İlhan Bərk


Heç bir dildə deyilməmiş, heç bir dildə yazılmamış, sözlər və mahnılar içindəyəm. - Edip Cansevər


Musiqi olsaydın, səni durmadan dinləyərdim...Ruhumu aydınladardın.. - Anna Axmatova 


Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel


Poeziya – sadəcə gözəl söylənmiş bir fikir deyil. O qanayan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir. - Cübran.


Təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır.  - Həsən Əliyev


Ey qadın! Sənin gülüşün dirilik bulağının musiqisidir.. - Rabindranat Taqor


Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir. - Tur Xander


Qəlbdəki fəzilət toxumları musiqi ilə yetişir. - Martin Lüter


Söz və hərəkət musiqinin qanadlarında daha yüksək məna kəsb edir. - Lunaçarski


Səmimi olmayan musiqi yaşamaq qabiliyyətindəm məhrumdur. 

- Sergey Prokofyev


Musiqinin olduğu yerdə, pislik olmaz. - Miguel de Cervantes 


Musiqi, kasıbın cənnətidir. - Ralf Uold Emerson 


Söz gücsüz olduğu yerdə musiqi başlayır. - Vaqner


Sözlərin bitdiyi yerdə musiqi danışar. - Hans Christian Andersen 


Musiqi, söyləməsi mümkün olmayan və görünməz olanları bizə söylər və göstərər. 

2. Musiqi bizə,  söyləməsi mümkün olmayanı söylər, görünməz olanı göstərər.

 Viktor Hüqo 


Musiqi fikrə qanad verir. - Fridrix Nitsşe


Musiqi kainata ruh verir, ağla qanad taxır. Xəyalları uçurdur və hər şeyə həyat verir. - Platon 


Musiqinin ritmində bir sirr gizlidir; əgər onu ifşa etsəydim dünya alt-üst olardı. - Şəms Təbrizi


Qəlbim öz nəğmələrinin coşan dalğaları ilə günəşli günün bu yaşıl aləmini oxşamağa can atır. - Rabindranat Taqor.


Allah bizə musiqini ona görə bəxş edib ki, biz onun köməyi ilə göylərə qalxaq. - ,Fridrix Nitsşe


Xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşanda o, muzey eksponatına çevirir. - Qara Qarayev


Musiqini duya bilməyənlər, rəqs edənləri dəli sanar... - Nitsşe


Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. - Konfutsi



Bir milləti məhbus etmək istəsəniz, onun musiqisini çürüdün. - Anton Çexov


Bir cəmiyyətin musiqisi pozulubsa, o cəmiyyətdə bir çox şey pozulmuşdur.


Dəblər dəyişir, əsl musiqi isə əbədi yaşayır. - Fyodor Dostoyevski



Etiketler: , , , ,

Kitablar Haqqında Aforizmlər


   Kitablar ruhun aynasıdır.
- Virciniya Vulf

kitablara-aid-sozler-kitablar-haqqinda-aforizmler-kitab-oxu.jpg


 Kitab insan üçün mənəvi qidadır.
- Frensis Bekon

Kitablar qocalıqda ən yaxşı dost,   cavanlıqda ən yaxşı rəhbərdirlər.   
-Samuel Smayls

Kitablar həyatım, təcrübələrim isə müəllimimdir.
kitablar haqqinda aforizmler kitablara aid sozler
Kitablar Haqqında Aforizmlər

- Avreli Avqustin

  Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.
- Frensis Bekon

Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. 
-  A.İ.Gertsen

Kitablar bizi ötən əsrlərin varisi edir.   
- Nəcəf bəy Vəzirov
kitablara-aid-sozler-kitablar-haqqinda-aforizmler-kitab2-


Kitablara Aid Aforizmler

`
 Kitablar soyuq, amma etibarlı dostlardır.
- Viktor Hüqo

 Bir kitab, içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır.
- Frans Kafka

 Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki?
- Frans Kafka
kitablara aid statuslar,kitaba aid sozler,kitablar haqqinda sozler

Kitablar Haqqinda Aforizmler


İdmanın bədənə   göstərdiyi təsiri kitab beyinə göstərir. 
-  E. Hant

Ordu torpaqları, kitab könülləri fəth edir. 
-  Əbu Turxan

Kitablar inandırmaq üçün deyil, düşündürmək üçün yazılır.
-Umberto Eco

Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, ­ kitab al!

Hər kitab özü bir xəzinə  olmaqla yanaşı, həm də neçə-neçə   başqa xəzinələrə açardır.. 
-   Əbu Turxan

kitablar-haqqinda-sozler-kitablara-aid-kitab-oxu-oxumaq-kitaba-aid

 Kitab illər keçdikcə daha xoş gəlirsə, bu, onun yaxşı olmasının əlamətidir.
- Frenk Nayt Zengers

 Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun. Qalanını həyat edəcək.
- Fyodor Dostoyevski

 İnsanlar iki qrupa: kitab oxuyanlara və kitab oxuyanlara qulaq asanlara bölünür.
- Bernar Verber

Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir.
- Volter

 Kitabın vərəqləri bizi aydınlığa çıxaran qanadlar kimidir.
- Volter

 Hər kəsin oxuduğu kitabları oxuyursansa, hamının düşündüyü şeyləri düşünürsən.

Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır.   

Kitab kimi ol, hamıya açılma;   qoy səni ancaq anlayanlar oxusun!

Oxunacaq ən böyük kitab insandır. 
- Hacı Bəktaş Vəli
kitablar-haqqinda-sozler-kitablara-aid-kitab-oxu-oxumaq-kitaba-aid

  Adamları oxumaq kitabları oxumaqdan daha xeyirlidir.
- Fransua de Laroşfuko

 Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir.
- Çingiz Aytmatov

Bu kitabın neçə dəqiqədə oxunduğunu burax, neçə ildə yazıldığını düşün.
- Arif Nihat Asya

Həyat, kitaba sığmayacaq qədər genişdir.
- Əhməd Haşim

Kitabı müəllif,   onun aqibətini isə cəmiyyət yaradır.
- Viktor Hüqo

Həyatın ağrı-acısını   görən və dərk edən insan fəlsəfəni həyatın öz   kitabından da oxuya bilər. 
-  Əbu Turxan

Müdriklik kitab oxumaqla deyil,   insanı oxumaqla əldə edilir.
 -  Hobbs

Sevdiklərimiz kitab kimidir.   Oxuduğumuz müddətdə ayrılmaq istəmirik;   amma elə ki, oxuyub qurtardıq, yenidən oxumaq   maraqsız olur.
-  Əbu Turxan

Elm Təbiət kitabını oxuyur   və öyrəndiklərini təbiətin öz üzərində   sınaqdan keçirir. 
-  Əbu Turxan

Təbiətin kitabı riyaziyyat dilində yazılmışdır.
-  Qaliley
kitablar haqqinda aforizmler,kitablara aid statuslar,kitaba aid sozler,kitablar haqqinda sozler, çox oxu çoxlu oxumaq
Kitablar Haqqında Aforizmlər



 Tək kitablı adamdan qorx
- Bertran Rassel

 Əsl iqtidarın kitabda olduğunu gördükdən sonra, hökmdarlar da qələmə sarılıb kitab yazmağa başladılar.
- Alfred De Viqni

Bir mədəniyyəti yox eləmək   üçün kitabları yandırmağa gərək yoxdur.   Oxumağın qarşısını alın, yetər.
- R.Bredberi

Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım.
- Nizami Gəncəvi 

Etiketler: , , , , ,

Ədəbiyyat Haqqında Aforizmlər Və Sözlər

 

Həyat fəlsəfəsinə gedən ən geniş yol ədəbiyyatdan keçir. - Dədə Turxan

Ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. - Dədə Turxan

Elmi ədəbiyyat insanları   nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və   bayağılıqdan xilas edir.  -   N.Q.Çernışevski

Təbiətlə insan qəlbi arasında körpü rolunu oynayan birləşdirici bir aləm də vardır. Bu, ədəbiyyat və incəsənətdir. - Dədə Turxan

Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırdı. - Rabindranat Taqor

Kişilər şeir yazarkən qadınların gözəlliyindən ilham alarlar.qadınlar eşq şeiri yazacaqkən isə qarşılarında kişilər vardır. - Əbdülhaq Hamid

Ədəbiyyat, insanların bir-birlərini daha yaxşı başa düşmələri  üçün bir yol, həmçinin mədəniyyətlərin birgəliyi və vəhdəti üçün əvəzolunmaz körpüdür. - Mehmed Uzun

edebiyyat-haqqinda-aforizmler-edebiyyata-aid-seir-kelam


Ədəbiyyat və şeirin məqsədi bizə insan olduğumuzu xatırlatmaqdır. - Çeslav Miloş

Poeziya ruhun musiqisidir. - Volter 

edebiyyata aid sozler ,ədəbiyyat haqqında,ədəbiyyata aid,edebiyyat haqqinda

Ədəbiyyat Haqqında Aforizmlər Və Sözlər

Mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. - Frensis Bekon

Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar. - Nikolay Çernışevski

Mütaliə ən yaxşı təlimdir. Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir.- Aleksandr Puşkin

Yaxşı bədii əsər oxucunun hislərinə, düşüncəsinə təsir edir, onu hərtərəfli zənginləşdirir.-  İlyas Əfəndiyev

Bədii əsər oxucuda gözəl hislər yaradır, həyatı, insanları başa düşməkdə ona kömək edir. - Fikrət Qoca

Qadınlarla bağlı edilə biləcək üç şey var; Onu sevə bilər, onun üçün əzab çəkə bilər, ya da onu ədəbiyyata çevirə bilərsən. - Henri Miller

Ədəbiyyat, bizə yaşamadığımız, yaşaya bilmədiyimiz ya da yaşayıb da fərqinə varmadığımız həyatları hədiyyə edir.- Mehmet Eroğlu

Xoşbəxt ailələrdə böyəməyən gənclər üçün ədebiyyat ən gözəl sığınacaqdır. - Əlif Şəfəq

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

Bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, bədii ədəbiyyat fikrə və hisslərə eyni vaxtda və eyni qüvvə ilə təsir edir. - Maksim Qorki

Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. - Səməd Vurğun

Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik olmalıdır. - Maksim Qorki

Bədii ədəbiyyat oxumaq üçün də vaxt tapmaq lazımdır, yoxsa insanın beyni quruyar. - Sergey Kirov

Mədəniyyəti yüksəltmək, hər şeydən əvvəl, bədii ədəbiyyatı bilməkdir. - Mixail Kalinin 

Milləti ədəbiyyat yaradır. - Uilyam Folknel

Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə yalnız onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.  - Uilyam Folknel

Ədəbiyyat-xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir. - Vissarion Belinski

Azərbaycan ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın hökmü ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil. - İlyas Əfəndiyevin

Ədəbiyyat xalqın maddiləşmiş yaddaşıdır. - Uilyam Folkner

Şifahi xalq ədəbiyyatını öyrənmədən zəhmətkeş kütlənin həqiqi tarixini öyrənmək olmaz. - Maksim Qorki

Ədəbiyyat millətdəki əhvali-ruhiyyənin inikası deməkdir. - Hüseyn Cavid

Gerçək mədəniyyət, ədəbiyyat və sənətdən doğur. - Muhsin Ertuğrul

Hər bir sənətkar üçün mütaliə, müasir elmlərə, dünya ədəbiyyatına bələd olmaq, onun istedadı qədər vacib və zəruridir. - İlyas Əfəndiyev

Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat da , tarix də itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar.  - Henri Toro

Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam. - Jorj Sand

Zehnimizi ədəbiyyat dekor edir.  - Murat Menteş

Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir. - Santayana

Öz gerçəyini öz sözləriylə anlayıb açıqlamaq, hər bir namuslu yazarın vicdan borcudur. - Cəmil Məric

Ədəbiyyatda oxşarlığı kopiyalamaqla əldə etmirlər. - Mark Tven

Yazıçı həqiqəti qələmə almalıdır.Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz. Yalan orduları hərəkətə gətirə bilər, bir xalqı aldadıb yolundan sapdıra bilər, hətta özünü "həyat" kimiqələmə verə bilər, amma heç vaxt böyük ədəbiyyat ola bilməz. -  Uilyam Folkner

Yalnız bir siyasi sistem var ki, orada yaxşı yazıçının yaranması qeyri-mümkündür. Bu sistemin adı faşizmdir. Çünki faşizm quldurların idarə etdiyi yalançı bir cəmiyyətdir. Bu mənada yalanı ədəbiyyata gətirmək istəməyən yazıçı faşizm rejimində nə yaşaya, nə də yarada bilər. - Ernest Heminquey

Tənqid, ədəbiyyat ve sənət əsərlərinin gözəlliklərini, çirkinliklərini ortaya çıxardan bir elmdir. - Aleksandr Puşkin

Siyasət ədəbiyyata müxalifətdə olduqca, yazıçı həmişə siyasətə müxalifətdə olacaq. - Mixail Bulqakov

Dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat. - Mixail Bulqakov

Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir . - Hüseyn Cavid

Əsgərin silahı tüfəng olduğu kimi, dil də ədəbiyyatçının silahıdır. Silah nə qədər yaxşı olarsa, döyüşçü də bir o qədər güclü olar.

Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cəmiyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qisim fədakarlığa və cannisarlığa şövqmənd etməlidir. - Firidun
bəy Köçərli

Siyasət rol oynarkən, ədəbiyyat susur.  - Hüseyn Cavid

Yalana fəlsəfədə "cəfəngiyyat", ədəbiyyatda "metafora", siyasətdə "təbliğat", ticarətdə "reklam", jurnalistikada "xəbərlər" deyilir. - Ducanə Cündioğlu

Etiketler: , , , , , ,

5.5.21

İncəsənət Haqqında Aforizmlər Və Sözlər

 Sənət təbiətdən sonsuzluğa atılan addımdır. - Cübran.


Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir. - Anonim


İnsanları sevməkdən gözəl sənət olmadığını düşünürəm. - Vinsent van Qoq

incesenet-haqqinda-aforizmler-senet-incesenete-aid-sozler-senetkar


Duyğular sənətdə, ağıl ­ elmdə, ruh ­ fəlsəfədə özünü ifadə edir. - Əbu Turxan


Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar. - Lev Tolstoy


Təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır.  - Həsən Əliyev 


Sənət insanın təbiəti, təbiət – Allahın sənətidir. - Beyli 


Yaradıcılıq sənətkardan, sənətkar isə yaradıcılıqdan qaynaqlanır. - Haydegger


Sənətkar – Təbiətin aşiqidir: yəni onun həm köləsi, həm ağası. - Rabindranat Taqor 


Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır. - Erix Fromm 



Sənətkar həqiqətlə gözəlliyi birləşdirməyi bacarmalıdır. - Feyxtvanqer


Qabiliyyət yoxsa sənətçi olmaz, amma çalışmamaqla qabiliyyət heç bir işə yaramaz. - Emil Zolya


Sənət həmsöhbətin susduğu dialoqdur. - Qriqori Landau


Sənətkar insanları öz daxilinə yönəldir və qəlbin hamı üçün ümumi olan sirlərini insanlara açıb göstərir. - Lev Tolstoy


Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır. - Həsən Nail Canat.


Təbiətlə insan qəlbi arasında körpü rolunu oynayan birləşdirici bir aləm də vardır. Bu, ədəbiyyat və incəsənətdir. - Dədə Turxan


Kim özündə yazıçılığa bir qabiliyyət hiss edirsə , deməli, söz musiqisinə, sadəlik sənətinə və sevgi sehrinə malikdir. - Cübran.


Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır. Xudu Məmmədov


Həqiqi sənətkar təkcə “başının ağlı” ilə deyil, həm də “ürəyin ağlı” ilə yaşayır. - Lev Tolstoy


Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi, həyəcani-bədii təmin etməkdir. - Cəfər Cabbarlı


Rəssamın orijinallığı xəyalında yaratdığı ideyada, sənətkarlığı isə bu ideyanı kətana köçürmək məharətində üzə çıxır. - Dədə Turxan


Hər bir sənət əsəri bütövlüyün və vahidin təcəssümüdür. İki əsər yanaşı olanda bir-birinə kölgə salır. - Dədə Turxan


Sənətçilər həyatdan yanadırlar ölümdən yana yox. - Alber Kamyu.


Sənət xeyirlə şəri fərqləndirmək, yaxşını tanımaq vasitəsidir. - Lev Tolstoy


İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır. - Onore de Balzak


Böyük həqiqət, düşüncə və sənətdir. - Əhməd Hamdi Tanpınar.


İntellektual - sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan. - Çarlz Bukovski


İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır. - Pablo Pikasso


Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir... - Onore de Balzak


Sənətin missiyası ilahi gözəlliyi onun təzahürlərində görə bilməkdir. - Dədə Turxan


Əsl sənət hiss və duyğunu necə yaranıbsa, eləcə – hələ öz təravətini itirmədən, öz bakirəliyində təqdim edir. - Dədə Turxan


Sənətdə təsvir olunan səma deyil, çay deyil, dəniz deyil… Təsvir olunan qəlbin ənginliyidir. - Dədə Turxan


Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. - Dədə Turxan


Elm ­ beyini, sənət ­ ürəyi, din ­ ruhu qidalandırır.- Dədə Turxan


Elm əqlin hafizəsidirsə, sənət hissələrin hafizəsidir. - V.Solouxin


Sınaq-səhv metodu elm üçündür. Sənət əsərləri sınaq-səhv metodu ilə yaradıla bilməz, çünki qəlblərə ünvanlanmışdır. - Dədə Turxan


Hər bir sənət abidəsi canlıdır. Onlar üst-üstə toplansaydı, altda qalanlar nəfəs ala bilməz. - Dədə Turxan


İncəsənət bütövdür, o yalnız Şərqə, yaxud yalnız Qərbə aid ola bilməz. - Uitmen


Həqiqi sənət əsəri qarşısında. zaman acizdir. - A.Serov


Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir. - Dədə Turxan


Elm və sənət qoşa qanaddır. - Xudu Məmmədov 


Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. - Viktor Hüqo


Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik. - Samuel Smayls


Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həmbaşa düşür, həm də hiss edir. - Holley


Sənət insanı həm ağıl azlığı, həm də ağıl artıqlığı bəlasından qoruyur. - Xudu Məmmədov


Sənət, ictimai bir səydir; cəmiyyətdən gəlir, cəmiyyətə dönür. Lakin gələnlə gedən eyni şey deyil. - Atilla İlhan


Onlar sənət edirlər biz isə duadayıq. - Əhməd Hamdi


Tənqid, ədəbiyyat ve sənət əsərlərinin gözəlliklərini, çirkinliklərini ortaya çıxardan bir elmdir. - Aleksandr Puşkin.


Yaxşı tənqidçi əsərdə sənətkarın özünün demək istəmədiklərini də aşkar edir. - Əbu Turxan


Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni bağışlaya bilərlər. Lakin sən xalqın sənətkarı olmaq iddiasındasansa, yalan yazırsansa taledən möcüzə, imdad gözləmə. - İlyas Əfəndiyev


Yazıçı, sənətini böyük edən bu iki vəzifəsini yüklənməlidir; gerçəyi və azadlığı. - Alber Kamyu


Siyasət və sənət dünyanın nizamsızlıqları qarşısında baş qaldırmanın iki ayrı üzüdür. - Alber Kamyu


Etiketler: , , , , , ,

3.5.21

Söz Haqqında Aforizmlər Və Sözlər

sozler-haqqinda-aforizmler-sozlere-aid-edebiyyat-poeziya-soz



 İnsan vardır ki söylədiyi sözlərlə böyüyər, söz vardır ki, söyləyən insan üzündən böyük görünər. - Naməlum.


Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də.- Tolstoy


Günəş ölkələri aydınladır, sözlər milləti... - Cəmil Meriç 


Söz sədəfdir, fikir – mirvari. - Əbu Turxan.


Sözün qanadları var, quş kimi incə-incə,

Dünyada söz olmasa, nəyə gərək düşüncə.- Nizami Gəncəvi


Səmimiyyət gözlərdən, dürüstlük sözlərdən bəlli olar. - Anonim 


Sözün ən gözəli, söyləyənin Doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür.- Aristotel


Söz ağızdan çıxmadan öncə 3 qapıdan keçməlidir:

 Yaxşılıq, nəzakət və lüzum.- Münir Üstün


Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın. - Ömər Xəyyam


Sözün formasına aludə olanda məna kölgədə qalır.  - Əbu Turxan

Söz Haqqında Aforizmlər,Söz Haqqında Sözlər,Soz haqqinda aforizmler,

Söz haqqında aforizmlər

Sözlər yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir. - Aleksandr Pop


Sözü işə çevirmək, işi sözə çevirməkdən qat- qat çətindir. - Maksim Qorki.


İş ilə öyüd verən söz ilə öyüd verəndən yaxşıdır. - Cəlaləddin Rumi


Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil.


Söz həyatın ən böyük silahıdır - V. Korilenko.

Soz haqqinda aforizmler,Söz Haqqında Aforizmlər,sozle bagli aforizmler


Sözlər çoxaldıqca sözün dəyəri, təsiri və doğruluq payı da azalır... - Anonim


Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.- Mövlana 


Ürəyi ilə sözü bir olan insanlar dəyəri az bilinən xəzinə kimidir. Qədrini bilin..


Çox pul haramsız, çox söz yalansız olmaz. - Yunus Əmrə

sözlə bağlı aforizmlər

Sözlə bağlı aforizmlər

Deməyə sözü olmayan hamıdan çox danışar. 


Nə qədər ağıllı danışsan da uzunçuluq eləyən kimi dediklərin axmaq sözlərlə bitəcək.- Aleksandr Düm


Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. - Plato


Yanlış üslub doğru sözün cəlladıdır.- Sədi Şirazi 

sözlə bağlı aforizmlər,Söz Haqqında Sözlər,Soz haqqinda aforizmler,Söz Haqqında Aforizmlər,


Söz var kəsdirər savaşı,

Söz var kəsər savaşı. - Atalar Sözü


Dеyəcəyi fikri bеynində bişirməmiş dilə gətirməməli, еhtiyаc оlmаdаn sözü təkrаr еtməməli, еhtiyаc üçündən təkrаr lаzım оlduqdа tərəddüd göstərməməli;


Bаşа düşməyən аdаmа incə və üstüörtülü söz dеməməli.


Şairə ilham sözün közünü üfürmək üçün lazımdır. - Əbu Turxan.


Poeziya “ən yaxşı sözlərin ən yaxşı düzümü” deyil, poeziya dilin ali mövcudluq formasıdır.- İosif Brodski.


Poeziya sözlərdə gözəlliyin ritmik yaradılmasıdır. - Edqar Allan Poe


Sözün gücsüz olduğu yerdə musiqi başlayır.- Vaqner


Söz gözəl olursa-olsun nə qədər,  

Pis əda o sözü tamam məhv edər.- Nizami Gəncəvi


Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır. - Mövlana 


Bəzi sevgilər sözlərlə ifadə edilməyəcək qədər böyük və dərindir...


Əhəmiyyətli olan sözlər deyil, davranışlardır. Sevdiyini deyən biri yerinə, sevgisini göstərən birinə inanın. -Erix Fromm


Əgər bir qadın 'Deyəcək daha sözüm yoxdur' söylərsə, bil ki deyəsi çox sözü olduğundandır.


Əslində biz nə etdiksə özümüz etdik. Çünki kiçik bir əlaqəni eşq, iki söz danışanı özümüzə dost sandıq. - Bob Dilan


Sözü kütlənin səviyyəsinə endirənlər daha tez populyarlaşırlar. - Əbu Turxan


Söz - iki sonsuzluq arasında bir çırpınış... - Cəmil Meriç


Zaman keçir, amma deyilən söz qalır. - Cəmil Meriç


Üç şey: atılmış ox, deyilmiş söz və keçmiş günlər bir də geri qayıtmır.


Biz bilirik ki, doldurulmuş silahla ehtiyatlı davranmaq lazımdır. Sözlə də eyni cür davranmanı isə bilmək istəmirik. Söz öldürə də bilər, ölümdən də pis fəlakət törədə bilər. - Lev Tolstoy


Təkcə dövlətin danışma haqqına sahib olduğu məmləkətdə heç bir sözə inanmayın. - Əli Şəriəti


Sözlər və düşüncələr bütün dünyanı dəyişə bilər. - The Dead Poets Society



Etiketler: , , , , , , ,

1.5.21

Video statuslar