31.12.21

Birlik və Bərabərlik Haqqında Aforizmlər & Sözlər

 

Birlik və Bərabərlik Haqqında Aforizmlər və Sözlər Həmrəylik haqqında həmrək

Birlik harda, zəfər orda..

Birlik və bərabərlikdə qüvvət, ayrılıqda isə sıxıntı və fəlakət vardır. - Sultan II Əbdülhəmid

Birlik və bərabərlik ölümündən başqa hər şeyə qalib gələr. - Atatürk

Bir milləti güclü edən birlik və bərabərliyidir.

Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır. - Alber Kamyu

Sevgi birliyə, eqoizm təkliyə aparar - Fridrix Şiller

Hərəkətdə birlik olmasa, sözdə birlik mənasızdır. - Məhəmməd İqbal

Dildə, işdə və fikirdə birlik! - Gaspıralı İsmail

Əxlаq və intizаmsız birlik də оlа bilməz.-  Atilla

Özünüz üçün deyil, bağlı olduğunuz xalq üçün birlikdə işləyin. İşlərin ən yüksəyi budur.- Atatürk

Ən faydalı millət bütün işlərini birlik və bərabərlik içərisində düüşünərək çoxluğun rəyinə üstünlük verən millətdir. - Əbdülfəttah Şahin

Dünya bir birliyə, axirət bir birliyə sahib, Allah da bütün birliklərin sahibidir. - Əbdülqadir Gilani

Bir araya gəlmək, bir başlanğıcdır. Bir yerdə olmaq, bir inkişafdır. birlikdə çalışa bilmək isə müvəffəqiyyətdir. - Henri Ford

Siyasətçilər xalqın mənfəətlərindən fərqli çıxarlara sahib olan insanlar birliyidir. -Avraam Linkoln

Bir olsa yoldaşın, dostun əməli Daşdan su çıxarar onların əli. Nifaq olan yerdə fəlakət də var, Səadət günəşi birlikdə doğar. - Nizami Gəncəvi

Sadəcə sözdə deyil, əməldə, ürəkdə, fikirdə bir olaq!

Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik. - Martin Lüter Kinq

Etiketler:

30.12.21

Yeni İl Şəkilləri, Yeni İl üçün Şəkillər (Yazılı)

 

Yeni İl Şəkilləri, Yeni İl üçün Şəkillər,Yeni il ucun sekiller,

Yeni İl Şəkilləri, Yeni İl üçün Şəkillər,Yeni il ucun sekiller,

Yeni il ucun sekiller,yeni ile aid sekiller, yeni il sekilleri 2022

yeni ile aid sekiller, yeni il sekilleri 2022, yeni il tebrikleri,

yeni ile aid sekiller, yeni il sekilleri 2022, yeni il tebrikleri,

yeni ile aid sekiller, yeni il sekilleri 2022, yeni il tebrikleri,

yeni il tebrikleri,yeni il mesajlari,yeni il şəkilləri 2022, 2022 üçün şəkillər

yeni il tebrik mesajlari,yeni il mesajlari,yeni il şəkilləri 2022, 2022 üçün şəkillər





Etiketler: , , , , , , ,

28.12.21

31 Dekabr Həmrəylik Günü Təbrik Mesajları və Sözləri

 

31 Dekabr Həmrəylik Günü Təbrikləri,31 Dekabr Həmrəylik Günə Aid

31 Dekabr Həmrəylik Günü üçün Mesajlar


Bizə qələbə yaraşır, bizə birlik yaraşır!
31 Dekabr Həmrəylik Günümüz Mübarək!


Birliyimiz əbədi və daim olsun!
Həmrəylik Günümüz Mübarək Olsun!


Həmişə Həmrəy Olaq! Bayramımız Mübarək!


Bir Olaq, İri Olaq, Diri Olaq! Birliyimizdaim Olsun Əziz Həmvətənlərim!

Builki Tarixi Zəfərimiz Birlik və Bərabərliyimizin Nəticəsidir! Gücün, Birliyin və Zəfərin Daim Olsun AZƏRBAYCAN!

Bütün Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Təbrik Edirəm! Həmişə Həmrəy Olaq!

Bugün bizim Birlik və Həmrəyliyimizin günüdür. Bugün bütün Dünya Azərbaycanlılarının Bayramıdır. Bayramınız Mübarək Əziz Həmvətənlilərim!

Birliyimiz daim olduqca, Zəfərimiz də daim olacaq, Bir Günəş kimi səmamızda doğacaq!

Bütün dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm! Qarşıdan gələn Yeni il  Dövlətimiz və Xalqımız üçün Xeyirli və Bərəkətli Olsun! Bayramınız Mübarək Olsun!

Bu il sözün əsl mənasında Həmrəy olduq, bir olub bizi bölməyə çalışanların başını əzdik! Bu Birliyimiz, bu Zəfərimiz Yeni ildə də davam etsin! Təbriklər AZƏRBAYCANIM!

Biz sadəcə bu gün deyil, 44 Günlük Şanlı Vətən müharibəsində  də bir yumruq kimi birləşdik!
Bir olduq, Qalib olduq, Qanlı tarixi qanımız bahasına Şanlı bir Tarix etdik!Unudulmaz və Silinməz bir Zəfər Tarixi Yazdıq!
Təbriklər Xalqım, Təbriklər Vətənim!

Zəfərin Daim Olsun AZƏRBAYCAN!

31 Dekabr Həmrəylik Günü Təbrikləri,31 Dekabr Həmrəylik Günə Aid
 


Birlik və bərabərlik haqqında atalar sözləri

Dirilik birlikdədir.

Qüvvət birlikdədir.

Güc birlikdədir.

Birlikdən zəfər doğar.

Birlik harada, dirilik orada.

Birlik olmayan yerdə dirilik olmaz.

Hamımız birimiz üçün, birimiz hamımız üçün.

Böyük işlər birlikdən doğar.

Birgə olaq, Güclü Olaq, Azad olaq !

Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir.

Harda həmrəylik varsa, qələbə ordadır. - Latın Atalar Sözü

Böyük zəkalar birlikdə düşünürlər.

El bir olsa zərbi kərən sındırar.

El bir olsa – dağ oynadar yerindən,

söz bir olsa, zərbi kərən sındırar.


Birlik və bərabərlik haqqında aforizmlər

Birlik və bərabərlikdə qüvvət, ayrılıqda isə sıxıntı və fəlakət vardır. - Sultan II Əbdülhəmid

Birlik və bərabərlik ölümündən başqa hər şeyə qalib gələr. - Atatürk

Bir milləti güclü edən birlik və bərabərliyidir.

Hərəkətdə birlik olmasa, sözdə birlik mənasızdır. - Məhəmməd İqbal

Dildə, işdə və fikirdə birlik! - Gaspıralı İsmail

Özünüz üçün deyil, bağlı olduğunuz xalq üçün birlikdə işləyin. İşlərin ən yüksəyi budur.- Atatürk

Bir araya gəlmək, bir başlanğıcdır. Bir yerdə olmaq, bir inkişafdır. birlikdə çalışa bilmək isə müvəffəqiyyətdir. - Henri Ford

Sadəcə sözdə deyil, əməldə, ürəkdə, fikirdə bir olaq!


Etiketler: , , , , , , ,

26.12.21

Yeni İl Şeirləri, Yeni İlə Aid Şeirlər


yeni il şeirləri 2022,yeni il şeiri, yeni ile aid şeirler,yeni ile aid seir,yeni ile aid seirler,təzə il şeirləri,şaxta baba şeiri,sen yolka seiri,
 Yeni İl Şeirləri,  Yeni İlə Aid Şeirlər


 Mündəricat:

Yeni İl - Xanımana Əlibəyli

Şaxta baba - Xanımana Əlibəyli 

Şən Yolka - Tofiq Mütəllibov

Yolka bayramı - Mirvarid Dilbazi

Yeni il - Zeynal Xəlil 

Yeni İl - Elbəyi Cəlaloğlu



Yeni İl - Xanımana Əlibəyli

Döşündə ağ qərənfil,

Xoş gəlmisən, təzə il.

Yolkamıza qar ələ.

Gəl oynayaq əl-ələ.

Sən gələndə, təzə il,

Ağ gül açır elə bil.

Yolkamıza qar ələ.

Gəl oynayaq əl-ələ.

Çöllərdə fırfıra tək

Hərlədir qarı külək.

Yolkamıza qar əb,

Gəl oynayaq əl-ələ.




Şaxta baba -  Xanımana Əlibəyli 

Gəl bu xoşbəxt elimizi,

Təbrik elə, bir-birimizi,

Təzə gələn ilimizi

Şaxta baba, şaxta baba

 

Saçların ağ, saqqalın ağ,

Hansı evə getsən qonaq,

Hörmət edər hər bir uşaq

Şaxta baba, şaxta baba.


 

 Şən Yolka - Tofiq Mütəllibov

Geyinibsən al-əlvan,

Budaqların çıraqban.

Dövrə vurub qız-oğlan,

Nəğmə deyir şən yolka,


Sən nə gözəlsən, yolka!

Dildə gəzir sorağın,

Bəzənib hər budağın.

Şaxta baba qonağın


Olmuş sənin, şən yolka,

Sən nə gözəlsən, yolka!

Çölü, meşəni bəzə.

Düzləri gəzə-gəzə

Hər il qonaq gəl bizə,


Ürək açan şən yolka,

Sən nə gözəlsən yolka!



Yolka bayramı - Mirvarid Dilbazi

Yığılın gəlin

Uşaqlar hamı

Gəlin, şən keçsin

Yolka axşamı.

Tıq – tıq – tıq döyüb

Qapını birdən,

Qış baba baxır

Pəncərələrdən,

Ətəyi dolu

Əlvan kağızlar.

Onun içində

Gözəl şeylər var.

Pay gətiribdir

Qış baba sizə,

Deyir ki, tez ol,

Yolkanı bəzə!..

Eşiyə yağır

Quşbaşıtək qar,

Qış baba gəlib

Sizə payı var.

Budur açıldı

Qapı taybatay.

Qış baba dedi:

Aman ay- ay – ay,

Kənara durun

Ay uşaqlar siz.

Əzilib gedər

Yer – yemişiniz!

Qış baba evə

Bir nəzər saldı

Uşaqlar tezcə

Dövrəsin aldı.

Yolka yanında

Çökdü qış baba.

Yaşıl budaqlar

Bir – bir bəzəndi.

Xırda uşaqlar

Hamısı şəndi.


Yeni il - Zeynal Xəlil 

Əsir qışın küləyi

Küçələrdə soyuq, qar,

Oynayırlar qar topu

Dəstə - dəstə uşaqlar.

 

Bağçalarda dəydikcə

Soyuq qışın sazağı,

Alma kimi qızarır

Körpələrin yanağı.

 

Böyük yolka qurulub

Meydançada bax yenə.

Nəğmə deyir uşaqlar

Gözəl qışa, Vətənə,

 

Yox, yox! Gəlin hələ siz

Bəzəklərə baxın bir,

Bu sayrışan işıqlar

Bir - birindən gözəldir!

 

Əlində böyük əsa,

Başında da qar papaq

Şaxta baba yenə də

Bizlərə gəlmiş qonaq,

 

Uşaqlarla o, yenə

Gözlərində məhəbbət

Bəzən də edir söhbət,

O, söyləyir: - Uşaqlar,

  

Oynayın qəşəng - qəşəng;

Sizin yeni iliniz

Görüm olsun mübarək!

Sevin dərsi, zəhməti,

  

Sadiq olun yoldaşa;

Sevin аnа Vətəni,

Ziynət verin hər daşa.

Daha gözəl olacaq

Xalqımızın həyatı!..


Yeni İl - Elbəyi Cəlaloğlu

Sevinin, a dostlar, sevinin bu gün

Yenə də bir yeni illə görüşdük

Qəmi unutduran, kədəri danan

Neçə şirin-şirin dillə görüşdük.


Yenə də bir vərəq doldu ömürdən,

Bir qamçı da dəydi göy atımıza.

Bir çəngə gül-çiçək yoldu ömürdən,

Şənlik gətirənlər ovqatımıza.


Ürək odlandıqca gözlər yaş süzər,

Yaşlardır söndürən ürəkdə odu.

Olsa da həyatın sonucu kədər,

Sevincdə, gülüşdə, dəmdədir dadı.


Uşaq cavanlaşır, qocalır cavan,

Yaş üstə yaş gəlir, hər yeni ildə.

Qalacaq yenə də sirli, sehirli

Hər solan çiçək də, açılan gül də.


Sevinin, a dostlar, sevinin, bu gün

Sevinclər bəzəsin anlarınızı.

Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,

Müjdələr oxşasın günlərinizi.


Axtarış sözləri: yeni il şeirləri 2022,yeni il şeiri, yeni ile aid şeirler,yeni ile aid seir,yeni ile aid seirler,təzə il şeirləri,şaxta baba şeiri,sen yolka seiri,yolka seiri,yolka şeiri,yeni ilə aid şeirlər, yeni il şeiri 2022,yeni ile aid usaq seirleri,


Etiketler: , , , , , ,

22.12.21

Dil Haqqında Atalar Sözləri və Məsəllər

 

dile-aid-atalar-sozleri-dil-haqqinda-atalar-sozleri-ve-meseller-dilcilik-.jpg


Dil var bal gətirər, dil var – bəla.

Dünyada ən acı və ən şirin şey dildir.

Dildən acı, dildən şirin şey yoxdur.

Ağlı qısanın, dili uzun olar.

Yaman dil başa bəladır.

Dili varsa, dilçəyi də var.

Adı dillər əzbəridir.

Dadlı dil – gülər üz.

Şirin dil adama dost qazandırar.

Şirin dilin olsun, qoruyan sözün olsun.

Balın yoxdur, bal kimi dilin olsun.

Ürəyi dolu olanın dili uzun olar.

İnsaf dilin yarısıdır.

Lalın dilini anası bilər.

dil haqqinda atalar sozleri,Dile aid atalar sozleri,dilə aid atalar sözləri

Dil Haqqında Atalar Sözləri və Məsəllər

Sözü olana dil ver, söz eşidənə qulaq ver.

Qulağı açan dil olur, dilsiz qulağ kar olur.

Dişsiz, dil yaramaz. dilsiz, diş azar.

Evi daraldan qonaq olsun, qonağı daraldan, dilin olmasın.

At olmasa, yol olmaz, dil olmasa, el olmaz.

Qələmin dili iki olsada, yazısı birdir.

Ağzı yağlı, dili bağlı.

İpin uzunu yaxşıdır, dilin qısası.

Süfrədə əlini saxla, məclisdə – dilini.

İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır.

Alimin biliyindən, yalançının dilindən yapışarlar.

Adam dilindən bəlaya düşər.

Adamın başına nə bəla gəlsə, dilindən gələr.

Baş, dil ilə asılar.

Başa dil gətirəni, el gətirə bilməz.

Evlərə gedən qızın dili altında qənd gərək.

Bir ağızdan çıxar, min dilə yayılar.

Şirin dil ilanı yuvasından çıxardar.

Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar.

Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar.

Müqəssirin dili qısadır.

Əli əyrinin, dili düz olmaz.

Atı, yoluyla tanı, eli diliynən tanı.

Doğru söz dilinə gəlməz.

İtin dilini bilir.

Lotunun dilini lotu bilər.

Birinin əli, o birinin dili işləyir.

Borc verənin dili uzun olar.

Qonaq ilə qonaqçı, eşşək ilə eşşəkçi dil tapar.

Gözü ilə görür, dili ilə istəyir.

Pulun varsa dinclik, dilin varsa elçilik.

Dövlətlinin dili uzun olar, əli qısa.

Yoxsulun dili gödək olar.

Kasıbın dürməyi yavan olsa, dili yağlıdır.

Savab adamı dilli eylər.

Türk dili, bağa bənzər.

Fikir dili basar, dil də gücü.

Yaxşının sözü dilində, yamanın kini ürəkdə.

Deyə-deyə dilimdə tük bitdi.

Dil var dişi saxlar, diş var dili saxlar.

Dilin qoy dilçəyinə.

Qayınanalı gəlinin dilinin altında fənd gərək.

Nə dil bilsin, nə dodaq.

Evlərə gedən qızın: qulaqları kar, dili lal, gözləri kor gərək.

Eldən-elə, dildən-dilə, kim gülə, kim gülməyə.

El gözünü dil açar.

Eli olmayanın dili də olmaz.

Ölmüş atın nalı sökülər, dilsiz elin - başı.

Qəribin boynu uzun olar, dili qısa.

Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.

Sən yerindən tərpənincə, dağ-daşa dilə gələr.

Daşlar da dilə gəlir.

Yıxılsan dizindən gör, əzilsən dilindən gör.

Tikən acısı gedərmiş, dil acısı qalarmış.

Pıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.

Qeyrətsizin dilin al, dilin verdi gözün al.

Xəncər kimi bir dilə, pambıq kimi bir ürəyə sahib ol.

Xəncər yarası gedər, dil yarası getməz.

Qılınc yarası sağalar, dil yarası sağalmaz.

Acı dilin yarası qılınc yarasından pis olur.

Quş - dimdiyindən, adam isə dilindən ovlanar.

Bülbülün çəkdiyi dil bəlasıdır.

Deyirəm dilim yanır, demirəm – ürəyim.

Dilim, dilim ol, dilim, bir az şirin ol, dilim, bir az həlim ol, dilim, sən ki, incitdin yarı dilim-dilim ol, dilim.

Savaşmağa üz tap, barışmağa dil tap.

İki başlı heyvandan yox, iki dilli insandan qorx.

Dilsiz elin daşı çox, ürək kövrək dağı çox, öz dilini bilməsə, doğma elin yadı çox.

Eldən qalan dil olsun, seldən qalan iz olsun. oddan qalan kül olsun.

Adamın gərək dili ilə ürəyi bir ola.

Dəlinin ürəyi dilindədir, ağıllının dili ürəyindədir.

Etiketler: , , , , , ,

19.12.21

Söz Haqqında Atalar Sözləri və Məsəllər

 

Söz Haqqında Atalar Sözləri və Məsəllər

Söz həyatın bəzəyidir.

Ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.

İnsan ölər, söz qalar.

Sözün ilə işin bir olsun.

Zaman keçər, söz qalar.

Söz qılıncdan kəsərlidir.

Söz danış, söz olsun.

Doğru söz acı olar.

sözlə bağlı atalar sözləri,soze aid atalar sozleri,soz haqqinda atalar sozleri,atalar sozleri,
Soz haqqinda atalar sozleri

Doğru söz dəmiri dələr.

Kişi sözü üzə deyər.

Kişinin bir özü, birdə sözü.

Söz vermək asandır, yerinə yetirmək çətin.

Söz pəhləvanı olma.

Söz danış, söz eşit.

Sözü məqamında deyərlər.

Söz ki var, dəmirdir, vurduqca uzanar.

Sözü ağzında bişir, sonra çıxart.

Söz insanın vuran əlidir.

Söz Haqqında Atalar Sözləri və Məsəllər
Söz Haqqında Atalar Sözü

 Söz Haqqında Atalar Sözləri 

Sözdən söz çıxar.

Söz var el içində, söz var ev içində.

Yalan söz üz qizardar.

Qazan oddan qızar, insan – sözdən.

Ev sözsüz olmaz, meşə çaqqalsız.

Boş qaşıq ağız yırtar, boş söz qulaq.

Söz götürənin, yer oturanındır.

Meydan bizim, söz sizin.

Saz olan yerdə sözü saza verərlər.

Sazlı ev – sözlü ev.

Oğrunun yavuzu (yamanı) söz oğurlayandı.

Nə özündədir, nə sözündə.

Qaba söz qaba hərəkətdən pisdir.

Düz sözə boynum qıldan nazikdir.

Sözün düzünü zarafatda deyərlər.

Deyilən söz, atılan oxa bənzər.

Ara sözü ev yıxar.

Doğru sözdən xəta gəlməz.

Sözün yaxşısı baldan şirin olar.

Sözü söz kəsər.

Söz vaxtına çəkər.

Söz odur ki, haqqa vara.

Sözün də qanadı var.

Anlayana bir söz bir kitabdır.

Gül qönçədə qalmaz, söz – qəlbdə.

Boz üzüm var, doğru sözüm.

Söz danışıqdan keçər.

Söz sözü çəkər, arşın bezi.

Uşaq sözün düzünü deyər.

Sözün doğrusun de, min atını çap.

Sözü asta, ürəyi tasvasda.

soz haqqinda atalar sozleri,atalar sozleri,sözlə bağlı atalar sözləri

 Sözə Aid Atalar Sözləri 

Sözünü bilməyənə aşağı başda da yer yoxdur.

Sözdən söz götürür.

Söz sandığa girməz.

Sözü at, yiyəsi götürər.

Söz sözün dayağıdır.

Söz sözə söykənir.

Kişi öz sözünün ağası olar.

Kişinin özünə baxma, sözünə bax.

Sözün başı axırından bilinər.

Bikar sözü ilə arvad alma.

Elə söz de ki, kalı tökülsün, dəymişi qalsın.

Bıçaq yarası sağalar, söz yarası sağalmaz.

Sözlə plov olmaz, yağ ilə düyü gərək.

Hərzə sözün mərəzi gələr.

Sözün damarı olar, çəkdikcə uzanar.

Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.

Söz çeynəyən çox, söz deyən az.

Bəzən dəli də ağıllı söz deyir.

Yaxşı timsal yüz yönsüz sözdən yaxşıdır.

Sözün zahiri zərif, batini lətif olmalıdır.

Yaxşının sözü dilində, yamanın kini ürəkdə.

Ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.

Ağıl, ağıldan keçər, söz danışıqdan ötər.

Hər işin öz yeri, hər sözün öz məqamı var.

Sözü olana dil ver, söz eşidənə qulaq ver.

Qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.

Sözsüz ev olmaz,çalqısız toy olmaz.

Çalqını çalana, sözü danışana, işi bilənə, yolu gedənə, atı sürənə, malı alana, qızı sevənə, biçini əkənə ver deyiplər.

Gözəl var gözü ilə öldürər, gözəl var sözü ilə öldürər.

Gözəldə hamının gözü var, çirkinə kimin sözü var.

Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.

Əyri ağız bəy olsa, yalan sözü düz çıxar.

Cahildə söz əylənməz, günbəzdə qoz.

Ulular sözünə baxmayan, uluya uluya qalar.

Adam var gözdən qızar, Adam var sözdən qızar.

Söz Haqqında Atalar Sözləri və Məsəllər

Söz Haqqında Atalar Sözləri,Atalar Sözləri,atalar sozleri,soz haqqinda atalar sozleri,
Söz Haqqında Atalar Sözləri

Qılınc yarası sağalar, söz yarası sağalmaz.

Söz var kəsər savaşı, Söz var kəsdirər başı.

Söz bir olsa, dağ oynayar yerindən.

El bir olsa – dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar.

Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır.

Xalının tozu tükənər, dəlinin sözü tükənməz.

Etiketler: , , , , ,

18.12.21

İnstaqram Üçün Sözlər, İnstaqram Üçün Statuslar



instagram statusları 2022,İnstaqram Üçün Sözlər,Instagram Üçün Statuslar,instagram sözləri,


Məni öldürməyən hər şey məni daha güclü edir.

Heç bir sərvət, dürüstlük qədər dəyərli deyildir.

Nə olardı, bir il də insanlıq dəbdə olsa? 

Ürəyində hiss edirsənsə, məsafə yoxdur..

instagram üçün sözlər,instagram statusları 2022,İnstaqram Üçün Sözlər,İnstaqram Üçün Statuslar
İnstaqram Üçün Sözlər


Məni öldürməyən şey məni gücləndirər.Sevdiyini  etmək azadlıqdır. Etdiyini sevməksə xoşbəxtlikdir

Həyat ediyimiz seçimlərdən ibarətdirsə mən bu gün xoşbəxtliyi seçirəm.

Ruhları bir-birinə bağlı olan insanlar vardır. Ürəkləri məsafə qəbul etməz..

Vəfalı dost yad olmaz, görməsə yüz il səni.

Əsl Dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir.


instagram üçün sözlər,instagram statusları 2022 İnstaqram Üçün şəkillər İnstaqram Üçün Statusla

İnstaqram Üçün Sözlər, İnstaqram Üçün Statuslar


Məhəbbət insanların bir-birinə bağışladığı xoşbəxtlikdir.

Bir insanda əsas 3 şeyi axtarın: zəka, qəlb və dürüstlük. Əgər axırıncısı yoxdur, digər ikisini boş verin.

Necə də qəribədir,  deyil mi? İnsanın həyatı sualla başlar və sualla bitər: 'Adını nə qoydunuz?' 'Mərhumu necə bilərdiniz?'. 

Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.

Sirr saxlasan sənindir, söyləsən əsirindir.

İnstaqram Üçün Sözlər,İnstaqram Üçün Statuslar,instagram sözləri

İnstaqram Üçün Statuslar

Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır.

Həyat öz taleyini izləyənlərə səxavətli olur. 

Nəhənglər kimi əsərlər yaratmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır.

Uğur istədiyini əldə etməkdir. Xoşbəxtlik isə əldə etdiyini sevməkdir.

insta bio sozleri,instagram üçün sözlər,instagram statusları 2022,İnstaqram Üçün Sözlər,İnstaqram Üçün Statuslar,i
İnstaqram Üçün Sözlər


Əsl dostluq bu həyatda unudulmayacaq qədər gözəl və hər kəslə yaşanmayacaq qədər özəldir.

Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir.

Yarpaq ağacdan düşüncə küləyin oyuncağı olarmış.

Məğlubiyyət tənbəl və zəif olanların bəhanəsidir.

İnstaqram Üçün Sözlər,İnstaqram Üçün Statuslar,instagram sözləri insta üçün

instaqram menali sozler

Əslində məğlubiyyət deyə bir şey yoxdur. İnsan bu həyatda ya uğur qazanır , ya da təcrübə..

Yalan nə qədər qüdrət sahibi olsa da əsla həqiqət ola bilməz.

Min qadının həyatına yatsan nə fayda, bir qadının ürəyinə yata bilmədikdən sonra.

İnsanın əsl siması iki halda özünü göstərər;Heç nəyi yox ikən göstərdiyi səbr və hər şeyi varkən sərgilədiyi davranış.

Əyri yolla qazanılmış var-dövlət və ad-san bulud kimi yox olub gedir. 

Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır

Olmasaydı sarsaqlar, ac qalardı yaltaqlar.

Çalış həmişə düşmənlərini bağışlayasan, heç nə onları bu qədər qıcıqlandıra bilməz.

Məhəbbətdir işıq saçan, onsuz aləm bir zülmətdir,

Zülmətdə gördüklərin, sanma ki, bir həqiqətdir.

Nə edirsən et,necə yaşayırsan yaşa:amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma.

Sadəcə sus və səbr et...Göz yaşının hesabını qoy Rəbbin sorsun.
Şübhəsiz ən gözəl intiqamı yalnız O alar!


Etiketler: , , , , ,

14.12.21

Xeyirxahlıq Haqqında Aforizmlər və Sözlər

xeyirxahliga-aid-sozler-xeyirxahliq-haqqinda-aforizmler-yaxsiliq-yaxsi.jpg

 İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. - Viktor Hüqo


Həyatın ən yüksək qayəsi xeyirxahlıq və bilik əldə etməkdir. - Solon


Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.  - C.Fuller


Əmək inası nəcibləşdirir, onu xeyirxah edir. - Vissarion Belinski


Xeyirxah mərd və sarsılmaz olar. - Konfutsi


Xeyirxahlıq heç vaxt köhnəlməyən libasdır. - Toqo Henri Deyvid


Əsl yaxşılıq və xeyirxahlıq hamı üçün edilən yaxşılıq və xeyirxahlıqdır. - Mark Avreli 


Xudpəsəndlik xeyirxahlığı öldürür. - Fyodor Dostoyevski


Xeyirxah adamda paxıllıq hissi ola bilməz.


Xeyirxahlıq fəaliyyətdə olan gözəllikdir. - Jan Jak Russo


Hər xeyirxah əməl göylərə aparan nərdivanın bir pilləsidir. - Henri Biqer


Xeyirxahlıq təbiidir, bədxahlıq isə sonradan özünə yer tapıb. - Lev Tolstoy


Göstərişlə edilən xeyirxahlıq - xeyirxahlıq deyil. - İvan Turgenev


Xeyirxahlıq səmimilikdən, yaxşılıq düzgünlükdən ayrılmazdır. - Lev Tolstoy


Şərdən çəkinən insan, xeyir iş etmiş kimidir.


Cinayətdən uzaq olan, yaxşılıq etmiş sayılar. -Hz. Əli


Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. - F.Dzerjinskiy


Torpağa mərhəmət xeyirdir inan, Lütf etsən gül verər, zülm etsən tikan. - Nizami Gəncəvi


İnsan özü nə qədər xeyirxah və ağıllı olsa, insanlardakı xeyirxahlıqları da bir o qədər çox görər.


Xeyirxahlığa səbəb varsa, o, artıq xeyirxahlıq deyil. Nəticə və mükafatı varsa, o, yenə xeyirxahlıq deyil. - Lev Tolstoy


Fəlsəfə ilə xeyirxahlıq bir-biri ilə ayrılmaz surətdə bağlıdır. - Kiçik Seneka


İnsanda əsas olan ağıl yox, xarakter, ürək, xeyirxah hisslər, qabaqcıl ideyalar kimi onu idarə edən xüsusiyyətlərdir.- Fyodor Dostoyevski


Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçir.- Platon



İnsanlarla iltifatlı ol və kobudluq etmə; xoş davran və onlara həqarətlə baxma. Cənnətin açarlarını soruşan yəhudi və xristianlara de ki, cənnətin açarları Allahın varlığını sübut edənlər və xeyir işlər görənlər üçündür.


Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər. - Jan de Labrüyer


Xeyir əhlini sev, şər əhlini də idarə et. - Əbu Hənifə 


Həyatda olduğunuz müddətcə, Ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin. - Əbdülqadir Gilani


Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy.

Etiketler:

13.12.21

Yalançı İnsanlara Aid Sözlər Və Aforizmlər




yalancilara-aid-statuslar-yalanci-insanlar-haqqinda-sozler-yalancilar-haqqinda.jpg




Aldatmaq alçaqların peşəsidir.


Birini aldadan başqasını da aldadar. - Stefan Sveyq 


Yalançının yaddaşı yaxşı olmalıdır. 


Ən böyük xəyanət dosta yalan satmaqdır. - Sokrat


Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır.

Yalançı İnsanlara Aid Sözlər Və Aforizmlər Aldatmaq alçaqların peşəsidir.


Yalan iki nəfərin əsəridir : biri danışar, digəri inanar. - Homer Simpson


Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım.


Heç yalan danışmadım deyən insan belə, əslində 'necəsən?' sualına 'yaxşı' deyərək yalan danışmışdır.


Yalanın üstü açılanda insan utanırsa, deməli, o hələ tam yalançı deyil. - Əbu Turxan


Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kimə inanmamasıdır. - Corc Bernard Şou


Özünü aldatmaq istəyən, gerçəklərdən qaçaraq yalançı və cadugər nəfsinə sığınar. - Epiktet

Yalançı İnsanlara Aid Sözlər,Yalançı İnsanlar haqqında,


Hətta bir yalançı da həqiqəti deməyə qorxur. Necə ki, vicdanlı adam yalan danışmaqdan əzab çəkir. - Uilyam Folkner


Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. - Nikola Şamfor


Bəyənmədiyiniz bir şeyi alqışlamaq, yalan danışmanın bir çox növündən biridir.


Heç kim hirsli insan qədər çox yalan söyləyə bilməz.


Yalançı lap axırda özünü aldadır. - Mahatma Qandi.


Yalanla özünü aldatmaqdansa gerçəklə üzləşmək yaxşıdır. - Xalid Hüseyni


Bilməzdən gəlişim, axmağı oynamam itirmə qorxumdan deyil; Qarşımdakıların yalan danışma potensiallarına olan marağımdandır.


Aldadanı aldatmaq zövq ola bilər, amma sevəni aldatmaq şərəfsizlikdir. - Uilyam Qoldman


Bugün səni aldadan, sabah başqası tərəfindən aldanar. 

Yalanla yuyulan üzlər, xəyanətlə qurulanar.

Unutma!


İkiüzlülük iki tərəfi kəskin bir qılınca bənzər. 

Bir tərəfi aldatdığı insanı, digər tərəfi isə sahibini kəsər. - Cervantes


Elə adamlar var ki, özləri yalan danışmaqdan qaçsalar da, yalançıların xidmətindən məmnuniyyətlə istifadə edirlər. - Əbu Turxan


Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün. - Viktor Hüqo


Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var. - Onore de Balzak.


Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək.


Gerçəyi bilməyən yalnız axmaqdır. Lakin gerçəyi bilən və ona yalan deyən, günahkardır. - Bertolt Brext


Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözür.


Şərq doğru danışanda ona nadir hallarda inanırlar. Qərb isə yalan danışanda ona nadir hallarda şübhə ilə yanaşırlar. Birincinin sadəlövh doğruluğu heç bir məqsədə yönəlməyib, o birisinin saxta səmimiliyi nadir hallarda öz məqsədinə çata bilmir.


Bizləri aldatmaq üçün Tanrının adından belə istifadə edirlər.- Maksim Qorki 


Dünyanı aldatmaq istəyən, dünyanın rənginə bürünərək.-Uilyam Şekspir


Bəzi insanları hər zaman, bütün insanları da bəzən aldada bilərsiniz; amma bütün insanları hər zaman aldada bilməzsiniz.  - Avram Linkoln


Etiketler: ,

12.12.21

Heydər Əliyev Sözləri və kəlamları

 Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.


İnsan mənəviyyat üçün yaşamalıdır.


Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.


Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.


Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.


Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.


Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.

Heydər Əliyev sözləri,heydər əliyevin sözləri,
Heydər Əliyevin Sözləri

Heydər Əliyev Sözləri və kəlamları


Tənqid həmişə işə kömək edir.


Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.


Öz ana dilini bilməyənlər şikəst adamlardır!


Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.


Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.


Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz.


Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun.


Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.


Xalq gərək daim öz kökünü xatırlasın.


Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.


Ağıl olan yerdə zora ehtiyac yoxdur.


Heç kim əbədi qalib ola bilməz.


Tarix həmişə hər şeyi öz yerinə qoyur.

Heydər Əliyev sözləri,Heydər Əliyev,müəlliflər,Heydər Əliyevin kəlamları
Heydər Əliyev Sözləri


Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.


Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.


Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.


Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.


Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.


Rüşvət bizi içimizdən yeyir.


Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Etiketler: , , , ,

11.12.21

Pul Haqqında Atalar Sözləri


Pul yaxşıdır, ağıl ondan da yaxşıdır.

Vaxtın qiyməti puldan bahadır.

pula aid atalar sozleri pul haqqinda Atalar-sozleri pullu pulsuz-varli.jpg

Paltarı geyib öyrəş, pulu sayıb öyrəş.

Pulluya bə'li, pulsuza dəli, diyərlər.

Pullu evin bülbülü, kasıb evin bayquşu.

Pul can yonqarıdır.

Pul əl çirkidir.

Pulsuz atın dişinə baxmazlar. 

Varlı borcunu pulla ödəyir, kasıb - öz dərisiylə.

Kasıb pul tapdı, qoymağa yer tapmadı.

Pul pulla qazanılar.

Pul pul gətirər.

Zaman pul deyil, onu qaytarmaq olmaz.

Ağıl çox - pul yox, ağıl yox - pul çox.

O qədər pulu var ki, toyuq dənləsə qurtarmaz.

Cavanlıqda pul qazan, qocalıqda – qur qazan.

Su çuxurda durar, pul qıtmırda.

Heç vaxt pul üçün evlənməyin. Pula sahib olmaq daha asandır.

Keçəl halva yeyər, puluna minnət.

Pul olsaydı, minnət olmazdı.

Soruşmaq pulnan deyil ki.

Təzə varlanandan pul borc alma.

Pul və gözəllik olan yerdə doğrunu yalandan ayıra bilməzsən.

Paltar tikandan qoruyur, pul biyabırçılıqdan.

Siçana dedilər: - Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə! Siçan dedi; - Bunda nə var, mənzili yaxın, pulu çox?!.

Pulsuz ət ancaq tələdə olur.

Pul kəsəni qılınc kəsməz.

Pul danışanda - doğru susur.

Lotunun pulu qurtaranda soğan-çörək də səlamətdir.

Tərləməmiş pul qazanmağ olmaz.

Pul verməz, can verər.

Adam özgə cibinin pulunu saymaz.

Ölü cəhənnəmə, təki mollaya pul olsun.

Yoxpulun (yoxsulun) yoxsulluq, bəyin toxluq dərdi var.

(Kasıbın dərdi yoxluq, bəyin dərdi bolluq)

Dövlətli yanına qaşıyanda, kasıb elə bilər ona pul verir.

Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar.

Söz məndə, pul ingilisdə.

Rüşvətxorun amalı da, imanı da puldur.

Pulun sayəsində axmaq da ağadır.


Xəsisə zəhər versən, pulsuzdur deyə içər.

Qumarbaz - pulu qurtaranda tövbə elər.

Əgər sizə maraqlıdırsa, Allah pul barədə nə düşünür, sadəcə pulun kimlərə daha çox düşdüyünə diqqət yetirin.

Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq!

Cavanlıqda qocalığa güc saxla, pullu gündə - Atalar sözü.

Elm yolunda xərclənən pul gələcək üüçün qoyulan ən böyük sərmayədir.

Vardır pulun – hamı qulun, yoxdur pulun açıqdır yolun.

Vardır pulun, yetən qulun.

Yoxdur pulun, dardır yolun.

Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.

Etiketler: