30.3.22

İnsana Aid Atalar Sözləri

İnsana Aid Atalar Sozleri,İnsanlar Haqqinda,İnsan Haqqında Atalar Sözləri,İnsanlara Aid c,

 Adamı başdan tanı, ağacı yaşdan. - Atalar sözü.

Kamil insan kəlamından bəlli olar. - Atalar sözü.

Böyük insan işindən tanınar. - Atalar sözü.

Adam olmaq asta-asta, heyvan olmaq bir anda. - Atalar sözü.

Ayı biləyinə, insan ürəyinə güvənir. - Atalar sözü.

İş insanı safa çıxardar - Atalar sözü.. 

İş insanın cövhəridir. - Atalar sözü.

Ağıllının başı işlər, ağılsızın dili. - Atalar sözü.

Ağıllı ədəbi ədəbsizdən öyrənər. - Atalar sözü.

İnsana Aid Atalar Sözləri,İnsana Aid Atalar Sozleri,İnsanlar Haqqinda,İnsan Haqqında Atalar Sözləri

İnsana Aid Atalar Sözləri

Atalar Sözləri,İnsana Aid Atalar Sözləri,İnsana Aid Atalar Sozleri,İnsanlar Haqqinda


Dostunu mənə göstər deyim necə insansan. - Atalar sözü.

İnsan istəsə dağı dağ üstə qoyar. - Atalar sözü.

Ağac kölgəsiz olmaz, insan sevgisiz. - Atalar sözü.

İnsan olmayan insan qədrini nə bilər?! - Atalar sözü.

Buzu gün əridər, insanı xəcalət. - Atalar sözü.

Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir. - Atalar sözü.

Pis iş mərdə ar olar, Namərd gözü dar olar. - Atalar sözü.

Tamahkarlıq insanın düşmənidir. - Atalar sözü.

Adamın başına nə gəlsə dilindəndir. - Atalar sözü.

İnsan haqqında Atalar Sözləri,İnsana Aid Atalar Sözləri,İnsana Aid Atalar Sozleri,

İnsana Aid Atalar Sözü

Heyvanı qulağından tanıyarlar, insanı sözündən. - Qırğız atalar sözləri

Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz. - Atalar sözü.

Ağıllı yоxsul varlı axmaqdan yaxşıdır. - Atalar sözü.

Dağ dağa qovuşmaz, insan insana qovuşar. - Atalar sözü

Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki eşitmək üçündür. - Atalar sözü

Yaxşılığa yaxşılıq hər kişinin işidir , Yamanlığa yaxşılıq nər kişinin işidir. - Atalar sözü.

Təhsilsiz insan, cilasız aynaya bənzər. - Alman atalar sözü

İnsan bir işə etməsə həvəs, bütün əziyyəti gedəcək əbəs. - Azərbaycan atalar sözü

İnsan öz taleyinin ardınca gedir. - Şumer atalar sözü

Ötüb keçən ömürdür, qocalan insan! - Atalar sözü.

Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır. - Çin atalar sözü

İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz. -Qırğız Atalar Sözü 

Pələng ölür - dərisi, fil ölür - sümüyü, insan ölür - adı qalır. - İndoneziya atalar sözü

Adam var ki, adamların naxşıdır, Adam var ki, heyvan ondan yaxşıdır, Adam var ki, dindirərsən "can" deyər, Adam var ki, dindirməsən yaxşıdır. - Atalar sözü.

Az danışmaq, az yemək, insanı eylər mələk, çox danışmaq, çox yemək, insanı eylər hələk. - Atalar sözü.

Planınız 1 illikdirsə – düyü əkin, 10 illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara təhsil verin. -Çin atalar sözü

İnsana Aid Atalar Sözləri,İnsana Aid Atalar Sozleri,İnsanlar Haqqinda,İnsan Haqqında Atalar Sözləri tale taleyi

İnsana Aid Atalar Sozleri


Etiketler: , , , , ,

27.3.22

Mənalı Qısa Sözlər və Kəlamlar

 

Mənalı Qısa Sözlər,Qısa Gözəl Sözlər,menali qisa sozler menali qisa statuslar,
Mənalı Qısa Sözlər və Kəlamlar

Həyat eşqi, eşq də cəsurları sevər.

Özü doğru olanın, sözü də doğru olar.

Bəziləri sevməyi, yan-yana durmaq sanır..

Ya qırdığın qəlbi Allah sevirsə?

Dərdini unut, sözünü unutma

Buludlar ağlamasa, güllər necə gülər?

Hər insanın hesab verəcək yanlışı var..Doğrusu var..

Sirr saxlasan sənindir, söyləsən əsirindir.

Mənalı Qısa Sözlər  Qısa Gözəl Sözlər, menali qisa statuslar gözəl kəlamlar

Mənalı Qısa Sözlər

Ağılsız köpəklər ulduza hürər.

İgidlik biləklə deyil, ürəklədir.

Qoca tülkü tora düşməz.

Danış ki, səni görüm. - Sokrat

Davasını bilməyənə şahid olma.

Mənalı Qısa Sözlər,Qısa Gözəl Sözlər,menali qisa statuslar


Mənalı Qısa Sözlər və Kəlamlar



Cavanlar xəyal edər, qocalar xatırlayar..

Məsləhət vermək asandır, örnək olmaq çətin..

Qəzəb gurutuludur, inciklik isə səssiz. 

Qısa Gözəl Sözlər,Mənalı Qısa Sözlər və Kəlamlar,menali qisa statuslar,menali qisa sozler sükut
Mənalı Qısa  Kəlamlar və aforizmlər


Sükut - dünyanın ən uzun cümləsi.. - Nuri Pakdil

Yaradılanı xoş gör, Yaradandan ötrü.

Bugünkü yaran, sabahkı gücün olacaq.

Təvazökarlıq qürurun pəhrizidir. - Volter

Mənalı Qısa Sözlər və Kəlamlar,menali qisa statuslar,menali qisa sozler Aforizm və sözlər aforizmler

Mənalı Qısa  Kəlamlar və Sözlər


Ölən bədəndir, Aşiqlər ölməz.- Yunus Əmrə

Sükutu dinlə. Sənə gerçəyi söyləyəcək..

Gözəl bir xarakter, gözəl bir üzdən daha uzunömürlüdür.

Mənə yağışı izah etmə, yağ! - Viktor Hüqo

Mənalı Qısa Sözlər və Kəlamlar,menali qisa statuslar,menali qisa sozler sirr əsir


Ordu torpaqları, kitab könülləri fəth edir.   

Uğur şirindir, ancaq həmişə tər qoxar..

Həqiqət həmişə şirin olmur.- İvan Turgenev

Mənalı Qısa Sözlər,aforizm və sözlər,Qısa Gözəl Sözlər,Mənalı Qısa Söz aforizm

Mənalı Qısa Söz

Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.

Ya günahlarınız alnınıza yazılsaydı?

Keçmiş keçib getmişdir, ancaq gələcək bizimdir. 

Mənim günəşim, təkrar doğmaq üçün batar.

Çox Şükür, ALLAH dərdimizdən böyükdür.

Mənalı Qısa Sözlər,Qısa Gözəl Sözlər,Mənalı Qısa Sözlər qısa statuslar

Mənalı Qısa Sözlər və Statuslar

Dil söylər qulaq dinlər, qəlb söylər kainat dinlər.

Əzab çəkməmiş bir ruh səadəti nə bilsin?!

Nadan adam, meyvəsiz ağaca bənzər.

Mənalı Qısa Sözlər,aforizm və sözlər,Qısa Gözəl Sözlər,Mənalı Qısa Sözlər pulla bağlı pula aid

Mənalı Aforizm

Pul – yaxşı nökər, pis ağadır.

Xəstəyə qızıl yataq belə kömək etməz.

Göz yaşları - lal nitqdir. - Volter

Mənalı Qısa Sözlər,Qısa Gözəl Sözlər,Mənalı Qısa Sözlər və Kəlamlar
menali aforizmler ve sozler


Qənaət əzizlər, tamah xar edər.- Məhsəti Gəncəvi

Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar.

Riyakarlıq zəiflərin silahıdır. - Dədə Turxan

Qısa Gözəl Sözlər,Mənalı Qısa Sözlər və Kəlamlar,menali qisa statuslar,menali qisa sozler,dəyərli kelamlar,
menali sozler ve kelamlar


Mərdliyi az olanın bicliyi çox olar. - Bleyk

Gülü bitməz tikansız dünyanın. - Nəsimi

Mənalı Qısa Sözlər,aforizm və sözlər,Qısa Gözəl Sözlər, qisa kelamlar

Mənalı Qısa Kəlamlar

Mənfəəti bitənin nankorluğu başlar.

Ölçülməzi ölçə bilməz ölçülər. - Zəlimxan Yaqub

Əxlaq bütün qanunlardan Alidir.

Həyat, qorxaqları bağışlamaz. - Çe Gevara

menali qisa statuslar,menali qisa sozler,aforizm və sözlər



Menali Sozler ve Kelamlar


Dürüstlük hikmət kitabının birinci fəslidir. 

Hər bir müdrikliyin əsası səbrdir.

Qarnı aclardan çox, qəlbi ac olanarla yazığım gəlir..

Cəsurun baxışı, qorxağın qılıncından daha kəskdindir.

Aslanın olmadığı yerdə çaqqallar özlərini şah sayar!

Mənalı Qısa Sözlər,Qısa Gözəl Sözlər,Mənalı Qısa Sözlər və Kəlamlar,menali qisa statuslar

Dırmanmağa cəseqti olan zirvənin həzzini yaşar.

Sən bir dövranın işinə bax: Şiri ac, türküsü tox.

Allah səni bənzərsiz yaratdı. Bir başqasının kopyası olma!


Axtarış sözəri: Mənalı Qısa Sözlər,aforizm və sözlər,Qısa Gözəl Sözlər,Mənalı Qısa Sözlər və Kəlamlar,Mənalı sözlər,dəyərli kelamlar,menali qisa statuslar,menali qisa sozler,

Etiketler:

26.3.22

Etibarsız İnsanlara Aid Statuslar və Sözlər

Etibarsız İnsanlara Aid Statuslar etibarsiz insanlara aid sozler saxta insanlar

Mükəmməl olmağınıza ehtiyac yoxdur. Saxta olmayın yetər.

Sevilcək qədər gözəl olmaqdansa, güvəniləcək qədər qeyrətli ol!

Saxta insanlar belə hər şeyin gerçəyni istər!

Heç kimə güvənməyən insan güvənilməyən insandir.

Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var. 

Pul və insan arasındakı qarşılıqlı əlaqə belədir: İnsan pulun saxtasını edər, pul da insanın.

Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa…

Həyata qarşı ilk küskünlüyümüz; yanımızda sandığımız kəsləri, qarşımızda görməmizlə başlar.

Bəlkə də saxta dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.

Artıq ikiüzlü insanları sevməyə başladım. Çünki yaşadıqca iyirmiüzlü insanlar görməyə başladım.

Güvəndiyin dağlara qar yağanda ən gözəl çıxış yolu dağı qarla birlikdə qoymaqdır.

Özünü aldatmaq istəyən, gerçəklərdən qaçaraq yalançı və cadugər nəfsinə sığınar.

Bugün səni aldadan, sabah başqası tərəfindən aldanar. Yalanla yuyulan üzlər, xəyanətlə qurulanar.

Yanındakının dəyərini bilməyən, ona nankorluq edəndən xeyir gəlməz. Onun sözünə və andına inanmaq olmaz. 

Unutma; İnsanları tanımağın üçün ən uyğun zaman ayrılmağa ən yaxın vaxtdır. Çünki o vaxt saxta üzlər bilinir.

Səni sevirəm” dən daha özəl bir cümlə var. “ Sənə güvənirəm”. Çünki hər kəs hamını sevə bilir, amma hamıya güvənə bilmir.

Əgər cəsur deyilsənsə, səmimi ola bilmərsən. Əgər cəsur deyilsənsə, sevə və güvənə bilmərsən.

İkiüzlü insanın üç əlaməti var:dil ilə qəlbi, qəlbi ilə əməli, zahiri ilə batini uyğun gəlməz.

Həyatda heç bir zaman başqasına bütün varlığınla güvənmə, çünki heç kim sənə bütün vaqlığı ilə görünməz.

Gerçəyə düşmən, yalana dost olan birisinə əsla güvənməyin. O, həm özünə düşməndir həm də özgəsinə. 

Etiketler: ,

24.3.22

Gül Haqqında Gözəl Sözlər

gülə aid statuslar,Gülə Aid Sözlər  Gül Haqqında Gözəl Sözlər sq369az

 Ən gözəl güllər, saf sevgiylə dolu qəlblərdə bitər. 

Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. - Bencamin Franklin

Həyat - güldür. Sevgi - nektar.  - Viktor Hüqo

Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. - Əbu Turxan

Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. - Şəms Təbrizi

Gülün qədrin bülbül bilir.- Atalar Sözü

Başqasının yolunda əkdiyin gül, mütləq öz yolunda açacaqdır.

Bir yedə tikan oldu mu, gül də olar.

Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır.

Ayağına batan tikanlar, axtardığın güllərdən xəbər verir. - Mövlana

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. - İohann Volfqanq Höte

Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. - Xəlil Cibran

Buludlar ağlamasa, güllər necə gülər?

Yaz bir gül ilə başlayar, mini ilə bitər.- Atalar Sözü

Tikanda gül bitirən, qışı da bahara çevirər!  - Mövlana

Torpağa mərhəmət xeyirdir, inanLütf etsən gül verər, zülm etsən – tikan.

Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar. - Rafiq Həlit Qaray

Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır.

Tikansız gül yoxdur, amma gülsüz bir çox tikan var.

Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. - Atalar sözü

Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.

Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər. - Sədi Şirazi.

Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan. - Mövlana

Vaxtsız açılan gül tez solar.

Qızıl gül olmayaydı, saralıb solmayaydı, bir ayrılıq, bir ölüm, heç biri olmayaydı.- Atalar Sözü 

Ölülər dirilərdən daha çox gül alır, deməli peşmanlıq minnətdarlıqdan güclü hisdir. - Anna Frank 

Amandır, ağlını unutma ki, səngülünü tikana dəyişməyəsən. - Nizami Gəncəvi

Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar.

İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir.- Paulo Koelyo

Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel

Gül kimi yumşaqlıq göstərmə, gerçək, Olma ikiüzlü, bənövşələr tək. - Nizami Gəncəvi

İdrakı rəmz edib bir gül sandılar, Aqil olanları bülbül sandılar, Vaxt keçdi, rəmz itdi, sonra gələnlər, Təkcə bülbül ilə gülü andılar. - Əbu Turxan

Yanıb külə döndünsə əgər, yenidən gülə dönəcəyin günü gözlə. Və keçmişdə necə dəfə yanıb kül olduğunu deyil, neçə dəfə küllərindən yenidən doğan bir gül olduğunu xatırla. - Mövlana 

Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın. - Məmməd Rahim


Etiketler: , , , ,

22.3.22

Bitkilərə Aid Atalar Sözləri

 

Bitkilərə Aid Atalar Sözləri,Bitkilər Haqqında Atalar Sözləri bitkilere aid

  • Ağac bar verəndə başın aşağı əyər. - Atalar Sözü
  • Ağac kölgəsiz olmaz, insan sevgisiz. - Atalar Sözü
  • Hər çiçəyin bir ətri var. - Atalar Sözü
  • Ağacı meyvəsindən tanıyarlar. - Atalar Sözü
  • Adamı başdan tanı, Ağacı yaşdan. - Atalar Sözü
  • Ağac yaş ikən əyilər. - Atalar Sözü
  • Gülünə bax, qönçəsini dər. - Atalar Sözü
  • Gülün qədrini bülbül bilər. - Atalar Sözü
  • Bulud ağlar, çəmən gülər. - Atalar Sözü
  • Hər gülün bir qoxusu, bir ətri var. - Atalar Sözü
  • Hər güldən gülab olmaz. - Atalar Sözü
  • Bir gül ilə bahar olmaz. - Atalar Sözü
  • Gülü get güllükdən gətir. - Atalar Sözü
  • Ot kökü üstə bitər. - Atalar Sözü
  • Tikan əkən, gül dərməz. - Atalar Sözü
  • Yağsa yağış, bitər qamış. - Atalar Sözü

    Bitkilərə Aid Atalar Sözləri 

    Bitkilər Haqqında Atalar Sözləri,bitkilere aid atalar sozleri,
    Bitkilərə Aid Atalar Sözləri


  • Yaz bir gül ilə başlayar, mini ilə bitər. - Atalar Sözü
  • Gül getdi, xar qaldı, Güldən yadigar qaldı. - Atalar Sözü
  • Gül istəyən tikanın da istəsin gərək. - Atalar Sözü
  • Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. - Atalar Sözü
  • Gül əzizdirsə, Gülşən ondan əzizdir. - Atalar Sözü
  • Hər otun öz kökü var. - Atalar Sözü
  • Ağac öz kökü üstə bitər. - Atalar Sözü
  • Alma öz ağacından uzağa düşməz. - Atalar Sözü
  • Ağacı içindən qurd yeyər. - Atalar Sözü
  • Tut ağacı əkən ipək dərər. - Atalar Sözü
  • Gül olmayan yerdə, böyürtkən özünü gül sanar. - Atalar Sözü
  • Ağac meyvəni dəyənə qədər böyüdər. - Atalar Sözü
  • Böyük ağacın kölgəsi böyük olar. - Atalar Sözü
  • Barlı ağacın başına dolanarlar. - Atalar Sözü
  • Torpaqda itki olmaz, - Atalar Sözü
  • Kötüksüz bitki olmaz. - Atalar Sözü
  • Kölgədə bitən ağacın kölgəsi olmaz. - Atalar Sözü
  • Bəsləsən atlas olar tut yarpağından. - Atalar Sözü
  • Sərv ağacı nə qədər uca olsa, əsli yoxdur, budağında bar olmaz. - Atalar Sözü
  • Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. - Atalar Sözü
  • Planınız 1 illikdirsə – toxum əkin, 10 illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara təhsil verin. - Atalar Sözü





Etiketler: , ,

20.3.22

Bahar Fəslinə Aid Şeirlər

 

Bahar Fəslinə Aid Şeirlər,bahar haqqinda,bahara aid seirler,bahar fəsli yaza aid seirler
Bahar Fəslinə Aid Şeirlər

"Bahar və mən" şeiri

Bahar nə xoş gəlir, ruha dad verir.

Xəyala, duyğuya qol-qanad verir;

Var olsun şerimiz, şairlərimiz! –

Hər gülə, çiçəyə təzə ad verir.


Çıxır dağ döşünə körpə quzular,

Tərlanın səsini əks edir sular.

Səhər yuxusundan ayıldır məni

Sinəmə sığınayan böyük duyğular.


Könül dinc durmayır, oynayır yenə,

Əzəldən aşiqəm həyat şerinə;

İlk dəfə oğlumun əlindən tutub

Çıxmışam səhərin tərlan seyrinə.


Ölümə can vermə ölsən baharda,

Könül müqaddəsdir, qalmasın darda;

Baharın eşqiylə çıxır yuvadan

Balası dalında qarışqalar da.


Yaşıl köynəyini geyinir meşə,

Yaxama quş kimi qonur bənövşə;

Qoy məndən dərs alsın qoca təbiət,

O da könlüm kimi gülsün həmişə.


Bahar nə xoş gəlir, ruha dad verir,

Xəyala, duyğuya qol-qanad verir;

Var olsun şerimiz, şairlərimiz! –

Hər gülə, çiçəyə təzə ad verir. 

Müəllif: Səməd Vurğun.

.

Etiketler: , , , ,

Novruz bayramına aid şeirlər

 

novruz bayramina aid seirler,novruz uşaq şeirləri,novruz bayramı haqqında şeirlər,novruz bayramına aid şeirlər

Novruz bayramına həsr olunmuş bir-birindən gözəl şeirlər

“Bayramların Sultanı” şeiri

Müəllif: Yusif DİRİLİ 

Novruz gəlir yurduma
Hər tərəf gül-çiçəkdir.
Az sonra keçəl, kosa
Meydana gələcəkdir.

Hər tərəf işıq saçdı,
Novruz gəldi, sevindik.
Kədər bizdən gen qaçdı,
Şadyanlığa büründük.

Şəkərbura, paxlava,
Şorqoğalı yeməli.
Bayramların sultanı,
Ancaq sənə deməli.

Qoz-fındığın, qovurğan
Ağzı dada gətirir.
Üzərriyin, yovşanın
Qada-bala götürür.

Tonqal çatıb uşaqlar,
Atlanırlar üstündən.
Qorxu yoxdu alovdan,
Göz çıxardan tüstüdən.

“Bənövşə bəndə düşə”
-Bir oyundu məzəli.
Uşaqların sevdiyi,
“Yenə gəldi ənzəli”

Çərşənbələr ard-arda
Mənalıdır hər biri.
Bərəkət simvolusan,
Neçə min ildən bəri.


“Novruz Bayramı” şeiri

Müəllif: S.Fətəliyeva 

Gəlib Novruz bayramı,
Yandırmışıq biz şamı.
Tonqallar alışıbdır,
Sevincimiz daşıbdır.
Fərəhlənir uşaqlar,
Papaq atır qoçaqlar.
Hər evdə aş dəm alır,
Şənlik göyə ucalır.
Göyərib səmənilər,
Payla dolub sinilər,
Gəlib Novruz bayramı,
Sevinir, gülür hamı.


“Novruz” şeiri

(Məktəbli balacalar üçün)

Müəllif: Leyla Mətin 

Yurdumuza gəlir yaz,
Açır bahar gülləri,
Nərgizin, bənövşənin
Çöllərdən gəlir ətri.

Süfrəyə fındıq, badam
Səməni də qoymuşam.
Çöldə tonqal qurulub,
Süfrəmizdə yanır şam.

Novruz bayramı günü,
Qapıya papaq düşər.
Papağı boş qaytarsam,
Dostlarım məndən küsər.

Keçəl-kosa xurcunu,
Taxar çiyninə qoyar.
Hər evdə qoğal bişər.
Ocaqda qaynar qazan.

Boyanar yumurtalar
Pay gedər evdən-evə
Küsənlər barışarlar,
Novruz gələndə elə.

.

Etiketler: ,

18.3.22

Uğursuzluq Haqqında Mənalı Aforizmlər

Uğursuzluq Haqqında Aforizmlər,Uğursuzluq Haqqında Sözlər,ugursuzluq haqqinda sozler


Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. - Henri Ford

 

Hər bir uğursuzluq - müvəffəqiyyətə doğru bir addımdır. - Atalar sözü

Uğursuzluqlar güclülərə daha da güc verir. Antuan de Sent-Ekzüperi

Gerçək uğur, uğursuzluq qorxusuna qalib gələ bilməkdir. - Paul Sviney

Yalnız bir şey xəyallarının gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur. - Paulo Koelyo

Kifayət qədər səy göstərməmək uğursuzluğa səbəb olar. - Çanakya 

Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda, bircə dənə də real səbəb yoxdur. - Mark Tven

Məğlubiyyətə uğrayanda ümidsizliyə qapanma. Hər uğursuzluqda bir qələbə arzusu yatır. - German Martin

Uğursuzluq Haqqında Mənalı Aforizmlər 

Məğlubiyyət isə o kəslərindir ki, onlar zamanında ehtiyat tədbirləri görməyiblər. Buna da insanlar uğursuzluq adı verib. - Rual Amundsen

Uğur insana bəlkə də çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. - Çin atalar sözü

Mən əminəm ki, uğurlu sahibkarlardan uğursuzları ayıranın yarısı - əzmkarlıqdır. - Stiv Cobs

Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. - Konfutsi

Uğur, həvəs itirmədən bir uğursuzluqdan digərinə addımlamaq bacarığıdır. - Üiston Çörçill

Qorxu qəzəb yaradar. Qəzəb nifrət yaradar. Nifrət isə uğursuzluğa səbəb olar.- Star Wars 

Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir göürməsin. Elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin. - Fransua de Laroşfuko.

Bəzi məğlubiyyətlərin səbəbi, insanların işi yarıda qoyduqlarında , uğura nə qədər yaxın olduqlarını bilməmələridir.

Uğur sonsuz deyil; uğursuzluq da ölüm deyil. Əsas olan davam etmək üçün cəsarətini toplamaqdır. - Uinston Çörçill

Uğur hələ nöqtə deyil, uğursuzluq hələ son deyil: əhəmiyyət kəsb edən yeganə şey mübarizəni davam etdirmək cəsarətidir. 

Uğursuzluq sadəcə yenidən başlamaq üçün şansdır, bu dəfə daha dərrakəli. Dürüst uduzmaqda rüsvayçılıq yoxdur; uduzmaqdan qorxmaqda rüsvayçılıq var. - Henri Ford

Uğursuzluğun ən geniş yayılmış səbəblərindən biri ilk uğursuzluqda işdən imtina etməkdir. Hər birimiz, bircə dəfə də olsa bunu etmişik. - Rövşən Abdullaoğlu

Həyatda mövcud uğursuzluqların səbəbi; bacaracaqları halda, uğura az qalmış bir zamanda istəklərindən imtina edən insanlardır. - Naməlum 

Bilmək lazımdır ki, uğura gedən yol uğursuzluqdan keçir. Bu. bəlkə də, həyatın bir qanunudur. Çox qəribə və paradoksal olsa da, zidlər müsbət cərəyanı doğurur. Hər çətinliklə birgə asanlıq vardır.  - Rövşən Abdullaoğlu.

Etiketler: ,

16.3.22

Gecə Haqqında Aforizmlər, Gecəyə Aid Sözlər

Gecəyə Aid Sözlər gece haqqinda aforizmler Gecə Haqqında Aforizmlər sebuhi369

 Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi. - Hüseyn Cavid.

Sübhə yalnız gecənin cığırı ilə gedərək çatmaq olar. - Cübran

Gecələr sonsuz deyil. - Alber Kamyu

Ulduzlara toxuna bilməzsiniz, amma qaranlıq gecələrdə onlar sizə yol göstərər. - Əhməd Şərif İzgörən

Hər ümidsiz işdə xeyli ümid var, Qaranlıq gecədən ağ səhər doğar. - Nizami Gəncəvi

Hər gün özümü biraz daha yaxşı hiss edəcəyimi ümid edərək oyanıram. Bəzən elə də olur. Sonra gecə düşür və o hələ də yoxdur.. - Adam Faver

İnsanlar heç vaxt üzülməli deyil! Çünki, hər bir gecənin bir gündüzü var. - Stiv Cobs

Ömrün gecəsi özü ilə öz çırağını gətirir. - Jozef Juber

Şamını gündüz yandıran gecə qaranlıqda qalar. - Sədi Şirazi.

Gündüzün yanında gecə olarmı? Onları bir yerdə heç görən varmı? - Nizami Gəncəvi

Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır. - Alber Kamyu

Gecə, qadınlarla ulduzları gözəl göstərər. - Corc Bayron

 İnsanın zülmət gecədə gizlicə gördüyü bir iş gün işığında onu ələ verir. - Cübran

Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu.Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm. - Özdəmir Asaf

Hər gecə onu düşünməkdən saatım irəliləməz oldu. Kim soruşsa saat neçədi deyə, cavabım həmişə eynidir; Ona doğru. - Camal Sürəya

Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm.

Gecədirmi insanı kədərləndirən, Yoxsa insandırmı kədərlənmək üçün gecəni gözləyən? Gecədirmi səni mənə düşündürən, Yoxsa mənəmmi səni düşünmək üçün gecəni gözləyən?- Özdəmir Asaf

Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq. - Can Yücəl

Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. - Konstantin Uşinski 

Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır. - Xəlil Cibran

Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir. - Şəms Təbrizi

Sufilərin gecələri gecə, gündüzləri də gündüz deyil. - Əbdülqədir Gilani

Unutmayın: Aydınlıq bir sabah üçün, qaranlıq gecənin içindən keçmək gərəkdir. - Paulo Koelyo


Etiketler: , , ,

Məşhur Aforizmlər və Sözlər

meshur Aforizmler Məşhur Aforizmlər Məşhur Aforizmlər və Sözlər sebuhi369


  • Yaşadığın həyatı SEV, sevdiyin həyatı YAŞA.- Bob Marli
  • Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir.  - Naməlum
  • Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.- Konfutsi 
  • Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar. - Nizami Gəncəvi
  • Bir insan birini sevirsə, olduğu kimi  sevər, olmasını istədiyi kimi deyil. - Tolstoy
  • Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. -Hüqo
  • İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti, malı. - Nizami Gəncəvi
  • Məşhur Aforizmlər və Sözlər,meshurlardan meshur sozler,meshurlardan sozler, meshurlardan meshur sozler

Məşhur Aforizmlər

  • Pul  yaxşı nökər, pis ağadır. - Frensis Bekon
  • Bizi bilən bilir, bilməyən də özü kimi bilir. - Mövlana 
  • Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır. - F. Şiller 
  • Yalan insanların dilinə elə nüfuz edib ki, “düzünə qalsa...” deyə bir ifadə var. - Dostoyevski
  • Bu həyatda ən dəyərli şey zamandır. Kimə hədiyyə etdiyinə diqqət et. - Özdəmir Asaf
  • İnsanlar əylənə bildikləri ilə tanış, paylaşa bildikləri ilə dost, ağlaya bildikləri ilə qardaş olurlar.- Anton Çexov
  • Xoşbəxt insanlar; hər şeyin ən yaxşısına sahib olanlar deyil, sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir. -Çarlz Bukovski
  • Danış ki, səni görüm. - Sokrat
Məşhur Aforizmlər və Sözlər,meshurlardan meshur sozler,meshur sitatlar sitat


Məşhur Aforizmlər və Sözlər,meshurlardan meshur sozler
Aforizmlər və Sözlər,meshurlardan meshur sozler,meshurlardan sozler, meshurlardan meshur sozler


  • Ya qırdığın qəlbi Allah sevirsə? - Mövlana
  • Sanma ki dərd tək səndə var Səndəki dərdi nemət sayan var.
  • Ən qaranlıq gecə belə bitər və günəş yenidən doğar... - Hüqo
  • Zəif nöqtələrinizdən güclü cəhətləriniz doğacaqdır.
  • Sadə qadın gözəl olmağı ağıllı olmağa seçər. Çünki sadə kişidə zəkanı anlayacaq baş deyil, gözəlliyi görəcək göz vardır.
  • Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.- Bob Marli
meshurlardan sozler,meshur sitatlar,meshur Aforizmler,Məşhur Aforizmlər,Məşhur Aforizmlər və Sözlər


  • Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir. - Konfutsi
  • Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır. - Corc Bernard Şou
  • Nə qədər insan gördüm ki,əynində libası yox, Nə qədər libas gördüm ki,içində insan yox...  - Mövlana
  • Məntiq sizi yalnız A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal gücü isə hər yerə. - Albert Eynşteyn
  • Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim. - Robin Şarma
  • İdarə edilə bilən çətinliklər, qazanılmış fürsətlərdir. - Çörçill
  • Uğursuzluqlar güclülərə daha da güc verir.- A.S.Exupery
  • Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır.  - Lev Tolstoy
  • meshur Aforizmler,Məşhur Aforizmlər,Məşhur Aforizmlər və Sözlər,


  • Heç bir zaman uduzmuram, ya qazanıram, ya da öyrənirəm. - Nelson Mandela
  • Onlar əvvəlcə səni görməzdən gəlir, sonra sənə gülür, daha sonra səninlə mübarizə aparırlar. Sonda isə sən qalib gəlirsən.- Mahatma Qandi
  • Qaranlığı söyməkdənsə bir şam yandır. - Konfutsi
  • Küsmək və incimək üçün bəhanələr axtarınca sevmək və sevilmək üçün çarələr axtarın. Mövlana.
  • Bil ki, yaşadıqlarınla deyil, yaşatdıqlarınla xatırlanarsan. Və unutma; nə yaşatdınsa, əlbət bir gün onu yaşayarsan.- Tolstoy
  • Nifrəti sevgi ilə, yalanı həqiqətlə, şiddəti səbirlə dəf et. - Qandi


Etiketler: , , , , , ,

15.3.22

Ağıllı Haqqında Atalar Sözləri

ağıllı haqqında atalar sözləri agilli haqqında atalar sozleri, agilli insanlara aid

Ağıllı olan bir dəfə aldanar. - Atalar sözü

Bir ağıllı baş min başı saxlar. - Atalar sözləri

Adam hər düşməndən bir ağıl öyrənər. - Atalar sözü

Ağıllı kişi qışın qeydinə yayda qalar. - Atalar sözü

Gözəl – göz üçün, ağıllı – könül üçün. - Atalar sözü

Ağıllı adam dəlini danlamaz. - Çin atalar sözləri

Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.- Atalar sözü

ağıllı haqqında atalar sözləri,agilli insanlara aid,agilli haqqinda agilliya aid atalar sozleri


Ağıllıya Aid Atalar Sözləri

Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə. - Atalar sözü

Ağılsız dostun olunca, ağıllı düşmənin olsun.- Atalar sözü

Ağıllı uşaq bələkdə özünü göstərər. - Atalar sözü

Ağıllıya qırx gün dəli desən, dəli olar.- Atalar sözü

Deyən ağılsız olsa, dinləyən ağıllı gərək. - Atalar sözü

Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz. - Atalar sözü

Ağıllıya işarə, dəliyə kötək. - Atalar sözü


atalar sözləri,agilliya aid atalar sozleri,agilli insanlara aid,agilli haqqinda atalar sozleri

Fürsət ağıllı adamlar üçün pilləkəndir. - Yunan atalar sözləri

Ağıllı fikirləşincə dəli çayı keçdi. - Atalar sözü

Dəli qazının yazdığını, ağıllı qazı pozmaz. - Atalar sözü

Ağıllı öz qarnının əsiri olmaz.- Atalar sözü

Ağıllı qəm yeyər, ağılsız qamçı. - Atalar sözü

agilliya aid atalar sozleri,agilli insanlara aid,agilli haqqinda atalar sozleri agilli olan

Ağıllı düşməndən qorxma, dəli dostdan qorx. - Atalar sözü

Ağıllı baş hər şeydən mənfəət götürər. - Atalar sözü

Düşməni yumşaqlıqla dost edən ağıllıdır. - Atalar sözü

Ağıllı adam, ağılsız adamın ən son etdiyini ilk öncə edər. - Hind atalar sözləri

Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır. - Alman atalar sözləri

Dəli dövran sürər, ağıllı vaxt gözlər. - Atalar sözü.

 Hər dəlinin bir ağıllısı olmalıdır.- Atalar sözü

Dəli ilə tapmaqdansa, ağıllı ilə itirmək yaxşıdır.- Atalar sözü

Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.- Atalar sözü

ağıllı haqqında atalar sözləri,agilli insanlara aid,agilli haqqında atalar sozu

Ağıllı Haqqında Atalar Sözləri

Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır - Ərəb atalar sözü

Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar. - Çin atalar sözləri

Ay işığından qar da ağarar, ağıllı sözdən ağıllı da ağıllanar. - Monqol atalar sözü

Dövlət ağıllının nökəridir, axmağın ağası. - Atalar sözü

Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı.  - Monqol atalar sözü

Bu dünyada maldan, mülkdən bir ağıllı baş yaxşıdır, anlamayan bir əllədən bir qara daş yaxşıdır. - Atalar sözü

Etiketler: , , ,

14.3.22

Sevgi İlə Bağlı Aforizmlər

 

Sevgi İlə Bağlı Aforizmlər, sevgiye aid sevgi haqqinda aforizmler sevgi haqqında aforizmlər

Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər. - Viktor Hüqo

Sevgi – hər gün vurulmaqdı eyni qadına! - Aqşin Yenisey

Biz nə qədər çox seviriksə, bizim həyatımız bir o qədər geniş, dolu və sevincli olur.- Tolstoy

Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir. - Fransua de Laroşfuko

Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.- Hüqo

Sevgi sözləri,sevgi haqqında aforizmlər,sevgi haqqinda aforizmler,Sevgi İlə Bağlı Aforizmlər,
sevgi haqqinda aforizmler


Hər cür sevgi həqiqi və özünəxas olduğu üçün gözəldir, yetər ki, o ürəkdə ola, başda yox. - Vissarion Belinski

Əgər güvən varsa bir qəlbdə. O qəlbdə sevgi də tapılar, dürüstlük də! - Honore de Balzak

Sevgi bir inanc davranışıdır, İnancı az olanın sevgisi də azdır. - Erix Fromm

Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir. - Dostoyevski

Sevginin əsl gözəlliyini əxlaqsız qadın yox, sədaqətli həyat yoldaşı dərk edə bilər. - Taqor

Külək qum təpələrinin formasını dəyişdirsə də, səhra əvvəlki kimi dəyişilməz qalar. Bizim məhəbbətimiz də əvvəlki kimi qalacaq. -Paulo Coelho

Bir-birini çox və ciddi şəkildə sevən insanları başqalarının fikirləri az maraqlandırır. Onlar sevirlər və bu da onlara bəs edir!- Teodor Drayzer

Həqiqi sevgi bütün əzablara dözməyə kömək edir. - Fridrix Şiller

Sevgi İlə Bağlı Aforizmlər

Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. - Cübran

Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur. - Qandi

Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar.

Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır.-  Feliks Dzerjinski

Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz. - Gertsen

İnsan sevgisiz yaşaya bilməz. Ruh ona sevilə bilməsi üçün verilir. - Maksim Qorki

Günəşsiz güllər açılmır, sevgisiz xoşbəxtlik yoxdur, qadınsız sevgi yoxdur, anasız nə şair, nə qəhrəman var.  - Maksim Qorki

Qorxaq sevgi göstərməyə qadir deyil, bu, cəsurlara xas olan xüsusiyyətdir.- Qandi

Necə qəribədir? Sevdiyimiz insanın hər yalanında bir dogru, sevmədiyimiz insanın hər dogrusunda bir yalan axtarırıq.

Əgər sevgi, sevginin qoyun dərisinə bürünmüş eqoizm canavarı yox, sevgi olsa, o, ziyanlı ola bilməz. - Tolstoy

Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında. - Andre Morua

Dünyanın hər neməti yalnız sevənlərindir, Sevənlər üçün əzab da, iztirab da şirindir. - Corc Bayron

Qəzəbə sevgiylə, pisliyə yaxşılıqla, haqsızlığa əfv etməklə, yalana doğru ilə cavab ver. - Frensis Bekon 


Etiketler: , , , , ,

Kainat Haqqında Aforizmlər və Sözlər


Kainat Haqqında Aforizmlər və Sözlər,Kainat Haqqında ,Kainat, Kəhkəşan,kainat haqqinda,

 Kainatın ruhu həqiqətdir. - İbn Sina

Kainat bir beşik, zaman isə onun ipidir. ("Füyuzat" jurnalından)

Ədalət, kainatın ruhudur. - Ömər Xəyyam

Kainat hədisdir. - Əbu Hamid əl-Qəzali

Kainatda hər şey dəyişkəndir. - Ovidi

Kainatda təsadüfə rast gəlinməz. -Sokrat

Hər kiçik zərrənin öz aləmi var, Dünya bir ahəngdə tutmuşdur qərar. - Səməd Vurğun 

İnsana sığa bilənə kainat, kainata sığa bilməyənə İnsan deyərəm. - Məhəmməd İqbal


Kainat Haqqında Aforizmlər və Sözlər

Kainat Haqqında Aforizmlər və Sözlər,Kainat,Kainat Haqqinda aləm
Kainat Haqqında Aforizmlər və Sözlər

Tanrının kəlamı 

Kainatdakı ən kiçik zərrədə də Allahın varlığını görə bilərik. Bizim varlığımız da onun sayəsindədir. - İbn Sina

Kainat nə qədər böyük və onun müxtəlifliyi nə qədər çox olsa da, o hər şeyi ehtiva edən ilahi bir qüvvənin sayəsində vəhdətdədir. Onun sayəsində bütün bu dünya ilahiləşir. - Platon 

Kainatın kitabı riyaziyyat diliylə yazılmışdır. - Qalileo Qaliley

Bütün kainatda hər şeyin yaradıcısı və sahibi olan bir Tanrı var... İnsan cəmiyyətinin ən yaxşı idarə tərzi də tək bir varlıq tərəfindən həyata keçirilir. - Tomas More 

Kainatdakı hər şeyin bir məqsədi vardır. Uyğunsuz heç kim, qəribə heç nə yoxdur, təsadüflər də yoxdur. Sadəcə anlamadığımız bəzi şeylər vardır. - Marlo Morgan

Kainatın qanunu bizə onu öyrədir ki, O Tanrı tərəfindən ortaya çıxarılmış və yaradılmışdır. Və  təsadüfi ya da öz-özünə yarana bilməzdir.- İbn Rüşd

Kainat Haqqında Aforizmlər və Sözlər,Kainat,Kainat Haqqında,Kəhkəşan,kainat haqqinda,kainatla bağlı
Kainat Haqqında Aforizmlər

Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. - Karl Saqan

Əgər bütün kainatda həyat təkcə Yer kürəsində mövcuddursa, bu, çox böyük yer israfı olardı. Karl Saqan

Kainatda boşluqlar yox, gizlinlər var; nə vaxtsa işıqlansa, xəzinələr bəlli olacaq.

Qüvvət üstündə varsa əqli-səlim Sana həp kainat olur təslim! - Hüseyn Cavid

Ruh, məhv edilməz bir kainatın aynasıdır. - Qotfrid Leybnits

İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olduğu halda, insan ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətindədir! - Əbu Turxan

Həqiqətin gücü ilə yaşadığım müddətcə,kainatı belə fəth edə bilərəm. - İohann Volfqanq Höte

Öz ruhunun dərinliklərinə baş vur ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən. - M. Unamuno

Etiketler: , , , , , ,

13.3.22

Qorxaq Haqqında Aforizmlər və Sözlər


Qorxaqlar Haqqında Aforizmlər,Qorxaq insanlara aid statuslar qorxaq insanlar haqqinda

Səhv etməkdən qorxan heç bir işə başlaya bilməz. - Naməlum

Qorxaq öz kölgəsindən də qorxar. - Atalar sözü.

Həyat, qorxaqları bağışlamaz. - Ernesto Çe Gevara

Səndən qorxanı da, sən qorxduğunu da sevə bilməzsən.- Mark Tulli Siseron

Qorxaq dost düşməndən qorxuludur, çünki düşməndən ehtiyat edirsən, dostuna isə arxayın olursan. - Lev Tolstoy

Qorxursansa pişikdən, Niyə çıxırsan deşikdən.- Atalar Sözü

Adamın ən qorxduğu şey əvvəl axır başına gəlirmiş. 

Səhvdən qorxan bir insan heç bir şey edə bilməz. - Avraam Linkoln

Sevgi ancaq işıqlı adamların qismətidir. Qara qəlblər işıqdan qorxur. - Əbu Turxan

Yaşamağın dadını bilməkdən qorxana axmaq deyərəm. - Alber Kamyu.

Qorxaqlar Haqqında Aforizmlər,Qorxaq insanlara aid statuslar,qorxaq insanlar haqqinda,

Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur. Ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. - Əbu Turxan

İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq, yeni bir kəlmə söyləməkdir.. - Fyodor Dostoyevski

Həyatda edə biləcəyiniz ən böyük səhv, davamlı olaraq səhv edəcəyinizdən qorxmaqdır. - Elbert Habbard

Yalnız bir şey xəyalların gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur. - Paulo Koelyo

Goründüyü və ya olduğu kimi olmaqdan qorxan adam cəsarətli deyildir. - Edqar Allan Po

Bir qorxaq bir ordunu bada verər. - Atalar sözü

Xain qorxaq olar. - Atalar Sözü

Qısqanclıq özünə aid olanı itirmək qorxusudur. - Əbu Turxan

Ümidsizlik və lənglik məğlubiyyətə gətirib çıxaran qorxaqlıqdır. - Henri Toro

Kim səndən qorxursa, qıl ondan həzər

Olsan da yüz elə şəxsə bərabər.

Ehtiras insana imkan vermir ki, yesin, yatsın, işləsin, rahatlığını əlindən alır. Çoxları qorxur, çünki o, yaranan zaman əvvəlki və öyrəşdiyimiz hər şeyi yıxıb dağıdır. - Paulo Koelyo

İnsanlar ümumilikdə bir-birlərinə nifrət edərlər. Çünki bir-birlərindən qorxarlar, bir-birlərindən qorxarlar çünki ünsiyyət qurmazlar, ünsiyyət qurmazlar çünki siniflərə ayrılmışlardır. - Martin Lüter Kinq

Etiketler: , , ,

12.3.22

Sevgi Sözləri

 Sevgi ruhun gözəlliyidir.


Sevgi bir vergidir Allahdan gələn.
Uduzmaz heç zaman ürəkdən sevən.


Hər bir insan öz sevgisi qədərdir. - Əbu Turxan

,sevgiyə aid sözlər,menali sevgi sozleri,Sevgi sözləri,sevgiye aid sozler,sevgi statuslari,sevgi haqqında sözlər
Sevgi Sözləri 2024

Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan. -Bob Marli


Sevdiyimiz insanların sevgisini hiss etmək, həyatımıza həyat verən günəş kimidir. - Pablo Neruda 


Həyatda bir sevinc var: sevib-sevilmək. - Jorj Sand 

Sevgi Sözləri 2024 sevgiye aid sozler sevgi sozleri

Sevgi Sözləri 2025

Kəşf edilməmiş, oxunmamış bir şeir kimisən..Mənalı, İncə və gözəl...


Sevgili kimdir bilirsənmi?

Dərdinə ortaq olan ,sirrini qoruyan, varlığınla var olan, səni sevib dəyər verən..

 Sənsən sevgilim mənim, təkcə bugün deyil, Hər gün...

Hər an...


Şübhəsiz ki, Allah hər şeyi bilir, səni necə sevdiyimi də... -İlhan Bərk

,sevgiyə aid sözlər,menali sevgi sozleri,Sevgi sözləri,sevgiye aid sozler,sevgi statuslari


Namaza bənzəyəcək biraz da sevgin...

Niyyət etdikdən sonra ətrafa baxmayacaqsan. - Hikmet Anıl Öztekin


Ürəyi gözəl insanların ürəyində olmaq gözəldir...


Ürəkmi insana sev deyən, yoxsa təklikmi? - Şəms Təbrizi


Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində.- Can Yücəl 


Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.- Qabriel Qarsia Markes

Sevgi sözləri,sevgiye aid sozler,sevgi statuslari,sevgi haqqında sözlər,sevgi haqqinda gozel sozler,sevgi sozleri 2024


Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir.  - Bob Marli


Toxuna bilməyəcək qədər uzaq olsam belə, sevəcək qədər yaxınam sənə…


Darıxmaq nədir bilirsən?

Birinin xəbəri olmadan ondan uzaqda bir yerdə onu düşünmək..


"Darıxmaq" gəl deməkdir.


Kimin üçünsə darıxmaq kədərli hislərdən ən gözəlidir.


Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir. - Özdəmir Asaf


Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi..?


Xəyallar deyirəm yaxşı ki var...

Yoxsa bu qədər məsafədən necə sarılacaqdım sənə ? ...


Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır. - Jan de Labrüyer


Qəlbinin gözəlliyi gözlərindən görünür sevgilim.

Mən o gözlərdən dünyanı gördüm, özümü gördüm. 

Yenə gözlərin gözümə dəysin, məndəki sevginin gözəlliyini görsün istərdim...


Bizi biz edən unutmadığımız xatirələrdir.- Rememory

Sevgi sözləri,sevgiye aid sozler,sevgi statuslari,sevgi haqqında sözlər,sevgi haqqinda gozel sozler,sevgi sozleri 2024


Darıxdıqca daha çox sevdim...

Sevdikcə daha çox darıxdım...- Səbuhi Quluzadə


Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir. -Cövdət Anday


Tək bir adam üçün darıxarsınız və hər yer kimsəsiz gələr.

 - Alfons de Lamartin


Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin; düşməninlə dəehtiyatla davran, ola bilər, bir gün səninlə dost olsun. Əli bin Əbu Talib


Əhəmiyyətli olan sözlər deyil, davranışlardır. Sevdiyini deyən biri yerinə, sevgisini göstərən birinə inanın. -Erix Fromm


İzahı mümkünsüz olan Duyğular vardır...

Sözlərə belə sığmayan Sevgilər vardır...

Dünyadan da böyük Eşqlər vardır...

Bizim sevgimiz kimi.


Sanki bütün dünya sevgililərin sevincinə şərik olur. - Əbu Turxan


Günləri yox, anları xatırlayarıq.-  Çezare Paveze


İnanın ki, insanın taleyini sevgi müəyyən edir.-Uilyam Şekspir


Həm sevib, həm də sevilmək ikiqat xoşbəxtlikdir. Əbu Turxan


Bəzi sevgilər sözlərlə ifadə edilməyəcək qədər böyük və dərindir...

Bax mənim sənə sevgim də belədir. Bəlkə ifadə edə bilmirəm, amma bil ki sevirəm, dəyər verib güvənirəm.


Sevən qadının fədakarlığı ölçüyə gəlmir. - Alfons Dode.


Küskünlük üzr istəyincə deyil, darıxınca keçər...


Yuxunda görürsənsə onu; darıxmısan.... Yuxunda görmək üçün yatırsansa, sevmisən deməkdir...- Can Dündar


Ən çox xətrinə dəydiklərimiz, əslində ən çox sevdiklərimiz olması nə qəribədir...- Milan Kundera  


Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi. - Hüseyn Cavid


Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.


Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı nəzakət olar, arzuya səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.-  Mövlana Cəlaləddin Rumi


Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.

- Viktor Hüqo


Qadın sevəndə hamıdan zəif,   seviləndə hamıdan güclü olur. -   Erix Osterfeld


Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu.Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm.

- Özdəmir Asaf


Hər ürək sevə bilsəydi əgər, ayrılıq heç olmazdı. Hər sevən ürəkli olsaydı onsuz da 'eşq' bu qədər sadə olmazdı! - Can Yücel


Sevgiyə səbəb gözəllik deyil, əksinə, sevgi bizi gözəlliyi görməyə vadar edir.- Lev Tolstoy


Sev ki, görülməyəni görə biləsən, İşıq saç ki, istədiyin yerə gedə biləsən. - Nüaymə.


İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi ilə işıqlanır.


Əgər səma bəyaz bir kağız , dəniz bir mürəkkəb olsaydı yenə də sənə olan duyğularımı yazmağa yetməzdi.


Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar.


Zaman və məkanı aşa bilən tək şey sevgidir.

- İnterstellar filmi


Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ondan uzaqlaşa bilmərsən.

- We Bought A Zoo filmi


Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir. - Cövdət Anday


Bu şəhəri sevməyimin səbəbi; Küncü dönəndə səninlə qarşılaşma ehtimalımdır -Lorens Darrell


Hamını" ona bənzədirsənsə, aşiqsən deməkdir. Əgər onu "hamıya" bənzədirsənsə, artıq təksən deməkdir. - Can Yücəl


Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır. - Əbu Turxan.


Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər.- Çarlz Bukovski


Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. - Cübran.


Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.

- Ömər Xəyyam


Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi... - Ömər Xəyyam.


Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir. - Əbdülqədir Gilani

Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən.

 Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən.- Şekspir


Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik. - Fyodor Dostoyevski

Ürəyində sevgi və mərhəmət yoxdursa digər şeylərdən danışmağın da bir mənası yoxdur. - Nürhan Işkın


Heç vaxt həqiqi şövqlə sevməmiş   insan həyatının yarısını, həm də gözəl yarısını  yaşamamışdır.    - Stendal


Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.  - Nəcib Fazil Qısakürək


Hamını sev, seçdiyinə etibar et, heç kimə pislik etmə.- Şekspir 


Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur.- Nazim Hikmət.


Məhəbbətdir işıq saçan, onsuz aləm bir zülmətdir,
Zülmətdə gördüklərin , sanma ki, bir həqiqətdir. - Əbu Turxan


Hərkəsin bir-birini sevirmiş davrandığı ancaq çox az insanın sevgini anladığı bir dövrdə yaşayırıq...- Əli Ural 


İnsanlar sevilmək üçün, əşyalar isə istifadə edilmək üçün yaradılıb. Dünyadakı xaosun səbəbi; əşyaların sevilməsi, əşyaların isə istifadə edilməsidir.- Cəmil Meriç

Axtarış sözləri: sevgili ucun sozler,sevgiyə aid sözlər,menali sevgi sozleri,Sevgi sözləri,sevgiye aid sozler,sevgi statuslari,sevgi haqqında sözlər,sevgi haqqinda gozel sozler,sevgi sozleri 2024 


Etiketler: