20.4.22

Az Danışmağa Aid Atalar Sözləri

Az danış, düz danış.- Atalar sözü

Az Danışmağa Aid Atalar Sözləri,Atalar Sözləri Az danısmaga aid atalar sozleri,

.

İki düşün, bir danış. - Atalar söz

Az danış, çox qulaq as. - Atalar sözü.

Çox bilən az danışar.- Atalar sözü.

Çox bil, az danış. - Atalar sözü.

Bilikli adam az danışar.- Atalar sözü.

Az danış, yaxşı danış. - Atalar sözü

İki eşit, bir danış.- Atalar sözü.

Az danış, çox dinlə.- Atalar sözü.

Çox qulaq as, az danış.- Atalar sözü.

Çox danışmaq xeyir gətirməz.- Monqol  atalar sözü

atalar sozleri,Az Danışmağa Aid Atalar Sözləri,az danismaq haqqinda

Kamil adam az danışar. - Atalar sözü

Özgəsiylə az danış, özünlə - çox. - Alman atalar sözü

Yüz biliyin olsa da, bir bilənlə danış. - Atalar sözü

 Min bilsən də bir bilənə danış.- Atalar sözü.

.

Etiketler: , , , ,

13.4.22

Pisliyə Aid Statuslar

 

Pisliye aid statuslar,Pisliyə Aid Statuslar pislik etmək

Bir insana ediləcək ən pis şey onu utandırmaqdır.

Özgənin yaman gününə gülən öz gününə ağlayar.

Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı - Haqqdan.

Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.

Başqalarını pisləməyi xoşlayanlarla dostluq etməyə dəyməz.

İnsanları yaxşı tanıyın. Hər insanı pis bilib pisləməyin, hər insanı da yaxşı bilib tərifləməyin.

Dürüst insana edilən ən böyük haqsızlıq onu yalanla günahlandırmaqdır.

Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü  qalar. 

Qəlb qırmayın! Qəlb qırmaq Kəbəni dağıtmaq qədər böyük bir günahdır.

Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz.

Dağıtmaq düzəltməkdən, Yalan danışmaq sübut etməkdən daha asandır

Vicdanını itirmiş olanlar pislikdən həzz alarlar..

İncinmiş olanın ahı, hara getsə tapar sahibini..

Pisliye aid statuslar,Pisliyə Aid Statuslar,pis insanlar ucun statuslar

Bəzən bir insana ediləcək ən böyük pislik, onu boş bir ümidin əsirinə çevirməkdir.

Həyatda görəcəyiniz iş nə olursa olsun ərdəm olmayınca əldə edəcəyiniz hər şeyin edəcəyiniz hər işin sonunda utanc və pislik vardır.

Haqsızlıq qarşısında susan da şərə şərikdir.

Kədərli olan pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir.

Bütün cinayətlər və pisliklər acizlikdən doğular, onun üçün hamısı ancaq mərhəmətə layiqdir.

Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən.

Etiketler: , ,

11.4.22

Kinli İnsanlara Aid Statuslar

Kinli İnsanlara Aid Statuslar Kinli İnsanlar kin

 Kin, zəif insanların qəzəbidir.

Dərin bir kin, dərin bir yaralar açar.

Sevgidən yoxsul olanlar, kin içində boğular..

Məndən nifrət etdiyini eşitdim. Əgər səni düşünəcək vaxtım olsa, mən də səndən nifrət edərdim.

Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana.

Kinlə dolu ürəklərdə axtarma həqiqi sevgini..

Kinlə dost olanın dostu olmaz.

Ancaq kindən azad olmuş sevgi dolu ürəklər Sevgi nədir bilərlər.

Olmadığın insan olaraq sevilməkdənsə olduğun insan olaraq nifrət edilmək daha yaxşıdır.

Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər köhnəltməz.

Üzündə saxta gülümsəmə və sevinc, içində kin və nifrətlə dolu olanlarla birgə yalan bir dünyada yaşayırıq.

Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.

Qəzəbin alovu ilk əvvəl sahibini yandırar. Sonrakı qığılcımı düşmənə ya çata, ya çatmaya...

Düşmənlərinizi hər zaman bağışlayın. Heç bir şey onlara bunun qədər pis təsir edə bilməz.

Yemək-içmək orucu tutmazdan öncə içinizi qəzəb, kin, nifrət və  intiqam hisslərindən qurtarın..

 BONUS : Bizdən nifrət edənlərdən nifrət etmədən yaşayaq. Gəlin, bizdən nifrət edənlər arasında nifrətdən xilas olmuş olaraq yaşayaq

Etiketler: ,

10.4.22

Ölümə Aid Statuslar, Ölüm Haqqında Statuslar

 

Ölümə Aid Statuslar,Ölüm Haqqında Statuslar, olum haqqinda

Bütün günlər ölümə doğru gedir; son gün ona çatır.

Ölüm, bəzən bir cəza, bəzən bir hədiyyə, çox vaxt da bir lütfdür. 

Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli. 

Qəbrimə doğum yox, ölüm ili yox, Qəbrimə sevdiyim illər yazılsın. 

Ölüm bir körpüdür - Dostu dosta qovuşduran.

Ölüm Haqqında Statuslar,olum haqqinda statuslar, olume aid  statuslar

Ey həyat,ölümə minnətdar ol! Səni ona görə sevirəm. 

Əgər danışsaydı, ölümlə də “dil tapmaq” olardı. 

İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın. 

Ölüm qorxunc bir şeydir amma insan əgər ölməyi bacara bilməyib sonsuza qədər yaşasaydı bu daha qorxunc olardı. 

Ölüm həyatda böyük itki deyil. Əsl Böyük itki, yaşayarkən içimizdə ölənlərdir.

 Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Qurani-Kərim)

Ölüm varlı-kasıb tanımır, ucdantutma hamının qapısını döyür. Ölümdən savayı hər şeyin çarəsi var.

Ölüm olmasaydı, həyat bütün gözəlliyini itirərdi. 

,Ölümə Aid Statuslar,Ölüm Haqqında Statuslar,olume aid  statuslar meqsedsiz yasamaq faydasiz heyat
Ölüm Haqqında Statuslar


Ölməyə dəyər bir məqsədi olmayanın yaşamağa dəyər bir məqsədi də olmaz. Sözleri

Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.

Ölüm gəlmədən həyatın, xəstəlikdən əvvəl məşğuliyyətin, qocalıqdan əvvəl sərvət və zənginliyin qədrini bilin. 

Doğularkən sən ağladın ətrafındakılar güldü, elə bir həyat yaşa ki öldükdən sonra ətrafındakılar ağlasın sən gül. 


Etiketler: , , ,

9.4.22

Kobud İnsanlara Aid Statuslar


Kobud İnsanlara aid statuslar,kobud insanlar haqqında kobudluq kobudlar

Elə kobud insanlar vardır ki, ayı belə onlardan daha nəzakətlidir..

Dürüst ol, amma kobud olma!

 Kobud sözlər yanan oda bənzər. Ağızdan çıxdıqdan sonra öncə səni yandırar!

Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü  qalar.

Qəlb qırmayın! Qəlb qırmaq Kəbəni dağıtmaq qədər böyük bir günahdır.

Öz dilinə nəzarət etməyi bacarmayan adamın ən böyük düşməni elə özüdür.

Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.

Söz ağızdan çıxmadan öncə 3 qapıdan keçməlidir:  Yaxşılıq, nəzakət və lüzum.

İkinci dəfə qəlbi qırdıqdan sonra gələn üzr, doyandan sonra süfrəyə gələn duz kimidir; "ehtiyac" qalmaz. 

Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək. Onu unutmağa çalışmaq – həmişə onu xatırlamaqdır.

Ağacdan düşən necə qurumağa məhkumdursa, könüldən düşən insan da elə unudulmağa məhkumdur. 

Parçaları itmiş "puzzle" kimidir artıq insanlar. Kiminin ruhu, kiminin beyni və bir çoxunun bir ürəyi yoxdur.

Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.

İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü.

Etiketler: ,

8.4.22

Qəlb Qırmağa Aid Sözlər və Statuslar

 

Qəlb Qırmağa Aid Statuslar,Qəlb Qırmağa Aid Sözlər,

Qəzəb gurutuludur, inciklik isə səssiz. - N. F. Qısakürək

Və bəzən qırılar insan saç uclarına qədər..

Qəlbə sümük yoxdur amma ən çox qırılan da odur.

Qəlb qırmaq ən böyük günahdır!

Neçə qəlb qırdım birini xoşbəxt edə bilmək üçün..

İnsan odun deyil ki, qəlbi qırıldıqda səs çıxarsın. - Mövlana

Qəlb qırmayın, içində ALLAH var!

Qəlb qırmayın! Qəlb qırmaq Kəbəni dağıtmaq qədər böyük bir günahdır. 

Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü  qalar. - Atalar Sözü

Qəlb qırmaq günahdır, biz də günaha batmamaq üçün qırılmağı seçdik..

Qırdığın qəlbin sahibinə yaxşı bax..Yolun bir gün mütləq ordan keçəcəkdir !

Kim ana qəlbinin telini qırar
Tanrının qəzəbi belini qırar.
Sənin arsızlığın-xəyanət ona,
Vüqarın, təmkinin dəyanət ona. - M. Bahar 

İkinci dəfə qəlbi qırdıqdan sonra gələn üzr, doyandan sonra süfrəyə gələn duz kimidir; "ehtiyac" qalmaz. 

Bəzən qırdım, çoxu dəfə qırıldım, amma mən heç kimi itirmədim, yalnız zamanı gəldiyində imtina etməsini bildim. - Can Yücəl

Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər.- Çarlz Bukovski 

Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər; onları heç gözləmədiyində reallaşar. - Qabriel Qarsia Markes

Xoşbəxtkən görməməzlikdən gəldiyin şeylər kədərliykən ürəyini qırar. Çünki unutma, İnsan səhvlərini xoşbəxt olduqda yox, kədərli olduqda anlar. - Anton Çexov

Ac mədə, boş pul kisəsi və sınıq qəlb sənə həyatın ən yaxşı dərslərini öyrədə bilər.

Dərd sizi daha güclü, qorxu daha cəsur, qırıq qəlb isə daha kamil edər.

Etiketler: , , , ,

6.4.22

Ən Gözəl Qız Adları (Siyahı)



qizlar ucun en gozel adlar,En gozel qiz adlari,Qız adı,qızlar üçün ən gözəl adlar,


A ilə başlayan qız adları

  • Adilə: Ədalətli, haqq tərəfdarı, insaflı
  • Afər: Yaradılmış, xəlq edilmiş, məxluq
  •  Afət: Dilbər, gözəl;  bəla, bədbəxtlik, fəlakət, müsibət.
  • Ağabanu:  Böyük xanım, şah xanımı
  • Ahu: Ceyran, maral.
  • Aişə: Bolluq içində rahat yaşayan.
  • Aminə: Qorxusuz.
  • Arzu: İstək, həsrət. İstənilən bəyənilən qadın.
  • Asiyə: Dirək, kədərli qadın.
  • Aslıxan: Xan soyundan olan.
  • Asuman: Göy, göy qübbə, səma.
  • Atiyə: Hədiyyə, vermə, yaxşılıq.
  • Atifət: Bir səbəbi olmadan hiss edilən sevgi.
  • Ayfer: Ay işığı.
  • Ayla: Qadın, xanım.
  • Aylin: Ayın ətrafından görülən işıqlı dairə.
  • Aynur: Ay kimi parlaq.
  • Aypəri: Pəri kimi gözəl.
  • Aytən: Ay kimi parlaq rəngli.
  • Aylin:
  • Ayşəgül: Güləc, gül kimi rəngli, canlı və rahat ömür sürən.
  • Ayşən: Nəşəli, parlaq, sevimli.
  • Azimət:Gediş. Təqva yolunu seçən.


B ilə başlayan qız adları

  • Bacıgül: bacı güldür, çiçəkdir
  • Badəgül: Bağdagül adının təhrif olunmuş forması
  • Banu: Ev qadını.
  • Bədicamal:  misilsiz gözəl
  • Bəhrican: Dəniz ruhu
  • Bəhrigül: Dəniz gülü
  • Bənövşə: yazın əvvəlində açan xoş çiçək
  • Begüm: Hörmət dəyər qadın, xanım.
  • Behiye: Gözəl, cazibədar qadın..
  • Bəraət: Edilən xeyirli bir iş üzündən əfv etmək üzrə verilən qarşılıq.
  • Bərin: Mənən çox yüksək, uca yaradılışlı.
  • Bərirə: Ehsan sahibi, sadiq.
  • Bərna:Gənc, cəsur, cavan.
  • Besamət: Gülər üzlü.
  • Betigül: Gül kimi iy verən məktub.
  • Betül: Kişilərdən çəkinən, ibadətə düşkün, namuslu və çox təmiz qadın. Həzrəti Fatimə və Həzrəti Məryəmin ünvanı. 
  • Bəyxatun: Xaqanın xanımı.
  • Bəyza: Çox ağ, çox təmiz, parlaq.
  • Bilgə: Bilgisiylə davranışları bir-birinə uyğun gələn.
  • Bilgəxatun: Dərin bilgi sahibi qadın.
  • Binnaz: Çox nazlı.
  • Birgül: Tək və bənzərsiz gül.
  • Buray: boyu uzun xanım
  • Burçin: Dişi maral.
  • Burcu: Gözəl iy verən.
  • Busəgül: təravətli və qönçə gül
  • Büşra: Müjdə, sevinc, xeyirli xəbər. Tələsik, tez.

 

C ilə başlayan qız adları

  • Cahan: dünya, aləm
  • Cahangül:  aləmin gülü
  • Cahantac: dünyanın tacı
  • Canan: Sevgili, dilbər, könül verilən. Təsəvvüfdə Allah.
  • Cangül: İş açıcı.
  • Ceyda: Yaralı, hər kəsə yaxşılıq edən.
  • Ceyran: İncə şəkilli, gözəl gözlü bir maral cinsi.
  • Cahanfər:Cahanı işıqlandıran çox gözəl qadın.
  • Cənnətgül: cənnətin gülü

 

D ilə başlayan qız adları

  • Dərya: Dəniz, çox bol, bir çox.
  • Dəstəgül: Gül dəstəsi, çiçəl buketi.
  • Dəclə: Böyük çay. İraqda dənizə tökülən bir çay.
  • Didar: Üz,çöhrə, surət, görüş, göz, görmə gücü.
  • Dilara: Könül alıcı, sevgili.
  • Dilbər: Gözəl, sevgili, könül çəkici.
  • Dilbəstə:Könül bağlamış, aşiq..
  • Dildar: Könülü hökm altında tutan sevgili.
  • Dilşad: Könülü sevincli, ürəyi şən.
  • Dilşikar: Könül ovlayan, özünə bağlayan.
  • Dürdanə:İnci dənəsi, inci səpən.

 

Ə ilə başlayan qız adları

  • Əbru: Qaş.
  • Əda: Rəftarı xoş, nazlı.
  • Əfsər: Tac
  • Əlif: Ərəb əlifbasının ilk hərfi, dost, tanış.
  • Əntiqə:  
  • Əsma: Adı olan.
  • Əsmər: 
  • Əsra: Gecə səfərinə çıxan.

 

F ilə başlayan qız adları

  • Fatimə: Özü və nəsli Cəhənnəm atəşindən kəsilmiş.
  • Fəzilət: Ərdəm, yaxşı xasiyyətlərin və üstün xüsusiyyətlərin hamısı.
  • Fərdiyə: Tək və bənzərsiz.
  • Fərah: Bol, geniç, şən, açıq.
  • Fəray: Parlaq, işıqlı ay.
  • Fəriha: Sevincli, fərah.
  • Fərihan: Razı, məmnun, sevincli.
  • Fərzane: Hakim, filosof, bilgin, alim.
  • Firuzə: 
  • Figən: Çiçək dəstəsi, kölgə edən.
  • Fitnat: Zehin açıq tez qavrayışlı.
  • Firdevs: Səkkiz Cənnətdən biri, qızıl və gümüşdəndir.
  • Firkat: Ayrı olan, sevgidən uzaq qalan.
  • Fulya: Gözəl qoxulu bir nərgiz.
  • Füruzan: Çox parlaq, aydınlıq, parlayan, nurlu.
  • Füsun: Sehr, əfsun.
  • Füsunkar: Ovsunlayıcı gözəl.

 

G ilə başlayan qız adları

  • Gözdə: Gözə girmiş, bir böyüyün sevib bəyəndiyi.
  • Gülbanu: Gül xanım.
  • Gülbərk: Gül yarpağı.
  • Gülbin: Gül fidanı, gül budağı, gül bağçası, güllük.
  • Gülbiz: Gül saçan, gül səpən.
  • Gülçöhrə: Gül üzlü, üzü gül kimi xoş.
  • Gülcamal: Üzü gül kimi gözəl.
  • Gülçiçək: Gül kimi təzə, çiçək təzəliyə daşıyan.
  • Gülçin: Gül yığan, gül yığıcı.
  • Güldemət:Gül buketi, gül dəstəsi.
  • Gülendam: Gül kimi incə, uzun, gözəl bədənli.
  • Güləsər: Üzündə təbəssüm əskik olmayan.
  • Gülfam: Çəhrayı, gül rəngində.
  • Gülfem: Gül dodaqlı, gül ağızlı.
  • Gülfər: Gül kimi parlaq.
  • Gülfeşan: Gül saçan.
  • Gülfidan:Gül kimi gənc.
  • Gülhiz: Gül yetişdirən.
  • Gülistan: Gül bağçası, güllük.
  • Gülizar: Gül yanaqlı.
  • Gülnar: Qatlı və böyük gül, böyük çiçək.
  • Gülnaz:Gül kimi incə və zərif, nazlanan.
  • Gülsima:Gül üzlü.
  • Gülsüm: Üzü dolğun. Ümmügülsüm: Gülsümün anası.
  • Gülter:Yeni açılmış gül.
  • Gülşən: Gül bağçası, gülistan.
  • Güzidə: Seçkin, seçilmiş, seçmə.

H ilə başlayan qız adları

  • Həcər: Daş, qaya parçası.
  • Halə: Ayın ətrafında görülən işaq halqası.
  • Halənur: İşıqlı, aydınlıq dairə, halə.
  • Hamiyət: Milli qürur və şərəf.
  • Hariqə:Təbiət xarici meydana gələn fövqəladə hadisə.
  • Hasna: Çox gözəl qadın.
  • Havər:Gün şərqi, ortaq.
  • Havlə: Güclü, qüvvətli, taqətli, qüdrətli.
  • Həvva: Bir şeyin kamilliyi, yetkin. Həzrəti Adəmin xanımı.
  • Hayrunnisa: Qadınların  xeyirlisi, yaxşısı.
  • Hədiyyə: İkram olaraq verilən şey.
  • Hicran: Ayrılıq, ayrılığın verdiyi unudulmaz acı.
  • Hicrət: Bir ölkədən başqa ölkəyə köç etmiş olan.
  • Hilal: Yeni ay.
  • Huban: Gözəllər. Gözəl olan.
  • Huri: Cənnət qızı kimi gözəl.
  • Huriyə: Çox gözəl.
  • Hülya: Xəyal.
  • Hümeyra: Kiçik qırmızı. Həzrəti Aişənin ünvanı.
  • Hürrəm: Təzə, şən, sevincli. Gülər üzlü.
  • Hürriyyət: İradəsinə görə qərar verən. Özünə və başqasına zərər verməyəcək şəkildə sərbəst.
  • Hüsna: Ən gözəl, çox gözəl.
  • Hüsnügül: Gül kimi gözəl.
  • Hüveyda: Açıq-aşkar, bəlli.

 

X hərfi ilə başlayan qız adları

  • Xoşəda: Davranışı xoş, hərəkəti gözəl.
  • Xoşəndam: Boyu posu gözəl, görünüşü düzgün.
  • Xoşqədəm:Gözəl ayaqlı, uğurlu.
  • Xoşnəva: Gözəl səsli.
  • Xoşnigar: Şirin, gözəl baxışlı.
  • Xandan: Gülən, şən.
  • Xandə: Gülən, lağ edən.
  • Xəticə: Erkən doğulan qız uşağı.

 

İ ilə başlayan qız adları

  • İclal: Hörmət və böyüklük göstərən, ikram edən.
  • İffət:Namuslu, halalı istəyən, haramdan qaçan.
  • İnci:
  • İradə
  • İrəm:Şəddatın Cənnət deyə etdirdiyi məşhur bağça.

 

J hərfi ilə başlayan qız adları

  • Jalə: Çiy, şəbnəm.
  • Jülidə: Saçı dağınıq.

K hərfi ilə başlayan qız adları

  • Kövsər: Maddədən və mənən çox, nəsli sıxlıq.Cənnətdəki məşhur hovuz.
  • Kezban: Ev qadını.
  • Kutan: Müqəddəs, xoşbəxt.
  • Kübra: Ən böyük ən əzəmətli.
  • Kündəm: İtaətli, hörmətli.
  • Könül

Q hərfi ilə başlayan qız adları

  • Qismət: Taleh, nəsib, qədər.
  • Qüdrət: Qüvvət, taqət, güc, varlıq, səlahiyyət, qabiliyyət.
  • Qədər: Xeyrin və şərin Allahdan gəldiyinə inanmaq.

L hərfi ilə başlayan qız adları

  • Laləzar: Lalə bağçası.
  • Lamiha: Paylayan, parıldayan, parlaq.
  • Leman: Titrək.
  • Lerzan: Titrəyən, titrək.
  • Lətafət: Lətiflik, xoşluq, yumşaqlıq.
  • Leyan: Rahatlıq, lüks həyat.
  • Leyla:Uzun və qaranlıq gecə.

M hərfi ilə başlayan qız adları

  • Mahinev: Yeni doğulmuş ay.
  • Mahiye: Aylıq.
  • Mahpeyker: Ay üzlü parlaq və nur üzlü.
  • Mahru: Ay kimi parlaq üzlü.
  • Maidə: Qurulmuş hazır süfrə.
  • Makbule: Qəbul olunmuş, bəyənilmiş.
  • Maral: Dişi maral.
  • Mayda: Narin incə şəkilli.
  • Mebşurə: Üzü gözəl, əndamlı.
  • Məfharət: İftixar edən.
  • Məfkurə: Çatılmaq istənən ən uca məqsəd.
  • Mehlika: Ay üzlü.
  • Mehparə: Ay parçası.
  • Mehtap: Ay işığı. 
  • Mehveş: Ay kimi gözəl.
  • Melahat: Gözəl üzlü.
  • Melda: İncə və təzə.
  • Mələk: Günahsız, halım səlim.
  • Məlis: Bal arısı.
  • Menfusə: Çox xoş, çox xoşa gedən, ən gözəl.
  • Meriç: Ege dənizinə tökülən çay.
  • Merve: Kəbə yaxınındakı kiçik təpə.
  • Məryəm: Dininə bağlı.
  • Mesadət: Xoşbəxt. 
  • Mestinaz: Süzgün baxışlı.
  • Mevhibə:Bəxşiş, ehsan, hədiyyə.
  • Meysere: Zənginlik, rahatlıq.
  • Mihman: Qonaq.
  • Mihriban:Sevən, gülər üzlü.
  • Mihrimah:Günəş ilə ay.
  • Mihrinaz: Çox nazlı.
  • Mimoza: Yarpağına toxunanda toplanan bir çiçək.
  • Mualla: Uca, yüksək.
  • Muattar: Gözəl qoxulu.
  • Muazzəz: İzzət və şərəf sahibi, qiymətli.
  • Məhəbbət: Sevgi.
  • Muhaddərə: Namuslu, iffətli, örtülü müsəlman.
  • Müqəddər:Alın yazısı inanan.
  • Müqəddəs:Mübarək, təmiz.
  • Mübəccəl: Ucaltılmış, böyüdülmüş.
  • Mübərra:Təmizə çıxarılmış, açıqca ifadə edilmiş.
  • Mübəşşər: Müjdələnən, yaxşı xəbər verilib sevindirilən.
  • Müjdə:Yaxşı xəbər sevincli xəbər.
  • Müjgan:Kirpiklər.
  • Müjgən: Kirpik.
  • Münəvvər:İşiqlandırılmış, mədəni və bilgili, aydın.
  • Müntəha:Nəticə, son yer.
  • Mürüvvət:İnsanlıq, mərdlik, sevincli günlərini  görmə.
  • Müşərrəf: Şərəfli qılınmış.
  • Müvəddəd: Sevgi, dostluq, məhəbbət.
  • Müyəssər: Asanca edilən nəsib olan.
  • Müzəhhər:Çiçəkli, çiçək açmış, çiçəklənmiş.
  • Müzəyyən: Bəzəkli, bəzənmiş.

N hərfi ilə başlayan qız adları

  • Nadidə: Görülməmiş, az tapılar, çox qiymətli.
  • Naxşıdil: Könül naxışı.
  • Narin: incə şəkilli, nəzakətli.
  • Nazan: Nazlı, naz edən.
  • Nazəndə: Naz edici, nazlı.
  • Nazənin: Çox nazlı, zərif, incə şəkilli.
  • Nazilə: Aşağı enən.                                            
  • Nazlı: Naz edən.
  • Nebahat: Şan və şərəf sahibi.
  • Necla: Qız övlad.
  • Nedrət: Az tapılan, nadir.
  • Nəhar: Gündüz.
  • Nermin: Yumşaq, zərif, nəzakətli.
  • Neslihan: Padşah soyundan gələn.
  • Neslişah: Şah nəslindən.
  • Nesrin: Çöl gülü, misir gülü, van gülü.
  • Nəşə: Sevinc içində olan.
  • Nəşidə: Məşhur misra, beyt, mənsumə.
  • Nəval: Taleh, qismət, bəxt açıqlığı. Ehsan, hədiyyə.
  • Nəvbahar: İlk bahar.
  • Nəvbəxt: Talehi yeni.
  • Nəvbər: Yeni yetişmiş  turfanda tərəvəz, meyvə.
  • Nəvcahan: Təzə, gənc, cavan.
  • Nəvəda: Hər kəsdən ayrı bir ədası olan.
  • Nəvin: Yeni, çox yeni, yeni şey.
  • Nəvinbal: Təzə yeni yetişmiş fidan.
  • Nəvinur: Müxtəlif görünüşdə işıqlar.
  • Nəvres: Yeni bitən, gənc təzə.
  • Nəvsal: Yeni il.
  • Nəvvare:Nurlu, işıqlı, parlaq, ağac çiçəyi.
  • Nəzafət: Təmizlik, paklıq.
  • Nəzahət:Təmizlik, paklıq, iç təmizliyi, incəlik, riqqət.
  • Nəzakət: Nəzakətlilik, zəriflik, incəlik, tərbiyə, ədəb.
  • Nida: Səslənən.
  • Nigahban: Gözcü, gözətçi.
  • Nigar: Rəsm, naxış, rəsm kimi gözəl.
  • Nihal: Fidan, gənc. Fidan kimi incə.
  • Nihan: Gizli, sirr, örtünməsi lazım olan yerləri örtən.
  • Nilgün: Göy rəngli.
  • Nilüfer: Bir su bitkisi.
  • Niran: Atəş, parlaqlıq.
  • Nur: İşıq, parıltı, aydınlıq, nur.
  • Nuran: İşıqlı, nurlu, aydın.
  • Nuray: Ay işığı kimi.
  • Nurbanu: İşıqlı xanım, nurlu xanım.
  • Nurcahan: Cahanın nuru,  kainatın işıqlı, parlaq, nurlu.
  • Nurçin: İşıqlı.
  • Nurhan: Aydın hökmdar.
  • Nurhəyat: Parlaq həyat.
  • Nurpəri: Üzü nur kimi parlayan pəri kimi gözəl.
  • Nurşən: İşıq kimi şən və gülər üzlü.
  • Nurşin: Çox ləzzətli.
  • Nükhet: Gözəl və xoş qoxu.

Ö hərfi ilə başlayan qız adları

  • Özgə: Başqa, xarici, yaxşı, gözəl, zarafatçı, cana yaxın.
  • Özgül:
  • P hərfi ilə başlayan qız adları

  • Pakize: Çox təmiz, xoş və gözəl saf, yaxşı, ləkəsiz.
  • Peren: Ülkər ulduzu.
  • Pəri: Çox gözəl, cazibədar.
  • Pəridə: Uçaraq yüksəlmiş, rəngini atmış.
  • Pərixan: Pəri padşahı.
  • Pərvanə

 R hərfi ilə başlayan qız adları

  • Rahimə:Möminlərə çox yazığı gələn qadın.
  • Rahşan: Parlaq, parlayan.    
  • Rana: Gözəl, xoş görünən.
  • Ravza: Bağça, yaşıllığı çox, çiçəkli bağça.
  • Rayiha: Qoxu, gözəl qoxu.
  • Refxan: Varlıq içində yaşayan, bolluq içində olan.
  • Rəmidə: Ürkmüş, qorxmuş, ürkək, qorxaq.
  • Rəngin: Rəngli, boyalı, gözəl.
  • Rasidə: Ərimiş, yetişmiş, yetkinləşmiş.
  • Reyhan:Ruzi, mərhəmət, gözəl qoxu. Reyhan.
  • Riqqət:İncəlik, zəriflik.
  • Rugeş: Canlı üzlü, təzə üzlü.
  • Ruken: Gülər üzlü, müjdə verən.
  • Rukiyə: Ovsunlayıcı gözəllikdə.
  • Rumeysa: Böyük ulduz.    
  • Ruşən: Aydın, parlaq, bəlli, aşkar, ortada.
  • Ruzənin: Çiçək kimi gözəl üzlü.
  • Rüveyda: Xoş, incə, zərif.
  • Rüveyha: İncəlik, zəriflik.


S hərfi ilə başlayan qız adları

  • Səadət: Qovuşan, xoşbəxt.
  • Sabahat: Latif, üzü gözəl, camal sahibi.
  • Sabia: Yeddinci.
  • Saniyə:İkinci.
  • Sara:Xalis, qatıqsız, saf.
  • Sare: Sıçrayan, atlayan.
  • Satıa: Meydana çıxan, yüksələn, nur saçan, parlaq.
  • Səda: Səs.
  • Seha: Əli açıq, comərd.
  • Səxavət: Comərdliyi sevən.
  • Səhər:Gecənin son altıda biri olan vaxt ki, bu vaxt edilən dualar qəbul olar.
  • Sekinə: Könlü rahat.
  • Salamat: Sağlamlıq, xoşbəxtlik, qurtuluş, sakit olma.
  • Səlma: Sülhsəvər, itaətli, yaxşı yolda.
  • Selvican: Selvi sevən, selvi canlı.
  • Samahat: Comərd, xeyirxah.
  • Səma
  • Səmra: Əsmər, qumral rəngdə, əsmər gözəli.
  • Səna: Tərifləmə, mədh  etmə.
  • Səniyyə:Yüksək, uca.
  • Serap: İşığın əks olunmasından doğan yanılma.
  • Sevde: Əsmər gözəli.
  • Sibel: Buğda başağı.
  • Suna: Kişi ördək. Əndamlı.
  • Suzan:Yaxan, yanan.
  • Süəda: Səadətli, qutlu, uğurlu. Səidin çoxluğu.
  • Sükeyne: Səssiz, sakit başlı,vüqarlı.
  • Sülün: İncə zərif.
  • Süməyyə: Ammar ibn Yasərin anası. Ilk İslam şəhidi.
  • Sündüs: Qızıl və gümüş tellə işləməli ipək parça.
  • Süveyda: Qəlbin ortasındakı qara ləkə.

Ş hərfi ilə başlayan qız adları

  • Şahdanə: Xoşbəxt, bəxtiyar, dindar, təmiz ürəkli.
  • Şahika:Dağ təpəsi, dağ zirvəsi.
  • Şahmələk: Gözəllər gözəli.
  • Şaziment: Xüsusiyyətləri kimsəyə bənzəməyən.
  • Şəbnəm:  Gecə nəmi, çiy, nən, rütubət.
  • Şahnaz: Çox nazlı.
  • Şəhriban: Şəhrin ən böyük əmiri, vali.
  • Şəmsinisa: Qadınların günəşi.
  • Şərməndə: Utancaq.
  • Şərmin: Utanan, sıxılan.
  • Şərmizə: Kiçik insan birliyi.
  • Şətarət: Şənlik, nəşəli olma, sevinc.
  • Şeybə: Ağ saçlı, qoca, saçı ağ olmuş.
  • Şeyda: Aşiq, tutqun. Sevgidən ağılını itirmiş.
  • Şeyma: Bədənində xal, əlamət olan.
  • Şirin: Dadlı, cana yaxın, sevimli.
  • Şule: Alov, parıltı.
  • Şükran: Təşəkkür edən, minnətdar qalan.
  • Şükufə: Çiçək kimi gözəl, tumurcuq.

T hərfi ilə başlayan qız adları

  • Tifligül:Qönçə gül.
  • Tirajə: Göy qurşağı.
  • Tuba: Cənnət ağacı.
  • Tülin: Güzgü.
  • Tükan: Padşaha səltənətdə ortaqlıq edən həyat yoldaşı.

U hərfi ilə başlayan qız adları

  • Ulduz
  • Ulya:Çox uca.


Ü hərfi ilə başlayan qız adları

  • Ülfət: Dost olan, yaxınlıq hiss edən.
  • Ülkər: eddi qardaş ulduzu
  • Ülviyyə: Ülvi
  • Ülviyyət:  Yüksəklik, ucalıq. Bax: Ülvi
  • Üməymə: Kiçik ana.
  • Ümmüxan: Hökmdarın anası.
  • Üstünay: Çox yaxşı, gözəl ay, yüksəkdə duran, yüksəklərdə olan ay; üstün olmağa çalışma


V hərfi ilə başlayan qız adları

  • Vəcahət:Gözəl üzlü, etibarlı, şərəfli.
  • Vədia: Əmanət.
  • Vədidə: Dost, sevgili. Çox sevən.
  • Vəsamət:Gözəl olan.
  • Vəsilə: Vasitə olan.
  • Vüsalə
  • Vildan: Yeni doğulmuş uşaq.
  • Vuslat: Dostuna, sevdiyinə qovuşan.


Y hərfi ilə başlayan qız adları

  • Yasəmən
  • Yəlda: Uzun və qara.
  • Yəldəm: Tez, çevik.
  • Yeşim: Sərt və qiymətli yaşıl daş.


Z hərfi ilə başlayan qız adları

  • Zəhra: Üzü ağ və parlaq, nurani üzlü.
  • Zəkavət: Tez anlayan, tez qavrayan.
  • Zərafət: Nəzakətlilik, incəlik, zəriflik.
  • Zərəngül: Qızıl kimi gül.
  • Zərişdə: Qızıl tel.
  • Zərrin: Qızıla bənzəyən, qızıl kimi parlaq və qiymətli.
  • Zeynəb: Görünüşü və qoxusu gözəl,yetkin və dolğun. 
  • Ziba: Bəzəkli, yaraşıqlı gözəl.
  • Zinnur: Nur sahibi, nurlu, işıqlı, parlaq, bəxtiyar.
  • Zübeydə:Ən seçmə, öz, xülasə, cövhər.
  • Züləyha: Tez gedən, yolda bənzərini keçən.
  • Zülfibar: Dağılmış, yayılmış saç.
  • Zülfiyar: Sevgilinin saçı.
  • Zümrüt: Yaşıl rəngdə, şüşə parlaqlığında bir bəzək daşı.

Etiketler: , , , , , , , ,

5.4.22

TikTok Sözləri, Mənalı Tiktok Statusları

TikTok Sözləri,Mənalı Tiktok Statusları,TikTok Sozleri,Tiktok Statuslari,TikTok üçün Sözlər

 Sözlərin bitdiyi yerdə musiqi danışar. 

Mən gedərkən ən çox səni apardım.

Bəzən eyni dili  deyil, eyni duyğunu paylaşanlar anlaşa bilər.

Musiqi olsaydın, səni durmadan dinləyərdim...Ruhumu aydınladardın.. 

Cəsur bir qadının başı, qorxaq kişinin çiyninə ağır gələr..

Asandır deyirsən.. Gəl bir də sən yaşa sənsizliyimi.

Nəticə: Mən şairin, sənsə şeirim oldun.

Həyat bir nəğmədir - öz ritmini tap

Rəqs etmək ayaqların söylədiyi nəğmədir..

Musiqi olsaydın, səni durmadan dinləyərdim...Ruhumu aydınladardın.. 

Sevməyən ürək süni çiçəyə bənzər: ömrü çox olsa da, ətri olmaz.

Bu həyatda ən dəyərli şey zamandır. Kimə hədiyyə etdiyinə diqqət et. 

Nə qədər saxta olsan o qədər çox, nə qədər dürüst olsan o qədər az dostun olar.

Anlamayanlar üçün dilimi, vəfasızlar üçün ürəyimi yordum.

Güc kişiyə, gözəllik qadına verilir; Amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur

Ürəyin qadını kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd olanı!

Nağılınızın qəhrəmanı, başqa bir hekayənin fiquranı olmağa getmişdir bəlkə də. 

Corab dəyişdirər kimi sevigili dəyişdirən, hər yeni əlaqədə təmiz səhifə açdım deyənlərə səslənirəm: Sizin dəftər neçə vərəqlidir ?

TikTok Sözləri, Mənalı Tiktok Statusları

Son siqaretim kimi idin sən sevgili, qıya bilməzdim çəkməyə.. O cibimdə qırıldı, sən ürəyimdə.

Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər.

Sevgili kimdir bilirsənmi? Dərdinə ortaq olan ,sirrini qoruyan, varlığınla var olan, səni sevib dəyər verən. 

Heç bir dildə deyilməmiş, heç bir dildə yazılmamış, sözlər və mahnılar içindəyəm. . 

Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşğun fırtınalar dünyasıdır. 

Ən böyük uğur heç yıxılmamaq deyil. Hər dəfə yerə düşdükdə ayağa qalxıb yoluna davam edə bilməkdir...

Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bir qadın istəyir. Yaxşı, amma adama soruşmazlarmı, bunları haqq edəcək nə etdin.

Bir gün mənsizlik çalar qapını, mənli günləri düşünüb avunarsan.. Sanma ki, yalanlar içində mənim kimi bir doğru taparsan.

Etiketler: , , , , , , , ,

3.4.22

Pozitiv Sözlər, Pozitiv Statuslar


Pozitiv Sözlər, Pozitiv Statuslar Pozitiv ol Pozitiv düşüncə



 Dərd-sər duman kimidir. Gün çıxdımı, dağılıb gedəcək.

Dərdlərdə gülmək bir sənətsə əgər, mən bahalı bir əsərəm.

Çox Şükür, ALLAH dərdimizdən böyükdür.

Buludlar ağlamasa, güllər necə gülər?

Həyat güzgü kimidir siz gülmsəyin o da sizə gülümsəyəcəkdir.

pozitiv düşüncə,pozitiv ol,pozitiv sozler,Pozitiv Sözlər,


Sanma ki dərd tək səndə var Səndəki dərdi nemət sayan var

Məni öldürməyən hər şey məni daha güclü edir.

Uğursuzluqlar güclülərə daha da güc verir.

Keçmişdən öyrənin, bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin.

Zəif nöqtələrinizdən güclü cəhətləriniz yaranacaqdır.

Bütün dünya imtina et dedikdə, birdən ümid pıçıldayar: "Bir daha sına." 

Səbirli ol. Sənin üçün yazılmış olan qismət, yazarların ən mükəmməli tərəfindən yazıldı.

Və bəzən yaxşı şeylər bitər ki, daha yaxşıları başlasın. Pozitiv Statuslar,pozitiv sozler,Pozitiv Sözlər,pozitiv ol, pozitiv düşüncə

Pozitiv Sözlər, Pozitiv Statuslar

Olmadı deyə sızlandığın duaya, gün gələr olmadı deyə şükür edərsən.

"Allah xeyirlisini nəsib etsin" deməli. Çünki, biz  bilmərik bəzən nəyin xeyir, şər olduğunu... Allah bilər biz bilmərik

Qırıldıqca dəyişərsən, dəyişdikcə güclənərsən Gücləndikcə önəmsəməzsən Onlara təşəkkür et…

Dünənki ağrınız bugünkü gücünüzdür. Bugünkü ağrınızsa sabahkı gücünüz..

Dərman axtardım dərdimə, Dərdim mənə dərman imiş

.Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun .

Ümidini itirmə. Cibindəki son açar, bəlkə də kilidi açacaqdır.

Ümidin olduğu yerdə, möcüzələr çiçək açar. - Naməlum

 Hər ümidsiz işdə bir çox ümid var, Qaranlıq gecədən ağ səhər doğar. - Nizami Gəncəvi

Sən Allaha güvən. Heç gözləmədiyim anda çiçək açar ümidlər. 

pozitiv ol,pozitiv sozler,Pozitiv Sözlər,ümid verici sözlər
pozitiv ol

İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.

Mənə güc verən qazandığım qələbələr deyil,  aldığım məğlubiyyətlərdir. 

Şəfəqə, ancaq gecənin yollarını izləyərək çata bilərsən.

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. - İohann Volfqanq Höte

Mənim günəşim, təkrar doğmaq üçün batar. - Robert Browning

İçimdə fırtınalar qopsa belə, mən baharıyam sabahların..Çiçək açaram hər qışdan sonra..  

Yarpaqsız qaldın deyə, gövdəni kəsmə. Hələ bu işin baharı da var. - Mövlana 

Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük.

Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə. Gülümsəməyinə kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən. - Qabriel Qarsia Markes.

Ox ancaq geri çəkilərək irəli atılır. Həyat səni çətinliklərlə geriyə çəkirsə, bil ki, daha böyük olana getmək üçündür. Nişan almağa davam et.

Kədərlənmə! Bir şey olmursa ya daha yaxşısı olacağı üçün, ya da həqiqətən də olmaması lazım olduğu üçün olmurdur.

 Dərdimi sevirəm.. Bilirəm ki, dərdimi verən də məni sevir.. Sevən, sevdiyinin nazını ölçür.. Sevilən çəkməsin də neyləsin. - Mövlana

Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de!

Yanıb külə döndünsə əgər, yenidən gülə dönəcəyin günü gözlə. Və keçmişdə necə dəfə yanıb kül olduğunu deyil, neçə dəfə küllərindən yenidən doğan bir gül olduğunu xatırla. - Mövlana

Ümidsizlik yoxdur, çünki dua vardır. Tələsmək yoxdur, çünki səbr etmək vardır. Mümkünsüz deyə bir şey yoxdur, çünki Allah vardır


Etiketler: , , , , ,

1.4.22

Yamanlığa Aid Atalar Sözləri

Yamanlığa Aid Atalar Sözlər Yamanliga aid atalar sozleri yaman
Yamanlığa Aid Atalar Sözləri

 Yaxşıya yaxşı deyərlər, yamana – yaman.- Atalar sözü

Yaxşının sözü dilində, yamanın kini ürəkdə. - Atalar sözü

Yaman günün ömrü az olar.- Atalar sözü

Yamanlığa yamanlıq eləmə. - Atalar sözü

Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, yamanlığı qayıtsın. - Atalar sözü

Yaxşı gəlməyincə, yaman gedməsin.- Atalar sözü

Yaxşı dostu yaman gündə sına.- Atalar sözü

Dost yaman gündə tanınar.- Atalar sözü

Yaman olmasa, yaxşılığın qiyməti bilinməz. - Atalar sözü

Dost dosta yaman gündə gərəkdir. - Atalar sözü.

Dil yarası qılınc yarasından yamandır. - Atalar sözü

Yaman dil başa bəladır.- Atalar sözü

Yamanlıq haqqında,Atalar Sözləri,Yamanlığa Aid Atalar Sözləri,Yamanliga aid atalar sozleri,

Yamanlığa Aid Atalar Sözləri

Yanan da mən - yaman da mən.- Atalar sözü

Sevgi od deyil, amma oddan yamandır. - Atalar sözü

Yaman arvad, deyingən olar. - Atalar sözü

Yaxşı qadın ömür balı, yaman qadın can zuvalı.- Atalar sözü

Yaxşılıq bilməyən, yamanlıqdan qalmaz. - Atalar sözü

Yaxşı yoldaş yaman gündə tanınar.- Atalar sözü

Yaxşı ilə dost olsan səni əzizlər, yaman ilə dost olsan dalınca pislər.- Atalar sözü

Yaxşı yoldaş Özgənin yaman gününə gülən öz gününə ağlayar.- Atalar sözü

Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır. - Atalar sözü

Yaman arvad, tez kişini qocaldar, əsil arvad dərdlərini azaldar.- Atalar sözü

Yaxşı arvad ərini bəy eylər, yaman arvad – zay.- Atalar sözü

Yaman yeyənin olsun, yaman deyənin olmasın.- Atalar sözü

Yamana aş versəndə, iş vermə. - Atalar sözü

Yaxşı günün döş ağrısı, yaman günün diş ağrısı?- Atalar sözü

Yaxşı - yaxşılığın deyilir, yaman - sənin nəyin deyilir?- Atalar sözü

Yaxşıya yaxşı desən çəkinər, yamana yaxşı desən öyünər. - Atalar sözü

Oğrunun yavuzu (yamanı) söz oğurlayandı.- Atalar sözü

Yamanı pullu deyib yaxın durma, yabını yallı deyib satın alma. - Atalar sözü

Yaxşı ata bir qamçı, yaman ata - min qamçı.- Atalar sözü

Yaxşını yada vermə – hayıfdır, yamanı yada vermə – ayıbdır. - Atalar sözü

Ha uzaq ola - yol yaxşı, ha yaman ola - el yaxşı.- Atalar sözü

Yaxşılığa yamanlıq olmasaydı, qara öküzə bıçaq olmazdı. - Atalar sözü

Yaxşılarla vuruşma, yamanlarla duruşma.- Atalar sözü

Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir? - Atalar sözü

Yamanlığa yaxşılıq mərd kişinin işidir.- Atalar sözü

Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın. - Atalar sözü

Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.- Atalar sözü

Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.- Atalar sözü

Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən.- Atalar sözü

Yaxşı-yaman, keçdi karvan.- Atalar sözü


Etiketler: , , ,