29.5.22

Həyatla Bağlı Aforizmlər və Sözlər

 

Həyatla Bağlı Sözlər, heyatla bagli menali sozler,heyatla bagli sozler,



Həyat, möcüzə və macəralarla dolu sirli bir yoldur.

Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.

Həyat tamaşaya bənzəyir: bəziləri ona yarışmağa, bəziləri alış-verişə, ən xoşbəxtləri isə baxmağa gəlirlər.- Pifaqor

Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır.  - Dədə Turxan

Həyat bir güzgü kimidir - gülənə gülər, ağlayana ağlar.

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir.- Lev Tolstoy

Həyatdakı ən böyük xoşbəxtlik olduğun kimi sevilməkdir. - Viktor Hüqo

Həyat bəzən köynəyi səhv düymələməyə bənzəyir - ən başda xəta etdiyini sona gəlmədən anlamırsan.

Sən həyatı sevmirsənmi? Elə isə zamanını boşa keçirmə, çünki həyat zamandan ibarətdir. - Bencamin Franklin

Həyatı elə yaşamaq lazımdır ki, ölüm onu məhv edə bilməsin.- Lev Tolstoy

heyat haqqinda aforizmer,heyatla bagli sozler,Həyatla Bağlı Aforizmlər

Həyatla Bağlı Aforizmlər


Əmək zövq olanda həyat gözəldir, vəzifə olduqda isə köləlikdir!-  ­Maksim Qorki

Şikayət etdiyiniz həyat bəlkə də bir başqasının xəyalıdır.- Lev Tolstoy

Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin. 

Həyat öncə "kaşki", sonra isə "nəysə" deməyi öyrədir..

Həyat bir silsilədir; Bir fəsil başqa fəsil üçün bir fasilədir.   - Dədə Turxan

Gəmilər üçün körpü liman, həyat üçün isə dostluqdur.- Pifaqor

Həyat bəzən insanları bir-birindən ayırar ki, bir-biri üçün nə qədər böyük məna kəsb etdiklərini anlasınlar.- Paulo Koelyo

Həyatda büdrəməyən insan yoxdur, lakin qəhrəmanlıq odur ki, büdrəyəndə yıxılmayasan. - Mahatma Qandi

Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur.- Paulo Koelyo

Yalnız cəsur və həqiqi gücə sahib olan və öz gücünə inanan insanlar həyatın üzünə qorxmadan baxa bilərlər. - Teodor Drayzer

Yalnız iki cür həyat forması var: çürümə və yanma. Qorxaq və acgözlər birincini, cəsarətli və səxavətlilər isə ikincini seçirlər. Maksim Qorki

Həyat mənim üçün əriməyən şamdır. Bu, bir növ əlimə düşən məşəli gələcək nəsilə ötürmək əvəzinə onu daha da parlaq yanmağa məcbur etməyimə oxşayır. - Corc Bernard Şou

Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birimizdən ayrılırıq...  - Rabindranat Taqor

Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik. - Oşo

Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin. - Viktor Hüqo

heyatla bagli sozler,Həyatla Bağlı Aforizmlər,Həyatla Bağlı Sözlər yaşa öl ölüm

Həyatla Haqqında Aforizmlər



Etiketler: , , , , ,

27.5.22

28 May Respublika Günü Təbrikləri, Şəkil və Mesajları

 Bir kərə yüksələn bayraq, bir daha enməz!
28 May Respublika Gününüz Mübarək!

Biz bu bayrağı minbir müşkülatla başımızın üstünə qaldırdıq.

Respublika Gününüz Mübarək!

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Respublika Günününüz Mübarək! 

Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Cümhuriyyət Günün Mübarək AZƏRBAYCAN!

Respublika Günün Mübarək Əziz Xalqım!

28 may respublika gunu, 28 May Respublika Günü Şəkilləri, 28 may sekilleri

28 may sekilleri,28 May Respublika Günü,28 may respublika gunu,28 May Respublika Günü Təbrikləri
28 May Respublika Günü Təbrikləri, Şəkil və Mesajları


Respublika gününün 104 illiyi ilə əlaqədar sizləri səmimi qəlbdən təbrik edirəm.İstiqlalın daim olsun Azərbaycan!

Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. - Mustafa Kamal Atatürk

28 May Respublika Günün Mübarək Azərbaycan!

ƏZİZ HƏMVƏTƏNLƏR!
Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram!

Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm.
Sizin hər birinizə uzun ömür, cansağlığı, səadətli xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!

28 May Respublika Günü Təbrikləri, Şəkil və Mesajları


Etiketler: , , , , ,

28 May Haqqında Şeirlər, 28 May Şeirləri

May Haqqında Şeirlər, 28 May Şeirləri

Respublika günü-28 may

İyirmi səkkiz Maya

Çox yaraşır toy-düyün.

Əbədi bahar gəlib

Yurdumuza həmin gün.

 

Həmin gün qəlbimizdə

Neçə arzu dil açıb.

Təkcə dağda, düzdə yox,

Qəlbimizdə gül açıb.

 

Doğma diyarı xoşbəxt

Görmək necə də xoşdur!

Azadlıq çiçəyini

Dərmək necə də xoşdur!

 

İgid oğullarımız

Olub elə havadar.

Üçrəngli Bayrağımız

Dalğalanır havada.

 

Səslənən Himnimizdə

Sanki sel gücü vardır.

Çiçəklənən yurdumuz

O gündən yadigardır.

Müəllif: Rafiq Yusifoğlu

28 May Haqqında Şeirlər


Mayıs Duyğuları şeiri 

İlk çağındaydı gözəl mövsimin

Qışdan çıxılmışdı, bahar gəlmişdi.

İyirmi səkkizində idi Mayısın

Azərbaycan istiqlalə ermişdi.

 

Derkən qopdu bir

qasırğa quzeydən,

Baharımız heyhat döndü qış oldu.

Azərbaycan Moskovların əlində

Əsarətin zəhrini dadmış oldu.

 

Azərilər sarsıldı bu zərbədən,

İstilaya qarşı üsyanlar oldu

İstiqlalı bir kərə dadmış millət

"Hürriyyət" fikrinə

candan vuruldu.

 

Milli fikir toxumları səpildi,

İslatdı torpağı axan qızıl qan.

Bu əkindən yarınki bir baharda

Əlbət bitər bir yeni Azərbaycan.

 

Şiddətliysə əgər mövsimin qışı,

Yeni bahar, demək parlaq olacaq.

Verdiyimiz qurbanların bahası

Bizə yalnız hürriyyətlə dolacaq.

 

Tarixin yeni bir gözəl çağında

Qaranlıq qış keçib bahar gələcək.

Hər hansı bir ilin aydın günündə

Azərbaycan istiqlala erecək.

Müəllif: Məmməd Əmin Rəsulzadə


"Müstəqillik bayramı" şeiri

Müstəqillik bayramındır

Bu gün sənin, Azərbaycan!

Xoşbəxt, gülər məqamındır,

Yoxdur tənin, Azərbaycan!


Bu gün sərbəst bir ölkəsən,

Qonşulardan sən öndəsən.

Uğuruna böyük əhsən!

Safdır şənin, Azərbaycan!


Dünyaya səs salıb adın,

Şərəf ilə sən ucaldın.

Dirəyindir hər övladın,

Ucal, mətin Azərbaycan!


Neftin, qazın bir məlhəmdir,

Düşmənlərə min ələmdir.

Dostlarına çox kərəmdir

Sədaqətin, Azərbaycan!


Günü-gündən ucalırsan,

Ucalıqdan öc alırsan.

Solmaz demir, qocalırsan,

Yeni, dərin Azərbaycan!


Müəllif: Solmaz Şirin

28 May Respublika Gününüz Mübarək 28 May Respublika Gününüz Mübarək

Axtaris sozleri: 28 May Şeirləri,28 may seiri,28 May,28 May şeirlər,28 may şeiri,May Haqqında Şeirlər,


Etiketler: , , , , ,

19.5.22

Mustafa Kamal Atatürk - Sözləri və Sitatları

 

Mustafa Kamal Atatürk,Mustafa Kamal Atatürk sözləri,Atatürkün sözləri,

Bəşəriyyət vahid bir bədəndir və hər bir xalq bu bədənin bir hissəsidir.

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir.

Mənim xarakterimi azadlıq və müstəqillik xarakterizə edir.

İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır.

Zəfər, zəfər mənimdir deyə bilənindir.

Yurdda sülh, cahanda sülh!

Ey qəhrəman türk qadını, sən yerdə sürünməyə deyil, çiyinlərdə göyə ucaldılmağa layiqsən.

Ey yüksələn yeni nəsil, gələcək sizindir. Respublikanı biz qurduq, onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz.

Sənətsiz qalan bir millətin həyat damarlarından biri qopmuş deməkdir.

Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır.

Bir milləti hürr, müstəqil, şanlı, yüksək bir toplu olaraq yaşadan da, pis vəziyyətə, yoxsulluğa salan da təhsildir.

Hər hansı bir ordunun dəyəri zabit və komanda heyətinin dəyəri ilə ölçülür.

Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar.

Yatmış xalq ya məhv olur, ya da qul kimi oyanır.- Mustafa Kamal Atatürk

Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar.

Mən diktator deyiləm. Deyirlər ki, mən böyük hakimiyyətə malikəm... Bəli, belədir. Mən istədiyim hər şeyi edə bilərdim. Çünki, mən alçaqlıq, qəddarlıq bilmirəm. Mən ürəkləri sındırmaqla yox, fəth etməklə idarə etmək istəyirəm.

Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür.

Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər.

Etiketler: , , ,

16.5.22

Mənalı Şeir Misraları

Şeir Misraları,Mənalı Şeir Misraları,seir misralari,mənalı misralar

 Kim ki, insanı sеvər, – aşiqi-hürriyyət оlur,

Bəli, hürriyyət оlan yеrdə də insanlıq оlur!

(Fisincan - Mirzə Ələkbər Sabir)


“Hər yolun öz sonu var”, -

  axı kim deyib bunu?

Kim nə bilir hardadı,  

yolun əvvəli, sonu?

(Sevgi açarı - Ramiz Rövşən)


Günəşə göz yumub yandırsan çıraq,

Külək söndürəcək onu, bil ancaq.

(Nizami Gəncəvi)


Fikirli gəlirəm, dalğın gəlirəm,

Qayğılı gözlərin çəkir şəklimi.

Bəzən gec gəlirəm, yorğun gəlirəm

Bitirsən qapıda bənövşə kimi...

(Etiraf - Nüsrət Kəsəmənli)


Məni gözəl xatırla…

Bunlar son misralar…

Fərz et ki, bir külək idim, əsib keçdim həyatından…

Ya da bir yağmur, sel oldum çöllərdə…

Sonra torpaq çəkdi suyu canına

Yox olub getdim, bəlkə röya idim səninçün

Oyandın ve mən bitdim…

(Məni gözəl xatırla - Mikayıl Müşfiq )


Eşqin ki qərarında vəfa olmayacaqmış,
Bilməm ki təbiət niyə qoymuş bu qərarı?

(“Behçətabad xatirəsi”, Məhəmməd Hüseyn Şəhriyar.)


Demə Məcnuna dəli, bəlkədə Leyla dəlidir,
Eşq olan yerdə bütün aqilü dana dəlidir. 

(Əliağa Vahid)


Bir diləyə mən calandım, 

Gah qazandım, gah talandım, 

Ömrüm boyu haçalandım 

Ağıl başqa, ürək başqa. 

(Ağıl başqa, ürək başqa - Bəxtiyar Vahabzadə)


Yuxuma gəlmişdin...Qısıldıq küncə

Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.

Kölgəyə dönmüşdüm,səni görüncə

Sənin işığında yox oldu kölgəm...


Qoynunda bəslənir gözəl diləklər,

Layiqdir səcdəyə sənə mələklər,

Nerdəsən, gözlərim həp səni bəklər,

Bax evladın nasıl giryandır, ana! 

(Səməd Vurğun - Ana )


Hər qulun cihanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir еşqi, bir ilahı var,

Mənim tanrım gözəllikdir, sеvgidir

(Mənim Tanrım - Hüseyn Cavid)

Etiketler: , , , ,

13.5.22

Hiyləgərliyə Aid Atalar Sözləri

Hiyləgərliyə Aid Atalar Sözləri,Hiyləgərlik haqqında Atalar Sözləri haa666

 Hiylə ilə iş görən, möhnət ilə can verər. - Atalar sözü

Hiylə ilə tikilən ev, bəhanə ilə yıxılar. - Atalar sözü

Hiyləbazın şamı yarıyacan yanar.- Atalar sözü

Yalançı tamahkarı aldadar. - Atalar sözü

Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş. - Atalar sözü

Ən böyük yalançı odurki, diri ikən ölümdən danışır. - Atalar sözü

Hiyləgər dil xəncərdən qorxuludur. -Fin atalar aözü

Ovçu nə qədər hiylə bilsə, ov o qədər yol bilər.  - Atalar sözü

Hiyləgərlik haqqında Atalar Sözləri,hiylegerliye aid atalar sozleri,hiylegerlik haqqinda

Hiyləgərliyə Aid Atalar Sözləri

Aslanı hiylə ilə təslim edərlər. - Kürd atalar aözü

Hiyləgər hiyləgəri aldadar, doğma atasına da deməz..  - Benqal atalar sözü

Hiyləgər doqquz ocaq yıxmayınca bir ocaq tikməz. - Atalar sözü

Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. - İtalyan atalar sözü

Bacarırsan aslan ol, tülkü olmaq asandır. - Atalar sözü

Yalançı adamın öz hiyləsilə nail ola bilmədiyinə düz adam öz düzlüyü sayəsində çatar. - Ərəb atalar aözü

Devranın işini gör, aslanı ac, tülküsü tox. - Atalar sözü

Dünya gedib, ucu qalıb, adamların bici qalıb. - Atalar sözü

Etiketler: , , ,

Gülməli Atalar Sözləri

 

Mezeli Atalar Sozleri,Gülməli Atalar Sözü,Məzəli Atalar Sözləri,Gülməli Atalar Sözləri,Gulmeli Atalar Sozleri,

Öküz kimi yeyir, dana kimi yatır.

Ac ayı oynamaz.

Eşşəyə minib, eşşəyi axtarır.

Yumurtası tərs düşüb.

Yumru qaya, yumru daş, keçəl baş.

Yağlı əlin var sürt öz başına.

Özü eşşək, tükü məxmər.

Yumurtana görə qaqqılda.

Dəlinin yadına daş salma.

Eşşəyin anqırması özünə xoş gələr.

Keçəlin dırnağı olsa, öz başını qaşıyar.

Hər işimiz düzəlib qalıb saqqal darağımız.

Tənbələ iş buyur, o sənə nağıl danışsın.

Vaxtsız banlayan xoruzun başını kəsərlər.

Kosa getdi saqqal gətirməyə, bığı da qoydu gəldi.

Qorxursansa pişikdən niyə çıxırsan deşikdən?

Tanrım, bana bir sandalyenin sabrını ver ki, tüm götlere rağmen ayakta durabileyim..

Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

Siçan kimi hər deşikdən baş göstərir.

Qorxaq öz kölgəsindən də qorxar.

Subay adamın yaxasını bit yeyər çörəyini – it.

Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.

İş saqqala qalsa, keçiyə də axund deyərlər.

Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.

Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı.

Tülkünün şahidi quyruğudur.

Etiketler: , , , , , ,

12.5.22

Mərdliyə Aid Atalar Sözləri

 

merdliye aid atalar sozleri,Mərdlik Haqqında  Atalar Sözləri,Mərdliyə Aid Atalar Sözləri,

Sirr saxlamaq mərdlikdir. - Atalar sözü

Sərt olma, mərd ol. - Atalar sözü

Zirəklik comərdlik gətirər. - Atalar sözü

Kasıb cavan mərd olar. - Atalar sözü

Mərd igidə arxa dur. - Atalar sözü

Namərddən keç, mərddə dur. - Atalar sözü

Mərdə şirin ol, namərdə – acı. - Atalar sözü

Mərd dostluq qanar, bərkdə dayanar. - Atalar sözü

Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyanbangərd olar. - Atalar sözü

Mərddən bir xəta, namərddən min. - Atalar sözü

Nə yada sirrini ver, nə namərdə bel bağla. - Atalar sözü

Mərd əli kasad olmaz. - Atalar sözü

Mərdin süfrəsi açıq olar. - Atalar sözü

Mərd arxadan vurmaz. - Atalar sözü

Yamanlığa yaxşılıq mərd kişinin işidir. - Atalar sözü

İçmə namərd əlindən su abi-həyat olsa da. - Atalar sözü

İlqarından dönən namərddir. - Atalar sözü

Merdlik haqqinda atalar sozleri,Mərdlik Haqqında  Atalar Sözləri,Mərdliyə Aid Atalar Sözləri,
Mərdliyə Aid Atalar Sözləri


Mərdliyə Aid Atalar Sözləri,Merdlik haqqinda atalar sozleri

Mərdliyə Aid Atalar Sözləri

İgidin (mərdin) mənzili bir olar, namərdin mənzili olmaz. - Atalar sözü

Atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir). - Atalar sözü

At gücünü karvanda gör, mərd gücünü meydanda. - Atalar sözü

Mərddən bir çıxar, namərddən iki. - Atalar sözü

Mərdə gələn qadanı, namərdin sərinə yaz. - Atalar sözü

Yüz namərd bir mərdə qurban olsun!

Yüz namərd bir mərdi əvəz etməz. - Atalar sözü

Mərd gördüyün deməz. - Atalar sözü

Mərd özündən bilər, namərd yoldaşından. - Atalar sözü

Namərdin otağından, mərdin ağac kölgəsi. - Atalar sözü

Pis iş mərdə ar olar, Namərd gözü dar olar. - Atalar sözü

Mərdin gözü tox olar, namərdin gözü ac. - Atalar sözü

Namərdin plovundan, mərdin qatıq aşı. - Atalar sözü

Namərdin plovundan mərdin qaşıq aşı. - Atalar sözü

Yemə namərd çörəyini, axırda başına vurar. - Atalar sözü

Yüz namərdin çörəyin doğrasan, kasa dolmaz. - Atalar sözü

Çəkmə namərd minnətin, get səhrada dolan gəz. - Atalar sözü

Mərd igid tək qalmaqdan qorxmaz. - Atalar sözü

Pis iş mərdə ar olar,Namərd gözü dar olar. - Atalar sözü

Xəsis ilə comərdin xərci birdir. - Atalar sözü

Mərdin gözü tox olar, namərdin gözü yox. - Atalar sözü

Namərdə yaxa vermə, mərdə arxa ol. - Atalar sözü

Comərd deməklə – maldan etdilər, igid deməklə – candan etdilər. - Atalar sözü

Mərdi qova-qova namərd eləməzlər. - Atalar sözü

Mərd ilə ülfət edən, axırda bir gün mərd olar,namərdlə ülfət edən, axır biyaban-gərd olar. - Atalar sözü

Dünyada hər an, mərdə arxalan. - Atalar sözü

Etiketler: , , ,

10.5.22

Xalq Haqqında Aforizmlər və Sözlər

 

Xalq haqqında aforizmlər,aforizmlər və sözlər,mövzular,Xalq haqqinda,


Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir.


Xalqın sədası, haqqın nidasıdır. - Atalar Sözü


Xalq gərək daim öz kökünü xatırlasın. 

- Heydər Əliyev


Ən böyük şəxsiyyətlər özündən çox, mənsub olduğu xalqı Düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.- Mustafa Kamal Atatürk


Bizim iki gücümüz var: Haqq və Xalq. -Bülənt Əcəvit


Dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir. - Teodor Ruzvelt


Bir insan qatarı qaçırsa başqa bir qatar gələr onu götürər. Bir xalq qatarı qaçırsa başqa bir xalq gələr onu götürər. - Özdəmir Asaf


Ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər. - Ştraus


Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.

- İ.Kant


Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. - M.İ.Kalinin


Məni ancaq xalqımın xoşbəxtliyi, onun varlığı maraqlandırır. Xalqımın inkişafı üçün əsil şərt onun tərbiyə və təhsilidir. - Hacı Zeynalabdin Tağıyev


Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.  - Heydər Əliyev


Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

- Heydər Əliyev


Bəzən bir insanı idarə etmək bütöv bir xalqı idarə etməkdən çətin olur. - Vovenarq



Şair – xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir. - Cübran


Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar ya da duyğusuz bir odun. - Fyodor Dostoyevski


O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi salnamələr vasitəsilə deyil, daha çox dərəcədə bədii ədəbiyyat vasitəsilə mənimsənilir.

- Nüayma


Əsl yazıçı xalqı qaranlıq dünyadan aydınlığa aparan insan olmalıdır. - Ömər Xəyyam


Elə xalqlar var ki, müdrik adamlarını ancaq dəli qismində yaşada bilir. - Dədə Turxan 


Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur.

- Tomas Vilson


Gücsüz xalqlar Güclü liderlər çıxarır, Güclü xalqlarınsa liderə ehtiyacı yoxdur.. - Emiliano Zapata


Keçmişi olmayan xalqın gələcəyi də yoxdur. - Anonim


Bəzən bir insanı idarə etmək bütöv bir xalqı idarə etməkdən çətin olur. - Vovenarq


Bir insan qatarı qaçırsa başqa bir qatar gələr onu götürər. Bir xalq qatarı qaçırsa başqa bir xalq gələr onu götürər.

- Özdəmir Asaf


Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir. - Heydər Əliyev


Şərəf və namusunu itirən xalqlar, müstəqillik və azadlıqlarını da itirməyə məhkumdurlar..

Etiketler: , , , ,

8.5.22

Şəkil Altı Sözlər

 

Şəkil Altı Sözlər,profil sözləri,poril şəkli üçün sekil alti sozler

Bir yağış yağsa da, birlikdə islansaq..

Ürəkmidir insana SEV deyən, ya təklikmi?

Həyat ediyimiz seçimlərdən ibarətdirsə mən bu gün xoşbəxtliyi seçirəm.

Bəlkə də mən yağışı sənlə birgə islandığım üçün bu qədər sevirdim..

Bizi biz edən unutmadığımız xatirələrdir.


Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. 

Gözləyə bilənə hər şey öz vaxtında gəlir. 

Tikanda gül bitirən, qışı da bahara çevirər!

Bəzən tək ehtiyacımız bir əl və bizi anlayacaq bir ürəkdir. 

Ən böyük xəzinə, Allah sevgisiylə dolu olan qəlbdir.

Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. 

Səmimiyyət elə bir dildir ki, kor da görər, kar da eşidər. 

Darıxdım...Deyəcəklərim bu qədərdir. Qısa və dərin..

Və sən gəlməyəli o qədər zaman oldu ki, səndən çox xəyalını sevər oldum. 

Bağışlamaq keçmişi dəyişməz, amma gələcəyin önünü açar..

Həyat bir güzgüdür, sən ona gülsən, o da sənə güləcək.

Zaman sürətlə gəlib keçsə də, xatirələr qocalmır.

Qəbrimə doğum yox, ölüm ili yox, Qəbrimə sevdiyim illər yazılsın.

Yol sizi hara aparırsa ora getməyin; yol olmayan yerdən gedin ki, iz buraxın.

Keçmiş xatirələrdə, gələcək isə xəyallarda yaşayır. 

Ömrün gecəsi özü ilə öz çırağını gətirir. 

 Həyatda ola biləcəyiniz ən gözəl yer, bir duanın içidir.

Əsl hünər buludda idi.. hər kəs yağışa şeir yazdı. . 

Xatirələr qocalan beyinlərin söykəndikləri əsadır.

Uğur insana bəlkə də çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir.

Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən. 

Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam.

İçimdə fırtınalar qopsa belə, mən baharıyam sabahların..Çiçək açaram hər qışdan sonra..

Susmaq 'Ya Səbr' deyə bilməkdir. Elə bir duadır ki, ürəklərdə çalxalanar... 

Allah Duaya 3 şəkildə cavab verir;

1. "Bəli" deyər və istədiyini verər
2. "Xeyr" deyər və daha yaxşısını verər
3. "Səbr elə" deyər və ən yaxşısını verər! 


Etiketler: , , ,

4.5.22

Uşağa Aid Atalar Sözləri

Uşağa Aid Atalar Sözləri,Atalar Sözləri,Uşaq haqqında Atalar Sözləri,

 Bala baldan şirindir.- Atalar sözü

Qız uşağı evin yaraşığıdır.  - Atalar Sözü

Hər kəsin uşağı özünə şirindir.  - Atalar Sözü

Ağıllı uşaq bələkdə özünü göstərər. - Atalar Sözü

Uşaq ağlaya-ağlaya böyüyər. - Atalar Sözü

Uşaq böyüklərindən öyrənər. - Atalar Sözü

Uşaq eldə böyüyər, balıq-göldə. - Atalar Sözü

Uşaq atasından güclüsün bilməz. - Atalar Sözü

Bugünkü uşaq – sabahkı qoçaq. - Atalar Sözü

Varlıya mal əzizdir, kasıba - uşaq. - Atalar Sözü

Qonaq süfrənin yaraşığıdır, uşaq – evin. - Atalar Sözü



Uşaq haqqında Atalar Sözləri,usaga atalar sozleri,usaqlar haqqinda atalar sozleri,

Uşağa Aid Atalar Sözləri

Uşaq haqqında Atalar Sözləri,usaga atalar sozleri,usaqlar haqqinda atalar sozleri,
Uşağa aid atalar sözləri



Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin. - Atalar sözü

Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı – qonaq. - Atalar Sözü

Körpə südsüz böyüməz, pambıq susuz.- Atalar sözü

Ağlamayan uşağa süd verməzlər. - Atalar Sözü

Sözün düzünü uşaqdan xəbər al. - Atalar Sözü

Adam sözdən, uşaq gözdən. - Atalar Sözü

Malın yiyəsi – uşağın atası. - Atalar Sözü

Böyük nə eyləsə, kiçik onu götürər. - Atalar Sözü

Evdə qonaq olanda uşağa acıqlanmazlar. - Atalar Sözü

Mamaça çox olanda uşaq tərsə gələr. - Atalar Sözü

Bu uşaqlıq deyil, şıltaqlıqdır. - Atalar Sözü

Özgə uşağından oğul olmaz. - Atalar Sözü

Adam qocalanda ikinci dəfə uşaq olur. - Atalar Sözü

Uşaq atadan yox, anadan yetim qalar, uşaq, atasını hamıdan güclü bilər. - Atalar Sözü

Qocalar arasında uşaq aqil olar, uşaqlar arasında qoca - uşaq. - Qaraqalpaq atalar sözü

Bu dünya bizə atalarımızdan qalmadı. Biz onu uşaqlarımızdan borc aldıq. - Hindu atalar sözü


Etiketler: , , , ,

2.5.22

Ruzi-bərəkət Haqqında Aforizmlər və Sözlər

Ruzi-bərəkət Haqqında Aforizmlər,Ruzi-bərəkət,aforizmlər və sözlər,Ruzi-bərəkətə aid,

Hərəkət harada, bərəkət orada. 

 Yer üzündə elə bir canlı yoxdur ki,  Allah onun ruzisini verməsin.

Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa Səbəbdir.- Məhəmməd Peyğəmbər

Qonaq evə bərəkət, sevinc və dostluq gətirər.- Naməlum 

Qonağın ruzisi özündən qabaq gələr. - Atalar Sözü

Çörəyi bölüşmək onu yeməkdən daha ləzzətlidir. - Naməlum

Ömrün bərəkəti yaxşı əməl ilədir. - Atalar Sözü

Dua, ömrün bərəkətini artırar. - Hədis-i Şədif 

Bərəkət ondur, onu da düzlük. - Atalar Sözü

Zəhmət çəkməyən bal yeməz. - Atalar Sözü

Bağa bax üzüm olsun, yeməyə üzün olsun. - Atalar Sözü

Özünüz yemədiyinizi yoxsullara yedirməyin. - Mühəmməd peyğəmbər (SƏS)

Ananı, atanı say. Bərəkət böyüklərlədir. Ana çilə yumağıdır, ata isə dua qaynağı... - Şeyx Ədabali

Çalışanın çörəyi dadlı, ərincəyin canı.  - Atalar Sözü

Halal ye, halal danış. , Atalar Sözü

İsrafın bir növü də nəfsin istədiyi hər bir şeyi yeməkdir. 

Sağlıq istərsən, çox yemə. sayqı istərsən çox demə. - Atalar Sözü

Haram malın bərəkəti olmaz. - Atalar Sözü

Elm dalınca düşənin ruzisini Allah öz öhdəsinə götürər. -  Məhəmməd peyğəmbər

Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz.-  İmam Həsən Əskəri

Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır. - Mühəmməd peyğəmbər (SƏS)

Gözlərin həyası, üzün isməti, iffətin zinəti, halal qazancın bərəkəti, səbrin yolu və qəlbin cövhəri əxlaqdır.- Füyuzat jurnalı

Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin. - İmam Həsən Əskəri

O qədər çox yemə ağırlıq etsin, O qədər ac qalma, can əldən getsin. - Sədi Şirazi.

Bir mərd ilə ağı yesən şirindir Yüz namərdlə şəkər yesən dad olmaz. - Aşıq Ələsgər.

Etiketler: , , , ,