29.6.22

Video Üçün Statuslar


Vaxt qısa, yol uzun, mənsə yorğun..

Dərdlərdə gülmək bir sənətsə əgər, mən bahalı bir əsərəm.

Eyni dili  deyil, eyni duyğunu paylaşanlar anlaşa bilər.

Məndən nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur. Çünki mən, mənə dəyər verənləri sevməklə məşğulam.  

Əgər günəşi görmürsənsə, ağlama, yoxsa ulduzları görə bilməzsən. 

Dünya hər kəsi qırar və bəziləri o qırıq yerlərindən güclənər!

Bir tək Allaha yük olmazsan bu dünyada.



Qəlb qırmayın! Qəlb qırmaq Kəbəni dağıtmaq qədər böyük bir günahdır

.Gedən dönməyəcəksə qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə, qalanlarla yaşamağa davam edəcəksən.

Nə qədər sürətlə qaçan belə, vicdanından qaça bilmərsən.

Neçə qəlb qırdım birini xoşbəxt edə bilmək üçün..

İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan çəkin.

Mənim həyatım; mənim seçimlərim; mənim səhvlərim; mənim problemlərim; mənim yalnızlığım... Yəni xülasə, sizi maraqlandırmaz.

İnsanın əsl siması iki halda özünü göstərər;

Heç nəyi yox ikən göstərdiyi səbr və hər şeyi varkən sərgilədiyi davranış.

İnsan çata bilmədiyi hər şeyin dəlisi, çata bildiyi hər şeyin nankorudur.

Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən.

 Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

Məndən nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur. Çünki mən, mənə dəyər verənləri sevməklə məşğulam.  


Video Üçün Statuslar, Video ucun statuslar, video statuslari






Etiketler: , ,

28.6.22

Dənizə Aid Sözlər və Aforizmlər

 

Dənizə Aid Sözlər, Denize aid sozleri, dəniz haqqında sözlər

Dəniz dalğalar içərisində gizlidir. - Əbdürrəhman Cami.

Gözəldir dənizin ağı, qarası. - Məhəmmədhüseyn Şəhriyar

Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.- Ezop

Dərin dəniz daş atmaqla bulanmaz.  -Sədi Şirazi

Dostluğa dağlar da, dənizlər də mane ola bilməz.

Dərin dənizlər səssiz axar.

Dənizçini peşəkar edən fırtınalardır.

Dənizin dərinliyini ölçmək olar, ürəyin dərinliyini - yox.- İndoneziya atalar sözləri

Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz. - Andre Jid

Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur. - Tomas Vilson

Üzməyi bilənlər gəmidə özlərini daha rahat hiss edirlər; halbuki gəmi dənizin ortasında batanda hamını eyni aqibət gözləyir.

Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.


Dənizə aid Statuslar

Dənizdə incilər dərində olur. Çör-çöp sahildə olur. - Mövlana

Dalğasız dənizdə kapitan olmaq asandır.

Əgər səma bəyaz bir kağız , dəniz bir mürəkkəb olsaydı yenə də sənə 

olan duyğularımı yazmağa yetməzdi.

Satın alınmayacaq qədər dəyərli olanları sevirəm mən:

Səma və dəniz kimi..

Günəş və Ay kimi...

Vicdan və Mərhəmət kimi..

Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən.

Sevilmək istəyirsənsə, öncə sevməyi biləcəksən. 

Qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar. Evlilik də qayıq kimidir.


Dəniz Haqqında Aforizmlər

Dəniz suyunun bir damlası da dəniz, böyük dəniz də dəniz. - Məmməd Rasim Mutlu

Pul dəniz suyuna bənzər, nə qədər çox ehtiva etsən o qədər çox ona susayarsan. - Artur Şopenhauer

Çaylar dənizdə itdikləri kimi, fəzilətlər də mənfəətdə itərlər.

 Ən uca dağlar, ən dərin dərin dənizlərdən çıxdığı kimi, ən böyük sevinclər də ən dərin acılardan doğar. - Fridrix Nitzşe

Dənizə ilk dəfə girən uşaq saflığı ilə sevirəm səni. Boğulacağammış kimi. -Camal Süreya

Qəlb dənizə bənzəyər: fırtanaları, sakit zamanları və daşqınları vardır. Bəzən də dərinliklərində incilər gizlədir.. - Henrix Henye

Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birimizdən ayrılırıq...

Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. - Cübran


Etiketler: , , ,

24.6.22

Yorğunluq Haqqında Statuslar və Sözlər

,Yorgunluq Haqqinda Statuslar,yoruldum heyat statuslar,yoruldum statuslari yorulmaq

 Ürək yorulduqda, tər gözdən axar.


Zaman qısa, yol uzun, mənsə yorğun..

Bəzən yar yorar, bəzən yol yorar...

Nə qədər yorulsaq da doğru yoldan dönmərik!

Əgər yolun doğrudursa, əziyyət və yorğunluq belə gözəldir.

Əyri yolun sevincindənsə, doğru yolun əzab və əziyyətini seçirəm!

Həyat məni yorduqca daha çox gücləndim. Və güclənfikcə həyat daha çox yordu. 

Bəzən insanı ən çox yoran boş insanlara olan boş gözləntilərdir.

Niyə yorğunsan sualına cavab axtarmaqdan və bunu soruşmasınlar deyə gülümsəməkdən yoruldum.

Bəzən bizi yoran yol deyil, təkrardır. Bəlkə də artıq həyatımızda fərqli bir yenilik etməyin zamanıdır.

Dərdini bölüşəcək insan tapdadıqda ürəkdə qalan sözlər yorar insanı.

Yenilə-yenilə, yorula-yorula qazanmağı öyrəndik.

Qələbə günü yorğunluq hiss olunmaz. 

Zirvənin həzzini yaşamaq üçün öncə yorulmalısan.

Uğura gedən yolda yorğunluq da olacaq, uğursuzluqda. Məhz bunlar göstərək ki, kim uğura layiqdir, kim yox!

Çox vaxt insanları yoran həyatın özü deyil, o insanların üzlərində daşıdıqları maskalardır.

Günün sonunda özünü bir küçə iti qədər yorğun hiss edirsənsə, bu bəlkə bütün gün hürdüyün üçündür.

Getmək lazımdır bəzən çox yormadan. Daha çox bezdirmədən, əgər vaxtıdırsa ardına belə baxmadan..

Bir kitab, bir musiqi və bir qəhvə bütün günün yorğunluğunu silib süpürər.

Bəzi yaralar vardır ki, görünməz və bilinməzdir ancaq yorar bəzən insanı. Və bil ki, bugünkü yaran sabahı gücündür sənin!

Uşaq deyiləm artıq, böyüdüm. Biraz yorğun, biraz inciyəm yenə də. Yetər artıq! Gedən yolunu, qalan yerini bilsin sadəcə.

Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

Bacarsan hamının yükünü sən çək
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər
Sənin də yükünü bütün el çəkər.


Etiketler: , , ,

19.6.22

Ataya Aid Atalar Sözləri

Ataya Aid Atalar Sözləri,ata haqqinda atalar sozleri,Ataya aid atalar sozleri,Ata haqqında atalar sözləri,



 Övlad ata-ananın ürəyidir.- Atalar sözü

Yaxşı övlad ata-ananın fərəhidir. - Atalar sözü.

Ata olmasan, ata qədri bilməzsən.- Atalar sözü

Övlad ya ataya oxşar, ya anaya.- Atalar sözü

ata haqqinda atalar sozleri,Ataya aid atalar sozleri,Ata haqqında atalar sözləri,
Ataya Aid Atalar Sözləri




Oğul meyvədir, ata – bağban. - Atalar Sözü

Ata оlmaq asandı, atalıq öyrənmək çətin.- Atalar sözü

Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz. - Atalar sözü

Uşaq atasından güclüsünü bilməz.- Atalar sözü

El sözü – ata nəsihətidir.- Atalar sözü

El sözü – atalar sözüdür.- Atalar sözü

Ataya Aid Atalar Sözləri,ata haqqinda atalar sozleri,Ataya aid atalar sozleri,
Nəcabət ata-ana ilə ölçülməz. - Atalar sözü.

Yay kasıbın həm atasıdır, həm də anası.- Atalar sözü

Çirkin dövlətli qızını atası adına alarlar. - Atalar sözü

Qızın isməti – atanın dövləti. - Atalar sözü

Uşağı oxudan - atanın kisəsi, ananın kasası. - Atalar sözü

atalar sozleri,Ataya aid atalar sozleri,Ata haqqında atalar sözləri,


Ataya Aid Atalar Sözləri

Ata dostu oğula mirasdır.- Atalar sözü

Burada oturma – atamındır, orada oturma – anamındır. - Atalar sözü

Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzıqanlı qalar. - Fars atalar sözü

Söymə nökər atamı, söyməyim bəy atanı. - Atalar sözü

Malın yiyəsi – uşağın atası. - Atalar sözü.

Malın yiyəsi gərək, oğlu yox, atası gərək. - Atalar sözü

Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.- Atalar sözü

Yaxşı oğul ata malını neylər, pis oğul ata malını neylər!



Etiketler: , , ,

18.6.22

Məşhurlardan sitatlar

 

məşhurlardan sitatlar,meshurlardan sitatlar,meshur sozleri

Həyata yaxından baxanda faciə, uzaqdan baxanda isə komediyadır. - Çarli Çaplin 


Gələcək, bu gündən ona hazırlananlara aiddir. - Malkolm X


Ümidsiz vəziyyətlər olmur. Yalnız ümidsiz insanlar olur. Mən heç vaxt ümidimi itirməmişəm. - Mustafa Kamal Atatürk

Əgər günəşi görmürsənsə, ağlama, yoxsa ulduzları görə bilməzsən. - Rabindranat Taqor

meshurlarin sozleri,məşhurlardan sitatlar,meshur sozleri,meshurlarin sozleri


Meshurlardan sitatlar

meshurlarin sozleri,məşhurlardan sitatlar,meshur sozleri, uslub terz




Əsəbi olduğum vaxtlarda heç bir qərar qəbul etmirəm. - Uinston Çörçill

Nifrətiniz elektrikə çevrilsəydi, bütün dünyanı işıqlandırmağa bəs edərdi. - Nikola Tesla

Xəyal gücü olmayan insanın qanadları yoxdur. Ağlım kəsirsə və ürəyim inanırsa bacara bilərəm. - Məhəmməd Əli

Biz onu öldürmədikcə vicdanımız səhv etməyən bir hakimdir. - Balzak

məşhurlardan sitatlar,meshurlardan sitatlar,meshur sozleri, zelimxan yaqub

Məşhurlardan sitatlar

Ölçülməzi ölçə bilməz ölçülər. - Zəlimxan Yaqub

İnsanların şəxsiyyətləri güc və vəzifə zamanı ortaya çıxar.- Avram Linkoln

Sən qalxan zaman, dostların bilir, sən kimsən. Sən yıxılan zaman, sən bilirsən, kimdir dostların. - Mayk Tayson

meshurlarin sozleri,məşhurlardan sitatlar,meshur sozleri,meshur insanlarin sozleri,
Məşhurlardan sitatlar


Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik. Lakin çox sadə bir şeyi unutduq - qardaş olaraq yaşamağı. - Martin Lüter Kinq

Bir çiçəyi öldürə bilərsiniz, amma baharı əsla. - Çe Gevara

Bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişdirə bilər. - Məlalə Yusəfzay

Haqsız bir mübarizədə zirvə olmaqdansa, haqlı bir mübarizədə zərrə olmağı üstün tutarıq. - Nəcməddin Ərbakan

Ağıllı insanlar susduqca, axmaqların sayı artmağa başlayır.- Nelson Mandela

meshurlardan sitatlar,meshurlarin sozleri,məşhurlardan sitatlar


Vicdanın səsi bütün qanunların üstündədir.


Etiketler: , , , ,

17.6.22

Çətinlik Haqqında Atalar Sözləri

Çətinlik Haqqında Atalar Sözləri

 Qızıl atəşdə, insan zəhmətdə bəlli olar.- Atalar sözü

İsti sevən tüstüsünə dözər. - Atalar sözü

Minə dözən min-birə dözər.- Atalar sözü

Zəhmətsiz rəhmət olmaz.-  Atalar sözü

Alim olmaq asandır, adam olmaq çətin...- Atalar sözü

Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.-  Atalar sözü

Bir işi başlamağa çalış, özü qurtarar.- Atalar sözü

Yaz günündə tərləməyən qış günündə titrəyər. - Atalar sözü

Yazda işləməyənin qışı sərt gələr- Atalar sözü

Çətinliyə Aid Atalar Sözləri,Çətinlik Haqqında Atalar Sözləri,


Çətinlik Haqqında Atalar Sözləri,Çətinliyə Aid Atalar Sözləri çətin cetin

Çətinlik Haqqında Atalar Sözləri


Qış olmasa yaz olmaz, qar olmasa bar olmaz. - Atalar sözü

Çox bilmək istəyən, çox da çalışsın gərək.- Atalar sözü

Söz vermək asandır, yerinə yetirmək çətin. - Atalar sözü

Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz.- Atalar sözü

Cəsur adam yıxılar, amma təslim olmaz. - Latın atalar sözü

Heç bir şeyə cəsarət etməyən, heç nə qazanmaz.- Atalar Sözü

Sevgini və kasıblığı gizlətmək çətindir. - Atalar sözü


Ərə getmək asandır, ər donu tikmək çətin.- Atalar sözü


Ağılsız başın əziyyətini ayaq çəkər. - Atalar sözü

Yaxşı adam yavan çörəyə dözər, yaman adamı yağlı xörək də üzər. - Atalar sözü

Hər zülmət gecənin bir gündüzü var, bir yandan bağlayan bir yandan açar. - Atalar sözü


Zəhmət çəkməyən bal yeməz. - Atalar sözləri


Etiketler: ,

16.6.22

Özümüzə Aid Statuslar

 Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır.

Özümüzə Aid Statuslar, ozumuze aid statuslar


Mübarizə mənim həyatımdır.


Məni öldürməyən şey məni daha güclü edir.


Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim.


Mənimlə ömür keçərmi? dedim. Sənlə keçirməyə ömür yetərmi?" dedi. Bu mənə bir ömür bes etdi.


Qəbul eləyirəm! Ən böyük səhvim, üzümə gülən hər kəsi özüm kimi bilmişəm.

İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir. 

İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm.


ozumuze aid statuslar,Özümüzə Aid Statuslar,ozume aid statuslar,


Mənim həyatım; mənim seçimlərim; mənim səhvlərim; mənim problemlərim; mənim yalnızlığım... Yəni xülasə, sizi maraqlandırmaz.


Uğur istədiyini əldə etməkdir. Xoşbəxtlik isə əldə etdiyini sevməkdir.

Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin.

Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər.

Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol.


Yanında olduğum zaman dəyərimi bilməzsən; dəyərimi bildiyin gün məni yanında tapmayacaqsan..


"Kaş ki tanımasaydım" dediyim heçkimim olmadı mənim. "Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim oldu.


Mənim söz xəzinəm çox genişdir, deyərdim. Sənin bir sözünə çata bilmədim; "Get" nə deməkiydi sevgilim?

Əgər işinizi sevirsinizsə, ondan zövq alırsınızsa, deməli siz artıq uğura nail olmusunuz.

Gerçək uğur, uğursuzluq qorxusuna qalib gələ bilməkdir. 

Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.

Etiketler: , , ,

15.6.22

Azadlıq Haqqında Atalar Sözləri

 

azadliq haqqinda atalar sozleri,Azadlıq Haqqında Atalar Sözləri,

Birgə olaq, Güclü Olaq, Azad olaq ! - Atalar sözü


Təhsil azadlığa aparar. - Alman atalar sözü


Hər arvad öz evinin həm xanımı, həm qulluqçusudur. - Atalar sözü


Kəbinim halal, canım azad. - Atalar sözü


Məni sayanın quluyam, saymayanın – ağası. - Atalar sözü


Sirlərini açdığın adama azadlığını da verirsən. - Atalar sözü

Azadlıq Haqqında Atalar Sözləri,azadliga aid atalar sozleri tehsil təhsil

Azadlıq Haqqında Atalar Sözləri


Vicdanın azaddırsa, Allaha inamın sonsuz olacaq. - Atalar sözü


Borc alan, azadlığını satar. -  Atalar sözü


Ağası qul olanın, qulu quduran olur. - Atalar sözü


Dövlət ağıllının nökəridir, axmağın ağası. - Atalar sözü


Vardır pulun, yetən qulun.

Yoxdur pulun, dardır yolun.  - Atalar sözü


Etiketler: , ,

14.6.22

Nifrətə Aid Statuslar

nifrete aid statuslar,Nifrətə Aid Statuslar,nifret statuslari

Məndən nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur. Çünki mən, mənə dəyər verənləri sevməklə məşğulam.  

Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana.

Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.

Olmadığın biri olaraq sevilməkdənsə olduğun biri olaraq nifrət edilmək daha yaxşıdır.

Nifrət etməyə belə dəyməz insanlar var..

Nifrət oda bənzər - öncə sahibini yandırar.

İçi kin və nifrətlə dolu olanlar, anlamazlar gerçək eşqin səadətini..

Qürürlu insan həmişə qürürlu insana nifrət edir!

Məndən nifrət etdiyini eşitdim. Əgər səni düşünəcək vaxtım olsa, mən də səndən nifrət edərdim.

İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm.

Bəzən nfrətə sevgidən daha çox inanıram.Çünki nifrətin saxtası olmaz. 

Bəzi insanlar bizə nifrət edəcək, çünki bizi tanımırlar. Və bizi tanımayacaqlar, çünki bizə nifrət edirlər.

Nifrəti sevgi ilə, yalanı həqiqətlə, şiddəti səbirlə dəf et

Nifrət və kinin içində boğulan insanları yalnız sevgi xilas edə bilər.

Sevgiyə bağlı qalıb yaşamağa qərar verdim.

Çünki, nifrətlə yaşamaq çox ağır bir yükdür


 

Etiketler: , ,

13.6.22

Qaranlıq Haqqında Aforizmlər və Sözlər

 

Qaranlıq Haqqında Aforizmlər
Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir. - Əbu Turxan

Sevinclə iztirab – aydınlıqla qaranlıq kimi bir-birlərini təqib edir. 

Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur. - Hüseyn Cavid


Hər kəs aya bənzər.Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır. - Mark Tven

Sənin gözlərin taleyimin qaranlıq səmasında mənə yol göstərən ulduzlar oldu. - Xudu Məmmədov

Ruhu bir nurdur aşiqin, təbiəti bir qaranlıq! - İbn Ərəbi


Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır. - Viktor Hüqo

Darıxma iş görünsə bir qaranlıq quyuda Çünki qaranlıqdadır o dirilik suyu da. - Sədi Şirazi



Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır..  - Əbu Turxan

Hər ümidsiz işdə xeyli ümid var,
qaranlıq gecədən ağ səhər doğar.

İnsanın 2 variantı vardır, ya bütün gün qaranlığa söyərsiniz ya da günəşə gedərsiniz. - Əhməd Şərif İzgörən

Ulduzlara toxuna bilməzsiniz, amma qaranlıq gecələrdə onlar sizə yol göstərər. - Əhməd Şərif İzgörən

Təbiət və Təbiətin qanunu, qaranlıqda gizli idi. - Aleksandr Pop

Üç min ilin hesabını görməyən qaranlıqda yolunu tapa bilməz, kor-koranə yaşar ancaq! - İohann Volfqanq Göte

Qoy kül olum yana-yana...
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?! - Nazım Hikmət

Etiketler: ,

9.6.22

Fikir Haqqında Aforizmlər və Sözlər

 

Fikir Haqqında Aforizmlər,fikir haqqinda aforizmler

Düşünmək, düşünənlərin düşüncələrini fikirləşməlidir.

Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir. -  Tolstoy

Söz sədəfdir, fikir – mirvari. - Əbu Turxan..

Fikir adamı, göydəki ulduza bənzər, milyonlarla il sonraya belə işıqları çatar. - Ergün Gülər

İnsanı dəyərli edən fikirləri və xarakteridir.

fikir haqqinda aforizmler,fikir haqqinda aforizmler,fikire aid sozler fikirlər


Fikir Haqqında Aforizmlər

Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. - Mirzə Fətəli Axundov

Qəlbində sevgi, beynində fikir toxumları ək. - Səbuhi Quluzadə

Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələrə öz fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır.- A. Karrel 

Sabit fikir, sahibini məhbus edər. - Nitsşe 

Fikir Haqqında Aforizmlər,fikir haqqinda aforizmler,aforizmlər,fikire aid sozler düşüncə

Fikir Haqqinda Aforizmler

Səhv bir fikiri geri almaq onu müdafiə etməkdən daha çox şəxsiyyət tələb edir. - Artur Şopenhauer

Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır. - Platon

Mən dalğın insanları çox sevirəm. Bu onların  yaxşı olduqlarını, fikir adamı olduqlarını göstərir. Çünki, pislər və boş beyinlər, hər zaman hiyləgərdirlər!

Bir insanı tanımadan fikir bildirmək necə cahillikdirsə, bir kitabı oxumadan fikir yürütmək də e

Şair – xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir. - Cübran

Poeziya – sadəcə gözəl söylənmiş bir fikir deyil. O qanayan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir. - Cübran.

Nəzəriyyə elmin ruhu, təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizindəvə faktın meşəsində asanlıqla azmaq olar. - D.İ. Mendeleyev


Etiketler: , , , , ,

7.6.22

Yaş Haqqında Aforizmlər və Sözlər

Yaşa aid Aforizmlər,yaşla bağlı aforizmlər, yaşla bağlı statuslar, yaşa aid statuslar

 Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. - Viktor Hüqo

Üç yaşında qəlbi necədirsə, yüz yaşında da elədir. - Yapon atalar sözü

Kişi yaşını saxlamağa, qadın isə saxlamamağa başladığı zaman yaşlanmışdır. - Peru Atalar Sözü

On səkkiz yaşa qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qalib gəlir. - Əli bin Əbu Talib

Özündən böyüyün məsləhətinə bax, səndən hətta bir yaş da böyük olsa. Qaraqalpaq atalar sözləri

Uşaqlıq çağları üçün yararlı və hər cür yaş üçün son dərəcə əhəmiyyətli yalnız bir əxlaq dərsi var: “Heç kimə pislik etməmək”.- Jan Jak Russo

Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır.- Con Lokk

Qadın yalnız özünün yaş sirri kimi bir sirr saxlaya bilər. - Volter

Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar. Koko Şanel

Cavanlığın sirri ürək açıqlığında, yavaş yemək və öz yaşını deməməkdədir. - Lus Boll

Qadının həmişə üç cür yaşı olur: biri görünən yaş, digəri həqiqi yaş, üçüncüsü də onun özünə verdiyi yaş.- Alfons Karr

Diplomat, bir xanımın ad gününü xatırlayan, amma yaşını unudan bir insandır.- Robert Li Frost

Hər yaşın öz xüsusi meylləri var, lakin insan həmişə eyni qalır. On yaşında o, xoş şeylərin cazibəsi altında, iyirmi yaşında aşiqlikdə, otuzda həzzdə, qırxda şöhrətpərəstlikdə, əlli yaşında xəsislikdə. -Jan Jak Russo

Kimin ki, 20 yaşı var və hələ sosialist deyil - onun ürəyi yoxdur. Kimin ki, 40 yaşı var və hələ sosialist olaraq qalır - onun ağlı yoxdur - Çörçil

Yaş sadəcə rəqəmdir. 20 yaşınız olanda düşünürsünüz ki, 50 yaş kabusdur. Lakin 50 yaşda olarkən, özünüzü 30 yaşında olan biri kimi hiss edirsiniz. Yaşımız bizim həyata olan münasibətimizi müəyyən etməməlidir. Rəqəmlərə özünüzü dəyişdirməyə imkan verməyin. - Barie Davenport

Etiketler: , , , , ,

4.6.22

Böyük-kiçik Haqqında Atalar Sözləri

 

Böyük-kiçik Haqqında Atalar Sözləri,Böyük Haqqında Atalar Sözləri,Kiçik haqqında Atalar Sözləri

Böyük-kiçik Haqqında Atalar Sözləri

Böyüyə hörmət elə, sən də böyüyəcəksən. - Atalar sözü

Söz böyüyün, su kiçiyin. - Atalar sözü

Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan. - Atalar sözü

Uşaq böyüklərindən öyrənər. - Atalar sözü

Özü balaca, sözü böyük. - Atalar sözü

Uşağı yemək böyütməz, sevinc böyüdər.  - Atalar sözü

Uşaqlıqda yalan danışana böyüyəndə heç kəs inanmaz. - Atalar sözü

Kiçikdən xəta, böyükdən əta. - Atalar sözü

Uşağa uşaq deyiblər, böyüyə böyük. - Atalar sözü

Kiçik açar böyük qıfılı açar. - Atalar sözü

Uşaqla uşaqdır, böyüklə böyük. - Atalar sözü

Böyüyə hörmət, kiçiyə rəğbət. -Kumık atalar sözü

Müəllim ən böyük bağbandır. - Atalar sözü

Böyük danışanı kiçik götürər. - Atalar sözü

Böyük Haqqında Atalar Sözləri,Kiçik haqqında Atalar Sözləri,Böyük-kiçik Haqqında,


Böyük-kiçik Haqqında Atalar Sözləri,Böyük Haqqında Atalar Sözləri,Kiçik haqqında Atalar Sözləri

Böyük-kiçik Haqqında Atalar Sözləri,Böyük Haqqında Atalar Sözləri,Kiçik haqqında Atalar Sözu

Kiçik haqqında Atalar Sözləri,Böyük-kiçik Haqqında,Böyük kiçik Haqqında Atalar Sözləri,


Bir özündən böyüyə, bir özündən kiçiyə qulaq as. - Atalar sözü

Kiçiyin kiçik yeri var, böyüyün - böyük. - Atalar sözü

Böyük nə eyləsə, kiçik onu götürər. - Atalar sözü

Böyüklərlə böyük ol, kiçiklərə göstər yol. - Atalar sözü

Ağsaqqal sözünü axıra saxlar.- Atalar sözü

Böyük böyüklüyün bilməsə, kiçik kiçikliyin bilməz. - Atalar sözü

Kiçik daş da baş yarar. - Atalar sözü

Dəvə böyüksə, yükü də böyükdür. - Atalar sözü

Dəvə böyükdür – ot yeyər, şahin kiçikdir – ət yeyər. - Atalar sözü

Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi. - Atalar sözü

Hesabın böyük-kiçiyi olmaz. - Atalar sözü

Eşşək böyük, palanı kiçik. - Atalar sözü

Kiçiyi olmayanın böyüyü olmaz.  - Atalar sözü

Böyük dağa qar yağmadıqca, kiçik dağa sıra gəlməz. - Atalar sözü

Özünü böyük göstərmək kiçikliyin ən kiçiyidir. - Atalar sözü

Rüşvətxorluqda böyük-kiçik, haram-halal olmaz. - Atalar sözü

Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar. - Alman atalar sözləri.

Böyük zəkalar birlikdə düşünürlər. - Fransız atalar sözü

Vaxtı itirsən hədər, görərsən böyük zərər. - Atalar sözü

Etiketler: , , , , ,

3.6.22

Şahmat Haqqında Aforizmlər və Sözlər

 

sahmat haqqinda aforizmler,Şahmat Haqqında sözlər,sahmat haqqinda sozler


Şahmat analiz sənətidir.-  Botvinnik


Şahmat taxtası insan zehninin gimnastika zalıdır. - Paskal


Şahmat təkcə idman yox, həm də sənət və elmdir. - Harri Kasparov


Şahmat elə budur. Bu gün rəqibinə dərs verirsən, sabah isə o sənə öyrədəcək. - Robert Fişer 


Şahmatda ancaq oyunu sevdiyin zaman uğurlu ola bilərsən. Robert Fişer 


Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var. - Pyer Mak Orlan


Şahmatın əsası onun nə olduğunu düşünməkdir. - Devid Bronsteyn


Şahmat taxtasında yalan və ikiüzlülük çox yaşaya bilməz. - Em. Lasker

Şahmat Haqqında Aforizmlər və Sözlər

Rəqib şahın kəlləsi üçün heç bir əvəz böyük deyil.- Koblentz


Yaxşı oyunçunun həmişə yaxşı şansı olur. - Kapablanka


Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın.-  Em. Lasker



Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz. - Fransız atalar sözü


Yaşım artdıqca piyadalara daha çox dəyər verməyə başlayıram. - Keres


İnqilablar şahmat oyununa oxşayır. Piyadalar kralı məhv və xilas edər və ya onun yerini tuta bilərlər. –Pyer Büast


Şahmat taxtası dünyadır, fiqurlar kainatın fenomenləridir, oyun qaydaları isə Təbiət Qanunu adlandırdıqlarımızdır. Oyundakı rəqibimiz bizdən gizlənmişdir. Bilirik ki, onun oyunu daima düzgün, təmkinli və dəqiqdir. Və biz həmçinin onu da bilirik ki, o heç zaman səhvi bağışlamırvə səhlənkarlıq üçün güzəştə getmir. - Tomas Henri Haksli


Həyatı şahmatdan fərqləndirən cəhət, şahmatın nə zamansa bitməsi, həyatın isə davam etməsidir. - Ayzek Əzimov


Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, Şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən.· Adam Faver 


Oyun bitəndə, şah da piyada da eyni qutuya qoyulur. - Anonim

Etiketler: , , , ,

2.6.22

Varlı Haqqında Aforizmlər və Sözlər

Varlı Haqqında Aforizmlər və Sözlər varli haqqinda aforizmler

 Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır.

İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar. - Karneqi

Kasıb adamlar gözəl olur, lakin varlılar daha güclüdürlər.

Oğru ilə varlı arasında fərq: oğru varlını, varlı isə yoxsulu soyur.- Corc Bernard Şou

Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır..  - Artur Şopenhauer

Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. Corc Herbert

İnsan bəxt və taleyə varlı olanda deyil, yoxsul olanda inanır.

Niyə insanlar kasıb olduqlarına görə utanırlar, varlı olduqlarına görə – yox?!

Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün.– Klod Adrian Helvetsi

Zənginlər çox tox olur, ancaq doymuş olmur. - Pyer Büast

Varlı Haqqında Aforizmlər,varli haqqinda aforizmler varli kasib saglam

İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan çəkin.

Varlı Haqqında Atalar Sözləri

Xəsis varlı, dilənçidən də kasıbdır. -Rus atalar sözü

Varlı borcunu pulla ödəyir, kasıb - öz dərisiylə. - Atalar sözü

Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.- Atalar sözü

Kasıb işi güc-qüvvətlə görər, varlı - mal-dövlətlə.

Yoxsul varlandıqca ağıllanar, varlı kasıblaşdıqca sərsəmləyər. Fin atalar sözü

Varlılar Haqqında Aforizmlər

Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar.

Neyə ehtiyacınız olduğu nə qədər zəngin olduğunuzu göstərər. - Əhməd Şərif İzgörən

Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır. - Artur Şopenhauer

Pul şərab kimidir. Müəyyən həddə qədər adamı hala gətirir, bir az ondan artıq olanda cuşa gətirir, lap artıq olanda isə huşunu başından alır. - Əbu Turxan.

Çox zəngin adam harın ola bilər, qürurlu ola bilməz, çünki var-dövlətini itirmək qorxusu qürurlu olmağa imkan vermir. - Əbu Turxan

Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır. - Artur Şopenhauer

Övladlarınıza varlı olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə ömürləri boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilmiş olarlar. - La Edri

Kaş həyatda hər kəs məşhur və varlı olardı və başa düşərdilər ki,bu şeylər insanı xoşbəxt etmir.

Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri maarifpərvər olsun. - Əbu Turxan

Etiketler: , , ,

1.6.22

Uşaqlar üçün Şeirlər, Uşaq Şeirləri

 


Usaq seirleri,Uşaqlar üçün Şeirlər, Uşaq Şeirləri

Kənd uşaqları

- Gəl, gəl-deyir çəmən-düz,

Yamaclara tutub üz.

Dərələri, dağları

Dolaşır gecə-gündüz

Bizim kənd uşaqları.

 

Yetişəndə gilənar,

Alma, armud, heyva, nar

Baxçaları, bağları

Gizli-gizli dolanar

Bizim kənd uşaqları.

Müəllif: Tofiq Mahmud



İşıqfor uşaq şeiri

Qırmızı, yaşıl, sarı

Nəqliyyat işıqları

Yanmasa o işıqlar,

Yollar tamam qarışar.

Qırmızı yandı - dayan

Maşın gəlir o yandan.

Sarıda tələsməyən

Uzaq olar bəladan.

Yandı yaşıl - oyaq ol!

Marş irəli, yaxşı yol



Balıq şeiri

Dənizdi, çaydı, Vətənim

Pulla örtülüb bədənim,

Qiymətlidir, kürüm, ətim,

Çox itidir sümüklərim,


Üzgəc, quyruq, qəlsəmələr,

Məni suda üzdürərlər.

Lıq-lıq edir suda dilim, 

Adımı siz deyin, bilim.



Lalə şeiri

Qоnağısan yaylağın,

Hər çəmənin, hər dağın.

Alоv kimi yanırsan,

Xallı оlur yanağın.



Adındır bahar qızı,

Dоnunоlur qırmızı.

Açanda bəzəyirsən,

Sevimli yurdumuzu… 

Müəllif: Mirmehdi Seyidzadə



Ailə albomu

Bizim də evimizdə

Ailə albomu var.

Ona baxanda sanki

Hamı yanımda olar.



Bax, bu mənim babamdı,

Bu da sevimli nənəm.

Nənəm nağıl deyəndə

Ən çox sevinən mənəm.



Bu əmim, bu bibimdi,

Bu da xalamla dayım.

Mən kənddə keçirəcəm

Dayımla gələn yayı.


Sabah doğum günündü-

Anam dedi, üzülmə.

Albomdan çıxıb hər kəs

Sabah gələcək bizə.

Müəllif: Mina Rəşid



Qış ötüşüb yaz gələr,

Avazlanar uşaqlar.

Günlərin bağrın dələr,

Pərvazlanar uşaqlar.

 

 

Səadətlə oynaşar,

Qanlar odla qarışar,

Şadlığı aşıb-daşar,

Nə yazlanar uşaqlar?

 

Dər-divarı eşərlər,

Torpaqla güləşərlər,

Can deyib dilləşərlər,

Hey nazlanar uşaqlar.

 

Oynamaqdan doymazlar,

Evə ayaq qoymazlar,

Nə yoruldum duymazlar?

Bəyazlanar uşaqlar.

 

Dünyaya işıq təki,

Evə yaraşıq təki,

Sinəyə aşıq təki,

Nə sazlanar uşaqlar?

Müəllif: Şirinxanım Kərimbəyli



Öz yurduna gərək olaq

Ay uşaqlar, Vətən əziz,

Ona vuran ürək olaq.

Bir sevdadır – eşqi dəniz,

Öz yurduna gərək olaq.

 

Onunla gur çırağımız,

Odur könül varağımız,

Bu dünyada sorağımız,

Gəlin ona dirək olaq.

 

Cahan içrə bir cahandır,

Damarlardan axan qandır,

Ocağın aç, odun yandır,

O bədəndə duran candır.

Qorumağa zirək olaq.

 

Vətən ana, Vətən bacı,

Dərdimizin hər əlacı,

O millətin başda tacı,

Ona ürək-dirək olaq.

 Müəllif: Şirinxanım Kərimbəyli

Etiketler: , ,