20.9.22

Mənalı sözlər

 

Ən Mənalı Sözlər 2025 Mənalı sözlər və aforizmlər menali sozler

Həyat Haqqında Mənalı Sözlər

Həyat sevməyi, sevgi layiq olmağı, dostluq sadiq qalmağı bilənlər üçündür..
 
Yaxşı qərarlar təcrübə sayəsində, təcrübə isə pis qərarlardan sonra əldə edilir.

Mənim ən ağıllı rəhbərim qəlbimdir. -Honore de Balzac

Ancaq başqaları üçün yaşanılan həyat, yaşamağa dəyər həyatdır.- Albert Eynşteyn

Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. - Nazim Hikmət

Heç bir zəfərə çiçəkli yollarla gedilməz. - Jan de Lafonten

Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir. - Louis Stevenson

Analar, hər şeyi görməsələr belə ürəkləriylə eşidərlər. 

Ən Mənalı Sözlər 2024-ci il üçün Mənalı sözlər və aforizmlər həyat menali sozler
Mənalı Sözlər 2026


Mənalı Sözlər 2026

Hər gün Allahın sənə baxş etdiyi yeni bir hədiyyədir. Qədrini bil!

Dərd sizi daha güclü, qorxu daha cəsur, qırıq qəlb isə daha kamil edər.

Xatirələr yaşlanan beyinlərin söykəndikləri əsadır. - Cənab Şəhabəddin

Xəyal gücü olmayan insanların qanadları yoxdur. - Məhəmməd Əli

Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır.

Göz yaşları iztirabın səssiz təzahürüdür. - Volter

Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır. - Viktor Hüqo

mənalı sözlər 2025,menali sozler 2025,Mənalı sözlər,en menali sozler,mənalı gözəl sözlər,

Menali Sozler


Sevgi əvəzsiz bir hədiyyədir. O yeganə şeydir ki,onu hədiyyə etsəniz də, özünüzdə qala bilir.- Lev Tolstoy

Əgər ürəyimizdə sadəcə tək bir gözəl xatirə də olsa, qalıbsa, o belə bir gün bizim üçün qurtuluş ola bilər.

Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.- Demokrit

Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir.

Sevdiyiniz musiqi əslində kim olduğunuzu göstərir. - Jadi Picoult

Həyat səhv etməyə icazə verən müəllimdir.

Səbri, hövsələni unudan insan,Ağıldan, şüurdan açmasın dastan. - Nizami Gəncəvi

Ən nəcib və şirin qisas bağışlamaqdır.- Pyer Büast

Vaxtı öldürmək ən bahalı əyləncədir. - Onore de Balzak

Ən Mənalı Sözlər 2026 Mənalı sözlər statuslar menali sozler vaxt öldürmək

2026-ci il üçün Mənalı Sözlər


Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcəkdir. - İmam Şafii

Sadəcə bir uğur vardır: öz yolunda addımlaya bilmək.- Christopher Morley

Ordu torpaqları, kitab könülləri fəth edir.  - Əbu Turxan

Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir.  - Demokrit

Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər. - Yılmaz Ərdoğan

Təmiz vicdan böhtandan qorxmur. - Volter

Heç nə insan qədər yüksələ bilməz və heç nə insan qədər alçala bilməz. - Fransua de Laroşfuko

Ümidini itirmə. Cibindəki son açar, bəlkə də kilidi açacaqdır.- Bencamin Franklin



Mənalı sözlər,en menali sozler,mənalı gözəl sözlər,menali sozler, səmimiyyət kor kar

Status üçün Mənalı Sözlər

Vicdan Allahın daxilimizdəki səsidir. - Alfons de Lamartin

Həqiqi ləyaqət çay kimidir - dərin olduqca daha lal axır. - Mişel de Monten

Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşı qalsın. - Pifaqor

Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır.


Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın. - Xudu Məmmədov

Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar.- Əhvədi 

Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz.- Xalid Hüseyni

mənalı sözlər aforizmlər en menali sozler mənalı gözəl sözlər menali aforizmler

Mənalı  Gözəl Sözlər

Hər qəlb, öz içindəki çiçəyin qoxusunu yayar. - Əbdülqədir Gilani

Şamını gündüz yandıran gecə qaranlıqda qalar. - Sədi Şirazi

Günəşi örtsə də qara buludlar,Yenə günəş adlı bir qüdrəti var. - Səməd Vurğun

Elm Soyuq ağlın, tarix ilıq xatirələrin, fəlsəfə yanar zəkanın məhsuludur.

Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır. - Əbu Turxan

mənalı sözlər 2024,menali sozler

Menali Sozler ve Aforizmler

Uça bilməyənlər üçün dünyanın başlanğıcı da, sonu da - bir yerdədir. - Əbu Turxan

Qiymət - ödədiyiniz; dəyər - isə əldə etdiyinizdir. - Uorren Baffett

Pulsuz pendir yalnız siçan tələsində olur. - Əhməd Şərif İzgörən

Aldadanı aldatmaq zövq ola bilər, amma sevəni aldatmaq şərəfsizlikdir.- Uilyam Qoldman

menali sozler 2024,Mənalı sözlər,en menali sozler,mənalı gözəl sözlər,ugur ugursuzluq,menali sozler azerice
Mənalı Sözlər [2022]


Dünyanın içində ola-ola dünyadan azad olmaq ən böyük məharətdir.- Məhəmməd İqbal

Ayın gecəyə səbir etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbir etməsi də onun gözəl ətirli olmasına səbəb olur. - Mövlana

Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir. - Əbu Turxan

Şəhvətə qul olan pulla alınan kölədən, quldan da aşağıdır. - Əli bin Əbu Talib

Şərab şeytanın şahinidir deyirlər; insanları onunla ovlayarmış! - Məhməd Murad İldan

mənalı sözlər status üçün,menali sozler 2024

Mənalı Sözlər və Aforizmlər

Axmaq insan nə bağışlayar, nə də ki unudar.
Saf insan bağışlayar və unudar.
Müdrik insan isə bağışlayar ancaq unutmaz.

Günəş ölkələri aydınladır, sözlər milləti. - Cəmil Meriç

Şəfəqə, ancaq gecənin yollarını izləyərək çata bilərsən. - Xəlil Cübran

Allah bazen yaralar açar. İyileştirenin kim olduğunu unutma diye.. 

Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz.- Əbül Fərəc

Mənalı sözlər,en menali sozler,mənalı gözəl sözlər,menali sozler,menali soz

Pulu, evi, əmlakı itirmək o qədər də acınacaqlı deyil, çünki bütün bunlar insanınkı deyil. Acınacaqlısı insanın öz həqiqi mülkünü – ləyaqətini itirməsidir. - Epiktet

Ölüm həyatda böyük itki deyil. Əsl böyük itki, yaşayarkən içimizdə ölənlərdir. - Robin Şarma

Xalqa divan tutanı divan gözlər hər yanda, Məzlumların fəryadı qorxuludur cahanda.- Nizami Gəncəvi

Bir kəs ki ağrı hiss edir - canlıdır. O kəs ki başqasının ağrısını hiss edir, o - insandır.- Lev Tolstoy 

Bizi biz edən qabiliyyətlərimizdən çox seçimlərimizdir.

mənalı sözlər 2024,menali sozler 2024 kelamlar aforizmler
mənalı sözlər 2023,menali sozler 2023

Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmanlığını çəkir.  -B.Dizraeli 

Başqalarındandaha üstün olmaq önəmli deyildir. Əsas önəmli olan, dünənki SƏNDƏN daha üstün olmaqdır. - Hind atalar sözü

Sev ki, görülməyəni görə biləsən, İşıq saç ki, istədiyin yerə gedə biləsən.  - Nüaymə

Bəzən içindəki o səssiz səsə, mütəxəssislərdən daha çox güvən. - Oldos Haksli 


mənalı sözlər menali kelamlar aforizmler Mənalı sözlər,en menali sozler,mənalı gözəl sözlər,maraqli sozler

Mənalı Sözlər və Aforizmlər

Zamanı çatan bir fikrin gücünə heç ordu da tab gətirə bilməz.- Viktor Hüqo

Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır. - Platon

Cəsur deyilsənsə dürüst ola bilməzsən.
Cəsur deyilsənsə sevə bilməzsən.
Cəsur deyilsənsə etibar edə bilməzsən.
Cəsur deyilsənsə həqiqətin arxasınca gedə bilməzsən.
Ona görə də birinci cəsarət gəlir...
Qalan hər şey də onun ardınca. - Oşo

Yanlışın ən təhlükəlisi doğruya ən yaxın olanıdır. Çünki, doğruyla bu yanlış bir-birinə qarışdırılır. Buna görə də bunun insanları aldatmaq ehtimalı yüksəkdir. - Nəcməddin Ərbakan

Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır. - Bob Marli

Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy. - Pifaqor

Axtarış sözləri: menali soz,Ən Mənalı Sözlər,mənalı sözlər 2025,menali sozler 2025,Mənalı sözlər,en menali sozler,menali sozler azerice,mənalı sözlər həyata aid,mənalı gözəl sözlər, mənalı sözlər status üçün 

Etiketler: ,

10.9.22

Payız haqqında şeirlər | Payız şeirləri

 


Payız şeirləri,şeirlər,Payız haqqında şeirlər,payiz haqqinda seirler,payiza aid seirler


 Payız şeiri 

Payız gəlib, küləklər

Gəzir yenə bağları.

Hər tərəfə sovurur

Saralmış yarpaqları.

Axıb gedir buludlar

Yenə də karvan-karvan.

Dərələri, dağları,

Bürüyür çiskin, duman.


Mərcan kimi qızarmış

Moruqlar parıldayır.

Ağaclarda qarğalar

Səs salıb qarıldayır...

Yağır güclü yağışlar,

Günlərcə vermir ara.

Almaz kimi şeh düşür

Bağçalara, bağlara.

Müəllif: Mirmehdi Seyidzadə


  “Payızın səyahəti” şeiri

Payız gəldi, quşlar köçdü,

Qalın meşə qaldı çılpaq.

Payız yeli heyvanlara

Xəbər verdi: – Yağacaq qar!

Çəpgöz ayı, yumru kirpi,

Yanlarında qara böcək

Dedilər ki, qış gəlməmiş,

Yuvalara enək gərək.

Müəllif: Mirvarid Dilbazi.


Qızıl Payız şeiri

Yenə gəldi qızıl payız

Hər tərəfə yağdı yağış

Quşlar köçdü isti yerə

Əsdi külək birdən-birə


Yenə gəldi qızıl payız

Çaxdı şimşək,qopdu tufan

Yağış yağdı buludlardan

uzaq qaldıq durnalardan.


Yenə gəldi qızıl payız

fərqi yoxdur oğlan ya qız

hər kəs gedir məktəblərə

elm, bilik öyrənməyə


Yenə gəldi qızıl payız

bitdi artıq qızmar hava

nur saçmayır günəş daha

təslim olub buludlara


Yenə gəldi qızıl payız

yenə gəldi qızıl payız

Müəllif: Harezmi


Payız şeiri

Buz göydən boylanır,

Solğun günəş sap-sarı.

Qəmli-qəmli keçirlər,

Durnaların qatarı.

Başa çatdı yay fəsli,

Yenə açdı mədrəsə,

Kilaslarda uşaqlar

Yenə verdi səs-səsə.

Külək əsdi qopardı

Yarpaqları budaqdan,

Bir parçası narıncı,

Bir parçası al-əlvan.

Nəfəsindən ağ yelin

Soldu çəmən, soldu gül,

Hicranından bülbülün

Yarpaqların yoldu gül.

Şehə çökübdür çəmən,

Duman bürüyüb dağı,

Tüstüləyir çobanın

Yaş tikanlı ocağı.

Karvan-karvan qap-qara

Göydə buludlara bax!

Budaqlardan sallanan

Qıp-qırmızı nara bax!

Mehr, aban, azərəm

Çən-duman nəfəsliyəm

Mən payızam, rənglərin,

Meyvələrin fəsliyəm.

Müəllif: Həbib Fərşbaf


Payız duyğuları şeiri


Payızın hökmüylə əsdi bir külək, 

Bir yaşıl səltənət çovğuna düşdü. 

Ağaclar bir yaş da qocaldı demək, 

Bir yarpaq nəsli də qırğına düşdü.


Aldı verdiyini geriyə torpaq, 

Qazancı nə oldu bağın-bağçanın. 

Bir yarpaq boy atdı körpə bir uşaq, 

Ömründən bir yarpaq düşdü qocanın.


Palıdlar tab etdi sükuta, yasa, 

Gilas yarpaqları qızardı, düşdü. 

Hansı bəxtəvərin növcavanınsa 

Üzünə bir yarpaq qızartı düşdü.


Çox yarpaq tökümü görüb yerimiz, 

Soraq tutmaq olmur cığırdan, izdən. 

Torpaq altındakı əzizlərimiz 

Yenə də bir yarpaq gen düşdü bizdən.


Bir yarpaq da düşdü Bəzz qalasına, 

Divarlar bir yarpaq çökdü aşağı. 

İgid Babəklərin, Koroğluların 

Bir yarpaq uzaqdan gəldi sorağı.


Yarpaqlar, belədir zamanın hökmü,

Tökülün, əbədi ömrə tamarzı. 

Tarixin yüz illik yarpaq tökümü, 

Olacaq bir yarpaq yaddaş kağızı.


Payızın ağzından əsdikcə külək, 

Bir yaşıl səltənət çovğuna düşdü. 

Ağaclar bir yaş da qocaldı demək, 

Bir yarpaq nəsli də qırğına düşdü. 

Müəllif: Musa Yaqub



Nəbi Xəzri. Qızıl payız


Gəlir səhər, gedir duman

Göylər qalır buludlara.

Sanki günəş öz nurundan

Don biçibdir palıdlara.



Cığırlardan mahnı, gülüş

Əskilməyir nə zamandır.

Meşə qızıl, göylər gümüş,

Sanki çay da büllurdandır.



Yelmi əsir səhər-səhər,

Ya çöllərin gül ətridir?

Dağdan axan şəlalələr

Qucağında zər gətirir.



Düzlər axar-baxarlıdır,

Ağ cığırlar çıxır yola.

Gör təbiət nə varlıdır,

Qızıl səpir sağa-sola.


 


Uçur quşlar qatar-qatar,

Hərə gedir öz yerinə.

Maşın keçir, zər yarpaqlar

Göyə qalxır toz yerinə.



Axşamın sakit çağında,

Alov tutub çölü, düzü.

Palıdların qucağında

Gecələyir günəş özü.


 


Bax ulduzlar nur çiləyir,


Bu yer hara, qüssə hara!

Qızıl payız nəğmə deyir

Qızıl qılbli insanlara!


Etiketler: , , , ,

9.9.22

Bəxtiyar Vahabzadə Şeirləri

 
Bəxtiyar Vahabzadə Şeirləri,bextiyar vahabzade seirleri vahabzadənin

Mənim anam şeiri-  Bəxtiyar Vahabzadə.

Savadsızdır, adını da yaza bilmir 

Mənim anam...

Ancaq mənə say öyrədib,

Ay öyrədib, il öyrədib;

Ən vacibi, dil öyrədib 

Mənim anam...

Bu dil ilə tanımışam 

Həm sevinci, kəm də qəmi...

Bu dil ilə yaratmışam 

Hər şeirimi, hər nəğməmi

Yox, mən heçəm, mən yalanam, 

Kitab-kitab sözlərimin 

Müəllifi - mənim anam!..


Yaşamaq eşqi070

Hər gün artır saçımda

Təzə qırov, təzə dən.

Yaşamaq istəyirəm

Gəncliyimi təzədən.

Həyat necə gözəldir,

Həyat necə şirindir,

Ömür, mənim deyil ki,

Ömür, diləklərindir...


Ey qanadlı fikirlər,

Ey qanadlı xəyallar,

Hələ mənim sabaha

Neçə - neçə sözüm var.

Ürəyimdən keçəni

Duya bilər kim mənim?

Yaşadıqca çoxalır

Yaşamaq eşqim mənim!


Kitab

Kitab böyük müəllimdir,

Sinəsində min aləm var.

O səni bir insan kimi

Gah güldürər, gah ağladar.


Dili yoxdur, o danışır,

Hər bir şeydən xəbər verir.

Ata kimi sənə bəzən

Kitab doğru yol göstərir.


Bu dünyanın hər sirrini

Bizə deyir bu kitablar.

Ömrümüzün yollarına

Nur çiləyir bu kitablar.


Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.

Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,

Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,

Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.


 Azərbaycan


Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,

Mahnımızda yaşar bizim babaların addım səsi.

Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,

Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.


Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.

Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.

Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,

Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.


Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,

Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.

Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,

Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.


Ağıl başqa, ürək başqa

Ağıl başqa, ürək başqa

Bir-birinə bənzəsə də, 

Yel başqadır, külək başqa. 

Ətri də xoş, rəngi də xoş 

Gül başqadır, çiçək başqa. 

Hər diki yoxuş bilmə, gəl, 

Hər meyi meyxoş bilmə, gəl. 

Hər uçanı quş bilmə, gəl 

Quş başqadır, böcək başqa. 


Hər dərdinə ortaq mənəm, 

Hər ağrını tən bölənəm, 

Sən çəkənsən, mən gələnəm 

Gəmi başqa, yedək başqa. 



Haqqın yolu-öz yolumdur, 

Əyilməyən düz yolumdur, 

Xeyirlə şər sağ - solumdur 

Şeytan başqa, mələk başqa. 



Bir diləyə mən calandım, 

Gah qazandım, gah talandım, 

Ömrüm boyu haçalandım 

Ağıl başqa, ürək başqa. 

 

Dilək oldu mənim adım, 

Pərvazlandı qol-qanadım, 

Ҫatmadı səbrim, inadım 

Əməl başqa, dilək başqa.


Səndən doymaq olarmı, həyat sən nə şirinsən!

Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!..

Özünü bu dünyada heç kəs qonaq sanmamış,

Ancaq ömrün özü də bərabər paylanmamış.

Ömür paylanan zaman görün kimə nə düşdü

Üç yüz il boz qarğaya, on il şahinə düşdü.

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?

Gedənlər bu dünyada qəlbini qoydu getdi.

Dünən qoca bir qarı dilində ahu-zarı.

«Bu dünyanın əlindən gəlmişəm zara»- dedi.

"Ölmürəm ki, bir dəfə canım qurtara"- dedi.

Ürəkdənmi söylədi o, bu sözü görəsən?

Xeyr, inanmıram mən!

O yana- yana dedi:

Dili söyləsə də, ürəyində o dərhal

«Lənət şeytana!»- dedi.

 

 

Həyat, sevincin qədər əzabın da şirindir,

Səni mənalandıran o keşməkeşlərindir.

Iki yüz il yaşadı ləzzət içində Loğman,

Yenə möhlət istədi ölürkən Allahından.

Yatırdı göy çəməndə, çatdı ona Əzrail.

Söylədi- İki yüz il ömür sənə bəs deyil?!

 

Mən canını almağa gəlmişəm, nə sözün var?

Loğman dedi:- Sözüm yox, aldığını gəl apar.

Ancaq mənə macal ver bircə anlıq əcəldən,

Gəl canımı burda yox, o çəmənlikdə al sən.

Əzrail razılaşdı…

Ayağa qalxdı Loğman

Yeridi,

Daş asıldı ancaq ayaqlarından,

 

Asta- asta yeriyib çatdı dediyi yerə.

Loğman baxdı göylərə, Loğman baxdı yerlərə

Bu son baxışı ilə üstündə iki yüz il

Yaşadığı cahanla vidalaşdı elə bil…

Özü vidaşladısa, gözü qaldı cahanla

O, düşündü bu anda:

«Nə görmüşəm dünyada bu dünyaya gələndən?

Ah… elə bilirəm ki,dünən doğulmuşam mən.


Ömrümü verdim bada,

Nə görmüşəm dünyada.»

 

Loğmanın gözü bu an bir gülə dəydi durdu.

Ürəyini quş kimi gülə doğru uçurdu.

«Ah… onu kim üzəcək, bircə biləydim,- dedi.

O gülü də iyləyib sonra öləydim»,- dedi.

Ancaq, ancaq nə fayda...Yetişmiş artıq əcəl,

Loğman dedi:- Hazıram, al canımı indi sən,

Əzrail dedi:- Ancaq agah eylə məni sən,

Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən?

Neçin məni qoymadın orda alım canını?

Loğman dedi:- Həyatın şirin olur hər anı

Ordan bura gəlincə bir az ömür qazandım,

Onu da bu dünyadan özümə fayda sandım.

 

Qoca öldü…

Dedilər:- Yaranan bir gün ölər.

Nəvələri çəməndən həmən gülü üzdülər,

Loğmanın qəbri üstə qoydular,

Titrədi gül,

Gülün ətri ilə doldu bütün çayır, bütün çöl.

O, ətriylə saxladı yolçuları yolundan,

Torpağın altındasa bunu duymmadı Loğman.

 

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?

Gedənlər öz qəlbini dünyada qoydu getdi.

Səndən doymaq olarmı, çoxun,azın da şirin.

Həyat qışın da şirin, həyat yazın da şirin!

Cürbəcür yazılar var ömrün varaqlarında…

Həyatımın qayğısız, fərəhli anlarında qədrini bilməmişəm.

Hələ nə var ki… "ömrüm qabaqdadır"- demişəm.

Otuzdan adlayınca, gündə otuz min kərə

Başımı yellədirəm hədər keçən illərə.

Səndən doymaq olarmı, həyat, sən, nə şirinsən!

Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!


Etiketler: , ,

7.9.22

Duyğusal Sözlər, Duyğusal Statuslar

statuslar,duygusal statuslar,Duyğusal Sözlər,duygusal sozler,Duyğusal Statuslar,


Ən böyük xəyalı böyümək olan özüm üçün darıxmışam..

Cibimdə yoxuydu! Ürəyimdən verdim.


Artıq ağlıma belə gəlmirsən. O qədər qəlbimdəsən ki.


Dənizə ilk dəfə girən uşaq saflığı ilə sevirəm səni. Boğulacağammış kimi.


Kimin üçünsə darıxmaq kədərli hisslərdən ən gözəlidir.


Zaman qısa, yol uzun, mənsə yorğun..

Sonra Sən çıxdın qarşıma və anladım ki, Tanrı edilən yaxşılıqların qarşılığını yalnız Cənnətə saxlamır..

Ürək yorulduqda, tər gözdən axar.


Qəlb qırmaq günahdır, biz də günaha batmamaq üçün qırılmağı seçdik..

Bəzən elə biri gələr ki, bütün gedənlərə təşəkkür edərsən.

uyğusal Sözlər,duygusal sozler hissler darıxmaq



Bir insan ancaq dəyərini bilənin yanında xoşbəxtdir.


Həyatda pul ilə ala bilməyəcəyin ən dəyərli şey, sənin dərdinin öz dərdi kimi görən dostdur.


İçdən qırılmaq incə bir hissdir. Onu ancaq ürəyi olanlar duyar..


Bəzi insanlar dua kimidir: görünməz , amma toxunar sənə, duyulmaz, amma buraxmaz səni.


Ürəyə kədər və həsrət düşərsə, dilə də səbr və dua düşər.


İllər sonra öyrəndim ki, qışqırıb-bağırmağa ehtiyac yoxdur. Səni duymaq istəyənə, pıçıltın belə yetər.


Bəzən elə gülüşlər vardır ki, ən böyük ağrıları gizləmək üçündür.

Elə gözlər vardır ki, sözlərdən də yaxşı danışar. Və elə sözlər də vardır ki, gözləri hər gün ağladar.

,duygusal statuslar,Duyğusal Sözlər,duygusal sozler,Duyğusal Statuslar təsirli sözlər
,Duyğusal Statuslar 


Şəfqətli ol. Qarşılaşdığın hər kəs, çətin bir imtahan verir.

Heç kəs mənimlə oynamır deyə ağlayan uşaq, sən hələ bir böyü, gör səninlə nə oyunlar oynayacaqlar.


Dürüst insana edilən ən böyük haqsızlıq onu yalanla günahlandırmaqdır.


Bəzən insanı ən çox yoran boş insanlara olan boş gözləntilərdir.

duygusal statuslar,Duyğusal Sözlər,duygusal sozler,Duyğusal Statuslar,


Qırdığın qəlbin sahibinə yaxşı bax..Yolun bir gün mütləq ordan keçəcəkdir !


Kobud sözlər yanan oda bənzər. Ağızdan çıxdıqdan sonra öncə səni yandırar!


Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.


Peşman deyiləm, inciyəm bir az, amma kədərlənmirəm. Çünki gedəndə yeni bir şey öyrəndim: Artıq hər sevirəm deyənə inanmıram.


Yanında olduğum zaman dəyərimi bilməzsən; dəyərimi bildiyin gün məni yanında tapmayacaqsan..


Bir dua göndər mənə ürəyindən gizlicə. Hal olar, fərman olar, dərdimə dərman olar..


Səmimiyyət elə bir dildir ki, kor da görər, kar da eşidər. 

Yolumuz, Arzumuz, Ürəyimiz birdir BİZİM.

duygusal statuslar,Duyğusal Sözlər,duygusal sozler,Duyğusal Statuslar,
,Duyğusal Sözlər


"Hamını" ona bənzədirsənsə, aşiqsən deməkdir. Əgər onu "hamıya" bənzədirsənsə, artıq təksən deməkdir.


İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək!


Mənimlə ömür keçərmi? dedim. Sənlə keçirməyə ömür yetərmi?" dedi. Bu mənə bir ömür bəs etdi.


Məndən nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur. Çünki mən, mənə dəyər verənləri sevməklə məşğulam.


İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü.

Etiketler: , , , ,

4.9.22

Mənalı Whatsapp Statusları

Mənalı Whatsapp Statusları,whatsapp statusları,Sevgiyə aid whatsapp statusları,


Mənalı whatsapp statusları

Sən Allah'a güvən heç gözləmədiyin anda çiçək açar bütün ümidlər.
  • Yaxşı insan ol, amma bunu sübut etmək üçün vaxt itirmə.
Həyata aid whatsapp statusları Mənalı Whatsapp yaxşı insan,
Mənalı Whatsapp Statusları 


  • Siz ümidinizə güc verin...Ümidiniz də sizə güc verəcəkdir.
  • Paxıllıq edən insanlara nifrət etmək lazım deyil, çünki onlar boyunlarına alırlar ki, sən daha yaxşısan.
  • Mən həmişə var idim, siz işiniz düşəndə axtardınız..!
  • Yaxşını axtar, doğrunu axtar, gözəli axtar. Amma; qüsur axtarma…!!!
  • Yaxşılıq toxumu səp, bir gün sevgi olaraq geri qayıdar.
  • Güvən ruh kimidir, tərk etdiyi bədənə əsla qeri dönməz.
  • İçindəki uşağı qoru. Gözəlliklər onda gizlidir..

  • whatsapp statusları,maraqlı whatsapp statuslari,vatcap statuslari,menali statuslar menali sozler,
    Menali whatsapp statuslari


  •  Söz verməyin, güvən verin ki, söz vermənizə ehtiyac qalmasın.
  • İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər.
  • Səbəbsiz gedənlərə üzülmə, çünki çürük olan meyvə ağacdan tez düşər…
  • Ya bütün şairler ‘seni’ sevmiş, ya da ben her mısrada ‘seni’ buluyorum.
  • Ağlın və qəlbin sözü bir olduqda, bütün yollar zəfərə çatar.
  • Özünüzə inamınızı qırmaq istəyən insanlardan uzaq olun. Bu, yalnız kiçik adama xas xüsusiyyətdir. Böyük insan isə, əksinə, təqdurpqs etmək istəyəcək ki, siz də böyük işlər görə bilərsiniz.


Sevgiyə aid whatsapp statusları

  • Gözləri ile gülən bir adam var, bir da o gülüşlər ilə yaşayan qadın.
  • Sən …Ömrümə yazılmış bir dua olarsan..Mən həmişə "Amin" deyərəm.
  • Qəlbin gözəl olsun ki, qəlbi gözəl haqqın olsun..
Mənalı Whatsapp Statusları,Sevgiyə aid whatsapp statusları,whatsapp statusları,


  • Bəzən sevgini izah etməkdə bütün sözlər belə acizdir.
  • Məsafələr heç nədir, əgər sevgi gerçəkdirsə.
  • Əgər güvən varsa bir qəlbdə. O qəlbdə sevgi də tapılar, dürüstlük də! 
  • Əgər birini həqiqətən sevmək istəyirsənsə, onun qüsurlarını sevməklə başla.)
  • Çirkin qadın varmı yoxmu bilmirəm,amma adam olana sevdiyindən gözəl qadın yoxdur. Qısacası,qadının vətəni olacaqsan ki,səndən uzaq olduğu hər yer ona qürbət olsun.
  • Deyirlər ki, eşq birinə səni məhv etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə güvənməkdir.
  • Yaşamaq dirənməkdir, Sevmək isə güvənməkdir. Allah hər kəsin qarşısına güvənə biləcək İnsanlar çıxarsın.


Həyata aid whatsapp statusları

  • Həyat ötən günlər deyil, yadda qalan günlərdir.
  • Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur.
  • Dünyanı seyr edərkən öyrəndiyim bir şey varsa, o da insanların göründüyü kimi olmadıqlarıdır…
  • Həyat, velosiped sürməyə bənzər. Tarazlığı saxlamaq üçün, hərəkət etməlisən.
  • Həyat elə bir yoldur ki, bu yolda ayaqlardan çox ürək yorular.
  • Yüz il qoyun kimi yaşamaqdansa, bir gün aslan kimi yaşamaq yaxşıdır.
  • Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır.
  • Vicdanınız təmizdirsə, azadsınız deməkdir. 
    atcap statuslari,whatsapp statusları,maraqlı whatsapp statusları 2023 statuslar menali
    maraqlı whatsapp statusları 2023 statuslar menali



  • Gözəlliyi tapmaq üçün bütün dünyanı gəzsək də, onu öz içimizdə daşımırıqsa, əsla tapa bilmərik.
  • Öz planlarımızı qururduq, amma həyatın da planları olduğunu unutmuşduq.
  • Həyat əsla iki insanı təsadüfən qarşılaşdırmaz. Kimisi hədiyyəmizdir, kimisi dərdimiz, kimisi də səhvimiz..
  • Özümüz üçün etdiklərimiz bizimlə birlikdə ölər. Başqaları və dünya üçün etdiklərimizsə sonsuza qədər yaşayar. 



Dostluğa aid whatsapp statusları

  • Kefin yoxkən belə, səni güldürən insanlar varsa, itirmə onları.
  • Mənim ən yaxşı dostum məndəki ən yaxşı cəhətləri görəndir.
  • Bir dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq.
  • Dost dar gündə bilinər, süfrə başında düşmən də dost görünər. 
  • Dəyərini bilin..özləri pis olanda yox…Siz pis olanda gələn insanlari…
  • Sən qalxan zaman, dostların bilir, sən kimsən. Sən yıxılan zaman, sən bilirsən, kimdir dostların.
  • Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ; Gülüşünüzün ardındakı kədəri. Qəzəbinizin ardındakı sevgini. Səssizliyinizin ardındakı səbəbi.
  • Əsl dostlar, mənfəətlərinə bitənə qədər deyil, ömürləri çatana qədər sizi sevənlərdir.
  • Bir insana tamamilə güvəndikdə iki nəticədən birini əldə edər insan : Ya bir ömür davam edəcək bir dostluq, ya da ömür boyu unutmayacağı bir dərs.
  • Saxta dostlar bizim kölgəmizə bənzəyir. Biz gün işığında olanda bizə daha yaxın olur, ancaq biz biz az qaranlıq yerdə olan kimi bizi tərk edir.
  • Həyat yaşamağı, xoşbəxtlik gülümsəməyi, sevgi yaşatmağı, vəfa xatırlamağı, dostluq isə paylaşmağı bilənlər üçündür.


Dini Whatsapp Statusları

  • Həyatda ola biləcəyiniz ən gözəl yer, bir duanın içidir.
  • Ən böyük xəzinə, Allah sevgisiylə dolu olan qəlbdir.
  • Dua möminin silahıdır, qarğış isə qorxaq və gücsüzün.
  • Bəzən sənin heç nə etməyinə ehtiyac qalmaz. ALLAH sənin qisasını səssizcə alar.
  • Mən haqqımı sənə əmanət etdim Allah'ım…Sən haqq edənə halal et…
  • Bir insan Allah'dan başqa kimsəyə möhtac olmadığına inanarsa, Allah da onu başqasına möhtac etməz…


Etiketler: , , , , , ,

1.9.22

Uşaq Şeirləri | Uşaqlar üçün şeirlər

usaqlar ucun seirler,Uşaqlar üçün Şeirlər,şeirlər,Uşaq Şeirləri,


Abdulla Şaiq. “Təmizlik”


Səhər durunca,

Əlimdə firça,

Sildim dişimi,

Bildim işimi.

İnanmırsan bax,

Dişim ağappaq.

Üstüm tərtəmiz,

Bax, beləyik biz.


Solmaz Şirin. "Məstan pişiyim"

 

Özüm kimi körpədir

Mənim Məstan pişiyim.

Yedirdirəm doyunca

Həm çəkirəm keşiyin.


Beli ala-buladır,

Sinəsi ağ qar kimi.

Gəzir həyət-bacanı

Mənimlə səyyar kimi.


Hər nə desəm, anlayır,

Gəl deyəndə tez gəlir.

Harda yumşaq yer görsə,

Xumarlanır, dincəlir.


Çox sevir o özünü –

Təmizləyir, yalayır.

Ətrafımda fırlanıb

Quyruğunu bulayır.


E.Mehdiyev. “Meyvələr”


Bizim qəşəng uşaqlar

Gərək yesin heyva, nar,

Püstə, badam, şaftalı,

Armud, ərik, albalı,

Əncir, limon, portağal,

Əzgil, böyürtkən, zoğal,

Alça, gilas, gilənar.

Bu dadlı meyvələrin

Uşaqlara xeyri var.


Abdulla Şaiq. "Arı"


Arıyam, zəhmətkeşəm,

Bal, mum çəkməkdir peşəm.

Səhər güllər açınca,

Gözəl qoxu saçınca

Uçaram göy yamaca,

Çiçək açmış ağaca,

Ya çəmənə, meşəyə,

Qonaram hər çiçəyə;

Şirəsini çəkərəm,

Pətəyimə tökərəm

Çalışaram doqquz ay,

Hamı məndən alır pay.

Balımdan qoy yesinlər,

Mənə: “Sağ ol!” desinlər.


Zeynal Cabbarzadə. “Laylay”


Yat gözümün qarası,

Ciyərimin parası.

Laylay, ürəyim laylay,

Arxam, dirəyim laylay!

Göydə bulud sovuşsun,

Kirpiklərin qovuşsun,

Laylay, quzum, a laylay,

İki gözüm, a laylay!

Sən nə şirin balasan,

Görüm yüz il qalasan.

Laylay, baharım, laylay.

Laylay, nübarım, laylay!..


Aləmzər Əlizadə. Boyum uzanıb


Bir səhər gəzə-gəzə,

Çıxdıq çiçəkli düzə.

Sarı boyçiçəyini

Nənəm göstərdi bizə.

Söylədi: ─Bu çiçəyin,

Yaman gözəl ətri var.

Hər kim dərib qoxlasa,

Onun boyu uzanar.

Mən də dəstə bağladım,

Evimizdə saxladım.

Boyum uzansın deyə,

Axşam-səhər qoxladım.

Biləsiz, belə yaxşı,

Ətirli çiçək olmaz.

Axı, deyəsən mənim.

Boyum uzanıb bir az...


Eşqin Məmmədov. Dostlar, ağac əkək


Gəlin bir ağac əkək !

Ey , əziz uşaqlar.

Onlar da bizim kimi ,

Uşaq qalmayacaqlar.


Quşları böyüdəcək ,

Anatək sinəsində.

Biz də gəlib yatarıq

Yayda buz kölgəsində.


Ağaclar çox yaşayır,

Babalar belə deyər.

Bizdən sonra ağacdan,

Nəsillər bəhrələnər.



Mirvarid Dilbazi. "Böyüklərə hörmət et"


Sən can yandır anana,

Sənə candan yanana.

Sev atanı könüldən,

Qulluq elə ona sən.


Hörmət etmək nənənə

Qoy bir borc olsun sənə.

Eşit baba sözünü,

Sevdir ona özünü.


Bir yıxılan görəndə,

Tut əlindən, balacan.

Yaxşı işlər görməyə

Tələsməlidir insan


Mina Rəşid. Mənim doğma vətənim

Azərbaycan adlanır

Mənim doğma vətənim.

Azərbaycan dilidir

Mehriban ana dilim.

 


Vətənimin paytaxtı

Yaraşıqlı Bakıdır.

Möhtəşəm Qız qalası

Bakının baş tacıdır.


 

Bayrağım üçrənglidir

Qırmızı, yaşıl, mavi.

Mənim nağıllarımda

"Cırtdan" aldadır "Div"i.

 


Dinim İslam dinidir

Vətənim Odlar yurdu.

Torpağımı qoruyur

Böyük, güclü bir ordu.




Abbas Səhhət. Ağacların söhbəti


Alma, palıd, şam ağacı һal ilә,


Eylәdilәr bәһs bu minval ilә:


Başladı tərifə palıd qamәtin,


Öydü özün, zorbalığın, һalәtin.


-Yetmәz olur-söylәdi-dağlar mәnә,


Layiq olur fәxr edә bağlar mәnә.


Az qala başım yetişә köylәrә,


Şax budağım kölgә salır һәr yerә.


Әssә külәk, qopsa da tufan yenә,


Әymәyә әsla gücü çatmaz mәnә.


Canlıcadır, zorbacadır baldırım,


Sındıra bilmәz mәni һeç ildırım!


Alma ağacı ona verdi cavab:


- Eylәmә tərif özünü, ey cәnab!


Zorbadır һәrçәnd ki, qәddin sәnin,


Yox mәnә tay olmağa һәddin sәnin!


Sәndә bitir bir neçә vecsiz qoza,


Ancaq o da qismәt olur donquza.


Mәndә vәli, yaxşı, gözәl alma var,


Rәngini һәr kim görә һeyran qalar.


Dadlı, lәtafәtli, mәlaһәtlidir,


Saplağı incә, özü lәzzәtlidir...


Şam ağacı bildi bu keyfiyyәti,


Söyәdi:-Bәsdir, buraxın söһbәti,


Boş danışıqdan nә çıxar, ay balam.


Qış günü siz çıplaq olursuz tamam,


Leyk mәnim qışda dәxi yaz kimi,


Yaşıl olur paltarım atlas kimi.

Lazımam ev tikdirәn insanlara,


Hәm dirәyәm, һәm qapı eyvanlara.


Qış sobada xalq mәni yandirar,


Mәnfәәtim xalqa mәnim çox dәyәr...

Etiketler: , , ,