-->

Sponsor

Sevginin olduğu hər yerdə həyat vardır.

Hər qaranlıqda çırpınır bir nur,Hər həqiqətdə bir Xəyal uyuyur.

Hər kəsdən daha yaxşı olmadığınızı anlayacaq qədər təvazökar, hamıdan fərqli olduğunuzu qavrayacaq qədər müdrik olun.

Dünənin xəyalları bugünün gerçəyidir.Bugünün xəyalları isə sabahın həqiqətdir.

Əgər insan inamla xəyallarının arxasınca getsə, heç gözləmədiyi bir uğura nail olar.

Sanma ki dərd tək səndə var Səndəki dərdi nemət sayan var

Bir insanı tanımaq üçün, başqalarının onun haqqında dediklərinə yox, onun başqaları haqqında dediklərinə bax.

Mәһәbbәtsiz ürәk bir parça әtdir.

Düşüncələriniz necədirsə, həyatınız da elədir. Həyatınızın gedişatını dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi dəyişdirin.

Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ; Gülüşünüzün ardındakı kədəri. Qəzəbinizin ardındakı sevgini. Səssizliyinizin ardındakı səbəbi ...

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.

Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmir və məhv olurlar.

Müdriklik kitab oxumaqla deyil, insanı oxumaqla əldə edilir.

Zəif nöqtələrinizdən güclü cəhətləriniz doğacaqdır.

Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin.

İnsan, ancaq onu düşünən heç kim qalmadığı zaman həqiqətən ölər.

Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər bir həyat yaşayın.

21-ci əsrin cahilləri oxuma yazma bilməyənlər deyil, öyrənməyən, öyrəndiyi səhvlərdən imtina etməyən və yenidən öyrənməyənlər olacaq.

Dərd-sər duman kimidir. Gün çıxdımı, dağılıb gedəcək.

Eşq insanlıqdır, o səndə yoxdursa, Yeməkdə və yatmaqda heyvanla şəriksən.

İnsanlar sevilmək, əşyalar istifadə üçün yaradılıb. Dünyadakı xaosun səbəbi əşyaların sevilməsi, insanların istifadə olunmasıdır...

Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, bilgisizlikdən gəlirsə cəhalətdir.