29.7.21

Yazılı Şəkillər, Şəkilli Sözlər 2025





teze-sekiller-2021-sekilli-sozler-menali-sekiller-yazili-sekiller-yukle-proilcun

 

sekilli sozler,mənalı şəkillər,mənalı yazılı şəkillər,menali sekiller,yazili sekiller,profil ucun sekiller,



teze-sekiller-2021-sekilli-sozler-menali-sekiller-yazili-sekiller-yukle-proilcun

teze-sekiller-2021-sekilli-sozler-menali-sekiller-yazili-sekiller-yukle-proilcun
teze-sekiller-2021-sekilli-sozler-menali-sekiller-yazili-sekiller-yukle-proilcun
Yazılı Şəkillər, Şəkilli Sözlər 2025
teze-sekiller-2021-sekilli-sozler-menali-sekiller-yazili-sekiller-yukle-proilcun

sekilli sozler,mənalı şəkillər,mənalı yazılı şəkillər,menali sekiller,yazili sekiller,



menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

şəkilli sözlər,sekilli sozler,mənalı şəkillər,mənalı yazılı şəkillər,menali sekiller,yazili sekiller,profil ucun sekiller
Şəkilli Sözlər 2025




menali-sekiller-2021-en-yeni-profil-ucun-sekiller-yeni-profil-sekilleri-

Yazılı Şəkillər, Şəkilli Sözlər 2025

menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

menali-sekiller-2021-en-yeni-profil-ucun-sekiller-yeni-profil-sekilleri-

teze-sekiller-2021-sekilli-sozler-menali-sekiller-yazili-sekiller-yukle-proilcun


menali-sekiller-2021-en-yeni-profil-ucun-sekiller-yeni-profil-sekilleri-

menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

menali-sekiller-2021-en-yeni-profil-ucun-sekiller-yeni-profil-sekilleri-

menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

menali-sekiller-2021-en-yeni-profil-ucun-sekiller-yeni-profil-sekilleri-

menali-sekiller-2021-en-yeni-profil-ucun-sekiller-yeni-profil-sekilleri-

menali-sekiller-2021-en-yeni-profil-ucun-sekiller-yeni-profil-sekilleri-

menali-sekiller-2021-en-yeni-profil-ucun-sekiller-yeni-profil-sekilleri-


menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

sekilli sozler,mənalı şəkillər,mənalı yazılı şəkillər,menali sekiller,yazili sekiller,profil ucun sekiller,mənalı profil şəkilləri

menali-sekiller-2021-en-yeni-profil-ucun-sekiller-yeni-profil-sekilleri-

yazılı şəkillər 2023 statuslar şəkilli sözlər,sekilli sozler,mənalı şəkillər,mənalı yazılı şəkillər,menali sekiller,yazili sekiller,profil ucun sekiller



menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

menali-sekiller-2021-sozler-sekillerde-yazili-sekiller-sekilli-sozler

Axtarış sözləri: Yazılı Şəkillər, Şəkilli Sözlər 2025 yazılı şəkillər 2024 statuslar şəkilli sözlər,sekilli sozler,mənalı şəkillər,mənalı yazılı şəkillər,menali sekiller,yazili sekiller,profil ucun sekiller

Etiketler: , , , , , , , ,

20.7.21

Gözəl Sözlər, Gözəl Statuslar

 Yaşamaq üçün bir səbəbi olan hər kəs, hər sıxıntının öhtəsindən gələ bilər.

gozel-sozler-gozel-statuslar-2021-status-sozleri-hikmetli-kelamlar-menali-aforizmler-3


Gözəl Sözlər və Statuslar 

Hər həyat səhifəsi, ömrün ilk yazıdı. 

Buğunün hər əməli, sabah üçün yazıdı. - Dədə Turxan


Həyat, cavanların gözündə sonsuz gələcək, yaşlıların gözündə qısa keçmişdir. - Şopenhauer 


Şirin üzlər qocalar, gözəl bədənlər dəyişər amma gözəl ürəklər həmişə gözəl qalar.


Ən gözəl intiqam uğurdur. Səni sevməyən hər kəsi üzər. - Jak Lakan


Sev səni sevəni, yerlə yeksan olsa da,

Sevmə səni sevməyəni, Misirdə sultan olsa da. 


Əxlaqı gözəl olan insan, hər yerdə gözəldir.


Sənin olmadığın yerdə səni müdafiə edənlər, əsl dostlarındır.


Qəlbi gözəl olan insan, getdiyi hər yeri gözəlləşdirər..

Və insan yaşadığı yerə görə deyil, daşıdığı ürəyə görə yaşayar.


Ürəyində hiss edirsənsə, məsafə yoxdur..- Riçard Bax

gozel-sozler-gozel-statuslar-2021-status-sozleri-hikmetli-kelamlar-menali-aforizmler-3


Ən böyük xəzinə, Allah sevgisiylə dolu olan qəlbdir.


Namus gözəlliyin sədəqəsidir.


Yağış yağsa çətirimi paylaşaram. Çətirim olmasa yağışı..


İnsan, onun anlayanın yanında çiçək açar..

gozel-sozler-gozel-statuslar-2021-status-sozleri-menali.jpg


Bir yedə tikan oldu mu, gül də olar.

Bir yerdə dərd oldu mu, dərman da olar. - Fəridəddin Əttar 


Fərz et ki, bir külək idim,

Əsib keçdim həyatından... - Orxan Vəli


Ey könül, bil ki, hər şey gəlib keçicidir.

Bax, az öncə aldığın nəfəs belə gəldi keçdi.


Hər qaranlıq gecənin, necə ki parlaq bir səhəri var, hər dərdin də əlbət bir dərman imiş.


Yaxşını ara, gözəli ara, doğrunu ara ancaq qüsür arama.

gozel-sozler-gozel-statuslar-status-sozleri-hikmetli-kelamlar-menali-sozler



Keçmişi düşündüyünüz hər an, gələcəyinizdən oğurlayırasınız. - Robin Şarma


Bir mərd ilə ağı yesən şirindir,

Yüz namərdlə şəkər yesən dad olmaz. - Aşıq Ələsgər


Həyatda ola biləcəyiniz ən gözəl yer, bir duanın içidir.


Ya qırdığın qəlbi Allah sevirsə?


Əhv edərək qisas alın, o daha çox utandırır.

gozel-sozler-gozel-statuslar-hikmetli-kelamlar-menali-sozler.jpg


Sənə dəyər verən bir insanın qəlbini qırmazdan öncə yaxşı düşün:

bəlkə də o qəlbin içində bir SƏN gizlidir.


Güclü insan - özündən zəif olana kömək edəndir. Özündən zəifi əzən deyil.


Vəfalı insan, bir çox zərəri də görsə, ona edilən bir yaxşılığı belə unutmaz. 

Nankor insan: bir tək zərər belə görsə,edilən bütün yaxşılıqları unudar.


Əsl hünər buludda idi.. hər kəs yağışa şeir yazdı. - Cahid Zərifoğlu


Hər kədəri səadət, hər sevinci qəm izlər,
Əsl könül həm qəmi, həm sevinci əzizlər. - Bəxtiyar Vahabzadə

gozel-sozler-gozel-statuslar-hikmetli-kelamlar-2021-menali-sozler


Mənfəətləri üçün əyilənlər, dik duran insanları sevməzlər.


İnsanlarla üz-üzə danışaraq hər problemi həll edə bilərsən. Ancaq bəzi insanlar çıxır qarşına,hansı üzünə danışacağını bilmirsən.  - Pablo Neruda 


Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır. - Dədə Turxan 


Eyni səmada uçarlar amma qarğanın dünyası başqa, qartalın dünyası başqadır.


Dünya qiymətli bir kitaba bənzəyir. Yazıb-oxumağı bilməyən ondan xəbərsiz qalır. - Atalar sözü


Nadanlığın zirvəsi insanın öz nadanlığı ilə fəxr etməsidir.


Kim ki, alimliyi və ya  zəkası ilə öyünür, bil ki onun nə alimliyi var, nə də zəkası. - Ernest Heminquey 


Hünər ağıldan, ürəkdən gəlirsə cəsarətdir.

Savadsızlıqdan gəlirsə bu cəhalətdir. -Mövlana


Ən mükəmməl ədalət, insanın öz vicdanıdır.


Heç qorxma acizə zülm edənlərdən, 

Yoxsa qul olarsan onlara hökmən.- Nizami Gəncəvi


Yerə düşmədən tutun sevdiklərinizi. Torpaq aldığını geri vermir.


Zamanı, yaşamı,sevgini xoş niyyəti və hörməti israf etmə!

Etiketler: , , , , , , ,

19.7.21

9 Şair 9 Şeir - Azərbaycanlı Şairlərdən Mənalı Şeirlər

 

menali-seirler-azərbaycan-seirleri-sairler-sairlerimiz-seirleri-seir

1) Ürək – Bəxtiyar Vahabzadə

2) Məhəbbət – Mikayıl Müşviq

3) Dünya – Səməd Vurğun

4) Yağış yuyur, gün qurudur -Ramiz Rövşən 

5) Əliağa Vahid

6) Əyilmə - Xəlil Rza Ulutürk

7). Asandı - Fikrət Qoca

8) Qadın – Hüseyn Cavid

9) YeddiGözəl - Nizami Gəncəvi 


1) Ürək – Bəxtiyar Vahabzadə

 

 Ürək odur daim yana,

 Od püskürə alovlana.

 Od vermirsə qəlbə, cana

 Demək o heç ürək deyil.

 O heç mənə gərək deyil.

 

  Əgər ki, sevinib gülmür,

  Döyüntüsün heç kim bilmir,

  Çırpıntısı eşidilmir

  Demək o, heç ürək deyil.

  O heç mənə gərək deyil.

 

  Vətəniyçün lazım gəlsə

  Polad kimi gərilməsə,

  Torpağına sərilməsə

  Demək o heç ürək deyil.

  O heç mənə gərək deyil.

 

  Neyləyirəm o ürəyi-

  Yox arzusu bir diləyi!?

  Bacarmırsa o sevməyi

  Demək o heç ürək deyil.

  O heç mənə gərək deyil!

 

 

2) Məhəbbət – Mikayıl Müşviq

 

Mən ki, bilməz idim nədir məhəbbət.

Bu sirri sən mənə anlatmadınmı?

Dünyaya sığmayan şair könlümü

Köksümdən çıxarıb oynatmadınmı?

 

Mən ki, nəğmə deyib bənövşələrdən

Peşəm zövq almaqdı bir şux dilbərdən.

Məndən uzaq gəzib,dolanıb hərdən,

Qəlbimi sıxmağa can atmadınmı?

 

Min hicran könlümü alanda ələ,

Zərrəcə halıma yanmadın belə.

Müşfiqin qəlbini tez alıb ələ,

Onu röyalardan oyatmadınmı?

 

3) Dünya – Səməd Vurğun

 

Buludlar dağılır uzaqda lay-lay,

Yenə öz yerində yuvarlanır ay,

Fəqət nə Cəlal var, nə də ki, Humay,

Nə ömrə acıyır, nə yaşa, dünya.

 

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir,

Xəyalım gecəni salama gəlir,

Çapdırır atını birbaşa dünya.

 

Ellərə baxıram bağçalı, bağlı,

Göylərə baxıram qapısı bağlı,

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya.

 

Bir də görürsən ki,açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir, çünki kainat,

Cahan daimidir, ömur amanat.

Əldən-ələ keçir vəfasız həyat.

Biz gəldi-gedərik, sən yaşa dünya!

 

 

4) Yağış yuyur, gün qurudur - Ramiz Rövşən

 

Bu yerləri, bu göyləri

Yağış yuyur, gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur, gün qurudur.

 

Gözümüzün yaşını da,

Bağrımızın başını da,

Qəbrimizin daşını da

Yağış yuyur, gün qurudur.

 

Gələn nədir, gedən nədir?

Bələk nədir, kəfən nədir?

Bu dünya öz kefindədir,

Yağış yuyur, gün qurudur.

 

... Ulduzların tozunu da,

Lap günəşin özünü də,

Lap yağışın özünü də

Yağış yuyur, gün qurudur..

 

 

5) Əliağa Vahid

 

Vardır indi, gözəlim, başqa məlahət Bakıda,

Gəl edək sövq ilə hər yanı səyahət Bakıda.

 

Gələcək nəslə bu tarixi şərafətdir ki,

Görürük özgə səfa, özgə lətafət Bakıda.

 

Bu gözəl ölkə işıqlandırır hər bir tərəfi,

Gülür insan üzünə nuri–səadət Bakıda.

 

Çıx tamaşaya, xüsusən Xəzərin sahilinə,

Baği-cənnət, daha tərifə nə hacət Bakıda!

 

Get–gedə qalmayacaq köhnə binalardan əsər,

Tikilibdir– yeni minlərcə imarət Bakıda.

 

Hansı bir sahə olursa, vətən oğlanlarının,

Borcudur, göstərə hər işdə məharət Bakıda.

 

Əsrlərdir, qocaman Qız qalası qalmışdır,

Göstərir xalqa vüqar ilə iqamət Bakıda.

 

Bu cəsarət, bu sədaqətlə bütün dünyaya,

Haqlıdır, xalqımız eylərsə fəxarət Bakıda.

 

Sülhə doğru nə çətinlik, nə fəlakət var isə,

Onu dəf etməyə var bizdə cəsarət Bakıda.

 

O gün olsın ki, bütün düşmənimiz xar olsun,

Eyləyək şadlıq ilə gündə ziyafət Bakıda.

 

 

6) Əyilmə - Xəlil Rza Ulutürk

 

Qalsan belə susuz, ac,

Yavan çörəyə möhtac,

Boğazına ilan tək

Sarılsa da ehtiyac.

Ehtiyac ürəyini

Köksündən qoparsa da,

Odu, suyu, havanı,

Evindən aparsa da,

Ağız açma namərdə!

Ürəyində dərd, yaşa.

Sən İNSANSAN! ƏYİLMƏ

Yoxsul yaşa.

Mərd Yaşa!!



7). Asandı - Fikrət Qoca

İnsan ən uca zirvə-

Ucalmağa başlasa.

İnsan ən kiçik zərrə-

Kiçilməyə başlasa.

Bu fərqin arasında

İnsan, insan, insandı,

Ucalmaq da asandı,

Kiçilmək də asandı.

 

 

8) Qadın – Hüseyn Cavid

 

Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən

Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.

Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,

Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!

Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.

O bir mələk… onu təqdis edər böyük Yaradan.

O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət:

Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

 

 

9) Yeddi Gözəl - Nizami Gəncəvi

 

Mal-dövlət bol idi, millət fərəhli,

Fərəhlə gəlirdi hər təzə ili.

Bu rifahdan sonra gəldi elə gün,

Xalq şükür etməyi unutdu bütün.

Təkkəbbür onları çıxartdı yoldan,

Çıxdı yadlarından böyük Yaradan.

Kim nemət verəni yada salmasa,

Şükür eləməsə, razı qalmasa,

Dar olar başına bu geniş cahan,

Onun ruzusu da çıxar qayadan.

Etiketler: ,