26.11.21

Bacıya Aid Statuslar, Bacıya Aid Mənalı Sözlər

baciya-aid-statuslar-mesajlar-baci-haqqinda-sozler-bacilar-baciliq-.jpg

 



 Sevinci və kədəri birgə bölüşdüyün bir mələkdir Bacı...


Əsl bacılar yaxşı bilər - Bir bacı Ananın ən gözəl əmanətidir.


Bacılar eyni bağçada bitən bənzər güllər kimidir...Gülüşləri ilə ətrafa ətir saçan...


Sevməyi və sevilməyi səninlə birgə öyrəndim əziz bacım...Sən mənə Anamın ən gözəl və ən dəyərli əmanətisən. Yaxşı ki varsan!


Bu həyatda ən dəyərli can dostundur Bacın...


Dərdinə dərman olan, yoluna işıq tutan ...


Bacı olmaq sirdaş olmaq, dost və yoldaş olmaqdır. Sən də mənim ən böyük sirdaşım və ən əziz dostumsan Bacım...


Mələklər insanlara yaxşılığı, sevgini və xoşbəxt olmağı öyrədərmiş...Mən də bütün bunları SƏNDƏN öyrəndim qoruyucu Mələyim!


Ən gözəl bacı, Ananın yoxluğunu hiss etdirməyəndir...


Bacıya Aid Statuslar, Bacıya Aid Mənalı Sözlər


Dünyada Məni ən çox sevən iki qadından biri Anamdırsa, biri də Sənsən bacım. Nə yaxşı ki varsan...


Necədə xoşbəxtdir o adam ki, dərdini bölüşən, sevincini paylaşan və  sirrini qoruyan bir BACISI var!


Sən sussan belə sənin ürəyini anlayan bir bacın varsa,  sən özünü xoşbəxt və bəxtəvər hesab edə bilərsən...


Ürəyimdə sənə deyəcək o qədər gözəl söz varkən, mən sənə bu sözlərin ən gözəlini demək istəyirəm..

SƏNİ ÇOX SEVİRƏM ƏZİZ BACIM!


Əsl bacının sevgisi fədakarlığı və sədaqəti qədərdir.


Bizi bacı edən qan bağlılığı deyil, can bağlılığıdır.. Ürəkdən bir-birimizə olan qırılmaz bağlılıqdır...


Sən məni Ana sevgisiylə böyütdün, qorudun Bacım...Özündən çox məni düşündün, mənim üçün çalışdın.. Sənin haqqın məndə böyükdür bacım. Bir ömrə sığmayacaq qədər böyük. Haqqını halal et.


Hər kəsin bir bacısı olmalı - yeri gələndə yoldaş və sirdaş olmağı bacaran. 


Bir bacısı olmalı insanın -  ürəyi şəfqətlə dolu...
Bir bacısı olmalı insanın - sevgisi dağlardan böyük.
Bir bacısı olmalı insanın - sözsüz səni anlayan..


Açar sözlər: Bacıya aid statuslar, bacı haqqında gözəl sözlər, bacya ayid statuslar,bacı haqqında statuslar, Baciya aid statuslar,
bacı qardaşa aid statuslar,baci haqqinda menali sozler,baci haqqinda gozel sozler

Etiketler: , , , , , ,

20.11.21

Qış Haqqında Aforizmlər və Sözlər

qisa-aid-sozler-qis-haqqinda-aforizmler-qis-fesli.jpg



Qış olmasa yaz olmaz, qar olmasa bar olmaz.


Yaz günündə tərləməyən qış günündə titrəyər. - Atalar sözü


.Hər könülün bir yazı, bir Qışı var. - Atalar Sözü


Qocalıq axmaq üçün yük, nadan üçün – qış, alim üçün – biçin vaxtıdır. - Volter


Bir qarğa ilə qış gəlməz. - Mahmud Qaşğari


Qış səndən yazda nə etdiyini soruşacaq.


Dağlar başına qış, İgid başına iş. - Atalar sözü


Bir xoş söz üç soyuq qış ayını isidə bilər. - Yapon Atalar sözü


Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur. - Viktor Hüqo


Əgər birisi üçün darıxırsansa, qış olmasa da üşüyərsən...


İsti xatirələri olmayanlar üçün qış soyuq keçər. - J.Renan


Yayın öz sözü var, qışın öz sözü.


Qış günəşinə, qadın gülüşünə inam olmaz.


Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır. -- Xəlil  Cibran


Əgər qış, "baharı ürəyidə saxlayıram desəydi", ona kim inanardı?! - Xəlil Cibran


Qışın soyuğunu hiss etmədən, baharın gözəlliyini yenidən yaşaya bilmərsən.


Baharın gözəlliyini yenidən yaşamaq üçün, qışın soyuğuna dözməlisən.


İçimdə qiymaətlər qopsa belə, mən baharıyam sabahların..

Çiçək açaram hər qışdan sonra.. - Nazım Hikmət


Qışın ən soyuq zamanında, mən nəhayət içimdə məğlub edə bilmədiyim bir yaz olduğunu öyrəndim. - Alber Kamyu

Etiketler: ,

11.11.21

Həsrət Sözləri, Həsrət Statusları

hesret-aid-sozler-hesret-haqqinda-hesretli-sozler-darixmaq-.jpg

Ürəyim sənə bir uşaq tək həsrət qaldı...


Hamıya Salam olsun, Sənə isə Həsrət....


Ən çox da ürəyim özlədi səni...


Darıxdım...Deyəcəklərim bu qədərdir.

Qısa və dərin...

Həsrət Statusları ,Həsrət Sözləri Həsrətə aid sözlər



Əgər birisi üçün darıxırsansa, qış olmasa da üşüyərsən...


Səsini xatırlamıram belə; Amma söylədikləri hələ də ağılımdadır.

hesret statuslari,darixdim,Həsrət Haqqında Sözlər,eşq sözləri,darixdim sozleri


Mənə həsrətin nə demək olduğunu sən öyrətdin...


Darıxmaqdan daha çətindir, darıxdığını ona söyləmək...


Məni sevdiyin günlər üçün darıxdım...

Həsrət Statusları,Həsrət Haqqında Sözlər, hesret statuslari darixdim darıxdım


Həsrət Sözləri, Həsrət Statusları


Bəzən xoşbəxt olmaqdan çox, onunla olmaq istərsən...


Darıxdıqca daha çox sevdim, sevdikcə daha çox darıxdım...


Bəzən elə darıxarsan ki, 'Gəl' belə demədən  sadəcə gözləyərsən...Xəyalında görüşərsən...

Həsrət Sözləri,Həsrət Statusları,hesret statuslari,darixdim hesret sozleri

Həsrət Sözləri 

Səninlə hər gün görüşürdük xəyallarda,

Bitmək bilməyən sonsuz arzularda..


Bəzən həsrət və xəyal gerçəkdən daha gözəldir...


Həsrətin bir başqa gözəldir,

 Vüsalın bir başqa...

hesret statuslari,darixdim,Həsrət Haqqında Sözlər,eşq sözləri,darixmaq sozleri



Xatirə bağçalarında üşümək isti idi...


Və sən gəlməyəli o qədər zaman oldu ki, səndən çox xəyalını sevər oldum. 


O yoxkən "xeyr sevmirəm, unutdum" deyib, onu görəndə əlin ayağın bir-birinə dolanırsa aşiqsən deməkdir. 

sevgi-sozleri-sevgiliye-gozel-sozler-sevgilime-sevgili-ucun-sevgimiz (1).jpg


Əgər əlini uzadıb toxuna bilmədiyin birisi üçün darıxırsansa, deməli o sənin ürəyinə çoxdan toxunmuşdur!


Sanma ki, sevmək sadəcə bir yerdə olmaqdır.


Sevgi həm də, o yanında olmasa belə, onu ürəyində yaşada bilməkdir!


İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək!


Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu. Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm.


Ürəyə kədər və həsrət düşərsə, dilə də səbr və dua düşər. 


Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.


Zaman sürətlə gəlib keçsə də, xatirələr qocalmır.

Həsrət Sözləri,Həsrət Statusları,hesret statuslari, xatirələr xatirə xatırladım
Həsrət Statusları


Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən. 


Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır.


Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır.



 Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün; bəzən ağlamaq lazım gəlir, açılmaq üçün; bəzən anmaq lazım gəlir, anılmaq üçün; bəzən də susmaq lazım gəlir, duymaq üçün.

Etiketler: , , , , , , ,

9.11.21

Ordu Haqqında Aforizmlər və Sözlər

orduya-aid-sozler-ordu-haqqinda-aforizmler-ordumuz-.jpg

 Arxadır yurdumuza, eşq olsun ordumuza. - Atalar sözü


Ordun varsa yurdun var. - Atalar sözü


Mənə Türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim. - Napolyon Bonapart


Əsgərdən ilk növbədə dözüm və səbr tələb olunur, cəsarət bundan sonra gəlir. - Napoleon Bonapart


Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur. - Tomas Vilson


Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. - Heydər Əliyev


Ordu torpaqları, kitab könülləri fəth edir. - Əbu Turxan


Adətən, döyüşdə əsgərlər qalib gəlir, şərəfi isə generallar qazanır. 


Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır. - Əli bin Əbu Talib


Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, Orduda nizam-intizamın güclənməsi, Ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir. - Heydər Əliyev


Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. - Makedoniyalı İskəndər


Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar. - Napolyon Bonapart


On min əsgər tapmaq bir general tapmaqdan daha asandır. - Yapon atalar sözləri


Əvvəllər, bir ölkəyə qarşı döyüşmək üçün əsgər axtarılardı. Bu gün, əsgərləri döyüşdürmək üçün ölkə axtarılır. - Şarl Lui Monteskyö


Qələbə olsa - hökümət ordusu, məğlubiyyət olsa - qiyamçılar. - Yapon Atalar sözü


Söz güllə, söz mərmi, söz qurşun gərək,

Söz millət, söz ordu, söz qoşun gərək. - Zəlimxan Yaqub


Sən ağıl tüfəngini doldur, çaxmaq özü işə düşəcək. - Əmin ər-Reyhani


İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. - Makedoniyalı İskəndər


Haqlı olmaq, haqlı olduğunu bilmək, bir insanı bir ordu içində belə güclü edər. - Əhməd Hamdi Tanpınar


Zamanı çatan bir fikrin gücünə heç ordu da tab gətirə bilməz. - Viktor Hüqo


Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür. - Mustafa Kamal Atatürk

Etiketler:

8.11.21

9 Noyabr bayraq gününə aid şeirlər, Bayraq Şeirləri

9 Noyabr bayraq gününə aid şeirlər, Bayraq Şeirləri

 1 
BAYRAQ ŞEİRİ

Müəllif: Bəxtiyar Vahabzadə

 

Torpağım üstünə kölgələr salan

Mənim varlığımın cilası-bayraq.

Zəfərdən doğulmuş

Göytürkdən qalan

Qurdbaşlı bayrağın balası bayraq.

 

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

 

Harda əcdadımın ayaq izi var,

Bu zəfər bayrağım orda dikəlsin.

Keçdiyi yerlərdə dağlar, yamaclar

Onun hüzuruna salama gəlsin.

Tarixdən qədimdir, zamandan qoca

Mənim bayrağıma sancılan hilal.

Aləmə nur saçdı tarix boyunca

Məbədlər başına tac olan hilal.

 

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.

 

.

Etiketler: , , , , , , ,

Vətən Haqqında Şeirlər, Vətən Şeirləri

 Ölkəmin – Cəfər Cabbarlı

Şiş ucları buludlarla döyüşən,

Dağlarında buzları var ölkəmin.

Göy otlardan ipək paltar geyinən,

Tarlaları, düzləri var ölkəmin.


Verimli torpağı, geniş çölləri,

Çalışqan ərləri, igid elləri,

Böyük gəmiləri, dəmir yolları,

Keçidləri, rizləri var ölkəmin.


Göllərində ördəkləri üzərlər,

Çöllərində maralları gəzərlər,

Güllərindən gələnlər tac düzərlər,

Ceyran gözlü qızları var ölkəmin.

Coşğun Xəzər oynar ayaqlarında,

İşıq saçan nəfti torpaqlarında,

Tarixlərin qızıl yarpaqlarında

Dadlı-dadlı sözləri var ölkəmin.

Azərbaycan torpağı – Qabil

Harda ümman görürəm,

Sən yadıma düşürsən,

Mənim mavi Xəzərim!

Harda liman görürəm,

Sən yadıma düşürsən,

Mənim doğma şəhərim!

Harda sahil görürəm-

Qumlu-qayalı sahil,

Buzovnadır,- deyirəm,-

Bura başqa yer deyil.

Bir qəşəng göl görürəm,

Sanmıram ögey gölü.

Çünki xatırladır o

Mənə bizim Göy Gölü!

Qarşıma dağ çıxırsa

Başı qarlı, dumanlı,

Ətəkləri yamyaşıl

Döşü qalın ormanlı-

Şah dağı tək, Kəpəz tək,

Əziz bilirəm onu.

Mən Talış dağlarıyla

Əkiz bilirəm onu!

Torpaqları çörəkli,

Bağları barlı edən,

Kəndləri, şəhərləri

Axar-baxarlı edən

Bir çayın sahilindən

Yolum düşürsə haçan,

Deyirəm ki, o, Kürdür,

Axıb gedir yanımdan.

Nə dildə qanad açsa

Şirin bir nəğmə əgər;

Onunla şadlanarsa,

Qəmlənərsə ürəklər,

Oxşayarsa insanın

Xəyalını, ruhunu,

Azərbaycan nəğməsi

Zənn edirəm mən onu

Azərbaycan torpağı,

Öpüm, öpüm səni, gəl!

Axı səndə görmüşəm

Hər şeyi əvvəl-əvvəl.

Axı səndə bilmişəm

Nə var, nə yox dünyada,

Axı səndə görmüşəm

Hər şeyin qəşəngini-

Bağçaların barını,

Çayların axarını,

Üfüqlərin rəngini,

Dostluğu, sədaqəti,

Sevgini, məhəbbəti.

Səndən ayırsa belə

Dənizlər, dağlar məni,

Nə xoş gəlsə gözümə,

Qoynuna bağlar məni.

Dünya mənə xoş gəlir

Həyatın hər bir çağı.

Sən bir dünyasan demək,

Azərbaycan torpağı!

Azərbaycan – Nəriman Həsənzadə

Sən əbədi bir ocaqsan, Azərbaycan!


Yaşadıqca yanacaqsan, Azərbaycan!


Beşiyin bir ana qoynu,


Doğma, isti bir qucaqsan, Azərbaycan!


Ruhum mənim, laylam mənim, Azərbaycan!


Bu dünyada dünyam mənim, Azərbaycan!


Bu dağ mənim, o dağ mənim vətənimdi,


Tüstülənən ocaq mənim vətənimdi.


Sərhəd-sərhəd bölübdülər,


Bölünməyən torpaq mənim vətənimdi.


Sən mənimsən, mən də sənin, Azərbaycan!


Övladıyıq bir vətənin, Azərbaycan!


Zaman! Səs ver, bu günlərin harayına,


Xan Arazın, Ana Kürün harayına.


Biz çatmasaq, kim çatacaq


Qaçqınların, köçkünlərin harayına?!


Sən arxasan, sən dayaqsan, Azərbaycan!


“Qalx”! – deyəndə, qalxacaqsan, Azərbaycan!


Gəmilərin göy Xəzərdə üzər keçər,


Şahinlərin səmalarda süzər keçər.


Körpülərin, binaların


paytaxtımı yollar boyu bəzər keçər.


Keçmək olmaz amma səndən, Azərbaycan!


İşıq alır dünya səndən, Azərbaycan!


Bir nəğməsən, oxuyuram bu torpaqda,


“Can!” – dedikcə can duyuram bu torpaqda –


Ey ilhamlı səhərlərim,


Sən ki varsan, mən də varam bu torpaqda.


Yellənəcək bayrağımız, Azərbaycan!..


Müqəddəsdi torpağımız, Azərbaycan!..

Azərbaycan – Nəriman Həsənzadə

Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,


Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı.


Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı,


Nəsillərə yadigardı, zaman yazdı bu dastanı.


Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız,


Azadlığı, səadəti qorumaqdı qərarımız.


Respublikam – ana torpaq, qədim Odalar diyarımız!


Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.


Üç rəngdədi bayrağımız, qalxan bayraq enən deyil,


Mərd oğullar dar ayaqda öz andından dönən deyil.


O vətən ki, tapdalanır ayaq altda, vətən deyil,


O torpaqda bağ becərsən, ot göyərib bitən deyil.


Ana Kürün, Xan Arazın böyümüşük laylasına,


Sərvətimiz ayna tutub göy Xəzərin aynasına.


Dünya baxsın – tarix olmuş Azərbaycan dünyasına,


Mübarizə zinət verir ömrün-günün mənasına.

VƏTƏNİM MƏNİM


Mənim varlığımsan, həm məsləkimsən,

Dünyaya sığmayan məmləkətimsən,

Muğanım, Milimsən - bərəkətimsən!

Füzuli, Zəngilan nəfəsim mənim,

Canım Azərbaycan – Vətənim mənim!


Qoşa dayanıbdı Kəpəzlə Qoşqar,

Şahdağın əyilməz - əzəmət, vüqar!

Tarixlər yaşadan Şəkim, Qubam var,

Lalələr bitirir çölüm-çəmənim,

Canım Azərbaycan – Vətənim mənim!


Yaşayaq, yaradaq azad, firavan,

Yardımlı dağları cənnət, gülüstan.

Masallı, Astara, Lerik, Lənkəran,

Cəlilabad əvəzsiz məkanım mənim,

Canım Azərbaycan – Vətənim mənim!


Şamaxı, Kürdəmir, Lahıca bir bax,

Ulu tarixlərdən soraqdı, soraq.

Qəbələm, Oğuzum yanan bir çıraq,

Həmişə olubdur qayğı çəkənim,

Canım Azərbaycan – Vətənim mənim!


Sabirabad, Saatlım, Balakən, Qaxım,

Dahilər yetirən doğma Qazaxım,

Mənim qan damarım – Kürüm, Arazım,

Şuşam, Kəlbəcərim – min qəmim mənim,

Canım Azərbaycan – Vətənim mənim!


Bakım, Naxçıvanım, Təbrizim, Gəncəm,

İrəvan, Zəngəzur, ey ulu Göyçəm,

Sizsiz açılarmı, de, zülmət gecəm?

Xocalım, Laçınım – həsrətim mənim,

Canım Azərbaycan – Vətənim mənim!


Qarabağ, yanıram qəmli halına,

Şirin candan keçən şəhid balana.

Pərvanə and içib Haqqa, Qurana,

Bölünməz bu yurdum, bu yuvam mənim,

Canım Azərbaycan – Vətənim mənim!

Vətən

Müəllif: Abbas Səhhət

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.


Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü-nümaaaa



Vətənim verdi mənə nanü-nəmək

Vətəni məncə unutmaq nə demək?!


Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu.


Südüdür ki, dolanıb qanım olub,

O mənim sevgili cananım olub.


Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə vətən.


Vətənin neməti nisyan olmaz,

Naxələflər ona qurban olmaz.


Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.


Vətənin sevməyən insan olmaz,

Olsa ol şəxsdə vicdan olmaz!

7.11.21

8 Noyabr Zəfər Günü Təbrik Mesajları, Aforizm və Atalar sözləri

 

8-Noyabr-Zefer-Gunu-Tebrik-mesajlari-Qarabag-zeferi-Veten-muharibesi- (1).jpg


8 Noyabr Zəfər Günü Təbrik Mesajları

Zəfər, Zəfər mənimdir deyə bilənindir!
8 Noyabr Zəfər Günümüz Mübarək !

BİZƏ YALNIZ ZƏFƏR YARAŞAR! ZƏFƏRİN BOL OLSUN AZƏRBAYCAN!
8 Noyabr Zəfər Günümüz Mübarək Olsun !

8 Noyabr Zəfər Günün Mübarək Azərbaycan!

8-Noyabr-Zefer-Gunu-ucun-Qarabag-zeferi-Mubarek-Azerbaycan-Tebrikler.jpg
ŞANLI ZƏFƏRİMİZ ƏBƏDİ VƏ DAİM OLSUN!
TƏBRİKLƏR AZƏRBAYCAN!

Zəfəri bizə gətirən igid əsgərlərimiz salamlayır, qəhrəman şəhidlərimizin ruhu  qarşısında baş əyirik.
Zəfər Günümüz Mübarək!

Canımızla, Qanımızla aldığımız Qarababağımızı göz bəbəyimiz kimi QORUYACAĞIQ!
8 Noyabr Zəfər Günümüz Mübarək !

BU ŞANLI ZƏFƏR BİR GÜN DEYİL, HƏR GÜN QEYD EDİLƏCƏK, VƏ BU ZƏFƏRDƏ PAYI OLAN HƏR KƏSİ VƏTƏN ƏBƏDİ YAD EDƏCƏK!
8 Noyabr Şanlı Zəfər Günümüz Mübarək !

BAX  8 Noyabr Zəfər Günü Şeirləri


8 Noyabr Zəfər Gününə Özəl Atalar Sözləri

Qələbə birlikdədir. - Atalar Sözü 

Döyüşdə qələbəyə say çoxluğu yox, igidlik aparır. - Latın Atalar Sözü

Qələbə sevinc gətirər. - Atalar Sözü

Harda həmrəylik varsa, qələbə ordadır. - Latın Atalar Sözü



8 Noyabr Zəfər Gününə Özəl Aforizmlər və Sözlər

Səbir ilə yaranar hər böyük zəfər. - Səməd Vurğun

Zəfər, Zəfər mənimdir deyə bilənindir! - Atatürk
8 Noyabr Zəfər Günü Təbrik Mesajları, Aforizm və Atalar sözləri


Zaman geciksə də, nəticə geciksə də, səbir edən mütləq zəfər çalar.

Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir.
- Maksim Qorki

Qələbə necə də gözəldir, ancaq o necə də böyük qurbanlar bahasına başa gəlir. 
- Stanislav Jan de Buffer


Gəldim, gördüm, Qalib gəldim.- Yuli Sezar

Əsl Qalib yüz dəfə Qalib gələn yox, axırıncı Qalib gələndir.
- Əbu Turxan

Qaliblərin yaraları tez sağalır. 
- Benedikt Spinoza

Tarixi qaliblər yazır
.
Sülhü razılıqla yox, qələbə ilə əldə edirlər.- Mark Tulli Ciceron

Dünya dağılsa belə qoy ədalət zəfər çalsın. - Mark Tulli Siseron

Nə qədər ki, biz öz işimizə inanırıq, qələbəyə əzmimiz sarsılmazdır, qələbəni bizdən ala bilməzlər.
- Uinston Çörçill

Onlar əvvəlcə səni görməzdən gəlir, sonra sənə gülür, daha sonra səninlə mübarizə aparırlar. Sonda isə sən qalib gəlirsən.- Mahatma Qandi

Etiketler: , ,

1.11.21

Zəka Haqqında Aforizmlər və Sözlər

zekaya-aid-sozler-zeka-haqqinda-aforizmler-zekali (1).jpg

 Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. - Cəfər Sadiq


İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. - Dədə Turxan


Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar.- Əhvədi


Elm hələ zəka və ya istedadın dəlilik olub olmadığını öyrətməyib. - Edqar Allan Po


Elm soyuq ağlın, tarix ilıq xatirələrin, fəlsəfə yanar zəkanın məhsuludur. - Dədə Turxan


Zəka mömünün bələdçisidir. - Cəfər Sadiq


Maddi dünyamızı zəkamızla, mənəvi dünyamızı isə qəlbimizlə dərk edirik...- Səbuhi Quluzadə


Göz üçün işıqlı və qaranlıq sahələr olduğu kimi, zəka üçün də işıqlı və qaranlıq sahələr vardır.- Dədə Turxan


Ağıl və zəkanın nə olduğunu çox araşdırdım. Sonda, bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım. - Napoleon Bonapart


Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir. - Platon


Bir uşağın tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır. - Deni Didro


Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. - Nəsirəddin Tusi


“Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq. - Nəsirəddin Tusi


Sadə qadın gözəl olmağı ağıllı olmağa seçər. Çünki sadə kişidə zəkanı anlayacaq baş deyil, gözəlliyi görəcək göz vardır. - Anton Çexov


Bütün zəkamı, qabiliyyətimi, şöhrətimi, əsərlərimi axşam evə vaxtında gəlib gəlməyəcəyimlə maraqlanan bir qadın üçün fəda edə bilərəm. - Corc Bernard Şou


Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz “mən”inin açılışıdır. - Dədə Turxan


Xatırladığım qədəriylə, müqəddəs kitablarda zəkanı tərifləyən tək bir söz belə yoxdur. Bertran Rassel


Zəkanın arxasında qaçmayın, axmaqlığı tutarsınız. Şarl Lui Monteskyö


Hikmət və nadanlıq insan zəkasının iki nəhayətsiz qütbüdür. - Dədə Turxan


Zəka insana onun əsl təyinatını, həyatının mənasını açır. - Georq Vilhelm Fridrix Hegel


İlahi həqiqətlər zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər. Allahı hiss edən qəlbdir. Blez Paskal


Zəka o zaman bizi idarə edir ki, faktı düşüncələrimizin predmetinə çeviririk. - Emerson


Xarakter zəkadan daha üstündür... Dahi qəlb yaşamağa güclü olacaqdır, həmçinin düşünməyə də.-  Ralf Uold Emerson

Etiketler: ,