22.1.22

Ən Gözəl Dini Sözlər və Statuslar

Ən Gözəl  Statuslar,Ən Gözəl Dini Sözlər Dini Sözlər status üçün dini statuslar

Dərd etmə, Dua et...

Susmaq 'Ya Səbr' deyə bilməkdir. Elə bir duadır ki, ürəklərdə çalxalanar..

Sanma ki dərd tək səndə var Səndəki dərdi nemət sayan var

Həyatda ola biləcəyiniz ən gözəl yer, bir duanın içidir.

Ən böyük xəzinə, Allah sevgisiylə dolu olan qəlbdir.

Vicdan Allahın içimizdəki səsidir. Onu dinlə ki, Haqqın yolunu tapasan.. 

Allahın ən gözəl əsəri könüldür.   Qalan hər şey ancaq əsərin əsəridir. 

Dini Sözlər və Statuslar Dini Sözlər status üçün,dini statuslar,Ən Gözəl  Statuslar

Ən Gözəl Dini Sözlər və Statuslar


Allah min dərd verib, min bir də dərman..

Ümidsizlik yoxdur, çünki dua vardır. Tələsmək yoxdur, çünki səbr etmək vardır. Mümkünsüz deyə bir şey yoxdur, çünki Allah vardır.

Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de!

"Allah xeyirlisini nəsib etsin" deməli. Çünki, biz  bilmərik bəzən nəyin xeyir, şər olduğunu... Allah bilər biz bilmərik..

Allahım bizlərə dəyişə biləcəyimiz işləri dəyişməyə cəsarət, dəyişə bilməyəcəyimiz işləri qəbul edəcək səbr və bunları bir birindən ayıracaq ağılı ver.

Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.

Dini Sözlər status üçün,dini statuslar,Ən Gözəl  Statuslar,dini kelamlar,Ən Gözəl Dini Sözlər,dini  sozler,
Ən Gözəl Dini Sözlər və Statuslar


Allah Duaya 3 şəkildə cavab verir;
1. "Bəli" deyər və istədiyini verər
2. "Xeyr" deyər və daha yaxşısını verər
3. "Səbr elə" deyər və ən yaxşısını verər! 

Xeyirlisi deyə bir söz var. Bütün Aminlər, Bütün inşAllahlar, bütün dualar onun içində..

Ən Gözəl Dini Sözlər

Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir.

Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...

Bağışla Allahım .. Ruhumda Sən varkən, mən bu bədəndə qalmışam .

Bir insan Allahdan başqa kimsəyə   ehtiyacı olmadığına inanırsa, Allah da onu   başqasına möhtac etməz. 

Dərdimi sevirəm.. Bilirəm ki, dərdimi verən də məni sevir.. Sevən, sevdiyinin nazını ölçür.. Sevilən çəkməsin də neyləsin.

Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir Allah bəndəsindən qorxmuş, Allahdan qorxmamısan.

Ümidini qırma; Yusufi(ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusif (ə.s) quyudan sultan oldu.

Etiketler: , , , , , ,

Həyat Haqqında Aforizmlər

 

Həyat Haqqında Aforizmlər,Heyat Haqqinda Aforizmler,Həyata Aforizmlər, Heyata aid aforizmler


Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün. - Mark Tven

Həyat teatra bənzəyir: onda ən yaxşı yerləri pis insanlar tutur. - Pifaqor

Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. - Nazim Hikmət

Həyatda bir sevinc var – sevib sevilmək. - Jorj Sand

Çalışmaq həyat, düşünmək işıqdır. - Viktor Hüqo

heyat haqqinda aforizmer,Həyat Haqqında Aforizmlər,heyatla bagli menali sozler,
Həyat Haqqında Aforizmlər


 

Həyatda bir tək adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinə çatmış bir insansınız. - Ralf Uold Emerson

Nə sahib olduğundur həyat, nə də ümid etdiklərin bu qədər zaman. Ürəyin qədərdir həyat! Sevilirsənsə rəngli, sevirsənsə qara ağ. - Can Yücəl

Bir fincandakı qəhvə kimidir həyat. Bəzən şirin bəzən deyil. Əhəmiyyətli olan qəhvənin dadı deyil onsuz da, onu kiminlə içdiyinizdir. - Bob Dilan

Hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, cəmiyyət rəngini verir. Çəkmək isə bizim öhdəmizdədir - Rövşən Abdullaoğlu

Həyat əvvəldən axıradək öyrənməkdir. - Jan de Labrüyer

Həyat iki əbədiyyət arasında yarğan, iki qara bulud arasında çaxan şimşəkdir. - Əmin ər-Reyhani

Həyat çox sadədir, onu yalanlar bəzəyir. - Bil Qeyts

Bu dünyanın cəfası da fani səfası da..

Uşaqları sevən həyatı da sevər.

İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. - Sokrat

Həyat Haqqında Aforizmlər,Heyata aid aforizmler,Heyat Haqqinda Aforizmler,

Həyat Haqqında Aforizmlər

Həyatın ilk əlli ili mətn, geri qalanı şərhdir. - Artur Şopenhauer

Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. - T.Fontane

Həyata dəyər verməyən ona layiq olmamışdır. - Leonardo da Vinçi

Əhəmiyyətli olan, həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır.. -Qabriel Qarsiya Markes

Həyat problem deyil. Onu problem hesab etmək yola yanlış addımla başlamaqdır.O, yaşanacaq, seviləcək, sınaqdan keçiriləcək bir sirdir.  - Oşo

Həyat Haqqında Aforizmlər,heyatla bagli menali sozler,heyata aid sozler ümid səbir xoşbəxt


Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata. - Jorj Sand

Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir. - Maksim Qorki

Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır. - Maksim Qorki

Həyat öz taleyini izləyənlərə səxavətli olur. - Paulo Koelyo

Heyat Haqqinda Aforizmler,Həyata Aforizmlər,heyat haqqinda sozler,

Həyatda hər bir insana bəzi fürsətlər yalnız bir dəfə verilir. - Rövşən Abdullaoğlu

Dolu dolu yaşa həyatı, dilini kaş kilər qucaqlamasın. Və elə birini sev ki; gündüz günəşə, gecə ulduza ehtiyac qalmasın.- Can Yücəl

Həyatı sevirsənsə vaxtını boşa xərcləmə, çünki həyat vaxtdan ibarətdir.- Bencamin Franklin

Nə qəribə deyil mi? İnsanın həyatı sualla başlar və sualla bitər: 'Adını nə qoydunuz?' 'Mərhumu necə bilərdiniz?'. - Can Dündar

Tanrının ən qiymətli hədiyyəsi olan həyat, çox vaxt tibb bacısının əllərinə tərk edilmişdir. - Florens Naytinqeyl

Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir. - Fyodor Dostoyevski

Yaxşı keçirilmiş bir günün, xoşbəxt bir yuxu gətirməsi kimi; yaxşı yaşanmış bir həyat da xoşbəxt bir ölüm gətirir.- Leonardo da Vinçi.

Həyat, həyat axtarmaq deyil, özümüzü axtarmaqdır. C. Pavese 

Hamımız yaranmağımıza bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. həyatı bir az da özümüz edirik.  - Murathan Mungan.

Ölüm həyatda böyük itki deyil. Əsl böyük itki, yaşayarkən içimizdə ölənlərdir. - Robin Şarma

Dürüstlük hikmət kitabının birinci fəslidir. 

Həyatda ya tozu tüstüyə qatarsan, ya da tozu tüstüsü udarsan. - Oldos Haksli

Həyat, qorxaqları bağışlamaz. - Ernesto Çe Gevara

Eşq bir qadının həyatının hamısı, bir kişinin həyatının isə bir hissəsidir. - Anna De Stal

Arzu elə bir şeydirki, heç doymaq bilməz;bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər.

Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.- Fyodor Dostoyevski

Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır.- Onore de Balzak

Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır. - Albert Eynşteyn

 Həyatı şahmatdan fərqləndirən cəhət, şahmatın nə zamansa bitməsi, həyatın isə davam etməsidir. - Ayzek Əzimov

Necə də qəribədir. Uşaqkən sabah nələr oynaya bilərik deyə düşünərdik. İndi isə sabah həyat bizə nələr oynayacaq deyə düşüyürük. - Can Dündar

Bəzən sönən həyat atəşimiz külək kimi bir başqası tərəfindən qızışdırılaraq alovlanar və hər birimiz bu atəşi təkrar canlandıran dostlarımıza ən səmimi təşəkkürlərimizi borcluyuq.- Albert Şveyster 

Həyatda edə biləcəyiniz ən böyük səhv, davamlı olaraq səhv edəcəyinizdən qorxmaqdır.

Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, Şahmatda da hesab tutulmaz. On fiqurunu itirib, yenə də oyunda qalib ola bilərsən.• Adam Faver 

Gerçək həyatdan qaçan və onunla əlaqəsiz mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur.- Nazim Hikmət

Doğulduğumuz andan ölənə qədər həyatımız davamlı bir səfərdir. Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir amma qatar həmişə irəli gedər. Həyat bir qatardır. Qatar stansiyası deyil.- Paulo Koelyo








Etiketler: , , , ,

21.1.22

Peşmançılıq Haqqında Atalar Sözləri

Peşmançılıq Haqqında Atalar Sözləri,Peşmançılığa Aid Atalar Sözləri,pesmanciliga aid

 Zəhmət çəkən peşman olmaz. - Atalar sözü

Əvvəlində düşünməyən sonra peşiman olur. - Atalar sözü

Sonrakı peşmançılıq fayda verməz. - Atalar sözü

Hər pisliyin sonu peşmançılıqdır. - Atalar sözü

Tez duran, tez evlənən peşman olmaz. - Atalar sözü

Keçən gün quşa bənzər, uçdu, qayıtmaz. - Atalar sözü

Buğdasını sütül yeyən xırmanda ac qalar. - Atalar sözü

Düşünə-düşünə görər işi, sonra peşman olmaz kişi. - Atalar sözü

Ulu sözünə baxmayan uluya-uluya qalar. - Atalar sözü

Peşmançılıq Haqqında Atalar Sözləri,Peşmançılığa Aid Atalar Sözləri,pesmanciliga aid atalar sozleri,

Əgər"lə "Məgər"i evləndirdilər, bir uşaqları oldu, adı:"Kaş ki". - Fars atalar sözü

Yersiz gülməyin axırı ağlamaqdı. - Atalar sözü

Tez mühakimə edən, sonra uzun müddət peşman olur. - ABŞ atalar sözü

Bir dəfə aldadıb yeddi gün peşman olacaqsan. - Viyetnam atalar sözü

Nə yada sirrini ver, nə namərdə bel bağla.- Atalar sözü

Acığın əvvəli dəlilik, axırı peşmançılıq. - Atalar sözü

Əsəbi vaxtı bir an səbirli olsan, yüz günlük peşmanlıqdan qurtararsan. - Atalar sözü

Ox yaydan çıxandan sonra, peşmanlıq nə fayda. - Atalar sözü

Zahid məni aldatma, cəhənnəmdə od olmaz, onlar ki, yanırlar, odu burdan aparırlarp. - Atalar sözü


Etiketler: , ,

19.1.22

20 Yanvar Şeirləri

20 Yanvara aid seirler,20 Yanvar Şeirləri,20 Yanvar Haqqında Şeirlər,20 Yanvar haqqinda seirler


 20 Yanvar Günü 

Qəsdimizə durdular,

Sinəmizdən vurdular,

Günahsızdıq, qırdılar-

İyirmi yanvar günü!

 

Geriyə çəkilmədik,

Qorxu nədir bilmədik,

Şəhid olduq-ölmədik –

İyirmi yanvar günü!

 

Neçə-neçə qəhrəman,

Susduruldu həmin an,

Küçələrdə axdı qan-

İyirmi yanvar günü!

 

Bəla var başımızda

Dil açdı daşımızda

Qaldı yaddaşımızda

İyirmi yanvar günü

Müəllif: Əli Vəkil


Şəhidlər

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.


Zalım öyünməsin zülmləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər.


O şənbə gecəsi, o qətl günü, –

Mümkünə döndərdik çox namümkünü.

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü şəhidlər.


Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də.

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.


Onlar susdurulan haqqı dindirər,

Qaraca torpağı qiymətləndirər.

Donan vicdanları qeyrətləndirər,

Axı, el qeyrəti çəkdi şəhidlər.


Bilirik, bu bəla nə ilkdi, nə son,

Ölürkən uğrunda bu ana yurdun.

Quzu cildindəki o qoca qurdun,

Doğru, düz cildini çəkdi şəhidlər.


Dözdü hər zillətə, dözdü hər şeyə,

"Dünyada mənim də haqqım var”, – deyə

Kütləni xalq edən müqaviləyə

Qanıyla qolunu çəkdi şəhidlər.


İnsan insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər.



20 Yanvar Şəhidləri Haqqında

On doqquz yanvarda doğum evləri

Ölümdən, qırğından xəbərsiz idi.

O gün Bakımızda axşamdan bəri,

Ölüm ilə həyat üzbəüz idi.

 

Güllə səslərini çağa səsləri,

Batırdı o gecə, şükür allaha!

Doldu şəhidlərin boşalan yeri,

Naşükür olmayaq, vallah, bir daha!

 

Gedən oğulların, axan qanların,

Əvəzi su səpdi yanan qəlbimə,

O şənbə gecəsi doğulanların,

Onundan doqquzu oğlanmış demə.

 

Zalimin zəfəri başdan qələtdir,

Zamanın səsini biz də dinlərik.

Dünya gücümüzə yaxşı bələddir,

Hələ biçilməmiş əkilənlərik!

Müəllif: Bəxtiyar Vahabzadə

Etiketler: , , , , ,

Qəhrəmanlıq Haqqında Aforizmlər və Sözlər

 

Qəhrəmanlıq Haqqında ,Qəhrəmanlıq Haqqında  Sözlər,Qəhrəmanlığa Aid Sözlər qəhrəman

Qəhrəmanlıqla ölmək insana əbədi həyat qazandırır. - Cordano Bruno

Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir. - Maksim Qorki

Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. - Napoleon Bonapart

Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir. - Viktor Hüqo

Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. - Jan Jak Russo

Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır. - Məmməd Səid Ordubadi

İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. - Məmməd Səid Ordubadi

Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir. - Heydər Əliyev

Qəhrəmanlar gedəndə səhnəyə təlxəklər çıxır. - Heyne

İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.

Həmişə qəhrəman ola bilməzsən, amma həmişə insan olaraq qalmaq olar. - İohann Volfqanq Höte

Qəhrəmanlıq üçün bircə an belə kifayətdir, ləyaqətli insan olmaq üçün isə bütöv bir ömür lazımdır.-  P.Bryula


Etiketler: , , , ,

18.1.22

Vahid Əziz şeirləri

vahid eziz sevgi seirleri,vahid eziz seirler,vahid əzizin şeirləri,vahid əziz şeirləri vahid əziz sevgi şeirləri,xalq şairi vahid əziz şerləri,
Vahid Əziz şeirləri




  Tanınmış şair Vahid Əzizin qələmindən çıxan bir-birindən gözəl 9 şeir


“Ürək saz kimidir köynək içində…” şeiri

Hamı sızıldatdı, incitmə sən də –

Bir azca könlünü alsan, oxuyar,

Ürək saz kimidir köynək içində –

Sinənin üstündə çalsan, oxuyar.


Gözlərim köynəyin ipək üzüdür,

Dilimdə dolaşan sazın sözüdür,

Ən yaxşı təlimçi həyat özüdür –

İlləri yadına salsan, oxuyar.


Qundağın öyrətdin dodaqlarına,

Qolu alışırdı barmaqlarına,

Baxma, darıxarıq daralmağına,

Yenə də yanında qalsan, oxuyar.


Ürək mənimdisə – bələdəm ona,

Nə var bilmədiyi öyrədəm ona?

Olsun, bu möcüzə səndə alına –

Qeydinə qalanı olsan, oxuyar.


Guya bilmirsən ki, dərdi nədəndi,

O vaxtdan qoşulub sənnən gedəndi?

Qəlbim körpəlikdən şirni sevəndi,

Bilsə ki, dodağı balsan, oxuyar.


Sənsiz hər dönəmi keçər il kimi,

Sənsiz hər pərdəsi batmış dil kimi,

Üstündə havalı bir bülbül kimi,

Onun həsrətinnən solsan, oxuyar…

.

Etiketler: ,

16.1.22

Mənalı və Məntiqli Sözlər, Məntiqli Statuslar

 
Məntiqli Sözlər, Məntiqli Statuslar,Mənalı və Məntiqli Sözlər, Məntiqli aforizmlər,mentiqli sozler,


Zehin paraşüt kimidir. Açılmasa işləməz. - Frenk Zappa

Azadlıq gözəl yaşamaq üçündür - Cəfər Cabbarlı

Həyat, dəyərini bilənlərlə yaşanacaq qədər gözəl və vəfasızlarla israf edilməyəcək qədər dəyərlidir.

Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. - Kiçik Seneka

Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar.- Konfutsi

Hər bir qənaət nəticə etibarı ilə vaxta qənaətdir. - Karl Marks

Ağlı qısanın, dili uzun olar. - Atalar Sözü

Ən pis yoxsulluq axmaqlıqdır. - Hz. Əli

Söz qılıncdan kəsərlidir. - Atalar sözü

Ağrının mükafatı təcrübədir.- Esxil

Mənalı və Məntiqli Sözlər,mentiqli sozler  Məntiqli Sözlər

Mənalı və Məntiqli Sözlər

Söz dərman kimidir: azı faydalı, çoxu zərərlidir.

Aldatmaq alçaqların peşəsidir.

Mavi şüşədən baxanda Günəş də mavi görünür. 

Bir şeyi həqiqətən istəyən bir yol tapar, istəməyənsə bəhanə tapar.

Az bilən və az düşünən çox danışar. - Fridrix Nitsşe

Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. - Jan Jak Russo

Doğru qərarlar təcrübə sayəsindədir, təcrübə isə yanlış qərarlar sayəsində...

Xarakter davranışımızın nəticəsidir. - Aristotel

məntiqi sözlər,aforizmlər,mentiqli statuslar,

  Məntiqli Söz və statuslar

İş ilə öyüd verən söz ilə öyüd verəndən yaxşıdır. - Cəlaləddin Rumi

Düşünmədən danışanın cəzası sonradan düşünməyə məhkum olmaqdır.

İnsanı böyük vəya kiçik edən, onun öz iradəsidir.

Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq.- Jan Jak Russo


Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən.

Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. - Qasım bəy Zakir

Biliksizliklə heç vaxt öyünmək olmaz, biliksizlik gücsüzlük deməkdir. - Deni Didro

Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil. - Cəlaləddin Rumi

Sağlam bir dilənçi, xəstə bir kraldan daha xoşbəxtdir.- Artur  Şopenhauer 

Ya söləyəcək sözü olmalı insanın, ya da susacaq ədəbi..

Mənalı və Məntiqli Sözlər,mentiqli sozler

Hirsli adam acımış xəmir kimidir: qıcqırdıqca aşıb-daşır.

Çətinliyə demək olar ki, hər insan dözə bilər lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin. - Linkoln

Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar. - Atalar sözü

Bilmək kifayət deyil,bildiklərimizi tətbiq etməliyik.Arzulamaq kifayət deyil,arzularımızı həyata keçirməliyik.

Ancaq riyakarlar hamı ilə dostluq edə bilər. - Əbu Turxan

Bir insana sirrinizi verdiyiniz zaman azadlığınızı da verərsiniz.

Zənginlər çox tox olur, ancaq doymuş olmur. - Pyer Büast

Böyük vəzifəyə sahib olan insanlara deyil,böyük fikirlərə sahib olan insanlara hörmət edin.

Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir. - Ernesto Çe Gevara

Bəzi insanlara diqqətlə bax. Onlara sənə deyil, öz ehtiyaclarına sadiqdirlər. Və sənə olan ehtiyacları bitdkdə, sədaqətləri də birdən bitər.

Sadə qadın gözəl olmağı ağıllı olmağa seçər. Çünki sadə kişidə zəkanı anlayacaq baş deyil, gözəlliyi görəcək göz vardır. - Anton Çexov

Çox cəsarətlilik azğınlığa, çox hörmət bəsləmək yaltaqlığa, həddindən artıq sadəlövlük axmaqlığa dəlalət edir. - Konfutsi

Mənalı və Məntiqli Sözlər, Məntiqli Statuslar
Mənalı və Məntiqli Sözlər, Məntiqli Statuslar

Menali və Mentiqli Sozler

Həyatdakı çətinliklərə düşmənimiz kimi deyil də, təcrübə əldə edə biləcəyimiz mənbə kimi baxsaq daha faydalı olmaz mı? - Paulo Koelyo

Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün. - Mark Tven

Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır.

Bir kəs ki ağrı hiss edir - canlıdır. O kəs ki başqasının ağrısını hiss edr, o - insandır. - Lev Tolstoy

Etiketler: , , , , , , , ,

15.1.22

Mənalı Cümlələr və Sözlər

 

menali cumle,mənalı cümlə,Mənalı Cümlələr və Sözlər,menali cumleler,menali kelamlar aforizm


Keçmişinin əsiri olma, gələcəyinin memarı ol. - R. Şarma

 Əzmlə işləyən insanın günləri qısa, ömrü uzun olur.

 - Deni Didro

Mənalı Cümlələr və Sözlər,menali cumleler,menali cumle, mənalı cümlə

Mənalı Cümlələr və Sözlər


Bəzən kiçik qayıqlar böyük gəmiləri xilas edir. - Aleksandr Düma 

Həyat teatra bənzəyir: onda ən yaxşı yerləri pis insanlar tutur. - Pifaqor

Söz həyatın ən böyük silahıdır. - V. Korilenko.

İnsan, vərdişlərinin uşağıdır. 

Nadanlıq insanın düşmənidir. - İmam Həsən Əsgəri

Zəiflər heç vaxt bağışlamır. - Qandi

Ən mükəmməl ədalət vicdandır. - Hüqo


mənalı cümlə,Mənalı Cümlələr və Sözlər,menali cumleler,menali sozler

Menali Cumleler və Sozler


Fəlakət zamanı sağlam düşüncə ən yaxşı rəhbərdir.- Epiktet

 Gələcəyə olan ümidimiz, indiki gücünüzün mənbəyidir. - Riçard Bax

Ağlım kəsirsə və ürəyim inanırsa bacara bilərəm.-  Muhamməd Əli

Gələcək su kimidir. Bütün hərəkətlərimiz suyu dalğalandırıb yönünü dəyişə bilər. - Jeaniene Frost

Başqasının yolunda əkdiyin gül, mütləq öz yolunda açacaqdır.

Həqiqi gözəllik qəlbin saflığındadır.

Mənalı Cümlələr və Sözlər,menali cumleler,menali sozler,menali deyerli kelamlar
menali cumleler



Həyat güzgü kimidir siz gülmsəyin o da sizə gülümsəyəcəkdir.

Ən təhlükəli oğru vaxt oğrusudur.

Acığın əvvəli dəlilik, axırı peşmançılıq. - Atalar sözü

Səsini deyil, sözünü yüksəlt.

Mənalı Cümlələr və Sözlər,menali cumleler,menali sozler,mənalı cümlə ölmək yaşamaq
Mənalı Cümlə

Həyatı itirməkdən daha acı bir şey vardır: "Həyatın mənasını itirmək."

Cəsarətin bitdiyi yerdə əsarət başlayır.-

Abırlı olmağın ən ucası insanın özü-özündən utanmasıdır.  - Əli

Məhəbbət bütün ürəkləri açan açar kimidir. - Cəfər Sadiq

Göydə buludlar da qoşalaşmasa, Nə ildırım çaxar, nə yağış yağar. - Bəxtiyar Vahabzadə

Yalnız zəiflər cinayət edir—güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur.

Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik. Lakin çox sadə bir şeyi unutduq - qardaş olaraq yaşamağı.





Etiketler: , , , , , ,

Lovğalıq Haqqında Atalar Sözləri


Lovğalıq Haqqında Atalar Sözləri,Lovgaliq Haqqinda Atalar Sozleri,Lovğalığa Atalar Sözləri


Lovğa adam ancaq özünə aşiqdir.

Hər kəs özündən dəm vurar.

Abdal at mindi, özünü bəy saydı.

Adam başından böyük danışmaz.

Lovğalıq insanı məhv edər.

Lovğadan loğman olmaz. 

Lovğa olma, loğman ol.

Lovğalığa Atalar Sözləri,Lovgaliq Haqqinda Atalar Sozleri,lovgaliqla bagli


Lovgaliq Haqqinda Atalar Sozleri

Lovğalıq Haqqında Atalar Sözləri,Lovğalığa Atalar Sözləri,Lovgaliq Haqqinda Atalar Sozleri,

Lovğalıq Haqqında Atalar Sözləri

Böyük-böyük danışma, başına gələr.

Lovğa olmaq asandı, loğman olmaq çətin.

Özün özünü tərifləmə, qoy başqası tərifləsin.

Özünə yeyər, özgəyə minnət qoyar.

Lovgada ləyaqət arama.

Dəvə dizin bəyənər, hərə özün.

Eşşək eşşəyə uzunqulaq deyər.

Alçaq yerdə, təpəcik özünü dağ sanır.

Nuh deyər, peyğəmbər deməz.

Gül olmayan yerdə, böyürtkən özünü gül sanar.

Lovğa xoruzun quyruğu peyin içində olar. - İndoneziya atalar sözləri

Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.

Özünü böyük göstərmək kiçikliyin ən kiçiyidir.

Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır.

Öz-özünü bəyənən ağam vay.

Paxıl həmişə diyər, mənim ürəymimnən olmaz.

Quzğun balasını bülbül sanar.

Birinci addımda lovğalanan ikinci addımda yıxılar.

Anlamaza hörmət edərsən, deyər, məndən qorxdu.

Çoban itini, igid atını, axmax kişi arvadını tərifləyər.

Öz gözündə tiri görməz, özgə gözündə çöpi görər

Qoz qabığından çıxdı, qabığını bəyənmədi.

Dünən yumurtadan çıxıb, bu gün qabığını bəyənmir.

Hər yerindən duran özünü peyğəmbər sayır.

Malım getdi, pulum getdi, qonağım razı getmədi.

Etiketler: , , , ,

14.1.22

Vaxt Haqqında Aforizmlər

 

Vaxt Haqqında Aforizmlər,Vaxt Haqqında Sözlər,Vaxta aid Aforizmlər

Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir. - Bencamin Franklin

Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcəkdir. -İmam Şafii

Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.- Bencamin Franklin 

Hər bir qənaət nəticə etibarı ilə vaxta qənaətdir. - Karl Marks

Dostluq vaxt aparır, sevinc gətirir.

Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. - Əbu Turxan

Gözləyə bilənə hər şey öz vaxtında gəlir. - Onore de Balzak

Vaxtından əvvəl ağacdan. qoparılmış meyvə nə qədər saxlasan da yetişməz. - Mövlana

Vaxtsız çiçək açan arzular bar verməz. - Əbu Turxan

Faydasız həyat - vaxtsız ölümə bərabərdir. - İohann Volfqanq Höte

Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. - Kiçik Seneka

Öküzün gücü böyürməsinə görə yox, iş vaxtı üzə çıxır. - Rəsul Həmzətov

İnsanlar danışmağı öyrənirlər, halbuki əsas elm nə vaxt və necə susmaq elmidir.  - Lev Tolstoy

Heç nə nə gec olur, nə də tez... Hər şey vaxtında olur. - Konfutsi

Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt ayrılmamışdır.

Uğurlu oyuna vaxtında son qoymaq mahir oyunçuların əsas qaydasıdır. - Baltazar Qrasian

Məndən nifrət etdiyini eşitdim. Əgər səni düşünəcək vaxtım olsa, məndə səndən nifrət edərdim. - Bob Dilan

Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. - Jan Jak Russo

Bütün gün işləyən adamın pul qazanmağa vaxtı olmur. - Con Rokfeller

Tək məqsədiniz zəngin olmaqdırsa, siz bu məqsədinizə heç vaxt nail olmayacaqsınız. - Con Rokfeller

Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur. - Əbül Fərəc

Getmək lazımdır bəzən çox yormadan. Daha çox bezdirmədən, əgər vaxtıdırsa ardına belə baxmadan.. - Can Yücəl

Getmə zamanı gəlmişsə "dayan" demənin; vaxt keçmişsə "dön" demənin; və eşq bitmişsə "yenidən" demənin heç bir mənası yoxdur. - Qabriel Qarsia Markes

İndiki vaxtda insanlar hər şeyin qiymətini bilir, heç bir şeyin dəyərini bilmir. - Oskar Uayld

Uğura nail olmaq üçün fərqli-fərqli insanlar ilə aktiv ünsiyyət saxlamaqdan ötrü çoxlu boş vaxtın olmalıdır. - Corc Soros

Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. - Vovenarq

Vaxt insanın bu dünya və əbədi həyatıdır. Bu həyatın əbədi xoşbəxtlik və ya əbədi əzab içində keçməsi, o vaxtı necə keçirməkdən asılıdır. - İbnul Qayyim al-Cəvziyyə 

İnsan nə qədər də qəribədir !?
O var-dövlət qazanmaq üçün sağlamlığını itirir, sonra da sağlamlığını geri gətirmək üçün sərvətindən keçir.
O hazırkı vaxtında gələcəyin dərdini çəkir, amma gələcəkdə isə keçmiş vaxtları özləyir.
O elə yaşayır ki sanki heç ölməyəcək, amma elə şəkildə ölür ki sanki heç anadan olmamış.

Etiketler: , , ,

13.1.22

Nəfs Haqqında Aforizmlər və Sözlər

 

Nəfs Haqqında Aforizmlər ,Nəfs tamahkarlıq hərislik tamah acgözlük



Tamah olan başda ağıl olmaz. 

Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir! - Bencamin Franklin

Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir. - Mühəmməd peyğəmbər

Tamah səni qul etməsin. Allah səni azad yaradıb.- İmam Əli

Acgözlük daxili bir boşluğun nəticəsidir.- Erix Fromm

Nəfs instinktdən başlayır, əqldə bitir. - Tur Xander

Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır. -Viktor Hüqo

Qadın bilməyənə nəfs, bilənə nəfəsdir. - Şəms Təbrizi

Nəfs Haqqında Sözlər,Nəfs Haqqında Aforizmlər,


 Nəfs Haqqında Sözlər,Nəfs Haqqında Aforizmlər,

Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar. -  Onore de Balzak

Tamahını azalt hörmətin artsın. - Əfzələddin Xaqani

Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir.- Əbdülqədir Gilani

Nəfsinin müəllimi vicdanının şagirdi ol. - Platon

Nəfsinin hakimi olan dünyanın ağası olar. - Naməlum

Tamahkara dünyanı da versən, doymaz. - Sədi Şirazi

Acgöz adam dünyaya sahib olsa da, gözü yenə onda-bundadır.

Nəfsdir səni yarı yolda qoyan, yolda qalır nəfsə uyan. - Yunus Əmrə

Diz çök ey nəfs, qabağımda diz çök. - Nəcib Fazil Qısakürək

Nəfs Haqqında Sözlər,Nəfs Haqqında Aforizmlər,nefs haqqinda

Ruhun sabitliyi ancaq ağıl ilə nəfsin müvazinəti sayəsində mümkün olur. - Əbu Turxan

Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir. - Əbu Turxan

Filosofların nəzərində aləm üçdür: əqllər aləmi, nəfslər aləmi və cisimlər aləmi. - Ş.Y. Sührəvərdi

Hərislik mərhəmətsizliklə əkizdir, mərhəmətsizlik hərisliyi doğurur. - Əbül Fərəc

Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin. - Əli bin Əbu Talib (İmam Əli)

Bəla insana tamahından gələr. Qənaətdən heç kim ölmədi, hərisliklə də heç kəs padşah olmadı. - Mövlana Cəlaləddin Rumi

Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar. - İmam Əli

Tamahkarlıqla xoşbəxtliyin bir-birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar. - Bencamin Franklin

Nəfsin istəklərindən özünü çəkindirmək üçün nəfsinlə mübarizə apar. Çünki, nəfsinlə mübarizə düşməninlə mübarizə qədər sənə vacibdir. - İmam Kazım

Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər. - Nəsirəddin Tusi

Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur. - Baltazar Qrasian 

Etiketler: , , ,

12.1.22

Səmimiyyət Haqqında Aforizmlər və Sözlər


Səmimiyyət elə bir dildir ki, kor da görər, kar da eşidər. - Cəmil Meriç

Səmimiyyət və dostluq ən çətin tapılan nemətdir. - Napoleon Bonapart

Sevinc səmimiyyət olan evlərdə yaşayır. - Uilyam Şekspir

Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın. - Deyl Karnegi

Yaxşı, xeyirxah və səmimi insanı gözlərindən tanımaq olar. - Mark Avreli

Səmimiyyət gözlərdən, dürüstlük sözlərdən bəlli olar. - Naməlum 

Dostluqda dost ilə bir ol, səmimi! 

Bir qabıq içində cüt ləpə kimi. - Əhvədi

Hamı yaxşı bilir ki, bir saatlıq səmimi ünsiyyət insanları on illik adi münasibərlərdən daha çox yaxınlaşdırır.

Hər kəsə qarşı nəzakətli davran, az insana qarşı səmimi ol, onlara da güvənmədən öncə yaxşı düşün.

Səmimi dostluq olmadan heç bir ünsiyyətdən söhbət gedə bilməz. - Sokrat

Dürüstlük və səmimiyyət həm kişilərin, həm də qadınların ən yaxşı bəzəyidir. - O.Henri

Uşaqlar çox vaxt böyüklərdən daha ağıllı və daha səmimi olurlar. - Maksim Qorki

Əgər dostluqda həddindən artlq səmimi olsan, dostların rəğbətini itirəcəksən. - Konfutsi

Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir. - Stendal

Gülüş hər şeydən əvvəl səmimiyyəti sevir. - Fyodor Dostoyevski

Vəfa və səmimiyyət ilk prinsipləriniz olmalıdır. - Konfutsi

Vicdan təmiz olmayanda səmimi sevinc də yoxdur. - Pyer Büast

İncitdiyin bir insanda səmimiyyət arama.

Səmimi olmayan musiqi yaşamaq qabiliyyətindəm məhrumdur. - Prokofyev

Ağıl möminin səmimi dostudur. - Əli bin Əbu Talib

Zəif xarakterli adamlar səmimi ola bilməzlər. - Fransua de Laroşfuko

Vicdanlı olmaq ədalətli, namuslu, doğruçu, səmimi olmaq deməkdir. - Lüdviq Feyerbax

Allahın söhbətində səmimi olan, nə ayıb eşidər, nə də qulağına ayıb gedər. - Əbdülqədir Gilani

Səmimi olmağı vəd edə bilərəm, tərəfsiz olmağı əsla. - Naməlum

Səmimiyyət ən yaxşı siyasətdir. Yapon atalar sözləri

Şeirlər dünyanın ağlı və ürəyidir və səmimiyyət və təbiilik onları əlaqələndirir. Mikayıl Müşfiq

Şerlə romanın nisbəti bulaqla dənizin nisbəti kimidir. Birinin hikməti səmimiliyində, o birinin hikməti ənginliyindədir. - Əbu Turxan

Təhsilli biri deyiləm, hər hansı bir sahədə peşəkarlığım da yoxdur... Lakin səmimi biriyəm və mənim səmimiyyətim mənim kimliyimdir. - Malkolm X

İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır. - Əbu Turxan

Mükəmməl bir həyat istəmirəm.Dürüst insanlar, səmimi Salamlar, ürəkdən gülümsəmələr olsun yetər. -- Ezgin Kılıç

Qısа dа оlsа, nаmuslа, səmimiyyətlə kеçən ömrü, uzun sürən, lаkin еyib və yаlаnlа kеçən şərəfsiz ömürdən üstün tut! - Epiktet


Etiketler: , , ,

11.1.22

Mənəviyyat Haqqında Aforizmlər və Sözlər

Mənəviyyat Haqqında Aforizmlər və Sözlər






Mənəviyyat həqiqətlərin çiçək açmasıdır. -Viktor Hüqo

Mənəviyyat ürəyin ağlıdır. - Heyne.

Gözəllik gözdən könülə düşən közdür. -Könül Bünyadzadə

Mənəviyyat - çiçəkli bir haqqdır. - Viktor Hüqo

Mənəvi güc özünü yaradıcılıqda və xilaskarlıq missiyasında biruzə verir. - Əbu Turxan

Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir. - Fəridəddin Əttar

Tənhalıq təkcə kədərin yox, bütün mənəvi halların həmdəmidir. - Cübran

İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir. - Abbasqulu ağa Bakıxanov

Məhəbbət mənəvi kamilliyin həm nəticəsi, həm də şərtidir. - Əbu Turxan

Nikahın qarşıya qoyduğu ideal – cismani yaxınlıqdan başlayıb mənəvi birliyə çatmaqdır. - Mahatma Qandi

Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. - Volter.

Sadəlik - mənəvi gözəlliyin əsas şərtidir. -Lev Tolstoy

Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. 

Mənəviyyat Haqqında Aforizmlər və Sözlər

Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə çalışın.

Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. - A.İ.Gertsen

İnsan mənəviyyat üçün yaşamalıdır. · Heydər Əliyev

Ədəbiyyat-xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir. - Vissarion Belinski

Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir. - N.Q.Çernışevski

Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri səxavətli olsun.

Daxilən gözəl olmağın yolu xaricdəki gözəllikləri duymaq, onlara heyran olmaq və onlara qovuşmaqdır. - Əbu Turxan

Mənəviyyat və əxlaq tarixin ruhudur. - Jozef Juber

Mənəvi dəyər maddi meyarla ölçülə bilməz. - Əbu Turxan

Estetik hissə malik olmadan mənəvi cəhətdən inkişaf etmək mümkün deyil. - Georq Vilhelm Fridrix Hegel

Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi, həyəcani-bədii təmin etməkdir. - Cəfər Cabbarlı

Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir. - Əli bin Əbu Talib

Ağıl az və ya çox – hamıda olur, amma sezginin yolu mənəvi saflaşmadan keçir. - Dədə Turxan

Duyğuların həqiqi siması və əxlaqi-mənəvi yönü ancaq onların fəlsəfi şərhi sayəsində açılır. - Əbu Turxan

Mənəvi dünya “iç aləmi” sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır. - Əbu Turxan

Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. - Heydər Əliyev

Tarixi tədqiqatın birinci şərti bu günlə keçmiş arasında mənəvi körpü salmaqdır. - Əbu Turxan

Şərqin mənəvi zənginliyi və Qərbin maddiyyatı arasında körpü qurmaq missiyası türklərin üzərinə düşür. - Oqtay Sinanoğlu

Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun. - Heydər Əliyev

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.  - Heydər Əliyevin

İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır. - Əbu Turxan

Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. - Əli bəy Hüseynzadə

Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. - Əbu Turxan

Əgər insan dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını da kəşf edə bilməz.- Əbu Turxan

Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. - Aristotel

Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. - Əbu Turxan

Gözəllik qəlbimizlə duyduğumuz sirdir, qəlbimiz ona tabe olaraq şadlanır və genişlənir, ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bilməyərək donub qalır. Bu, görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər axınıdır; bu, insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır: həyat toxumun dərinliyindən gülün rayihə və rənglərinə belə çevrilir. - Cübran 


Etiketler: , , , ,

9.1.22

Müdrik Atalar Sözləri


mudrik atalar sozleri,Müdrik Atalar Sözləri,mənalı atalar sözləri,





Allah doğruya yardı.

Söz odur ki, haqqa vara.

Sevgi sönməz atəşdi.

Asta gedən usta gedər.

Gül qönçədə qalmaz, söz – qəlbdə.

Ağlı qısanın, dili uzun olar.

Bulud ağlar, çəmən gülər.

Vaxtın qiyməti puldan bahadır.

Biləyin edə bilmədiyini bilik eləyər.

mudrik atalar sozleri,Atalar Sözləri,Müdrik Atalar Sözləri,
Hesabı Doğru olanın alnı açıq olar.

Dəniz dalğasız, könül sevdasız olmaz.

Qadın bənnadır, kişi fəhlə. 

Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar. 

Məhəbbət və doğruluq məğlub edilməz.

Müdrik Atalar Sözləri,Müdrik Atalar Sözü,mənalı atalar sözləri,menali atalar sozu,


Yalan olmasa doğru yeriməz.

Yaxşılıq açan qapıya, sevgi qonar.

Sözün zahiri zərif, batini lətif olmalıdır.

Ev şamdan işıqlanar, baş – bilikdən.

İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır.

Müdrik Atalar Sözü,mənalı atalar sözləri,Mudrik atalar sozu,

Mudrik Atalar Sozleri 

Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar.

Bir yerdə yeyəndə dadlı olar, bir yerdə işləyəndə şadlıq olar.

Doğru yolun əyrisin bilməyən düzə çatmaz.

Qələm əyri kəsilsə də, doğru yazar.

mudrik atalar sozleri,Müdrik Atalar Sözləri,mənalı atalar sözləri,
Müdrik Atalar Sözləri

Müdrik Atalar Sözləri 

Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.

Pis iş görən şeytanın şagirdidir, Doğrunu bilib danan şeytan özüdür.

Adam adamdır, olmasa da pulu,  Heyvan heyvandır, atlas olsa da çulu.

Bıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.

Söz var kəsər savaşı, Söz var kəsdirər başı.

Aslanlar öz hekayələrini özləri yazmırsa ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik.

Etiketler: , , , , ,

5.1.22

Qürur haqqında aforizmlər və sözlər

qürur haqqında aforizmlər,qurur haqqinda statuslar,qurur haqqinda sozler,qürurlu sözlər,qürura aid sözlər statuslar

 İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar. - Corc Bernard Şou. 

.

Etiketler:

1.1.22

Yeni İl şeirləri uşaqlar üçün

Bir-birindən gözəl 6 yeni il şeiri (uşaqlar üçün)
şaxta baba şeiri,yeni il seiri usaqlar ucun,yeni il seiri,saxta baba seiri,yeni il şeirləri uşaqlar üçün


1)   YENİ İLİNİZ MÜBARƏK! ŞEİRİ

Müəllif: Gülzar İbrahimova


Yeni ildə uşaqlar

Böyük yolka qurdular,

Yolkanın ətrafında

Çaldılar, oynadılar,

***

Şaxta baba hamıya

Çoxlu hədiyyə verdi,

Uşaqları  bax belə,

O sevdi, əzizlədi:

***

«Mənim əziz balalarım,

Qardan təmiz balalarım,

Gəlin, birlikdə deyək,

Yeni iliniz mübarək!



2) ŞƏN YOLKA ŞEİRİ

Müəllif:  Tofiq Mütəllibov

Geyinmisən al-əlvan

Budaqların çırağban.

Dövrə vurub qız-oğlan

Nəğmə deyir şən-yolka

Sən nə gözəlsən yolka.

Dildə gəzir sorağın

Bəzənib hər budağın

Şaxta baba qonağın

Olmuş sənin şən yolka

Sən nə gözəlsən yolka.

Çölü meşəni bəzə

Düzləri gəzə-gəzə

Hər il qonaq gəl bizə

Ürək açan şən yolka

Sən nə gözəlsən yolka.

 




3) ŞAXTA BABA ŞEİRİ

Müəllif:  Xanımana Əlibəyli.


Gəl bu xoşbəxt elimizi,

Təbrik elə, bir-birimizi,

Təzə gələn ilimizi

Şaxta baba, şaxta baba

 

 

Saçların ağ, saqqalın ağ,

Hansı evə getsən qonaq,

Hörmət edər hər bir uşaq

Şaxta baba, şaxta baba.

 

Yeni il şeirləri uşaqlar üçün

4)  ŞAXTA BABA ŞEİRİ

Müəllif:  Rafiq Yusifoğlu


Yolkamızın üstündə 

Yenə yandı işıqlar. 

Hardasan, Şaxta baba, 

Yol gözləyir uşaqlar.


Zirvələrdən enib gəl, 

Dərələrdən keçib gəl. 

Yamaclara, çöllərə 

Dümağ libas biçib gəl.


Gözündə ulduz gətir, 

Nəfəsində buz gətir. 

Saçlarında dümağ qar, 

Dilində xoş söz gətir


5) TƏZƏ İL ŞEİRİ

Müəllif:  Naməlum


Təzə il, ay təzə il,

Gəlməyəsən gözə il,

Uğurlu qədəminlə,

Ömrümüzü bəzə il.

Kaman gətrir, saz gətirir,

Şirin dil, avaz gətirir,

Dön zəfərlər ilinə,

Ürəklərə yaz gətir.


6) YENI IL ŞEİRİ

Müəllif: Zeynal Xəlil



Əsir qışın küləyi

Küçələrdə soyuq, qar,

Oynayırlar qar topu

Dəstə – dəstə uşaqlar.


Bağçalarda dəydikcə

Soyuq qışın sazağı,

Alma kimi qızarır

Körpələrin yanağı.


Böyük yolka qurulub

Meydançada bax yenə.

Nəğmə deyir uşaqlar

Gözəl qışa, Vətənə,


Yox, yox! Gəlin hələ siz

Bəzəklərə baxın bir,

Bu sayrışan işıqlar

Bir – birindən gözəldir!


Əlində böyük əsa,

Başında da qar papaq

Şaxta baba yenə də

Bizlərə gəlmiş qonaq,


Uşaqlarla o, yenə

Gözlərində məhəbbət

Bəzən də edir söhbət,

O, söyləyir: – Uşaqlar,


Oynayın qəşəng – qəşəng;

Sizin yeni iliniz

Görüm olsun mübarək!

Sevin dərsi, zəhməti,


Sadiq olun yoldaşa;

Sevin аnа Vətəni,

Ziynət verin hər daşa.

Daha gözəl olacaq

Xalqımızın həyatı!.

  

 Axtarış sözləri:yolka şeiri,yeni il seiri usaqlar ucun,yeni il seiri,saxta baba seiri,yeni il şeirləri,yeni il seirleri,şaxta baba şeiri,

Oxşar şeirlər:

Uşaq Şeirləri | Uşaqlar üçün şeirlər

Yeni İl Şeirləri, Yeni İlə Aid Şeirlər


 

 




 






 

Etiketler: , , , , , , , ,