-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Uşaq Şeirləri | Uşaqlar üçün şeirlər

bilgideryasi

usaqlar ucun seirler,Uşaqlar üçün Şeirlər,şeirlər,Uşaq Şeirləri,


Abdulla Şaiq. “Təmizlik”


Səhər durunca,

Əlimdə firça,

Sildim dişimi,

Bildim işimi.

İnanmırsan bax,

Dişim ağappaq.

Üstüm tərtəmiz,

Bax, beləyik biz.


Solmaz Şirin. "Məstan pişiyim"

 

Özüm kimi körpədir

Mənim Məstan pişiyim.

Yedirdirəm doyunca

Həm çəkirəm keşiyin.


Beli ala-buladır,

Sinəsi ağ qar kimi.

Gəzir həyət-bacanı

Mənimlə səyyar kimi.


Hər nə desəm, anlayır,

Gəl deyəndə tez gəlir.

Harda yumşaq yer görsə,

Xumarlanır, dincəlir.


Çox sevir o özünü –

Təmizləyir, yalayır.

Ətrafımda fırlanıb

Quyruğunu bulayır.


E.Mehdiyev. “Meyvələr”


Bizim qəşəng uşaqlar

Gərək yesin heyva, nar,

Püstə, badam, şaftalı,

Armud, ərik, albalı,

Əncir, limon, portağal,

Əzgil, böyürtkən, zoğal,

Alça, gilas, gilənar.

Bu dadlı meyvələrin

Uşaqlara xeyri var.


Abdulla Şaiq. "Arı"


Arıyam, zəhmətkeşəm,

Bal, mum çəkməkdir peşəm.

Səhər güllər açınca,

Gözəl qoxu saçınca

Uçaram göy yamaca,

Çiçək açmış ağaca,

Ya çəmənə, meşəyə,

Qonaram hər çiçəyə;

Şirəsini çəkərəm,

Pətəyimə tökərəm

Çalışaram doqquz ay,

Hamı məndən alır pay.

Balımdan qoy yesinlər,

Mənə: “Sağ ol!” desinlər.


Zeynal Cabbarzadə. “Laylay”


Yat gözümün qarası,

Ciyərimin parası.

Laylay, ürəyim laylay,

Arxam, dirəyim laylay!

Göydə bulud sovuşsun,

Kirpiklərin qovuşsun,

Laylay, quzum, a laylay,

İki gözüm, a laylay!

Sən nə şirin balasan,

Görüm yüz il qalasan.

Laylay, baharım, laylay.

Laylay, nübarım, laylay!..


Aləmzər Əlizadə. Boyum uzanıb


Bir səhər gəzə-gəzə,

Çıxdıq çiçəkli düzə.

Sarı boyçiçəyini

Nənəm göstərdi bizə.

Söylədi: ─Bu çiçəyin,

Yaman gözəl ətri var.

Hər kim dərib qoxlasa,

Onun boyu uzanar.

Mən də dəstə bağladım,

Evimizdə saxladım.

Boyum uzansın deyə,

Axşam-səhər qoxladım.

Biləsiz, belə yaxşı,

Ətirli çiçək olmaz.

Axı, deyəsən mənim.

Boyum uzanıb bir az...


Eşqin Məmmədov. Dostlar, ağac əkək


Gəlin bir ağac əkək !

Ey , əziz uşaqlar.

Onlar da bizim kimi ,

Uşaq qalmayacaqlar.


Quşları böyüdəcək ,

Anatək sinəsində.

Biz də gəlib yatarıq

Yayda buz kölgəsində.


Ağaclar çox yaşayır,

Babalar belə deyər.

Bizdən sonra ağacdan,

Nəsillər bəhrələnər.



Mirvarid Dilbazi. "Böyüklərə hörmət et"


Sən can yandır anana,

Sənə candan yanana.

Sev atanı könüldən,

Qulluq elə ona sən.


Hörmət etmək nənənə

Qoy bir borc olsun sənə.

Eşit baba sözünü,

Sevdir ona özünü.


Bir yıxılan görəndə,

Tut əlindən, balacan.

Yaxşı işlər görməyə

Tələsməlidir insan


Mina Rəşid. Mənim doğma vətənim

Azərbaycan adlanır

Mənim doğma vətənim.

Azərbaycan dilidir

Mehriban ana dilim.

 


Vətənimin paytaxtı

Yaraşıqlı Bakıdır.

Möhtəşəm Qız qalası

Bakının baş tacıdır.


 

Bayrağım üçrənglidir

Qırmızı, yaşıl, mavi.

Mənim nağıllarımda

"Cırtdan" aldadır "Div"i.

 


Dinim İslam dinidir

Vətənim Odlar yurdu.

Torpağımı qoruyur

Böyük, güclü bir ordu.




Abbas Səhhət. Ağacların söhbəti


Alma, palıd, şam ağacı һal ilә,


Eylәdilәr bәһs bu minval ilә:


Başladı tərifə palıd qamәtin,


Öydü özün, zorbalığın, һalәtin.


-Yetmәz olur-söylәdi-dağlar mәnә,


Layiq olur fәxr edә bağlar mәnә.


Az qala başım yetişә köylәrә,


Şax budağım kölgә salır һәr yerә.


Әssә külәk, qopsa da tufan yenә,


Әymәyә әsla gücü çatmaz mәnә.


Canlıcadır, zorbacadır baldırım,


Sındıra bilmәz mәni һeç ildırım!


Alma ağacı ona verdi cavab:


- Eylәmә tərif özünü, ey cәnab!


Zorbadır һәrçәnd ki, qәddin sәnin,


Yox mәnә tay olmağa һәddin sәnin!


Sәndә bitir bir neçә vecsiz qoza,


Ancaq o da qismәt olur donquza.


Mәndә vәli, yaxşı, gözәl alma var,


Rәngini һәr kim görә һeyran qalar.


Dadlı, lәtafәtli, mәlaһәtlidir,


Saplağı incә, özü lәzzәtlidir...


Şam ağacı bildi bu keyfiyyәti,


Söyәdi:-Bәsdir, buraxın söһbәti,


Boş danışıqdan nә çıxar, ay balam.


Qış günü siz çıplaq olursuz tamam,


Leyk mәnim qışda dәxi yaz kimi,


Yaşıl olur paltarım atlas kimi.

Lazımam ev tikdirәn insanlara,


Hәm dirәyәm, һәm qapı eyvanlara.


Qış sobada xalq mәni yandirar,


Mәnfәәtim xalqa mәnim çox dәyәr...

>
To Top