Ən Gözəl Sözlər: müəlliflər
BANNER 728X90
müəlliflər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
müəlliflər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

30.8.22

Çarli Çaplin Sözləri və Aforizmləri

Ağustos 30, 2022
Çarli Çaplin Sözləri və Aforizmləri

 

Çarli Çaplin Sözləri,Çarli Çaplin  Aforizmləri,carli caplin sozleri

Ayna mənim ən yaxşı dostumdu. Çünki mən ağlayanda, o əsla gülməz.

Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözə baxandılar.

Məni anladıqları üçün, səni anlamadıqları üçün alqışlayırlar.(Albert Eynşteynə söylədiyi söz)

"Niyə də olmasın? Nə də olsa öz malıdır."

(Tanrı ruhunu bağışlasın" deyən keşişə qarşılıq olaraq.)

Gün sonunda etmədiklərinlə deyil etdiklərinlə mühakimə olunarsan.

Yağışda yeriməyi sevmişəm həmişə,heç kim ağladığımı görə bilmir deyə...

Qadın istənilən milyarder kişini milyonçu edə bilər.

Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir...

Məqsədiniz ziyan verməkdirsə, gücə ehtiyacınız vardır. Digər hər şey üçün sevgi yetər..

İnsanlar sizə lağ etmək üçün hər vaxt bir çatışmayan nöqtənizi tapacaq və kimsə sizi olduğunuz kimi qəbul etməyə yanaşmayacaq. Bunun üçün doğru bildiyiniz şəkildə yaşayın və ürəyinizin sizi istiqamətləndirdiyi yerə gedin.

Mənim həyatımdakı ən böyük düşmən zamandır.

Zaman ən yaxşı yazardır. Hər zaman mükəmməl sonu yazar.

Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapmaqdansa, çalışaraq gerçək yerinizi tapın.

Read More

Bob Marli Sözləri və Aforizmləri

Ağustos 30, 2022
Bob Marli Sözləri və Aforizmləri

 

Bob Marli Sozleri,Bob Marli Sözləri. Bob marley sozleri

Yaşadığın həyatı SEV, sevdiyin həyatı YAŞA.

Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir.

Pul həyatı ala bilməz.

Sevgilin ola biləcək bir çox insan ola bilər; amma unutma ki, sevdiyin ola biləcək insan bir dənədir.

Bəzən elə gülüşlər vardır ki, ən böyük ağrıları gizləmək üçündür.

Bəlkə də haqlısan.. Sıfırın gücü yoxdur; amma unutma ki, sıfırın itirəcək bir şeyi də yoxdur!

Kişi ya da qadın ikisinin də bildikləri doğrudur; amma qadının təxmin etdiyi hər şey, kişinin əmin olduğu şeydən daha doğrudur.

Gözəl danışmaq üçün tək bir yol vardır; dinləmək.

Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər.

Bəzi insanlar səni çox yaxşı başa düşürlər.. Həm də çox yaxşı.. Amma daim uzaqdadırlar. Xoşbəxt olmaq istəyirsən? Onda heç kimdən heç nə gözləmə.

Əslində tək problemimiz; hələ onunla tanış olalı bir neçə gün olmuşkən ona 'səni sevirəm' deyə bilməmizdir. - Bob Marli

Bəlkə də əvvəlcə səhv insanlarla tanış olmasaydıq, doğru insanı tapdığımızda, onların dəyərini anlaya bilməzdik.


Baxmayın insanların "məni çox sevəcək birini axtarıram" deməsinə. Böyük bir sevgiyə məruz qalınca hamısı qaçacaq deşik axtarır!

Bəlkə də ayrılıq kifayət qədər sevməyənlər üçün bir sondur. Çünki bitdiyində getmək asan, amma eşq ayrılıqda müəyyən olar.

Baxdın həyatın dadını çıxara bilmirsən; dadını qaçıranı, həyatından çıxar.

Düşmənindən çox dostundan çəkin! Çünki dostluq bitsə, sənə necə zərər verə biləcəyini ən yaxşı dostun bilər yalnız.

Dost sanarıq hamımız ehtiyacımız olduğunuda bizi tərk edənləri, "Tanrım sən məni dostlarımdan qoru, düşmənlərim onsuz da müəyyən".

Əslində davamlı təbəssüm edənlər, içdən içə acı çəkənlərdir.. Unutma, hər gülən üz xoşbəxtlik ifadəsi deyil! - Bob Marli

Əslində hər kəs sevdiyi insana baxırmış kimi həyata baxsa, bəlkə də həyat bu qədər acı verməkdən vazkeçərdi insanlara.

Sən kimsən ki mənim yaşadığım həyatı mühakimə edirsən! Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm. Barmağın ilə məni işarə etmədən əvvəl, əllərinin təmiz olduğundan əmin ol!

İnsanlar səni səhv başa düşdükdə bunu dərd etmə. Eşitdikləri sənin səsindi, amma ağlından keçirdikləri öz düşüncələridir.


Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır.

Əgər o heyrətamizdirsə, o, asan olmayacaq. O, asan olsa, heyrətamiz olmayacaq. Əgər o buna dəyərsə, imtina etməzsən. Əgər imtina etsən, layiq deyilsən. ... 


Həqiqət budur ki, hamı səni incidəcək; sadəcə əziyyət çəkməyə dəyər olanları tapmalısan.1a

Read More

9.8.22

Mikayıl Müşviq şeirləri - Ən gözəl 6 şeiri

Ağustos 09, 2022
Mikayıl Müşviq şeirləri - Ən gözəl 6 şeiri
Mündəricat: 

  • Sevgilər şeiri
  • Ana şeiri
  • Məni gözəl xatırla...
  • Rəssam şeiri
  • Yenə o bağ olaydı şeiri
  • Həyat sevgisi şeiri


 

Mikayıl Müşviq şeirləri,mikayil musviq seirleri müşviqin yenə o bağ

Sevgilər şeiri


Ana şeiri

Ana dedim, ürəyimə yanar odlar saçıldı, 

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

 

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.


Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin çilvəsində yaratmış;

Ana, ana… çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.


 O fidanı bəzi faqıt istiyorum çəkərək,

Qoparayım ürəyimdən, fəqət onda varlığım

Sızıldarkən, sanki bir səs qopub incə və titrək

Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!


Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,

Söylədiyin sözlər ki var beşiyinin üstündə

Oxuduğum türkülərin kölgəsidir, övladım!

Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.


Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,

Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı

Baban kimi soyuq əllər qucağına çəkərkən,

Yalnız acı fəğanların titrədirdi hər yanı.


İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,

Diyorum ki, — qapılmadan bir xülyaya, bir hissə-

Olan olmuş, keçən keçmiş, indi məni yaşadan

Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.


İnandığım bir qiblə var, o da hər gün, hər zaman

Yorulmayan qollarımla, düşünərək yapdığım

Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,

Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!


Rəssam şeiri

Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy onun nazını mən özüm çəkim.


Çək onun qaradan qara telini,

Çək, rəssam çək onun incə belini,

Gözünə çatanda saxla əlini

Can alan gözünü mən özüm çəkim.


Çək Tanrı verdiyi gözəl qulunu,

Çək dörd bir yanını, sağı solunu,

Çək onun keçdiyi həyat yolunu

Qoy ayaq izini mən özüm çəkim.


Məni gözəl xatırla şeiri


Məni gözəl xatırla…

Bunlar son misralar…

Fərz et ki, bir külək idim, əsib keçdim həyatından…

Ya da bir yağmur, sel oldum çöllərdə…

Sonra torpaq çəkdi suyu canına

Yox olub getdim, bəlkə röya idim səninçün

Oyandın ve mən bitdim…

Məni gözəl xatırla…

Çünki sevdim sənin mən hər şeyini…

Sənə sirdaş oldum, dost oldum

Qoynumda ağladın…

Üzünə vurmadım heç bir nöqsanını

Məni üzdün qınamadım

Alışmışdım vəfasızlığa, el oldun aldırmadım…

Məni gözəl xatırla…

Səhifələrcə məktub buraxdım sənə

Şeirler yazdım her gece çoxunu oxutmadım…

Saxladım günahını, savabını içimdə, səssizcə getdim

Səndən əvvəlkilər kimi sən də başa düşmədin…

Meni gözel xatırla…

Sənə unudulmaz gecələr buraxdım

Sənə en yorğun sabahlar

Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım…

Söylənməmiş ”Salamlar” buraxdım hər küncə

“Vidalar” buraxdım dayanacaqlara…

Nə axtararsan bir sevdanın içində

Artıqlamasıyla buraxdım arxamda…

Məni gözəl xatırla…

Dizlərimdə yuxuya getdiyini düşün

Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün…

Sevincli olduğun anları gətir gözünün önünə

Alnından öpdüyüm dəqiqələri…

Bir azdan qapını döyəcəyimi düşün…

Təəccübləndirməyi sevirəm bilirsən

Buda sənə son surprizim olsun…

İndi səninlə yaşanan günləri atəşə verirəm…

Məni gözəl xatırla…

Gedirəm…


 

Yenə o bağ olaydı şeiri

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər axşam.

Arzuya bax sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

Yenə o bağ olaydı, yenə sizə gələydik,

Danışaydıq, güləydik.

Ürkək baxışlarınla ruhumu dindirəydin,

Məni sevindirəydin.

Gizli söhbət açaydıq, ruhun ehtiyacından.

Qardaşından, bacından

Çəkinərək çox zaman söhbəti dəyişəydin,

Mənimlə əyişəydin.

Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,

Sən, ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,

Vay o qəlbə ki, boşdur!

Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,

İnsanlar daha məsud.

Duyğular daha incə, fikirlər daha dərin,

Ürəklər daha sərin.

İnsanların vüqarı, tələbi daha yüksək,

Yolumuzdan daş, kəsək,

Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,

Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,

Sular ötəydi dil-dil.

Saçın kimi qıvrılan dalğalara dalaydım,

Dalıb ilham alaydım.

Əndamını həvəslə qucaqlarkən dalğalar,

Qəlbimdə qasırğalar,

Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,

Məni hirsim boğaydı.

Cumub alaydım səni dalğaların əlindən,

Yapışaydım belindən.

Xəyalımız üzəydi sevda dənizlərində,

Ləpələr üzərində.

İlhamımın yelkəni, zərrin saçın olaydı,

Sular xırçın olaydı.

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,


Gəlin baxın Xəzərə.

Çıxalım Buzovnada kiçik qayalıqlara,

Seyrə dalım bir ara...

Gecələr sayrışarkən, ulduzlar lalə kimi,

İşıqlar jalə kimi.

Çilənib dağılarkən ətrafa damla-damla,

Ən yaxın bir adamla.

Nə gözəldir dinləmək suların nəğməsini,

Təbiətin səsini!

Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,

Bu sərin sahilləri!


Nə gözəldir səhərlər bizim böyük ruhumuz,

Aşıb-daşan duyğumuz.

Şəklindəki sulara, baxaraq ləzzət almaq,

Bu mavi şerə dalmaq.

Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,

Bəzən hürküb çəkinmək.

Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,

Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində.

İnci qumlar üstündə yenə verib baş-başa,

Yayı vuraydıq başa.

Günlərimiz keçəydi qızğın fərəhlər kimi,

Dolu qədəhlər kimi.

Yarpaqlar arasından uzadaraq əlini,

Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!

Sən gözəlsən, ay gözəl?

Əllərində əllərim, gözlərində gözlərim...

Asılaydı sözlərim

Könlünün qulağından bir qızıl tana kimi,

Günəş doğana kimi.

Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,

Can-ciyər olacaqlar.

Bir az da uzaqlara açacaqlar yelkəni,

Ruh yeni, həyat yeni...

Çıxacaqlar göyləri aşaraq dönə-dönə,

Buludların fövqünə.

Uçacaqlar sabaha, uçacaqlar yarına,

Efir boşluqlarına.

Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,

Bu insan oğlu bilsən.

Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim.

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

Həyat sevgisi

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?


Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində!

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?


Baxınız, dan yeri sökülmüş kimi,

Dostlar bir cəbhəyə tökülmüş kimi.

Uzaqdan-uzağa xam gümüş kimi

Ağaran səhradan necə əl çəkim?


Təbiət varlıdır, təbiət xəsis,

İşlədərkən onu, sən ey mühəndis,

Mən də qart daşlara verdiyim bu hiss,

Bu incə mənadan necə əl çəkim?


Bir yanda tərlanlar, dumanlı dağlar,

Bir yanda kəkliklər, ayna bulaqlar,

Bir yanda bülbüllər, çiçəkli bağlar,

Mən bu tamaşadan necə əl çəkim?


Həyat dedikləri bu keçməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?


Qarşımda dalğalı dərin bir ümman,

Ümmanı sarsıdır bir acı tufan,

Bəyaz köpükləri bir çiçək yapan

Şeirdən, xülyadan necə əl çəkim?


Ulduzlar fikrimin çırağbanıdır,

Bulud xəyalımın karıvanıdır,

Səma ki, hissimin aşiyanıdır,

Böylə bir səmadan necə əl çəkim?


Mehriban sevgilim qarşımda durdu,

Yenə şairliyim başıma vurdu,

Məndən məcnun kimi könül maraqla sordu:

-Bu saçı leyladan necə əl çəkim?


Xəzan acısına edib təhəmmül,

Gülün kölgəsində ötəndə bülbül,

– Həyat, həyat!- deyə çırpınır könül.

Könüldən, sevdadan necə əl çəkim?


Sən aldın aşını yeni hisslərdən,

Ey cavan qələmim, düşmə bəhərdən,

A dostlar, söyləyin, mən bu hünərdən,

Bu təbi valadan necə əl çəkim?

Read More

6.8.22

Paulo Coelho Sözləri

Ağustos 06, 2022
Paulo Coelho Sözləri

 

Paulo Coelho Sozleri,Paulo Koelyo Sözləri,Paulo Coelho Sözləri,Paulo coelho haqqinda

Yaxşı insan ol, amma bunu sübut etmək üçün vaxt itirmə.


Arzu - gördüklərimiz deyil, təsəvvür etdiklərimizdir.

Yalnız bir şey xəyalların gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur.

Cəsur ol. Risk al. Heç bir şey təcrübənin yerini tuta bilməz.

Həyatdakı ən qeyri-adi şeylər əslində ən sadə görünənlərdir.

Əgər birini sevirsinizsə, onu azad buraxmağa hazırlıq olmalısınız.

Bir uşağın bir yetkinə hər zaman öyrədə biləcəyi üç şey var: Səbəbsiz yerə xoşbəxt olmaq, hər zaman məşğul ola biləcək bir şey tapmaq və əldə etmək istədiyi şeyə var gücü ilə çalışmaq.

Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda.

Alçaltmaq səhvdir, çünki axmaqlıq bir qüsurdur, amma elələri var ki axmaqlığı qüsursuzdur.

Bütün qadınlar mələkdir əslində.Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər. 

Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur.

Hər insan məğlub olar, amma ancaq sevməyən imtina edər. Bil ki, eşq, məğlub olduğunda deyil, imtina etdiyində bitər əslində.

Bəzən insanlar qəbahətli olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşıdakı sussun deyə üzr istəyərlər.

İzahatlara vaxt itirmə, onsuzda insanlar ancaq duymaq istədiklərin eşidirlər.

Sevginin əksi nifrət deyil, biganəlikdir, heç bir hissin olmamasıdır. Əgər kimsəyəsə hələ də nifrət edirsinizsə, o hələ də sizin həyatınızdadır.

Biz insanların iki problemi var: birincisi nə vaxt başlamaq lazım olduğunu, ikincisi isə nə vaxt dayanacağını bilməmək.

Bədbəxtçilik - cəza deyil, imtahandır.

Balta heç vaxt xatırlamır. Ağac heç vaxt unutmur.

Sən ölkəni sevib, hakimiyyətinə nifrət edə bilərsən

Zamanla anlar ki insan zaman deyilmiş gedəni geri getircek olan. Çünki bəlkə də zaman, inanılan ən böyük yalan.



Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.

Azadlıq bax budur: Qəlbinin istədiyi şeyi hiss etmək və bunu başqalarının düşüncələrinə bağlı olmadan etmək. Azaddır, çünki sevgi insanı azad hiss etdirir.

Nə vaxtsa olduğun və hələ də daxilində mövcud olan uşağın səsinə qulaq asmaq lazımdır. O, sehirli anlara çatmağa səbəb olur. Bəli, biz onun hönkürtüsünü kəsə bilərik, amma onun səsini boğmaq - əsla.

Yer üzündəki hər bir insan nə edirsə etsin, dünya tarixində böyük rol oynayır. Və adətən onun bu haqda heç xəbəri belə olmur.

Uşaqkən; hər şeyin sahibi olmaq üçün böyümək istəyirdik. Böyüdük; indi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik..  - 

Doğulduğumuz andan ölənə qədər həyatımız davamlı bir səfərdir. Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir amma qatar həmişə irəli gedər. Həyat bir qatardır. Qatar stansiyası deyil.

Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir.


,

Read More

25.7.22

Nazım Hikmət Sözləri və Aforizmləri

Temmuz 25, 2022
Nazım Hikmət Sözləri və Aforizmləri

Nazim hikmet sozleri,Nazım Hikmət Sözləri,nazim hikmet seirleri, Nazim hikmət şeirləri

 Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır.

Yaşamaq bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına.

İnsan kimləsə qocalmalıdır, kiməsə görə yox!

Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük!

Cəsur bir qadının başı, qorxaq kişinin çiyninə ağır gələr..

Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.

Dostluq ağaca bənzəyər, qurudusa, bir daha göyərməz.

Mənim könlüm bir qartaldır.

O mənsizliyi gözə aldısa, mən onsuzluqdan bir şey itirmərəm.

.Məsələ əsir düşməkdə deyil, təslim olmamaqdır bütün məsələ.

Yağdı bütün gecə, yağdı qar, ulduzlarla aydınlanaraq.

Məncə sən də indi hər kəs kimisən.

Keçdim bütlərin meşəsindən baltalayaraq, nə də asan yıxılırdılar.

Gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir.

Bahar gəldi, bahar gəldi, bahar, bahar gəldi oğlan! Tumurcuqlandı içimdə qan!

Yalanın ən böyük qüdrəti onun sürətlə yayılmasındadır.

Ürəyə bir bıçaq kimi girən xatirələrin, dilsiz olduqlarını anlayıram.

Ürəyin qadını kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd olanı!

Bilməzdən gəlişim, axmağı oynamam itirmə qorxumdan deyil; Qarşımdakıların yalan danışma potensiallarına olan marağımdandır.

Bilərsənmi nə pisdir insanın bildiyini izah edə bilməməsi, sözlərin həmişə yarım qalması. "Mən" deyib susması, "Sən" deyib ağlaması...

Bir gün mənsizlik çalar qapını, mənli günləri düşünüb avunarsan.. 

Kim Bilİr.. Nağılınızın qəhrəmanı, başqa bir hekayənin fiquranı olmağa getmişdir bəlkə də.

Sanma ki, yalanlar içində mənim kimi bir doğru taparsan..

Mənim söz xəzinəm çox genişdir, deyərdim. Sənin bir sözünə çata bilmədim; "Get" nə deməkiydi sevgilim?

Nazım  Hikmət Sevgi Sözləri

Cibimdə yoxuydu! Ürəyimdən verdim.

İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.

Mən səndə imkansızlığı sevirəm, fəqət ümidsizliyi deyil..

Deyirlər e, mən sənsiz yaşaya bilmərəm. Bax, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram amma səninlə bir başqa yaşayaram.

Tahir olmaq da ayıb deyil Zöhrə olmaq da, hətta sevda üzündən ölmək də ayıb deyil.

Sevməyən ürək süni çiçəyə bənzər: ömrü çox olsa da, ətri olmaz.

Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar işıqlığa?

Vicanla birlikdə, şərəf axtararam sevdiklərimdə.. Hər zaman doğru deyildir əlbəttə seçimlərim.. Gün gələr "şərəfsizləri"də sevərəm..

Sevmək, sevdiyin kişi ilə birlikdə olmaq deyildir unutma! Çünki sevgi; onunla yaşamaq deyil, onu yaşamaqdır əslində..

Peşman deyiləm! Yalnız dön bax arxana; Nə üçün, nələrdən imtina etdin? Nələr varkən, sən nəyi seçdin.

Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur.


Nazım Hikmət Mənalı Sözləri

İnsanların qanadları yoxdur,çünki insanların qanadları ürəklərindədir.

Eşq, bəzən getməklə qalmaq arasında verdiyin ən böyük mübarizədir. Sevməyənin ağılı, həqiqətən sevənin ürəyi qazanır bu mübarizəni.

Gənclik - arzu, inam, igidliyə həvəs deməkdir. Gənclik - lirika və romantizmdir. Bu, gələcək üçün tükənməz arzulardır. Bütün yaxşı əməllərin başlanğıcıdır.

Həqiqi şair öz eşqi, öz xoşbəxtliyi və acısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzi vurmalıdır.

Gerçək həyatdan qaçan və onunla əlaqəsiz mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur.

Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar işıqlığa?

Read More

21.7.22

Hüseyn Cavid Sözləri və Şeirləri

Temmuz 21, 2022
Hüseyn Cavid Sözləri və Şeirləri

Hüseyn Cavid Şeirləri,Hüseyn Cavid Sözləri,Huseyn Cavid Sozleri


Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi. - Hüseyn Cavid

    • Mən gözəllərdə gözəl ruh araram,
      Ruhu düşkünləri çirkin sanaram.
    • Həp sevgidir gözəlliyi insana sevdirən,
      Məhrumi-eşq olunca gözəllik də can sıxar.
      - Hüseyn Cavid
    • Hər ümidsizlikdə bir ümid, hər qаrаnlıqdа bir işıq yаşаyır…
      - Hüseyn Cavid
    • Gənclik, əlbəttə, böyük nemətdir,
      Ən umulmaz böyük səadətdir. 
      - Hüseyn Cavid
    • Bəxtiyarsan, əgər çəkdiyin əmək,
      Cahan süfrəsinə versə bir çiçək.
      - Hüseyn Cavid
    • Ah, nə xoşdur əbədi sülh olsa,
      Bəşəriyyət acıdan qurtulsa.  - Hüseyn Cavid
    • Bir millətin tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər. - Hüseyn Cavid
    • Təzad həyatın ahəngidir.
    • Yаşаdаn kаinаtı qüvvətdir,
      Gücsüzün həp nəsibi zillətdir. - Hüseyn Cavid
    • Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır. - Hüseyn Cavid
    • Lazımdırsa cəhalətlə güləşmək,
      Bir çarə var, o da yeniləşmək! - Hüseyn Cavid
    • Hər qüvvətə üstün gəlir аncаq qоrxusuz bəşər,
      Cаhаn igid ərlərindir, qоrxаn gözə çöp düşər… - Hüseyn Cavid
    • Qüvvət üstündə varsa əqli-səlim
      Sana həp kainat olur təslim!  - Hüseyn Cavid
    • Arslanların saymazlığı şikarı tülkülərə qapdırar. - Hüseyn Cavid
    • Siyasət rol oynarkən, ədəbiyyat susur. - Hüseyn Cavid
    • İdrakı sönük başçıların qəfləti ancaq
    Hüseyn Cavid Sözləri


    • Etmiş, edəcək milləti həp əldə oyuncaq. - Hüseyn Cavid
    • Yurdu sarmış qabalıq, yaltaqlıq,
      Yüksəliş varsa, səbəb alçaqlıq... - Hüseyn Cavid
    • Mümkün olsaydı da yurdumdakı meyxanələri həp kütübxanə yapardım. - Hüseyn Cavid
    • Ölüm var ki, həyat qədər dəyərli,həyat var ki, ölümdən də zəhərli. - Hüseyn Cavid
    • Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar için nə qədər təəssüf ediləcək. - Hüseyn Cavid
    • Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. - Hüseyn Cavid
    • Kəssə hər kim tökülən qаn izini,
      Qurtаrаn dаhi оdur yеr üzünü. - Hüseyn Cavid

    Read More

    19.7.22

    Cəlil Məmmədquluzadə Sözləri və Aforizmləri

    Temmuz 19, 2022
    Cəlil Məmmədquluzadə Sözləri və Aforizmləri

     

    Celil Memmedquluzade sozleri,Cəlil Məmmədquluzadə Sözləri cəlilin


    Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur.


    Təhsil alın ki, cahilləri idarə edəsiz, təhsil almasanız əksi olacaq, cahillərin əlinə baxmalı olacaqsız.


    Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm , ana dilim var.

    Dünyada hər bir kəs üçün sözdən böyük yadıgar yoxdur. Zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır.

    Düzdür, yerindədir əlim-ayağım,

    Vardır bədənimdə canım da hətta,

    Ancaq bir iş var ki, yox azadlığım,

    Ağrıdır yaşamaq əsarət altda.

    Uşaqlıqdan görmüşəm ki, qonşu qadınlar, uşaqlar yad it görən kimi ona "paşol", yəni "get" deyib qovmağa çalışırlar. Mən təəccüb edirdim: doğurdanmı, itlər rusca "danışırlar"?

    Mən bir dəfə əlimə daş götürüb, itə sarı "get burdan", "rədd ol" deyə qışqırdım. İt bu sözləri eşidən kimi məndən uzaqlaşdı. Deməli, it azərbaycanca da "başa düşürmüş".


    Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa “Molla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə.

    Əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqət ilə baxın camalınıza.

    Ölülər rahat idi.Əsl dirilməli olanlar "yaşayanlar" idi. ( "Ölülər" əsərindən) 

    Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim...


    Cəlil Məmmədquluzadə Haqqında məlumat:

    Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə — Görkəmli Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri.

    O, 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur.

    Açar sözlər: Celil Memmedquluzade sozleri,Cəlil Məmmədquluzadə Sözləri,cəlil məmmədquluzadə aforizmləri,


    Read More

    18.7.22

    Mark Tven Sözləri

    Temmuz 18, 2022
    Mark Tven Sözləri
    Mark Twain Haqqında,Mark Twain sözləri,müəlliflər,Mark Tven Sözləri,mark twain sozleri,

    Hər günə həyatının ən gözəl günü olması üçün şans ver. - Mark Tven

    Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün.- Mark Tven

    Hər kəs aya bənzər.Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.  - Mark Tven

    Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin. - Mark Tven

    Dünyada tək zərər verməyən qadın, anadır. - Mark Tven

    Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil.- Mark Tven 

    Təəssüflər olsun ki,bəzən insanı çaşdırmağın bir yolu-ona həqiqəti olduğu kimi söyləməkdir. - Mark Tven

    Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir. - Mark Tven

    Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda, bircə dənə də real səbəb yoxdur. - Mark Tven

    Yoxsullar milyonerlərə yox, daha çox köməklik edilən başqa yoxsullara həsəd aparırlar. - Mark Tven

    Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir. - Mark Tven

    Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin. - Mark Tven

    Kitab oxumayan birinin, oxuma bilməyənə qarşı bir üstünlüyü yoxdur. - Mark Tven

    Mark Tven Sözləri 


    Cənnət ilə cəhənnəmlə əlaqədar artıq-əskik danışmaq istəmərəm çünki hər ikisində də dostlarım var. - Mark Tven

    Tibbi kitabları oxuyarkən ehtiyatlı olun. Siz çapda edilən səhvdən ölə bilərsiniz. - Mark Tven

    Doğru ayaqqabalırnaı geyinənə kimi yalan bütün dünyanı dolanar. - Mark Tven

    Nəzakətli insan, söylənən əhvalatı bilsə belə, bilməyimiş kimi edəndir.- Mark Tven 

    Şəfqət və mərhəmət elə bir dildir ki, onu karlar da eşidir, korlar da oxuya bilir. - Mark Tven

    Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmarsan.- Mark Tven

    Ağzını bağlı saxlamaq və insanlara axmaq olduğunu düşünməyə icazə vermək ağzını açıb bütün bu şübhələri uzaqlaşdırmaqdan daha yaxşı olar.- Mark Tven

    Vərdiş, elə bir şeydir ki, onu pəncərədən ata bilməzsən. Gərək nəzakətlə, pilləkan pilləkan endirəsən.- Mark Tven

    Ədəbiyyatda oxşarlığı kopiyalamaqla əldə etmirlər. - Mark Tven

    Eyni yolu birlikdə getdiyimizi sandığımız insanlar, əslində bizə sadəcə gedəcəkləri yerə qədər yoldir. - Mark Tven

    Heç kim izləmirmiş kimi rəqs et. Heç kim incitməyibmiş kimi sev. Heç kimi dinləmirmiş kimi, zümzümə et. Və dünya bir cənnətmiş kimi yaşa. - Mark Tven

    Uşaq həmişə böyüklərə üç dərs öyrədə bilir: o, heç bir səbəb olmadan şəndir, həmişə nə iləsə məşğuldur və nəyin bahasına olursa olsun, istədiyinə necə nail olmağı bilir. - Mark Tven

    Özünüzə olan inamınızı sarsıtmağa çalışanlardan uzaq olun.Bu cılız insanlara xas olan cəhətdir.Böyük insan isə,əksinə,sizə sizin də böyük ola biləcəyinizə inam hissi aşılayır. - Mark Tven

    Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər. - Mark Tven

    Kədər gələndə özü-özünün qayğısına qalır.. Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən. - Mark Tven

    Elə şəkildə yaşamalısan ki, öldüyün zaman tabutçu belə matəm tutsun. - Mark Tven

    Açar sözlər: Mark Twain sözləri,Mark Tven Sözləri,mark twain sozleri,
    Read More

    19.5.22

    Mustafa Kamal Atatürk - Sözləri və Sitatları

    Mayıs 19, 2022
    Mustafa Kamal Atatürk - Sözləri və Sitatları

     

    Mustafa Kamal Atatürk,Mustafa Kamal Atatürk sözləri,Atatürkün sözləri,

    Bəşəriyyət vahid bir bədəndir və hər bir xalq bu bədənin bir hissəsidir.

    Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir.

    Mənim xarakterimi azadlıq və müstəqillik xarakterizə edir.

    İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır.

    Zəfər, zəfər mənimdir deyə bilənindir.

    Yurdda sülh, cahanda sülh!

    Ey qəhrəman türk qadını, sən yerdə sürünməyə deyil, çiyinlərdə göyə ucaldılmağa layiqsən.

    Ey yüksələn yeni nəsil, gələcək sizindir. Respublikanı biz qurduq, onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz.

    Sənətsiz qalan bir millətin həyat damarlarından biri qopmuş deməkdir.

    Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır.

    Bir milləti hürr, müstəqil, şanlı, yüksək bir toplu olaraq yaşadan da, pis vəziyyətə, yoxsulluğa salan da təhsildir.

    Hər hansı bir ordunun dəyəri zabit və komanda heyətinin dəyəri ilə ölçülür.

    Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar.

    Yatmış xalq ya məhv olur, ya da qul kimi oyanır.- Mustafa Kamal Atatürk

    Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar.

    Mən diktator deyiləm. Deyirlər ki, mən böyük hakimiyyətə malikəm... Bəli, belədir. Mən istədiyim hər şeyi edə bilərdim. Çünki, mən alçaqlıq, qəddarlıq bilmirəm. Mən ürəkləri sındırmaqla yox, fəth etməklə idarə etmək istəyirəm.

    Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür.

    Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər.

    Read More

    12.12.21

    Heydər Əliyev Sözləri və kəlamları

    Aralık 12, 2021
    Heydər Əliyev Sözləri və kəlamları

     Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.


    İnsan mənəviyyat üçün yaşamalıdır.


    Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.


    Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.


    Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.


    Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.


    Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.

    Heydər Əliyev sözləri,heydər əliyevin sözləri,
    Heydər Əliyevin Sözləri

    Heydər Əliyev Sözləri və kəlamları


    Tənqid həmişə işə kömək edir.


    Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.


    Öz ana dilini bilməyənlər şikəst adamlardır!


    Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.


    Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.


    Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz.


    Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun.


    Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.


    Xalq gərək daim öz kökünü xatırlasın.


    Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.


    Ağıl olan yerdə zora ehtiyac yoxdur.


    Heç kim əbədi qalib ola bilməz.


    Tarix həmişə hər şeyi öz yerinə qoyur.

    Heydər Əliyev sözləri,Heydər Əliyev,müəlliflər,Heydər Əliyevin kəlamları
    Heydər Əliyev Sözləri


    Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.


    Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.


    Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.


    Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.


    Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.


    Rüşvət bizi içimizdən yeyir.


    Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

    Read More

    30.3.21

    Maksim Qorki - Tarixdə İz Qoyan Sözləri

    Mart 30, 2021
    Maksim Qorki - Tarixdə İz Qoyan Sözləri

     Ana olmasa nə şair olar, nə qəhrəman.


    Dünyada insan olmaq ən şərəfli vəzifədir.


    Sevgi, yaşamaq istəyidir.


    Uşaqlar torpağın canlı çiçəkləridir.


    Uşaqlar çox vaxt böyüklərdən daha ağıllı və daha səmimi olurlar.

    maksim-qorki-sozleri-qorkinin-aforizmleri-dahiler-dahilerin-insanliq

    Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir.


    Xoşbəxtliyə gedən yol azad əməkdən başlayır.


    Əmək zövq olanda həyat gözəldir, vəzifə olduqda isə köləlikdir!


    Bütün həyatım boyu yalnız işləməyi sevən və bacaran adamları qəhrəman gördüm.


    Sabah nə edəcəyini bilməyən insan - bədbəxtdir.


    Namuslu adam heç kəsə paxıllıq etmir.


    Hər ürək öz nəğməsini söylər.


    Elə hislər, fikirlər, təxminlər var ki, onları sevdiyin qadından başqa heç kimə danışa bilmərsən.


    Namuslu nişanlar üçün, yaşamaq daha çətin, ölmək daha asan olur.


    Ən xırda şeylərdə belə dürüst olmaq lazımdır.


    Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hislərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o sizi insana və özünüzə hörmət etməyə öyrədəcək, o, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq.


    Bilikdən daha güclü bir güc yoxdur; biliklə silahlanmış insan yenilməzdir.


    Əsgərin silahı tüfəng olduğu kimi, dil də ədəbiyyatçının silahıdır. Silah nə qədər yaxşı olarsa, döyüşçü də bir o qədər güclü olar.


    Hər ötən günə kiçik bir həyat kimi baxmaq alazımdır.


    Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır.


    Mədəniyyətin səviyyəsi həmişə bilavasitə əməyə məhəbbətdən asılı olur.


    Həyatda ən yüksək sevinc, ən yaxşı zövq özünü insanlara lazımlı və yaxın hiss etməkdir!


    Böyük ürəklərə görə uzaqdakılar daim yaxındır.


    Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.


    Yalnız iki cür həyat forması var: çürümə və yanma. Qorxaq və acgözlər birincini, cəsarətli və səxavətlilər isə ikincini seçirlər.


    Yalan - mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır.


    Şit tərif nə onu deyənə, nə də aid olduğu adama hörmət qazandırır.




    Düşmənin gözləri həmişə iti görür.


    Böhtan və yalan - meşşanların qanun şəkli almış siyasət metodudur.


    Əvvəllər insanları oğurluq edirdilər deyə, həbs edirdilər. İndi doğrunu söyləyirlər deyə, həbs edilər.


    Bizləri aldatmaq üçün Tanrının adından belə istifadə edirlər.


    Yalnız həyatın mənasını, insanların istəklərini və hərəkətlərinin əsl səbəblərini anlamağı öyrədən kitabları oxumaq və hörmət etmək lazımdır.



    Xurafat - köhnə həqiqətlərin qırıntılarıdır.


    Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur.


    Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür.



    Read More

    29.3.21

    Lev Tolstoy Sözləri - Dahi Tolstoyun Mənalı Sözləri

    Mart 29, 2021
    Lev Tolstoy  Sözləri - Dahi Tolstoyun Mənalı Sözləri

     Yaxşılıq əbədidir, həyatımızn ali məqsədidir. Yaxşılığı necə başa düşməyimizdən asılı olmayaraq, həyatımız yaxşılığa can atmaqdan ibarətdir. - Lev Tolstoy


    Arzuda həqiqətdən yaxşı , həqiqətdə isə arzudan yaxşı tərəf var. Tam xoşbəxtlik hər ikisinin birləşməsindən ola bilərdi. - Lev Tolstoy


    Sevgi əvəzsiz bir hədiyyədir. O yeganə şeydir ki,onu hədiyyə etsəniz də, özünüzdə qala bilir. - Lev Tolstoy

    Lev-Tolstoy-Sözleri-Tolstoyun-aforizmleri-dahiler-dahilerin-fikirleri-mudrik-fikirler-aforizmler




    Ailə kişi üçün bir malikanə, qadın üçün isə bir istehkamdır. - Lev Tolstoy


    Düzgünlük hər yerdə, xüsusən də tərbiyədə başlıca şərtdir. - Lev Tolstoy


    Tərbiyəçi həyatı dərindən bilməlidir ki, uşaqları ona hazırlaya bilsin. - Lev Tolstoy



    Qorxaq dost düşməndən də qorxuludur, çünki düşməndən ehtiyat etdiyin halda, dosta bel bağlayırsan. - Lev Tolstoy


    Biz nə qədər çox seviriksə, bizim həyatımız bir o qədər geniş, dolu və sevincli olur. - Lev Tolstoy


    Lev Tolstoy sözləri,Lev Tolstoy,tolstoyun sozleri,Lev Tolstoy sozleri,müəlliflər,Lev Tolstoy'un Sözləri,lev tolstoy sozleri azerice
    Lev Tolstoy  Sözləri

    Bir insan birini sevirsə, olduğu kimi  sevər, olmasını istədiyi kimi deyil.  - Lev Tolstoy


    Evliliyə müqəddəslik verən, eşqdir. - Lev Tolstoy


    Sevgi hardadırsa, Allah da ordadır. - Lev Tolstoy


    Yalnız yaxşı işlər görənlər yaşayır. - Lev Tolstoy


    Sevgiyə səbəb gözəllik deyil, əksinə, sevgi bizi gözəlliyi görməyə məcbur edir. - Lev Tolstoy


    Elə anlar olar ki, hara getdiyin əhəmiyyəti olmaz, çünki əsl əhəmiyyətli olan, yanında kiminlə getdiyindir. - Lev Tolstoy


    Yaxşı şeylər gözləməyi bacaran adama gəlir. - Lev Tolstoy


    Sevgi ilə məharət   bir araya gələndə, sənət incisi yaranar.    - Lev Tolstoy


    Şikayət etdiyiniz həyat bəlkə də bir başqasının xəyalıdır. - Lev Tolstoy


    Xoşbəxtliyin birinci və hamının qəbul etdiyi şərti təbiətlə insanın vəhdəti, yəni açıq səma, günəş şüaları altında, təmiz havada insanın torpaqla, çiçəklərlə, heyvanlarla ünsiyyətidir. - Lev Tolstoy


    Dil millətin ruhudur. Dil ideyanın, hissin, təfəkkürün canıdır.. - Lev Tolstoy


    Bir insanı sahib olduğu mövqe ilə deyil, göz qoyduğu mövqe ilə ölçmək lazımdır. - Lev Tolstoy


    Yeyirdi, içirdi, yatırdı və oyanırdı..Amma yaşamırdı. - Lev Tolstoy


    Elə xoruzlar var ki, banladıqları üçün səhərin açıldığını düşünürlər. - Lev Tolstoy


    Bəd əməllərin kökü bəd fikirlərdədir. - Lev Tolstoy


    Bütün bədbəxtliklər yoxluqdan deyil, çoxluqda gəlir. - Lev Tolstoy


    Deməyə sözü olmayan hamıdan çox danışar.  - Lev Tolstoy


    Boş-boş söhbətlər qədər avaralığı həvəsləndirən heç nə yoxdur. - Lev Tolstoy


    Bəşəriyyəti ləkələyən on cinayətdən doqquzu şərabın təsiri altında baş verir. - Lev Tolstoy


    Qorxaq dost düşməndən də qorxuludur, çünki düşməndən ehtiyat etdiyin halda, dosta bel bağlayırsan. - Lev Tolstoy


    Biz bilirik ki, doldurulmuş silahla ehtiyatlı davranmaq lazımdır. Sözlə də eyni cür davranmanı isə bilmək istəmirik. Söz öldürə də bilər, ölümdən də pis fəlakət törədə bilər - Lev Tolstoy


    Bil ki, yaşadıqlarınla deyil, yaşatdıqlarınla xatırlanarsan. Və unutma; nə yaşatdınsa, əlbət bir gün onu yaşayarsan. - Lev Tolstoy


    Zaman keçir, amma deyilən söz qalır. - Lev Tolstoy


    Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də.  - Lev Tolstoy


    Tərbiyə də, təhsil də ayrılmazdır. Bilik vermədən tərbiyə etmək olmaz. Hər cür bilik isə tərbiyəvi təsirə malikdir. - Lev Tolstoy


    Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir. Çox şey bilən, ən lazımlı şeyləri bilməyə bilər. - Lev Tolstoy



    Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, əql gücünə qazanılmışdır. - Lev Tolstoy


    Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq.Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir.  - Lev Tolstoy


    Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir. - Lev Tolstoy


    Böyük həqiqətlər ən sadə olanlardır. - Lev Tolstoy


    Yalan həmişə çox sözlü, mürəkkəb, qəliz və təmtəraqlı olur. - Lev Tolstoy


    Bilməməkdən qorxma, səhv bilməkdən qorx! Çünki bütün fəlakətlər ondan baş verir. - Lev Tolstoy


    Dünya iztirab çəkənlərin sayəsində irəliləyir. - Lev Tolstoy


    Biz həm qurdların doymasını, həm də qoyunların sağ qalmasını istəyirik. - Lev Tolstoy


    Dünyanın ən müdrik insanları ilə gündəlik ünsiyyətdən qiymətli nə ola bilər? - Lev Tolstoy


    Bəlağətli danışmaq, parıldayan mirvari kimidir. Həqiqi müdriklik müxtəsərdir. - Lev Tolstoy


    Yanıb işıq saça bilmirsənsə, heç olmazsa işığın qabağını kəsmə. - Lev Tolstoy


    Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir. - Lev Tolstoy


    Birinin digəri üzərində hakimiyyəti ilk növbədə hökmranlıq edəni məhv edir. - Lev Tolstoy


    Doğrudanmı bu gözəl dünyada, saysız-hesabsız ulduzlu səma altında yaşamaq insanlara dar gəlir? Doğrudanmı bu gözəl təbiətin qoynunda yaşayan insan ruhunda qəzəb, qisas hissi və özü kimilərini məhv etmək ehtirası qala bilər? - Lev Tolstoy


    Hamımız itirdiyimiz, ya da əlimizin yetmədiyi hər şey üçün zamanı günahlandırırıq. Zamanın dili olsa, danışsa, hamımız utanarıq.  - Lev Tolstoy


    Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır. - Lev Tolstoy


    Sadəlik, xeyirxahlıq və dürüstlük   olmayan yerdə böyüklük yoxdur.     - Lev Tolstoy


    Biz yalnız başqaları üçün yaşayan zaman özümüz üçün yaşayırıq. - Lev Tolstoy


    Başqaları üçün özünüzü unudun o zaman sizi də xatırlayacaqlar. - Lev Tolstoy


    Yalnız yaxşı işlər görənlər yaşayır. - Lev Tolstoy

    Bir kəs ki ağrı hiss edir - canlıdır. O kəs ki başqasının ağrısını hiss edr, o - insandır. - Lev Tolstoy


    Read More

    26.3.21

    Əli Şəriəti - Tarixdə İz Qoyan Sözləri

    Mart 26, 2021
    Əli Şəriəti - Tarixdə İz Qoyan Sözləri

     Yaxşı dost yalnızlıqdan yaxşıdır. Yalnızlıq da pis bir dostdan daha yaxşıdır.


    Dərdimiz yalnız olmaq deyil, Allahdan uzaq olmaqdır!

    Eli-Serieti-sozleri-ziyali-ziyalilar-tehsil-tehsilli-suur-bilik-savad


    Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir.


    Yoxsulluq və səfalətin olduğu yerdə cəhalət də vardır.


    Ziyalı, heç bir təhsili olmasa belə, anlayışı və şüuru çox yüksək olan şəxsə deyilir.


    Bəzi insanlar o qədər müqəddəsləşdirilir ki, zəif və gücsüz tərəfləri heç görülmür.


    Tənqid olmayan yerdə bütpərəstlik başlayır.


    1) İbadətə görə məsuliyyət sahibi bəndənin özüdür.Amma ədalətsizliyə görə bütün insanlıq məsuliyyət daşıyır!

    2) İbadətə görə məsuliyyət daşıyan bəndənin özüdür, ədalətsizliyə görə isə bütün insanlıq! 


    Peyğəmbərlər, dinsiz toplumlara dini izah etmək üçün göndərilmədi. Əksinə, toplumun dəyişmiş din anlayışını düzəltmək üçün göndərildi.


    Zülüm, Təqva libasına büründüyü an, 

    Tarixdəki ən böyük faciələr meydana gələr.


    Bir yerdə yanğın varkən birisi səni ibadət etməyə çağırırsa, bil ki bu bir xainin dəvətidir.


    1) Din pulla bəsləndiyi müddətcə, pula xidmət edəcəkdir.

    2) Din pul tərəfindən bəsləndiyi müddətcə, pulun xidmətçisi olacaqdır.


    Pulun olduğu yerdə həm din yalandır, həm dəki azadlıq.


    Təkcə dövlətin danışma haqqına sahib olduğu məmləkətdə heç bir sözə inanmayın.


    Əgər bir haqsızlığa əngəl ola bilmirsinizsə, ən azından ona başqalarına bəyan edin.


    Oxuyun deyir oxuyun.. Çünki mürəkkəbin axmadığı yerdə qan axır.


    Düşünmə, tabe ol deyənlərə deyil, düşün, sual ver və sorğula deyənlərə qulaq ver.


    Heç bir diktatorun əlində dustaq olmaq istəmirsənsə sadəcə bir şeyi et:  "Oxu! Oxu! Oxu"

    - Doktor Əli Şəriəti 


    İndiki kölələr kreditlə yaşayıb, borclu olaraqxa ölürlər.

    İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. 

    - Əli Şəriəti


    Mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram.

    - Əli Şəriəti


    Haqla batil arasında gedən savaşda yoxsansa, harada olursan ol, istər namaza qalx, istər şərab süfrəsində otur,hər ikisi birdir.

    Read More

    14.3.21

    Səbuhi Quluzadə - Düşündürücü Və Mənalı Sözləri

    Mart 14, 2021
    Səbuhi Quluzadə - Düşündürücü Və Mənalı Sözləri

    sebuhi-quluzade-sozleri-meqsed-yasamaq-heyat-sebuhi-kimdir-aforizmler (1).jpg

    Dərdlər həyatın dərsləridir. Onlardan öyrənib yola davam etməyənlərə həyat yenidən dərs keçir. Gün gələr, üsyan etdiyin dərdə görə şükür edərsən Allaha...

    sebuhi-quluzade-sozleri-derdler-derd-yalan-heqiqet-derdli-qemli-qem
    Dərd bizi dəyərsiz və yalan olan nə varsa, ondan uzaq edərək doğru yola yönəldir. Dərd bizə düşmən deyil dostdur. Bir məqsəd üçün yaşamaq, yaradıb yaşatmaq gərək... Öyrən, sev və paylaş, Həyatın mənası budur yoldaş! Yalnızlıq yaşam tərzim, yalnızlıq yoldaşım... Bəzən yorucu, bəzən də yaradıcı... Əgər həyatda işini və həyat yoldaşını sən deyil, bir başqası seçəcəksə, onda yaşayacağın bu həyat sənin deyil, bir başqasının həyatı olacaq.. Şəhvətin deyil, sevginin əsiri olaq.
    İlahi duyğular insanı ucaldır, heyvanı duyğularsa alçaldır. İstək və inam varsa, məcburiyyətə ehtiyac yoxdur. Məcburiyyət varsa, deməli istək və inam yoxdur.
    Nifrət və kinin içində boğulan insanları yalnız sevgi xilas edə bilər. Qəlbində sevgi, beynində fikir toxumları ək. Ək və bəslə ki, inkişaf edəsən, böyüyəsən və bəhrəsini görəsən.
    Düşüncə bilgidən daha böyük və qüdrətlidir. Hansı ki, bir çox bilgini onunla öyrənir və istifadə edirik.
    Öz dəyərini bilməyən, özgəsinin də dəyərini bilməz. Və dəyərbilməz birisindən nə dost olar, nə yoldaş.. Sözlər çoxaldıqca sözün dəyəri, təsir və doğruluq payı da azalır... Sözünə də özünə də dəyər ver. Xatirələrim bir zamanlar xəyal idi. İndiki xəyallarım da əlbət bir gün ən gözəl xatirələrimə çevriləcək. Öldükdən sonra unudulmaq istəmirsənsə, bu dəyərli ömrünü ancaq özgəsinin xəyalları və arzuları uğruna xərcləmə. Öz xəyalların və arzuların üçün çalış. Elə bir arzu və xəyal ki, bütün bəşərə xidmət etsin. Bax onda sən, unudulmaz bir insan olacaqsan. Kiçik qorxular bizi təhlükədən uzaqlaşdırır, böyük qorxular isə uğurdan...
    Qorxulardan qaçdıqca qorxuların daha da böyüyür və sən qorxularının qulu olursan. Qorxularına doğru qaçdıqca isə içindəki hər zaman bəslədiyin o canavarla üzləşirsən və onun heç də düşündüyün qədər qorxulu olmadığın anlayırsan. Və bu qorxu canavarına qalib gələrək artıq qul deyil, azad olursan.

    Ən böyük faciələr başıboş və daş qəlbli olanların əsəridir. Həyat hərdən qovalamaca oyununa bənzəyir. Nəyi qovalayırsansa səndən uzaqlaşır. Nədən uzaqlaşırsansa sənə doğru qaçır. Axırda biri yorulub oyunu bitirəcək.
    Nəfsinin ağası olmayan, zalımın qulu olar. Bir çoxları gərəksiz Maddi ehtiyaclardan ötrü, önəmli mənəvi ehtiyaclardan imtina edir. Hansı ki, bizi insan edən bəşəri ehtiyaclardır Haqqını tələb edən bir müddət daha çox haqsızlığa uğrayar. Haqqını tələb etməyən isə bir ömür... Gerçəyə düşmən, yalana dost olan birisinə əsla güvənməyin. O, həm özünə düşməndir həm də özgəsinə. Öz xoşbəxtliklərini başqalarını bədbəxtliyi üzərində quranlar sonda ən böyük faciəni yaşayacaqlar. Hər bir bəd əməlin bir bədəli vardır. Bir ovuc insanın xoşbəxtliyi milyonlarla insanın bədbəxtliyi üzərinə qurulub. Bu həyat yolunda yolçu da dəyişir yoldaş da. Yol bizi dəyişir, biz də yolu. Dəyişməyən tək şey yolun başlanğıcı və sonu...
    Read More

    5.3.21

    Nelson Mandela - Tarixdə İz Qoyan Sözləri

    Mart 05, 2021
    Nelson Mandela - Tarixdə İz Qoyan Sözləri



    nelson-mandela-sozleri-uduzmaq-udmaq-qazanmaq-siyasetci-tecrube


    Önəmli olan dərinin rəngi deyil, sahib olduğun dəyərlərdir.


    Mübarizəm mənim həyatımdır.


    Heç bir zaman uduzmuram, ya qazanıram, ya da öyrənirəm.


    Bir çox işlər yalnız görülənə qədər qeyri- mümkün görünür.


    Bu həyatda ən böyük qələbə heç yerə yıxılmamaq deyil, hər dəfə yerə yıxıldıqda ayağa qalxa bilməkdir.


    Həyatda başımıza gələn çətinliklər bəzən sadəcə biz bir az fasilə verək deyə baş verir.


    Bir zirvəni aşdıqda, insan hələ aşılası çox zirvələr olduğunu aşikar edir.


    Seçimlərinin ümidlərimizi əks etdirsin - qorxularınızı deyil.


    Çox vaxt bizi qorxudan işıq deyil, içimizdəki qaranlıqdır.


    Mən tam dərk etmişəm ki, cəsarət - qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır. 


    Həyatda əsas önəmli olan yaşamaq deyildir.

    Başqalarının həyatında yaratdığın fərq, yaşadığın həyatın dəyərini göstərir.


    Bu dünyada gələcək üçün bir ümid olmaq, bir başqasına müdürlük etməkdən daha yaxşı bir örnəkdir.


    Məni azadlığa aparacaq qapıdan keçərkən, qəzəbi və nifrəti geridə buraxmayacağım təqdirdə , məhbus kimi qalmaqda davam edəcəyimi bilirdim.


    Heç kim kiminsə dərisinin rənginə, keçmişinə ya da dininə nifrət edərək dünyaya gəlmir! İnsanlar nifrət etməyi sonradan öyrənirlər.

    Və əgər nifrət etməyi öyrənə biliriksə, sevməyi də öyrənə bilərik.


    Mən bir komünist deyiləm, amma onu da deməliyəm ki, bizi onlardan başqa heç kəs başa düşmədi.


    Bütün insanların birgə yaşadığı və bərabər hüquqlara sahib olduğu demokratik və azad bir cəmiyyətin xəyali heç ağlından çıxmır.

    Bu ideal üçün yaşayıram və lazım gəlsə onun uğruna ölməyə də hazıram.


    Bizim övladlarımıza və istənilən cəmiyyətin ən zəif vətəndaşlarına borcumuz var- zorakılıq və qorxudan azad gələcək həyat.


    Sülh istəyirsinizsə, düşmənlərinizlə də çalışmağa məcbursunuz. Bax onda düşməniniz dostunuz da olar.


    Bir şeydən imtina edə bilirsinizsə, onun sizi kölə etməsinin də qarşısını almış olursunuz.


    Yoxsulluğu aradan qaldırmaq xeyriyyəçilik deyil, ədalətdir.


    Bir xalqın hüquq və haqqlarını inkar etmək, insanlığın rədd etməkdir.


    Bir lider sürüyə rəhbərlik edən çoban kimidir.

    O, sürünü uçuruma doğru aparmamalıdır.


    Həqiqi liderlər, xalqlarının azadlığı üçün hər şeyi fəda etməyə hazır olmalıdır.


    Ağıllı insanlar susduqca, axmaqların sayı artmağa başlayır


    Arxada durub öndərlik edin, beləcə qoy onlar öndə olduqlarını sansınlar.


    Azadlıq üçün göy üzünü satın almanıza ehtiyac yoxdur. Ruhunuzu satmayın yetər.


    Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah Təhsildir.



    Read More

    Corc Oruell (George Orwell) - Tarixdə İz Qoyan Sözləri

    Mart 05, 2021
    Corc Oruell (George Orwell) - Tarixdə İz Qoyan Sözləri

    corc-oruell-sozleri-george-orwell-sozleri-heyvanistan-kitab

     Nəyi oxumaq istəsəm onu da oxuyuram. Və bu kitablar mənə, məktəbdə öyrəndiklərimdən daha çoxunu öyrətdi.

    Bizə eşitmək istədiyimizi söyləyən kitabları daha çox sevirik..

    Əgər diqqətlə dinləsən, səssizliyin gözəlliyini görərsən.

    Doğru sözlər paylaşıldıqca, doğru düşüncələr artar.

    Birini sevirdisə, həqiqətən sevərdi.
    Sevgidən başqa verəcəyi heç bir şeyi olmasa belə, sevgisi yetərdi..

    Əlli yaşına çatmış hər kəs, layiq olduğu nədirsə onu da tapacaqdır.

    Bəlkə də insan sevilməkdən çox başa düşülmək istəyirdi...

    Bu qısacıq ömrümüz yoxsulluq içində, səhərdən axşama kimi bir işdə çırpışıb-vuruşmaqla keçirdi...

    Amma məqsədimiz həyatda qalmaq deyil, insan qalmaqdır!

    İnsanlar bu həyatın məqsədinin ancaq xoşbəxtlikdən ibarət olmadığını anladıqlarında, xoşbəxtliyə çata bilirlər.

    Keçmişi idarə edən, gələcəyi idarə edər.
    Gələcəyi idarə edən, keçmişi də idarə edər.

    1. Necə baş verdiyini anlayıram, amma niyə baş verdiyini yox..
    2. Necəsini anlayıram, niyəsini yox..

    Ağlın səviyyəsi çoxluğa baxılaraq ölçülmür.

    - İnsan insan necə hökm edər?
    - Dərd çəkdirərək...

    Bu həyatda başımıza gələn bütün pisliklərin səbəbinin insanların şiddət və vəhşiliyindən qaynaqlandığı açıq aşkar deyildir mi?

    Düşünün... Çünki hələ qadağan olunmayıb.

    Yaxşı yazmağı bacarmırsansa, deməli yaxşı  düşünə bilmirsən. Əgər yaxşı düşünə bilmirsənsə, onda başqaları sənin əvəzinə düşünəcək..

    Azadlığını qoruya bilməyənlərin ödəyəcəyi bədəl böyük olacaq.

    Bir toplum, gerçəklərdən nə qədər uzaqdırsa, gerçəyi söyləyənlərə də bir o qədər nifrət edər.

    Saxtakarlığın universal səviyyədə hakim olduğu dövrlərdə, gerçəyi söyləmək inqilabçı bir hərəkətdir.

    Bir gün qaranlığın olmadığı bir yerdə görüşəcəyik.

    Biz düşmənlərimizi məhz etmək üçün deyil,  onları dəyişmək üçün çalışırıq.

    Məhv etmək sadəcə zalımların və cahillərin işidir. Bir kəs zəkasıyla üstün gələ bilmədiyini anladığı anda, ya şiddətə əl atar, ya da ki pulunun gücünə..
    Birisi sizinlə eyni fikirdə deyil deyə, onu məhv edə bilmərsiniz. Mədəni və əxlaqlı insanlar əsla belə etməz.
    Çox oxuyan və bilginin gücünə inanan bir insan, sadəcə danışmağı seçər.
    Sizdən olmayanları məhv etmək yerinə, 
    Bilginin və fikrin gücüylə sizin kimi düşünmələrinə şərait yaratmalısınız..

    Siyasət dili, yalanı gerçək, cinayəti nəzakət kimi göstərmək üçün dizayn edilmişdir.

    Əgər kiçik qaydalara riayət etsən, böyükləri pozmaq olar.


    Hakimiyyət vasitə deyil; Məqsəddir. Diktaturanın əsasını inqilabı qorumaq üçün qoymurlar; İnqilabı ona görə edirlər ki, diktaturanı qursunlar. Repressiyanın məqsədi repressiyadır. İşgəncənin məqsədi işgəncədir. Hakimiyyətin məqsədi hakimiyyətdir.

    Mübarizə etməkdən imtina edənlər, mübarizə edənlərdən daha ağır yaralanacaq...

    Heç bir faydası olmayacağını bilsən belə, insan kimi qalmağa qərar vermisənsə, deməli sən artıq onlara qalib gəlmisən.

    Bunu unutmayın ki, bir insana qarşı döyüşərkən, sonda ona oxşamamalıyıq.
    Onu udsaq belə, onun pis vərdişlərini mənimsəməkdən qaçmalıyıq.

    Etdiyimiz, söylədiyimiz, ya da düşündüyümüz hər şeyi ən incə detalına kimi bilə bilərlər, amma ürəyimizin dərinliyinə, onun işinə, sizin belə bilmədiyiniz o yerə əsla əl uzada bilməzlər!

    Önəmli olan yaşamaq deyil, yaşamağı bacarmaq heç deyil. 
    Əsas önəmli olan, insan kimi qala bilməkdir.



    Read More

    3.3.21

    Uinston Çörçill - Tarixdə İz Qoyan Sözləri

    Mart 03, 2021
    Uinston Çörçill - Tarixdə İz Qoyan Sözləri

     Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. 

    uiston-corcil-sozleri-uiston-churcill-sozleri-cetinlik-cetinlikler-problemler


    Cəsarət səni qalxıb sözünü deməyə vadar edən şeydir; cəsarət həm də səni oturub dinləməyə məcbur edəndir.


    Nə qədər ki, biz öz işimizə inanırıq, qələbəyə əzmimiz sarsılmazdır, qələbəni bizdən ala bilməzlər.


    İdarə edilə bilən çətinliklər, qazanılmış fürsətlərdir.


    Uğur hələ son deyil. Məğlubiyyət ölümcül deyil. Əsas olan əzmlə davam etməyə cəsarətdir.


    “Dünən” ilə “bu gün” arasında dava düşsə, itirən “sabah” olar.


    Uğur, bir uğursuzluqdan digərinə doğru həyəcanını itirmədən irəli getməkdir.


    Əlimizdən gələnin ən yaxşısını  etmək kifayət deyil, çünki bəzən gərəkli olanı  etməliyik.


    Çərpələnglər küləklərin gücü ilə deyil, o gücə qarşı çıxdıqları üçün yüksəlirlər.


    Əgər nəyə isə təəccüblənə bilirsinizsə, deməli, hələ cavansınız.


    Nə qədər geriyə baxsanız, bir o qədər irəlini görə bilərsiniz.


    Kimin ki, 20 yaşı var və hələ sosialist deyil - onun ürəyi yoxdur. Kimin ki, 40 yaşı var və hələ sosialist olaraq qalır - onun ağlı yoxdur.


    Əsəbi olduğum vaxtlarda heç bir qərar qəbul etmirəm.


    Demokratiyada, xalq bütün yanlışları sınayıb etdikdən sonra doğru olanı tapar.


    Demokratiyaya müxalif olmağın ən yaxşı sübutu, ortalama bir seçiciylə beş dəqiqə sübut etməkdir.


    Öz fikrini dəyişə bilməyən, heç nəyi dəyişə bilməz.


    Bir millətin ən dəyərli xəzinəsi, onu ucaldan mətbuatıdır.


    Bir milləti idarə etmək, 4 uşağa təhsil verməkdən daha asandır.


    Kapitalizmin əxlaqsızlığı, nemətləri ədalətsiz bir şəkildə bölüşməsidir,

    Sosializmin fəziləti isə, səfaləti bərabər bölüşməsidir.


    Tarix mənə qarşı nəzakətli davranacaqdır.

    Çünki tarixi yazmağı planlaşdırıram.


    Hal-hazırda məğlubiyyəti bütün damarlarımda hiss edirəm..


    Əzəmətin bədəli məsuliyyətdir.


    Vaxt və pul bir-birinə bağlıdır.


    Siyasətçinin ən mühüm keyfiyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir.


    Diplomat - heç bir şey söyləməmişdən əvvəl 2 dəfə fikirləşən şəxsdir.


    Təbliğat lazım gələrsə, yalan üstündə də qurular.


    Zarafat çox ciddi bir şeydir.


    Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir.


    Qan, dərd, tər və göz yaşı.. 

    Bunlardan başqa vəd verə biləcəyim heç nə yoxdur.


    Bir damcı neft bir damcı qandan daha qiymətlidir.


    Savaşda bir dəfə ölürlər,

    siyasətdə hər gün ölürlər.


    Müharibə - bu, başqalarının maraqları naminə tamamilə günahsız insanların məhv olmasıdır.


    Müharibə dövründə həqiqətlər o qədər dəyərli olur ki, yalanlarla hörülmüş bir divar tərəfindən qorunur.


    Tarixdən öyrənməyənlər onu təkrar etməyə məhkumdurlar.


    Read More

    7.1.21

    Nikola Tesladan Sitatlar #2

    Ocak 07, 2021
    Nikola Tesladan Sitatlar #2

    Nikola-tesla-sozleri-tecrube-hediyye-dahi-ixtiraci-elmi-elm

     Düşünmək altıncı hissimdir.

    İnkişafın böyüklüyünü müəyyən edən meyar, işin kəmiyyəti deyil keyfiyyətidir.

    Bir çox insan ətraf aləmi düşünərək  elə dərin düşüncələrə qapılmışdır ki, daxili aləmlərində nələr baş verdiyindən heç xəbərləri belə yoxdur.

    Anam insanın daxili təbiətini çox yaxşı anlayırdı, buna


    Hamımız səhv edə bilərik amma səhvi işə başlamadan öncə etmək ən yaxşısıdır. (Xəyal edərək) 

    Təcrübələrimi özüm üçün bir növ hədiyyə hesab edirəm.

    Pul mənim üçün insanların ona verdiyi dəyər qədər dəyərli deyil. 
    Mən bütün pulumu, bəşəriyyətin həyatını daha rahat edə bilmək üçün  elmi təcrübələrimə yatırdım. 

    Bəli, rəssamlar və musiqiçilər evlənməlidir.Çünki onlar qadından ilham ala və ən gözəl əsərləri bu eşq sayəsində bütün insanlığa bəxş edə bilərlər. 
    Amma bir ixtiraçının daxili təbiəti elə güclü, şövqlü və arzuyla doludur ki, özünü bütün varlığıyla bir qadına verikdə, elmə bəxş edəcəyi bir şey qalmaz.

    Birinin Tanrı dediyinə, digəri fizika qanunu deyir.

    Nikola Tesladan Sitatlar #2


    Həmişə həyəcan dolu yeniliklərə ehtiyac duyarıq 
    amma çox keçmədən onlara öyrəşər və laqeyd yanaşarıq.
    Dünənin möcüzələri bu günün adi hadisələrdir. 

    Hərəkət halındakı bir kütlə, yönünün dəyişdirilməsinə müqavimət göstərəcəkdir. Eyni şəkildə dünya da yeni fikirlərə qarşı çıxar. Fikrin önəminin və dəyərinin dərk edilməsi isə zaman alar.

    Dağıtmaq üçün inşa edirik.
    Fəaliyyətimizdə resursların bir çoxu insafsızcasına israf edilir...

    Gözümüzün gördüyü hər yerdə zaman, əmək və ömür israfı var.
    Gözəl olmayan bir məmzərə olsa belə, bu gerçəkdir...

    İnsanlar bir-birlərini öldürmək kimi vəhşi əməlləri davam etdirdikləri müddətcə inkişaf edə bilməzlər.

    Cəhalətlə savaşmaq , savaş meydanında ölməkdən daha önəmli olacaqdır.

    21-ci əsrdə robotlar , keçmiş mədəniyətlərdə olan qulları əvəz edəcəkdir.

    Bu yeni dünyada zəyif güclünün, yaxşı da pisin qurbanına çevrilməməlidir. Kasıb varlının şiddətiylə alçaldılmamalıdır.
    Zehni yaradıcılıq, elm və sənət  bir ovuc şəxsin eqoistcəsinə sərvət qazanması üçün deyil, insanlığın daha yaxşı və sülh içində yaşaması üçün xidmət etməlidir.

    Read More

    1.10.20

    Mahatma Qandidən Sitatlar

    Ekim 01, 2020
    Mahatma Qandidən Sitatlar

    mahatma-qandi-sozleri-sevgi-serefli-durust-pul-aforizmler


    Yalnız sevgi olan yerdə həyat var.


    İnsan öz düşüncələrinin məhsuludur. O, nəyi düşünürsə, elə də olur.


    Bir insan etdiklərinin cəmidir.


    Başqalarını xoşbəxt etmək üçün öz səadətini qurban verən adam xoşbəxtdir.


    Dilinə nəzarət etməyi bacarmayan insanda həqiqət axtarma.


    Bizim ən böyük xəstəliyimiz axmaqlığımızdır.


    Düzgün, təmiz və şərəfli olmaq üçün pula ehtiyacımız yoxdur.


    Faydalı və faydasız, yaxşı və pis birlikdə inkişaf edir və insan özü üçün seçim etməyi bacarmalıdır.


    Mənim üçün yeganə fəzilət həqiqəti axtarmaqdır.


    Həqiqi gözəllik qəlbin saflığındadır.


    Nifrəti sevgi ilə, yalanı həqiqətlə, şiddəti səbirlə dəf et.


    Sevgisiz həyat ölümdür.


    Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur. 


    Bağışlamaq, cəzalandırmaqdan daha cəsarətli bir addımdır. Zəif bağışlaya bilməz. Bağışlamaq güclüyə xas olan xüsusiyyətdir.


    Mənim razılığım olmadan heç kim mənə zərər verə bilməz.


    Əgər rəqibinlə üz-üzə gələsən, ona sevgi ilə qalib gəl.

    Mahatma Qandi sözləri,müəlliflər,Mahatma Qandi sozleri qandinin gandhi sozleri

    Mahatma Qandidən Sitatlar

    Heç kimə çirkli ayaqlarıyla, beynimdə gəzmə fürsəti vermərəm.


    Onlar əvvəlcə səni görməzdən gəlir, sonra sənə gülür, daha sonra səninlə mübarizə aparırlar. Sonda isə sən qalib gəlirsən.


    Şəxsi təcrübəmin qramı özgə məsləhətlərinin tonundan qiymətlidir.


    Sadə yaşa ki, başqaları da var ola bilsin.


    Zəngin sadə yaşamalıdır ki, yoxsul sağ qala bilsin.


    Zorakılıqla əldə edilmiş qələbə məğlubiyyətə bərabərdir. Çünki, o qısa müddətlidir.


    Birinə haqsızlıq edib 100 adamı ətrafına yığmaqdansa, ədalətli olub tək qalmaq daha yaxşıdır.


    Vicdanın səsi bütün qanunların üstündədir.


    Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir.


    Ədalətsiz rejimi, ədalətlə yıxın. Alqışlar önünə qansız əllə çıxın.


    Dünya hər hansı bir insanın ehtiyaclarını təmin etmək üçün kifayət qədər böyük, lakin insan acgözlüyünü təmin etmək üçün isə çox kiçikdir.


    Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq.


    Dünyada görmək istədiyin dəyişikliyin bir parçası ol.


     

    Read More

    14.7.20

    Viktor Hüqo Sözləri

    Temmuz 14, 2020
    Viktor Hüqo Sözləri

    İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.

    Ağıllı o kəsdir ki, özünü görə bilir.

    Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur.

    Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.

    Tənbəllik anadır, oğlu oğurluq, qızı aclıq.

    Yumşaq olma əzilərsən,sərt olma qırılarsan.

    İblisin başqa bir adı da yalandır.

    Kasıblıq, insanı sözdə Dostlarından uzaqlaşdırır.

    Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.

    Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran qoyar.

    Xoş görmək və bağışlamaq sevginin təməlidir.

    Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.

    Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar.
    Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar

    Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar


    Qadınlar zəifdir, amma analar qüvvətlidir.

    Qadını gözəl edən Allahdır, sevimli edən şeytan.

    Gözəl qadın heç vaxt ağıllı qadının əldə etdiyini əldə edə bilməz.

    Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır.

    Ağlamaq üçün gözdən yaş mı axmalı ?
    Dodaqlar gülərkən, insan ağlamaz mı ?

    Heç kim əvəzolunmaz deyil və heç kim də özünü əvəzolunmaz hesab edən biri qədər axmaq deyil...

    Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar


    Ən qaranlıq gecə belə bitər və günəş yenidən doğar...

    Yaxşı olmaq olduğun kimi olmaqdırsa onda niyə hər kəs rollara girir?

    Deməli, insan alçaldıqca heyvandan daha vəhşi ola bilir.

    Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir.

    Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz.

    Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

    Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.

    Kitablar soyuq, amma etibarlı dostlardır.

    Həyatın bütün dərdlərinin çarəsi kitablardadır…

    Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.

    Bir məktəb açan bir həbsxana bağlayar.

    Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.

    Məncə nə edilsə də iki insanın haqqı ödənməz: Bunlar Ana və Müəllimdir.

    İşığı heç kim kor qədər sevə bilməz.

    Ümid lap ətrafımızdakı günəş kimi içimizdə parıldayırdı.

    Çalışmaq həyat, düşünmək işıqdır.

    Həm gözəl insan olmaq, həm də işə yaramaq - böyük adam olmaq deməkdir.

    Öldükdən sonra da yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, yada yazmağa dəyər bir həyat yaşayın.

    Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir.

    Vicdan məhkəməsi ən ali məhkəmədir.

    Bir tikə çörək oğurladığıma görə məni həbsxanaya apardılar və orda illərlə hər gün havayı bir bütöv çörək verdilər.
    Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar

    Tanrı heç bir uşağı pis olsun deyə yaratmaz! Onu pis edən pis təhsil və tərbiyədir.
    Pis ana-ata, pis ətraf və pis idarə etmək bir bataqlıq kimidir; yazıq uşaqları da özünə çəkib məhv edər.

    Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.

    Həyat nəğmədir, onun nəqarəti isə ölümdür.

    Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz.

    Sevgi ağac kimidir; o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və hətta bizim ürəyimizin dağıntıları üzərində çiçəklənməkdə davam edir.

    İnsanların sıx olduğu yerlər həmişə təhlükəlidir. İçlərində əlbət ruhlarını ucuza satmış alçaqlar vardır.

    Özünü idarə edə bilməyən başqasının əmri altında yaşamağa məhkumdur.

    Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar
    Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.

    Bir millət tək bir insan və tək bir ruh ola bilməlidir.

    Ruhunu itirən dünyanı qazansa nə çıxar?

    Bir vətəndaşın azadlığı o biri vətəndaşın azadlığının qurtardığı yerdən başlayır.

    Heç bir ordu, zamanı yetişmiş bir fikir qədər qüvvətli deyildir.

    Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir.

    Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən başqa demək olar ki, heç nə yoxdur.
    Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar

    Read More