Yaşadığın həyatı SEV, sevdiyin həyatı YAŞA.
Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir.
Pul həyatı ala bilməz.
Sevgilin ola biləcək bir çox insan ola bilər; amma unutma ki, sevdiyin ola biləcək insan bir dənədir.
Bəzən elə gülüşlər vardır ki, ən böyük ağrıları gizləmək üçündür.
Bəlkə də haqlısan.. Sıfırın gücü yoxdur; amma unutma ki, sıfırın itirəcək bir şeyi də yoxdur!
Kişi ya da qadın ikisinin də bildikləri doğrudur; amma qadının təxmin etdiyi hər şey, kişinin əmin olduğu şeydən daha doğrudur.
Gözəl danışmaq üçün tək bir yol vardır; dinləmək.
Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər.
Bəzi insanlar səni çox yaxşı başa düşürlər.. Həm də çox yaxşı.. Amma daim uzaqdadırlar. Xoşbəxt olmaq istəyirsən? Onda heç kimdən heç nə gözləmə.
Əslində tək problemimiz; hələ onunla tanış olalı bir neçə gün olmuşkən ona 'səni sevirəm' deyə bilməmizdir. - Bob Marli
Bəlkə də əvvəlcə səhv insanlarla tanış olmasaydıq, doğru insanı tapdığımızda, onların dəyərini anlaya bilməzdik.
Baxmayın insanların "məni çox sevəcək birini axtarıram" deməsinə. Böyük bir sevgiyə məruz qalınca hamısı qaçacaq deşik axtarır!
Bəlkə də ayrılıq kifayət qədər sevməyənlər üçün bir sondur. Çünki bitdiyində getmək asan, amma eşq ayrılıqda müəyyən olar.
Baxdın həyatın dadını çıxara bilmirsən; dadını qaçıranı, həyatından çıxar.
Düşmənindən çox dostundan çəkin! Çünki dostluq bitsə, sənə necə zərər verə biləcəyini ən yaxşı dostun bilər yalnız.
Dost sanarıq hamımız ehtiyacımız olduğunuda bizi tərk edənləri, "Tanrım sən məni dostlarımdan qoru, düşmənlərim onsuz da müəyyən".
Əslində davamlı təbəssüm edənlər, içdən içə acı çəkənlərdir.. Unutma, hər gülən üz xoşbəxtlik ifadəsi deyil! - Bob Marli
Əslində hər kəs sevdiyi insana baxırmış kimi həyata baxsa, bəlkə də həyat bu qədər acı verməkdən vazkeçərdi insanlara.
Sən kimsən ki mənim yaşadığım həyatı mühakimə edirsən! Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm. Barmağın ilə məni işarə etmədən əvvəl, əllərinin təmiz olduğundan əmin ol!
İnsanlar səni səhv başa düşdükdə bunu dərd etmə. Eşitdikləri sənin səsindi, amma ağlından keçirdikləri öz düşüncələridir.
Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır.
Əgər o heyrətamizdirsə, o, asan olmayacaq. O, asan olsa, heyrətamiz olmayacaq. Əgər o buna dəyərsə, imtina etməzsən. Əgər imtina etsən, layiq deyilsən. ...
Həqiqət budur ki, hamı səni incidəcək; sadəcə əziyyət çəkməyə dəyər olanları tapmalısan.1a