Hamının üzü içindədir şeiri | Cabir Novruz.
Sifətlərə inanmayın,
Hamının üzü içindədir.
Gözlərə çox aldanmayın,
Gözlərin gözü içdədir...
Bir İnsan axtarıram şeiri | Bəhmən Vətənoğlu
Məni anlaya bilən,
Bir insan axtarıram.
Yerdən əlim üzülüb,
Asiman axtarıram.
Qəlbimi qana bilən,
Bir insan axtarıram!
DÜNYA ŞEİRİ şeiri | Səməd
Vurğun
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.
Yavaş-yavaş sevdim səni şeiri | Ramiz Rövşən
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.
Niyə getdin? Niyə döndün? Niyə baxdın? | Hüseyn Cavid
Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Qayıt şeiri | Əli Kərim
Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.
VƏTƏNDƏN SORUŞ şeiri
| Nəriman Həsənzadə.
Mən tənha bir evdə həyata gəldim,
Gəldiyim yolları piyada gəldim.
O qədər susdum ki, fəryada gəldim,
Sevincin qədrini sən məndən soruş.
Yoxdusa şeiri | Nüsrət Kəsəmənli
Hər gül altda gizlənənə köz demə,
Hər xatirə qırığına iz demə.
Hər ürəkdən kövrək nəğmə gözləmə,
Sarı simdə dinəcəyi yoxdusa...
Rəssam, sevgilimin rəsmini gəl çək şeiri | Ömər Xəyyam
Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim…
Çıx qatar yoluna şeiri | Baba Vəziroğlu
Çıx qatar yoluna bahar gələndə,
Mən sənə çiçəkli bahar göndərim.
Vüsal meyvəsindən dada bilmədik,
Sənə hər meyvədən nübar göndərim...
VİCDAN ŞAHİDLİYİ şeiri | Bəxtiyar Vahabzadə
Səhvlər, qüsurlar, xatalar məni
Yenidən yaradan öz atam olub.
Xatalar üstündə boy atmışam mən,
Özümü yenidən yaratmışam mən.
Gülüşlər şeiri | Mikayıl Müşviq
Gülüş vardır səslərinə tuncəkslər yapdırır,
Gülüş vardır könülləri ruzgarlara qapdırır.
Bəzi tikər könüllərdə alovlardan bir məbəd,
İllər boyu atəşinə insanlığı tapdırır.
Əlvida dağlar şeiri | Məmməd Araz
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal!
Ömür şeiri | Bəxtiyar Vahabzadə
«Bu dünya beş gündür»,- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.