-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Paulo Coelho Sözləri

bilgideryasi

 

Paulo Coelho Sozleri,Paulo Koelyo Sözləri,Paulo Coelho Sözləri,Paulo coelho haqqinda

Yaxşı insan ol, amma bunu sübut etmək üçün vaxt itirmə.


Arzu - gördüklərimiz deyil, təsəvvür etdiklərimizdir.

Yalnız bir şey xəyalların gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur.

Cəsur ol. Risk al. Heç bir şey təcrübənin yerini tuta bilməz.

Həyatdakı ən qeyri-adi şeylər əslində ən sadə görünənlərdir.

Əgər birini sevirsinizsə, onu azad buraxmağa hazırlıq olmalısınız.

Bir uşağın bir yetkinə hər zaman öyrədə biləcəyi üç şey var: Səbəbsiz yerə xoşbəxt olmaq, hər zaman məşğul ola biləcək bir şey tapmaq və əldə etmək istədiyi şeyə var gücü ilə çalışmaq.

Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda.

Alçaltmaq səhvdir, çünki axmaqlıq bir qüsurdur, amma elələri var ki axmaqlığı qüsursuzdur.

Bütün qadınlar mələkdir əslində.Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər. 

Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur.

Hər insan məğlub olar, amma ancaq sevməyən imtina edər. Bil ki, eşq, məğlub olduğunda deyil, imtina etdiyində bitər əslində.

Bəzən insanlar qəbahətli olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşıdakı sussun deyə üzr istəyərlər.

İzahatlara vaxt itirmə, onsuzda insanlar ancaq duymaq istədiklərin eşidirlər.

Sevginin əksi nifrət deyil, biganəlikdir, heç bir hissin olmamasıdır. Əgər kimsəyəsə hələ də nifrət edirsinizsə, o hələ də sizin həyatınızdadır.

Biz insanların iki problemi var: birincisi nə vaxt başlamaq lazım olduğunu, ikincisi isə nə vaxt dayanacağını bilməmək.

Bədbəxtçilik - cəza deyil, imtahandır.

Balta heç vaxt xatırlamır. Ağac heç vaxt unutmur.

Sən ölkəni sevib, hakimiyyətinə nifrət edə bilərsən

Zamanla anlar ki insan zaman deyilmiş gedəni geri getircek olan. Çünki bəlkə də zaman, inanılan ən böyük yalan.



Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.

Azadlıq bax budur: Qəlbinin istədiyi şeyi hiss etmək və bunu başqalarının düşüncələrinə bağlı olmadan etmək. Azaddır, çünki sevgi insanı azad hiss etdirir.

Nə vaxtsa olduğun və hələ də daxilində mövcud olan uşağın səsinə qulaq asmaq lazımdır. O, sehirli anlara çatmağa səbəb olur. Bəli, biz onun hönkürtüsünü kəsə bilərik, amma onun səsini boğmaq - əsla.

Yer üzündəki hər bir insan nə edirsə etsin, dünya tarixində böyük rol oynayır. Və adətən onun bu haqda heç xəbəri belə olmur.

Uşaqkən; hər şeyin sahibi olmaq üçün böyümək istəyirdik. Böyüdük; indi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik..  - 

Doğulduğumuz andan ölənə qədər həyatımız davamlı bir səfərdir. Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir amma qatar həmişə irəli gedər. Həyat bir qatardır. Qatar stansiyası deyil.

Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir.


,

>
To Top