-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Nelson Mandela - Tarixdə İz Qoyan Sözləri

bilgideryasi



nelson-mandela-sozleri-uduzmaq-udmaq-qazanmaq-siyasetci-tecrube


Önəmli olan dərinin rəngi deyil, sahib olduğun dəyərlərdir.


Mübarizəm mənim həyatımdır.


Heç bir zaman uduzmuram, ya qazanıram, ya da öyrənirəm.


Bir çox işlər yalnız görülənə qədər qeyri- mümkün görünür.


Bu həyatda ən böyük qələbə heç yerə yıxılmamaq deyil, hər dəfə yerə yıxıldıqda ayağa qalxa bilməkdir.


Həyatda başımıza gələn çətinliklər bəzən sadəcə biz bir az fasilə verək deyə baş verir.


Bir zirvəni aşdıqda, insan hələ aşılası çox zirvələr olduğunu aşikar edir.


Seçimlərinin ümidlərimizi əks etdirsin - qorxularınızı deyil.


Çox vaxt bizi qorxudan işıq deyil, içimizdəki qaranlıqdır.


Mən tam dərk etmişəm ki, cəsarət - qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır. 


Həyatda əsas önəmli olan yaşamaq deyildir.

Başqalarının həyatında yaratdığın fərq, yaşadığın həyatın dəyərini göstərir.


Bu dünyada gələcək üçün bir ümid olmaq, bir başqasına müdürlük etməkdən daha yaxşı bir örnəkdir.


Məni azadlığa aparacaq qapıdan keçərkən, qəzəbi və nifrəti geridə buraxmayacağım təqdirdə , məhbus kimi qalmaqda davam edəcəyimi bilirdim.


Heç kim kiminsə dərisinin rənginə, keçmişinə ya da dininə nifrət edərək dünyaya gəlmir! İnsanlar nifrət etməyi sonradan öyrənirlər.

Və əgər nifrət etməyi öyrənə biliriksə, sevməyi də öyrənə bilərik.


Mən bir komünist deyiləm, amma onu da deməliyəm ki, bizi onlardan başqa heç kəs başa düşmədi.


Bütün insanların birgə yaşadığı və bərabər hüquqlara sahib olduğu demokratik və azad bir cəmiyyətin xəyali heç ağlından çıxmır.

Bu ideal üçün yaşayıram və lazım gəlsə onun uğruna ölməyə də hazıram.


Bizim övladlarımıza və istənilən cəmiyyətin ən zəif vətəndaşlarına borcumuz var- zorakılıq və qorxudan azad gələcək həyat.


Sülh istəyirsinizsə, düşmənlərinizlə də çalışmağa məcbursunuz. Bax onda düşməniniz dostunuz da olar.


Bir şeydən imtina edə bilirsinizsə, onun sizi kölə etməsinin də qarşısını almış olursunuz.


Yoxsulluğu aradan qaldırmaq xeyriyyəçilik deyil, ədalətdir.


Bir xalqın hüquq və haqqlarını inkar etmək, insanlığın rədd etməkdir.


Bir lider sürüyə rəhbərlik edən çoban kimidir.

O, sürünü uçuruma doğru aparmamalıdır.


Həqiqi liderlər, xalqlarının azadlığı üçün hər şeyi fəda etməyə hazır olmalıdır.


Ağıllı insanlar susduqca, axmaqların sayı artmağa başlayır


Arxada durub öndərlik edin, beləcə qoy onlar öndə olduqlarını sansınlar.


Azadlıq üçün göy üzünü satın almanıza ehtiyac yoxdur. Ruhunuzu satmayın yetər.


Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah Təhsildir.



>
To Top