Mərhəmət əxlaqın təməlidir.
- Artur Şopenhauer
Mərhəmət insani dəyərlərin şahıdır.
- Onore de Balzak
Şəfqət və mərhəmət elə bir dildir ki, onu karlar da eşidir, korlar da oxuya bilir.
- Mark Tven
Sevgi və mərhəmət lüks yox, ehtiyacdır. Bunlar olmasa, bəşəriyyət mövcud ola bilməz.
- Tenzin Gyatso
Bütün möhtəşəm şeylər sadədir və bəzən bir sözlə ifadə oluna bilir. Azadlıq, şərəf, borc, mərhəmət, ümid.
- Uinston Çörçill
Yaxşı bir xarakteri əmələ gətirən parçalar sədaqət və mərhəmətdir.
- Karl Hilti
Ailə mərhəmət yurdu, əxlaq məktəbi, millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır.
- Füyuzat jurnalı
Mərhəmət, rəhmdillik, başqasına görə narahatlıq - insanlar arasındakı münasibətlərdə ən vacib keyfiyyətlərdəndir. Yaxşılıq heç vaxt unudulmur... Əgər sən yaxşı, xeyirxah iş görmüsənsə, gec, ya tez bunun əvəzini görəcəksən.
- Azad Mirzəcanzadə
Sən yerdə olanlara mərhəmət et ki,göydə olanlar da sənə mərhəmət etsin.Səndən aşağıda olanın halına acı ki,səndən üstün olan da sənə acısın.
- Mövlana Cəlaləddin Rumi
Mərhəmət etməyənə, mərhəmət edilməz.
- Hədisi Şərif
Kiçiklərə mərhəmət, böyüklərə hörmət göstərməyən bizdən deyildir.
- Hədisi Şərif
Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.
- Dədə Turxan
Ölümsüzlük yalnız davamlı xeyirxahlıq hərəkətləri ilə əldə edilə bilər; kamilliyə mərhəmət və yalnız mərhəmət sayəsində nail olmaq olar.
- Qautama Budda
Mərhəmət dolaşan yer gözəldir. Məgər onun kənarlarında yaşamayıb müdrikliyə çatmaq olarmı?
- Konfutsi
Mərhəmətli insan uzun müddət sıxıntıda, eləcə də bekar qala bilməz.
- Konfutsi
İnsanı digər canlılardan daha yüksəkdə edən, ürəksizcə onlara əzab verməsi deyil, bütün canlılara mərhəmət göstərə bilməsidir.
- Qautama Budda
Mərhəmət olmadan ədalət qəddarlığa çevrilir. Ədalət olmadan mərhəmət, bir zəiflikdir.
- Petro Metastasio
Ən az mərhəmət edənlər ən böyük günahlar edənlərdir.
- Per Oqyusten Karon Bomarşe
İnsan təbiətdən mərhəmət gözləməməli, istədiyini ondan almalıdır.
- İvan Miçurin
Heyvanlara acıma rəhmli, mərhəmətli xarakterin əlamətidir. Tam əminliklə demək olar ki, heyvanlara qarşı qəddar olan mərhəmətli ola bilməz.
- Arthur Şopenhauer
Məntiq heç bir mərhəmət bilmir.
- Viktor Hüqo
Əmək və istirahət rejimi sizin öz bədəninizin əsas işidir. Bədəninizi sevin, ona mərhəmət göstərin.
- Fyodor Uqlov
"Sən yalan içində yaşayırsan, mən - həqiqətdə " iddiası, bir insanın o birinə söyləyə biləcəyi ən mərhəmətsiz sözdür.
- Lev Tolstoy
Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi.
- Jorj Sand
İnsan mərhəməti, ürəyi yumşaqlığı və cömərtliyi ilə düşmənlərinin belə sevgisini qazanar.
- Sədi Şirazi
İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər.
- Deyl Karnegi
Ey oğul, 3 insana yazığın gəlsin:
1. Alimlərin arasında qalan Cahilə.
2. Varlıların içində kasıb durumunda olana.
3. Hörmətli birisi ikən hörmət və izzətini itirənə.
- Şeyx Ədəbalı
Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan.
- Nizami Gəncəvi
Hərislik mərhəmətsizliklə əkizdir, mərhəmətsizlik hərisliyi doğurur.
- Əbül Fərəc
Səfalətin elə bir dərəcəsi var ki, yoxsul oraya düşəndə artıq hissiz qalır, nə zülmdən şikayət, nə mərhəmətə təşəkkür edir.
- Viktor Hüqo
Bütün cinayətlər və pisliklər acizlikdən doğular, onun üçün hamısı ancaq mərhəmətə layiqdir.
- Alfred De Viqni
Mərhəmət, hər zaman intiqamdan daha dəyərlidir.
- Uilyam Şekspir
Elmə xilaskar kimi baxmaq robotdan mərhəmət diləmək kimi bir şeydir. -
Tur Xander
Ürəyində sevgi və mərhəmət yoxdursa digər şeylərdən danışmağın da bir mənası yoxdur.