Nəzakət qədər ucuz başa gələn, amma yüksək qiymətləndirilən heç nə ola bilməz.
- Miqel de Servantes
Səbr və nəzakət birləşərsə, ondan güc və qüvvət doğar.
- Tomas Vilson
Görünüşünüz necə olursa olsun, nəzakət sizi dünyanın ən gözəl insanı edər.
- Nizami Gəncəvi
Nəzakətli və təvazökar olmaq insanın mədəniliyini göstərir.
- Onore de Balzak
Nəzakət, insanlığın çiçəyidir.
- Joseph Joubert
Nəzakət sevginin bacısıdır.
- Frensis de Sales
Dinləmək, qarşındakı insana göstərə biləcəyin ən böyük nəzakətdir.
- Deyl Karnegi
Ədəb və nəzakət, sənin indiyə qədər bu həyatdakı ən yaxşı sərmayədir.
- T. Barnum
Böyük və uca insanlar nəzakətlidir. Yaltaqlanmaq isə kiçik insanlara xasdır və bu nəzakət hesab edilməməlidir.
- Konfutsi
Özlərinə nəzarət edən, nəzakətli, həssas və xoşniyyətli insanların təbii olaraq daha çox dostları olur. Başqaları onlarla dostluqdan zövq alır, heyvanlar belə onları sevir. Belələri getdikləri hər yerdə xoş ovqat yaradırlar, insanlar onların yanlarından ayrılmaq istəmir.
- Dalay Lama
Həddindən artıq nəzakətli insanlar tez bir zamanda adamı təngə gətirirlər.
- Pyer Büast
Həddindən artıq nəzakətə etibar etməyin.
- Çanakaya
Nəzakətli insan xoş rəftarı nəzakətsiz insandan öyrənir.
- Lord Halifax
Bir şeyi qarşındakına vermə tərziniz, verdiyiniz hədiyyədən daha dəyərlidir.
- Pierre Corneille
İncə düşüncəli birisinin kobud səsi olsa belə, o yenə nəzakətli insandır.
- Anonim
Sevgi və hörmət, bir-birinə bitişik ekizlər kimidir - əgər ayrılsalar yaşaya bilməzlər.
- Mehmet Emin Erişirgil
Hər şey incəlikdən, insan kobudluqdan qırılır.
- Anonim
Vərdiş, elə bir şeydir ki, onu pəncərədən ata bilməzsən. Gərək nəzakətlə, pilləkan pilləkan endirəsən.
- Mark Tven
Yer kürəsi ilə nəzakətli davranın. Onu sevin.
- Dalay Lama
Nəzakətli insan, söylənən əhvalatı bilsə belə, bilməyimiş kimi edəndir.
- Mark Tven
Xoş davranmayan birisi, xeyirli olan hər şeydən uzaq olmuş sayılır.
- Hədisi Şərif
Özgəsinin tərbiyəsizliyi nümunəvi və nəzakətli insan üçün söhbətin əsas mövzusu ola bilməz.
- Yuli Sezar
Nəzakət və xoş rəftar o qədər nadir hala çevrilib ki, bəziləri bunu görəndə sevgi zənn edir.
- Richard Gere
Söz ağızdan çıxmadan öncə 3 qapıdan keçməlidir:
Yaxşılıq, nəzakət və lüzum.
- Münir Üstün
İncə kəlmələrin söyləməsi tez və asan ola bilər, amma onların təsiri həqiqətən əbədidir..
- Tereza Ana
Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı nəzakət olar, arzuya səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.
- Mövlana Cəlaləddin Rumi
Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar.
- Fransua De Laroşfuko
Yaxşı bir həkimdə dörd xüsusiyyət vardır: nəzakətlə dinləmək, ağıllı danışmaq, diqqətlə düşünmək və tərəfsiz qərar vermək.
- Sokrat
Tarix mənə qarşı nəzakətli davranacaqdır.
Çünki tarixi yazmağı planlaşdırıram.
- Uiston Çörçill
Hər kəsə qarşı nəzakətli davran, az insana qarşı səmimi ol, onlara da güvənmədən öncə yaxşı düşün.
- Corc Vaşinqton
Dünya bir qonaq otağıdır. Bu otaqdan hamı ilə vidalaşıb, borclarını ödəyib, layiqincə, nəzakətlə ayrılmağı bacarmaq lazımdır.
- Aleksandr Düma