-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Qadınlar Haqqında Atalar Sözləri

bilgideryasi

  Qadını ürəyi, mərhəmət mənbəyi..

Türk atalar sözü

qadinlar-haqqinda-atalar-sozleri-qadin-qadina-aid-atalar-sozu


Kişi onu başa düşən adam üçün həyatını verər; qadın onu sevən adam üçün bəzənər.- Yapon atalar sözü


Qadın ürəyi - bahar havası. - Yapon atalar sözü


Suyun dərinliyini bilərsən, qadın ürəyini yox.  - Koreya atalar sözü

Qadınlar Haqqında Aforizmlər

Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu gül yarpağı ilə də vurmaq olmaz.  - Hind atalar sözü


Qadınsız ev quşsuz qəfəsə bənzər.

- Türk atalar sözü


Qadın evin açarı kimidir, gərək onu itirməyəsən. -Yapon atalar sözü


Ağıllı qadın kişinin sağ biləyidir.


Kişi gətirməyi bilməli, qadın yetirməyi. -Türk atalar sözü


Qadın bənnadır, kişi fəhlə. - Azərbaycan atalar sözü


Kişinin başı, qadının ürəyi. - Yapon atalar sözü


Qadının ağlı gözəlliyində, kişinin gözəlliyi ağlındadır. - Ərəb atalar sözü


Gözəllik - qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir. - Çili atalar sözü


Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır. -  Ərəb atalar sözü


Kişisiz ev yetim olur, qadınsız mətbəx. - atalar sözü


Evi ev edən arvad, yurdu yurd edən dövlət..

- Türk atalar sözü


Tənbəl kişi çörəksiz qalar, tənbəl qadın paltarsız. - Başqırd atalar sözü


Qadının çöhrəsi ərinin necə olduğunu, kişinin köynəyi isə arvadının necə olduğunu göstərir. Yuqoslav atalar sözü


Kar bir kişiylə kor bir qadın ən xoşbəxt cütlükdür. - Danimarka atalar sözü


Bağban əli dəyməyən bağı alaq basar, qadın əli dəyməyən  evi qəm-kədər.


Qadınsız evdə hörümçəklər tor qurar.  - Azərbaycan atalar sözü


Evdarlığı olmayan qadının evi dibi olmayan qazan kimidir, var-dövlət necə gələr, necə gedər... - Talış atalar sözləri


Yəhər ata bəzəkdir, qadın - evə. - Monqol atalar sözü


Quş qanadıyla öyünər, qadın - əriylə.- Gürcü atalar sözü


Qadının yüngülbeyinliyini gözlərindən, ağıllısını sözlərindən bilmək olar. - Qırğız atalar sözü


Lal qadını əri heç vaxt döyməz. - Fransız atalar sözü


Kişilər daha çox iş görərdi, əgər qadınlar daha çox sussaydı.

- Yəhudi atalar sözü


Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar. - Amerikan atalar sözü


Qadındır evi tikən, qadındır evi yıxan.- Türk atalar sözü


Qadının biri əla, ikisi - bəla. - Türk atalar sözü


Həyalı qadın - kişiyə şöhrət, həyasız - yersiz söz-söhbət. - Rus atalar sözü


Qadın, çalındıqdan sonra divara asılacaq bir skripka deyil. - Alman atalar sözü


Qadın, kitab, at borc verilməz. - İtalyan atalar sözü


Qadının könlü bir qaba düşdü, yeddi il bir yerdə dolandırdı. - Kürd atalar sözləri


Pis qadın yaxşı kişini keçəl eləyər, yaxşı qadın pis kişini yaxşı eləyər. - Kürd atalar sözü


Gözəl quş əldə gəzər, gözəl qadın dildə gəzər. - Türk atalar sözü


Qadının gözəlliyi uşaq əlindəki silah kimidir-həm onun özü, həm də ətrafdakılar üçün təhlükədir.  - Ərəb atalar sözü


Qış günəşinə, qadın gülüşünə inam olmaz. -Bolqar atalar sözü


Qadının gücü göz yaşındadı.


Bir yerə ki, on qadın yığışdı, ora dönəcək məhkəmə otağına. - Benqal atalar sözü


Pis kişi bir bəla, pis qadın bir cəhənnəmdir.- Danimarka atalar sözü


Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir- İngilis  atalar sözü


.Qadının qırx çırağı var, biri sönsə, o birini yandırar. - Azərbaycan atalar sözü


Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər. - Ərəb atalar sözü


>
To Top