-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Namus Haqqında Aforizmlər Və Sözlər

bilgideryasi

 İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. 

- Viktor Hüqo

namus-haqqinda-sozler-namuslu-insan-edaletli-exlaqli-xeyirxah


Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. 

- V.İrvinq


Namus gözəlliyin sədəqəsidir. 

- Əli İbn Əbu Talib ( Hz. Əli )


Namuslu bir adam, Tanrının ən soylu əsəridir. 

- Aleksandr Pop


Bir uşağı tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır.

- Deni Didro


Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur.

- Uilyam Şekspir


Vicdanlı olmaq ədalətli, namuslu, doğruçu, səmimi olmaq deməkdir.

- Lüdviq Feyerbax


Dünyada namuslu addan şərəfli heç nə ola bilməz və bu adi insana onun öz ləyaqəti qazandırır.

- Lyuk de Klapye Vovenarq



Namuslu adam heç kəsə paxıllıq etmir.

- Maksim Qorki


Namuslu əmək insan üçün ən mənfəətli işdir. 

- Kalinin


Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör.

- D.İ.Fonfizin


Çalışmaq, özümüzə, ailəmizə, millətimizə olan vətən və namus borcudur.

- Əziz Sancar


Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək. 

- Əhvədi


Namuslu adamların düşməni başqalarından daha çox olur.

- Fyodor Dostoyevski


Xoşbəxtlik, ancaq namus və ləyaqətini qoruduğun müddətcə vardır.

- Çingiz Aytmatov


Namuslu nişanlar üçün, yaşamaq daha çətin, ölmək daha asan olur.

- Maksim Qorki


Qısа dа оlsа, nаmuslа, səmimiyyətlə kеçən ömrü, uzun sürən, lаkin еyib və yаlаnlа kеçən şərəfsiz ömürdən üstün tut!

- Epiktet


Elə bir namuslu adam yoxdur ki, əvvəl - axır mükafatlandırılmasın.

- Onore de Balzak


Qadının ən böyük cavahiratı onun namusudur. 

- Anatol Frans


Insanları yüksəldən iki böyük xüsusiyyət vardır; kişinin mərd, qadının namuslu olması.

 - Napoleon Bonapart


Qadının xarici gözəlliyi deyil, namusu mənim məhəbbətimə layiq ola bilər.

- Uilyam Şekspir


Kişi dediyin, qadını toxunmadan sevə bilən və toxunduğu qadına namusu gözüylə baxandır.

- Anonim 


Qadına münasibət - namusun, vicdanın, təmizliyin, nəcibliyin çox incə ölçü cihazıdır.

- Vasili Suxomlinski


Həya və namus paltar kimidir, qiymətdən düşdükcə ona laqeyd yanaşılır.

- Apuley


Dəb baha olalı, namus ucuz oldu.

- Samipaşazade Sezai 


Qadınlarınızın pak olması üçün gözünüzü xalqın namusundan çəkin.

- İmam Sadiq 


Əxlaq, namus dedikdə sadəcə qadından danışan hər kəs əxlaqsız və namussuzdur.

- Frida Kahlo 


Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər.


Başqasının namusuna göz tikmə! Gördüyün hər bir gəlin bir evin çırağıdır.

- Məhəmmədhüseyn Şəhriyar


Malını itirsən, az itirərsən, namusunu itirsən çox itirrərsən, mərdliyini itirsən hər şeyini itirərsən.

- Yohann Volfqanq Höte


Namus gözəgörünməz şeydir, çox zaman heç namusu olmayanlar da onunla fəxr edirlər. 

- Uilyam Şekspir


Ayrı-ayrılıqda əxlaqsız bir varlıq olan kəslər, birgə  olduqları zaman namuslu olarlar.

- Şarl Lui Monteskyö


Yaramaz adamı bir anda tanımaq olar, namuslu adamı tanımaq üçün uzun illər lazımdır.

- Sofokl 


Nаmuslu və nаmussuz аdаm, yаlnız əməlləri ilə dеyil, аrzulаrı ilə də tаnınır.

- Demokrit 


Biz namus və əxlaq cəngavərliyi edirsə, bilin ki, ən əxlaqsızlığı da odur.

- Fridrix Nitsşe


Namuslu insanı təhqir edən özü-özünü təhqir edir.

- Jan Jak Russo 


Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir.

- Məmməd Əmin Rəsulzadə


Öz gerçəyini öz sözləriylə anlayıb açıqlamaq, hər bir nuslu yazarın vicdan borcudur.

- Cəmil Məric


Dilə uzanan əl namusa uzanmış kimidir.

- Cəmil Meriç


Ağıllı, amma yalançı olmaqdansa, sadə və namuslu olmaq yaxşıdır.

- Sofokl


Namusla sürmüşəm öz dövranımı; Verərəm haqq üçün şirin canımı.

 - Məmməd Rahim


Nə qədər ki, biz vicdanı ləkələməmişik, o, çox namuslu və müdrik hakimdir.

- Onore de Balzak


Şərəf və namusunu itirən xalqlar, müstəqillik və azadlıqlarını da itirməyə məhkumdurlar..


>
To Top