Ən Gözəl Sözlər: atalar sozleri
BANNER 728X90
atalar sozleri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
atalar sozleri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

20.4.22

Az Danışmağa Aid Atalar Sözləri

Nisan 20, 2022
Az Danışmağa Aid Atalar Sözləri

Az danış, düz danış.- Atalar sözü

Az Danışmağa Aid Atalar Sözləri,Atalar Sözləri Az danısmaga aid atalar sozleri,

.

İki düşün, bir danış. - Atalar söz

Az danış, çox qulaq as. - Atalar sözü.

Çox bilən az danışar.- Atalar sözü.

Çox bil, az danış. - Atalar sözü.

Bilikli adam az danışar.- Atalar sözü.

Az danış, yaxşı danış. - Atalar sözü

İki eşit, bir danış.- Atalar sözü.

Az danış, çox dinlə.- Atalar sözü.

Çox qulaq as, az danış.- Atalar sözü.

Çox danışmaq xeyir gətirməz.- Monqol  atalar sözü

atalar sozleri,Az Danışmağa Aid Atalar Sözləri,az danismaq haqqinda

Kamil adam az danışar. - Atalar sözü

Özgəsiylə az danış, özünlə - çox. - Alman atalar sözü

Yüz biliyin olsa da, bir bilənlə danış. - Atalar sözü

 Min bilsən də bir bilənə danış.- Atalar sözü.

Read More

22.12.21

Dil Haqqında Atalar Sözləri və Məsəllər

Aralık 22, 2021
Dil Haqqında Atalar Sözləri və Məsəllər

 

dile-aid-atalar-sozleri-dil-haqqinda-atalar-sozleri-ve-meseller-dilcilik-.jpg


Dil var bal gətirər, dil var – bəla.

Dünyada ən acı və ən şirin şey dildir.

Dildən acı, dildən şirin şey yoxdur.

Ağlı qısanın, dili uzun olar.

Yaman dil başa bəladır.

Dili varsa, dilçəyi də var.

Adı dillər əzbəridir.

Dadlı dil – gülər üz.

Şirin dil adama dost qazandırar.

Şirin dilin olsun, qoruyan sözün olsun.

Balın yoxdur, bal kimi dilin olsun.

Ürəyi dolu olanın dili uzun olar.

İnsaf dilin yarısıdır.

Lalın dilini anası bilər.

dil haqqinda atalar sozleri,Dile aid atalar sozleri,dilə aid atalar sözləri

Dil Haqqında Atalar Sözləri və Məsəllər

Sözü olana dil ver, söz eşidənə qulaq ver.

Qulağı açan dil olur, dilsiz qulağ kar olur.

Dişsiz, dil yaramaz. dilsiz, diş azar.

Evi daraldan qonaq olsun, qonağı daraldan, dilin olmasın.

At olmasa, yol olmaz, dil olmasa, el olmaz.

Qələmin dili iki olsada, yazısı birdir.

Ağzı yağlı, dili bağlı.

İpin uzunu yaxşıdır, dilin qısası.

Süfrədə əlini saxla, məclisdə – dilini.

İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır.

Alimin biliyindən, yalançının dilindən yapışarlar.

Adam dilindən bəlaya düşər.

Adamın başına nə bəla gəlsə, dilindən gələr.

Baş, dil ilə asılar.

Başa dil gətirəni, el gətirə bilməz.

Evlərə gedən qızın dili altında qənd gərək.

Bir ağızdan çıxar, min dilə yayılar.

Şirin dil ilanı yuvasından çıxardar.

Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar.

Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar.

Müqəssirin dili qısadır.

Əli əyrinin, dili düz olmaz.

Atı, yoluyla tanı, eli diliynən tanı.

Doğru söz dilinə gəlməz.

İtin dilini bilir.

Lotunun dilini lotu bilər.

Birinin əli, o birinin dili işləyir.

Borc verənin dili uzun olar.

Qonaq ilə qonaqçı, eşşək ilə eşşəkçi dil tapar.

Gözü ilə görür, dili ilə istəyir.

Pulun varsa dinclik, dilin varsa elçilik.

Dövlətlinin dili uzun olar, əli qısa.

Yoxsulun dili gödək olar.

Kasıbın dürməyi yavan olsa, dili yağlıdır.

Savab adamı dilli eylər.

Türk dili, bağa bənzər.

Fikir dili basar, dil də gücü.

Yaxşının sözü dilində, yamanın kini ürəkdə.

Deyə-deyə dilimdə tük bitdi.

Dil var dişi saxlar, diş var dili saxlar.

Dilin qoy dilçəyinə.

Qayınanalı gəlinin dilinin altında fənd gərək.

Nə dil bilsin, nə dodaq.

Evlərə gedən qızın: qulaqları kar, dili lal, gözləri kor gərək.

Eldən-elə, dildən-dilə, kim gülə, kim gülməyə.

El gözünü dil açar.

Eli olmayanın dili də olmaz.

Ölmüş atın nalı sökülər, dilsiz elin - başı.

Qəribin boynu uzun olar, dili qısa.

Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.

Sən yerindən tərpənincə, dağ-daşa dilə gələr.

Daşlar da dilə gəlir.

Yıxılsan dizindən gör, əzilsən dilindən gör.

Tikən acısı gedərmiş, dil acısı qalarmış.

Pıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.

Qeyrətsizin dilin al, dilin verdi gözün al.

Xəncər kimi bir dilə, pambıq kimi bir ürəyə sahib ol.

Xəncər yarası gedər, dil yarası getməz.

Qılınc yarası sağalar, dil yarası sağalmaz.

Acı dilin yarası qılınc yarasından pis olur.

Quş - dimdiyindən, adam isə dilindən ovlanar.

Bülbülün çəkdiyi dil bəlasıdır.

Deyirəm dilim yanır, demirəm – ürəyim.

Dilim, dilim ol, dilim, bir az şirin ol, dilim, bir az həlim ol, dilim, sən ki, incitdin yarı dilim-dilim ol, dilim.

Savaşmağa üz tap, barışmağa dil tap.

İki başlı heyvandan yox, iki dilli insandan qorx.

Dilsiz elin daşı çox, ürək kövrək dağı çox, öz dilini bilməsə, doğma elin yadı çox.

Eldən qalan dil olsun, seldən qalan iz olsun. oddan qalan kül olsun.

Adamın gərək dili ilə ürəyi bir ola.

Dəlinin ürəyi dilindədir, ağıllının dili ürəyindədir.

Read More

19.12.21

Söz Haqqında Atalar Sözləri və Məsəllər

Aralık 19, 2021
Söz Haqqında Atalar Sözləri və Məsəllər

 

Söz Haqqında Atalar Sözləri və Məsəllər

Söz həyatın bəzəyidir.

Ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.

İnsan ölər, söz qalar.

Sözün ilə işin bir olsun.

Zaman keçər, söz qalar.

Söz qılıncdan kəsərlidir.

Söz danış, söz olsun.

Doğru söz acı olar.

sözlə bağlı atalar sözləri,soze aid atalar sozleri,soz haqqinda atalar sozleri,atalar sozleri,
Soz haqqinda atalar sozleri

Doğru söz dəmiri dələr.

Kişi sözü üzə deyər.

Kişinin bir özü, birdə sözü.

Söz vermək asandır, yerinə yetirmək çətin.

Söz pəhləvanı olma.

Söz danış, söz eşit.

Sözü məqamında deyərlər.

Söz ki var, dəmirdir, vurduqca uzanar.

Sözü ağzında bişir, sonra çıxart.

Söz insanın vuran əlidir.

Söz Haqqında Atalar Sözləri və Məsəllər
Söz Haqqında Atalar Sözü

 Söz Haqqında Atalar Sözləri 

Sözdən söz çıxar.

Söz var el içində, söz var ev içində.

Yalan söz üz qizardar.

Qazan oddan qızar, insan – sözdən.

Ev sözsüz olmaz, meşə çaqqalsız.

Boş qaşıq ağız yırtar, boş söz qulaq.

Söz götürənin, yer oturanındır.

Meydan bizim, söz sizin.

Saz olan yerdə sözü saza verərlər.

Sazlı ev – sözlü ev.

Oğrunun yavuzu (yamanı) söz oğurlayandı.

Nə özündədir, nə sözündə.

Qaba söz qaba hərəkətdən pisdir.

Düz sözə boynum qıldan nazikdir.

Sözün düzünü zarafatda deyərlər.

Deyilən söz, atılan oxa bənzər.

Ara sözü ev yıxar.

Doğru sözdən xəta gəlməz.

Sözün yaxşısı baldan şirin olar.

Sözü söz kəsər.

Söz vaxtına çəkər.

Söz odur ki, haqqa vara.

Sözün də qanadı var.

Anlayana bir söz bir kitabdır.

Gül qönçədə qalmaz, söz – qəlbdə.

Boz üzüm var, doğru sözüm.

Söz danışıqdan keçər.

Söz sözü çəkər, arşın bezi.

Uşaq sözün düzünü deyər.

Sözün doğrusun de, min atını çap.

Sözü asta, ürəyi tasvasda.

soz haqqinda atalar sozleri,atalar sozleri,sözlə bağlı atalar sözləri

 Sözə Aid Atalar Sözləri 

Sözünü bilməyənə aşağı başda da yer yoxdur.

Sözdən söz götürür.

Söz sandığa girməz.

Sözü at, yiyəsi götürər.

Söz sözün dayağıdır.

Söz sözə söykənir.

Kişi öz sözünün ağası olar.

Kişinin özünə baxma, sözünə bax.

Sözün başı axırından bilinər.

Bikar sözü ilə arvad alma.

Elə söz de ki, kalı tökülsün, dəymişi qalsın.

Bıçaq yarası sağalar, söz yarası sağalmaz.

Sözlə plov olmaz, yağ ilə düyü gərək.

Hərzə sözün mərəzi gələr.

Sözün damarı olar, çəkdikcə uzanar.

Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.

Söz çeynəyən çox, söz deyən az.

Bəzən dəli də ağıllı söz deyir.

Yaxşı timsal yüz yönsüz sözdən yaxşıdır.

Sözün zahiri zərif, batini lətif olmalıdır.

Yaxşının sözü dilində, yamanın kini ürəkdə.

Ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.

Ağıl, ağıldan keçər, söz danışıqdan ötər.

Hər işin öz yeri, hər sözün öz məqamı var.

Sözü olana dil ver, söz eşidənə qulaq ver.

Qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.

Sözsüz ev olmaz,çalqısız toy olmaz.

Çalqını çalana, sözü danışana, işi bilənə, yolu gedənə, atı sürənə, malı alana, qızı sevənə, biçini əkənə ver deyiplər.

Gözəl var gözü ilə öldürər, gözəl var sözü ilə öldürər.

Gözəldə hamının gözü var, çirkinə kimin sözü var.

Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.

Əyri ağız bəy olsa, yalan sözü düz çıxar.

Cahildə söz əylənməz, günbəzdə qoz.

Ulular sözünə baxmayan, uluya uluya qalar.

Adam var gözdən qızar, Adam var sözdən qızar.

Söz Haqqında Atalar Sözləri və Məsəllər

Söz Haqqında Atalar Sözləri,Atalar Sözləri,atalar sozleri,soz haqqinda atalar sozleri,
Söz Haqqında Atalar Sözləri

Qılınc yarası sağalar, söz yarası sağalmaz.

Söz var kəsər savaşı, Söz var kəsdirər başı.

Söz bir olsa, dağ oynayar yerindən.

El bir olsa – dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar.

Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır.

Xalının tozu tükənər, dəlinin sözü tükənməz.

Read More

8.10.21

Doğruluq Haqqında Atalar sözləri

Ekim 08, 2021
Doğruluq Haqqında Atalar sözləri

 

dogruluga-aid-atalar-sozleri-dogruluq-haqqinda-Atalar-sozu-dogru

Allah doğruya yardı.


Məhəbbət və doğruluq məğlub edilməz.


Haqq doğruya yardır.


Yaxşılıq və doğruluq, hər ikisi birdi. 


Hesabı Doğru olanın alnı açıq olar.


Doğru büdrər, amma yıxılmaz.

Doğruluq Haqqında Atalar sözləri, atalar sözü doğru doğruluğa aid

Doğruluq Haqqında Atalar sözləri


Doğru yolda yıxılan tez qalxar.


Doğru gedən yol azmaz.


Ən yaхşı yоl düzlükdü.


Yalan olmasa doğru yeriməz.


Doğru yolun əyrisin bilməyən düzə çatmaz.


Doğru yalanı qovar.

dogruluga-aid-atalar-sozleri-dogruluq-haqqinda-sozleri-dogru-yalan.jpg



Dili Doğru, yolu Doğru.


Doğru yolla gedən yorulmaz.


Dil yanılar, doğrusunu deyər.


Doğru dil daş yarar.


Bir doğru ki, yalana oхşar, onu danışma.


Doğru söz acı olar. 

Doğruluq Haqqında Atalar sözləri,gözəl atalar sözləri,dogruluga aid,dogruluq haqqinda atalar sozleri

Doğruluğa aid Atalar sözləri


Doğru söz acı olar, nəticəsi şirin.


Doğru dostluq qərəzsiz olur.


Dostluq düzlükdədi.


Doğruluq dost qalasıdır.

Atalar Sözləri,Doğruluq Haqqında Atalar sözləri,gözəl atalar sözləri,dogruluga aid,


Doğruluq insanı heç vaxt utandırmaz.


Doğru sözü zarafata salıb deyərlər.


Doğruluq dost qapısı, oğruluq düşmən çatısı.


Düzlük haqq qapısıdı, düz dur, düz otur.


Ən böyük məhəbbət düzlükdədir.

Atalar Sözləri,Doğruluq Haqqında Atalar sözləri,gözəl atalar sözləri

Dogruluq Haqqinda Atalar sozleri


Tərəkəmədə oğru da çoxdur, doğru da.


Qaraca üzüm var, doğruca sözüm.


Dəlidən Doğru xəbər.


Sözün düzünü uşaqdan xəbər al.


Uşaq sözün düzünü deyər.


Oğru doğruluqdan danışar.


Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.

dogruluga-aid-atalar-sozleri-dogruluq-haqqinda-Atalar-sozleri-ogru.jpg


Sözün doğrusu dəmiri dələr.


Ağzı büzük bəy olsa, Doğru çıxar söz ondan.


Doğru sözdə boynum qıldan incədi.


Qələm əyri kəsilsə də, doğru yazar.


Öz dilinə nəzarət eliyə bilməyən doğruçu ola bilməz.

Doğruluq Haqqında Atalar sözləri,gözəl atalar sözləri dogruluqla bagli ogru 

Dogruluga Aid Atalar sozleri


Qıfıl oğru üçündür, mehr doğru üçün.


Doğru tutulmayınca oğru tutulmaz.


Doğru elə bilər, hamı doğrudu, əyri elə bilər, hamı əyridi.


Gözə görünməyən oğru xandan, bəydən doğru.


Əyrini tox gördüm, doğrunu ac.

dogruluga aid,dogruluq haqqinda atalar sozleri,atalar sozleri,


Pul doğrunu da susdurur.


Pis iş görən şeytanın şagirdidir, Doğrunu bilib danan şeytan özüdür.


Atsan nişana dəyər oxun Doğrusu, bir mənzilə yetməz yükün əyrisi..


Oğru qaçıb əkildi, doğru dara çəkildi.


Sən doğru ol, əyri bəlasını tapar.


Doğruya zaval yoxdu, çəksələr min divana


Ox kimi doğru olsan, əldə tutarlar səni, yay kimi əyri  olsan, çölə atarlar səni.


Doğru qapıdan gələndə, yalan bacadan qaçar.


Hesabda doğru ol, hesabdar olma, hesab bilməyənlə durub  oturma.

Read More

18.7.21

Axmaqlıq Haqqında Atalar Sözləri Və Məsəllər

Temmuz 18, 2021
Axmaqlıq Haqqında Atalar Sözləri Və Məsəllər

Axmaqlıq Haqqında Atalar Sözləri Və Məsəllər


 Ağıllının başı işlər, ağılsızın dili.

Ağıllı gözündən, axmaq sözündən bilinər.

Axmaq axmağı tapar. -Azərbaycan atalar sözü

Axmaq baş bəlalı оlar.

Axmaq özünə düşməndi, özgəyə necə dost olsun.

Axmaqdan təhlükəli düşmən yoxdur. - Yapon atalar sözü

Ağıllı düşmən ağılsız dostdan yaxşıdır.
Axmaqlıq Haqqında Atalar Sözləri, Axmaqlığa Aid Atalar Sözləri,axmaqliq haqqinda


Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir.

Ağıllı işləyər, axmaq baxar.    

Eşşəyin adı eşşəkdi, axmaq isə eşşəkdən pisdi.

Axmaq it aya hürər. - Azərbaycan atalar sözü

İtin axmağı tula olar.

Bacar axmaqla yola get, ağıllı özü səninlə yola gedər.
Axmaqlıq Haqqında Atalar Sözləri Və Məsəllər



Ağıllı ömrü yaşadı, axmaq ilişə-ilişə bada verdi. - Talış atalar sözü

Özünə qələmə verən axmaqdır.

Axmaq öz axmaqlığını heç vaxt boynuna almaz. - Ləzgi atalar sözü

Axmaq adam özündən başqasını sevməz.

Axmağa axmaq deyərsən - min dəfə ondan pis olar. - Qaraqalpaq atalar sözü

Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr.

Ağıllı - dostunu hər zaman xatırlar, axmaq isə işi düşəndə.

Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır.

Axmaq adamın xöşbəxtliyi də axmaq olur. - Çin atalar sözü

Axmaqlar bazara getməsəydi çürük mallar satılmazdı.

Varı ola-ola naşükür olmaq axmaqlıqdır. - Ərəb atalar sözü

Səhv etmək insana xasdır, amma öz səhvlərini təkid etmək axmaqlıqdır.- Latın atalar sözü

Axmaq adam öz səhvini düz bilər, ağıllı düzəldər.

Axmaq düzü damcı-damcı udar, yalanı - qaşıq-qaşıq. - Rus atalar sözü

Ağıllı bir qoydu, beş götürdü, axmaq beş qoydu, heç nə götürmədi! - Talış atalar sözü

Od ağıllı üçün istilikdir, axmaq üçün - yanğın.

Axmaq adam onda ağıllı iş görər ki, susar. - Çeçen-inquş atalar sözü

Axmaq da sükut edəndə ağıllı görünər.

Deyən ağılsız olsa eşidən gərək ağıllı ola.

Axmaq başın bəlasını ayaqlar çəkər.
Axmaqliq-haqqinda-atalar-sozleri-2021-axmaga-aid- (1).jpg
Axmaqlıq Haqqında Atalar Sözləri Və Məsəllər



Ağılsız baş əlindən səfil ayaq nələr çəkər.

Heç nədən qorxmayan ya dəli, ya da axmaqdır. - Hind atalar sözü

Axmağın min sözü, ağıllının bir sözünə dəyməz.

Axmaq danışanda arif susur.

Pulun sayəsində axmaq da ağadır. - Yapon atalar sözü
Axmaqlıq Haqqında Atalar Sözləri Və Məsəllər axmaq haqqinda

Axmaqlıq Haqqında Atalar Sözləri Və Məsəllər


Əgər məharətlə davranılsa, axmaq da, küt qayçı da faydalı ola bilər. - Yapon atalar sözü

Axmaqlar olmasaydı. ağıllılara baxan olmazdı.

Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır.

Axmaq adam elmin ləzzətini anlamaz. - Ərəb atalar sözü

Bir axmağın bir gündə törətdiklərini, min ağıllı bir ilə düzəldə bilməz.

Ağıllıların yükü axmaqların çiynində olar.- Kürd atalar sözləri

Ağıllı yоxsul varlı axmaqdan yaxşıdı. -Azərbaycan atalar sözü

Dövlət ağıllının nökəridi, axmağın ağası.

Axmaqlar оlmasaydı, ağıllılar məhv оlardı.

Read More

23.4.21

Dünya Xalqlarının Hikmətli Atalar Sözləri

Nisan 23, 2021
Dünya Xalqlarının Hikmətli Atalar Sözləri

 


Sevən ürək, daim gəncdir.- Yunan atalar sözü

Dunya-xalqlari-atalar-sozleri-hikmetli-atalar-sozlerimiz-yaxsiliq-yamanliq-pis-yaxsi

Yaxşılıq nur gətirər, yamanlıq - zülmət.- Özbək atalar sözü 


Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır. - Atalar sözü


Pisliyə yaxşılıqla qalib gəl. - Latın atalar sözü


Hesabı təmiz olanın üzü ağ olar.- Azərbaycan atalar sözü


Təmiz ürək qızıldan qiymətlidir.- Alman atalar sözü


İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi. - Hind atalar sözü


Vay o halına o kəsin ki, heç kimə yaxşılıq eləmir. - Rus  atalar sözü


Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim.- Azərbaycan atalar sözü


Ürək yanar, göz yaşarar.- Azərbaycan atalar sözü


Vəfalı dost yad olmaz, görməsə yüz il səni.- Azərbaycan atalar sözü


İşi yaxşı olanda yad olur, pis olanda - qohum.- Koreya atalar sözü


Ana o deyil ki - doğub, ana odur ki - böyüdüb. - Rus atalar sözü


Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.- Çin atalar sözü


Alçaqda yatma - sel aparar, ucada yatma - yel aparar.- Türk atalar sözü


Fürsət ağıllı adamlar üçün pilləkəndir.- Yunan atalar sözü


Sabah tənbəllərin ən çox işə sahib olduqları gündür. - Norveç atalar sözü


Tənbəllik bütün eyiblərin anasıdır.- Rus atalar sözü

menali-Atalar-sozleri-2021-gozel-atalar-sozu-ve-meseller2-.jpg



Gedəni saxlama, gələni qovma.- Yapon atalar sözü


Yeriyən yol alar, yeriməyən yolda qalar. - Türk atalar sözü


Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. - Çin atalar sözü


Yaxşı adamla savaşma, pis adama yanaşma. - Monqol atalar sözü 


Həyasızdan həyanı qoru.- Azərbaycan atalar sözü


Susmaq - biliklinin bəzəyi, biliksizin pərdəsidir.- Ərəb atalar sözü


Quş lələyi ilə gözəldir, insan ağlıyla. - Rus atalar sözü


Axmaqdan təhlükəli düşmən yoxdur. - Yapon atalar sözü


Hər kəs layiq olduğunu tapar.- Latın atalar sözü


Tərəzi gözü kimi iki tərəfə əyilmə.- Azərbaycan 


Tənbəllik bütün eyiblərin anasıdır. - Rus atalar sözü


Acı yedizdirmək istəyirsənsə, ona balıq ver. Onun heç vaxt ac qalmamasını istəyirsənsə, ona balıqçı toru ver. - Yapon atalar sözü


Artıq əşya – artıq qayğı. - Yapon atalar sözü


Odu odla söndürməzlər. - Fars atalar sözü


Şam bahadı - korun nə vecinə.- Azərbaycan atalar sözü


Dərin olan quyu deyil qısa olan ipdir. - Çin atalar sözü


Ümidini üzməyəni məğlub hesab etmək olmaz. - Hind atalar sözü


Gənclər ümidləri ilə, qocalar isə xatirələri ilə yaşayırlar.- Fransız atalar sözləri


Başqalarının qüsurları gözümüzün önündədir, özümüzünkü kürəyimizin arxasında. - Latın atalar sözü


Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir. -İndoneziya atalar sözü 


Uşaq gördüyünü götürər- Azərbaycan atalar sözü


Təmiz hava girməyən evə həkim girər.- Azərbaycan atalar sözü


Ağıllı uşaq nadan qocadan yaxşıdır.- Ərəb atalar sözü


Yaxşı şagird, ustası yoxkən aydın olur. - Braziliya atalar sözü


Özgə çörəyi ilə, özgə ağlıyla çox yaşamaq olmaz. - Fin atalar sözü


Uzaq bir məsafədən cəsur görünmək asandır.- İngilis atalar sözü


Korlar içində çəp də hörmətli olar. - Rus atalar sözü


Qoyunun biri hara, sürü də ora.- Rus atalar sözü


Ağıllıların yükü axmaqların çiynində olar.- Kürd atalar sözləri


Səbrlilərin pulsuz əldə etdiklərini səbrsizlər böyük qiymətə almalı olurlar. - Fransız atalar sözü


Bəxt, gözüaçıq olanların yanındadır. - Latın atalar sözü


Söz var - gələr keçər, söz var - dələr keçər.- Azərbaycan atalar sözü


Qılınc birini öldürər, dil - minini.- Kürd atalar sözləri


İtə nə qədər daş atsan, o qədər də hürər.- Kürd atalar sözləri


Ömrü az olan şeyə könül bağlamağa dəyməz.- Fars


Tamahı çox olanın insafı az olar.- Ərəb atalar sözü


Tutulmamış oğru, xandan-bəydən doğru.- Azərbaycan atalar sözü


Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar.- Alman atalar sözü


Bir cinayətə göz yuman, ikincisini də dəvət edər. - Latın atalar sözü


Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər. - Azərbaycan atalar sözü


Zülm ilə abad olan bir gün gəlir bərbad olur.- Azərbaycan atalar sözü


Əsl kar qulağı eşitməyən deyil, qulaq asmaq istəməyəndir.- Afrika atalar sözü


Tələsik işə şeytan qarışar. - Azərbaycan atalar sözü


Səbr Allahdan, səbirsizlik şeytandan. - Azərbaycan atalar sözü


Səbri çox olan adam qalib gələr.- Atalar Sözü


Şeytan olmasa qurd qoyunla gəzər. - Azərbaycan atalar sözü


Sıldırımın başında ağac olmaz, lovğanın başında ağıl. - Koreya atalar sözü


Biləyi güclü birini yıxar, biliyi güclü minini.- Özbək Atalar sözü


Müharibə zamanı qanunlar susar. - Latın atalar sözü

hikmətli atalar sözləri,atalar sozleri,mənalı atalar sözləri xeyir şər pislik


Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.- Monqol Atalar Sözü


O yerdə ki ləyaqətsizlərə hörmət, ləyaqətlilərə nifrət edirlər - orada üç bəla yuva salır: qorxu, aclıq və ölüm. - Hind atalar sözü


Korlar ölkəsində tək gözlü adam kraldır. - İngilis atalar sözü


Əyri yolla qazanılmış var-dövlət və ad-san bulud kimi yox olub gedir. - Yapon atalar sözü


Dünya qiymətli bir kitaba bənzəyir. Yazıb-oxumağı bilməyən ondan xəbərsiz qalır.- İtalyan atalar sözü

Read More

8.3.21

Qadınlar Haqqında Atalar Sözləri

Mart 08, 2021
Qadınlar Haqqında Atalar Sözləri

  Qadını ürəyi, mərhəmət mənbəyi..

Türk atalar sözü

qadinlar-haqqinda-atalar-sozleri-qadin-qadina-aid-atalar-sozu


Kişi onu başa düşən adam üçün həyatını verər; qadın onu sevən adam üçün bəzənər.- Yapon atalar sözü


Qadın ürəyi - bahar havası. - Yapon atalar sözü


Suyun dərinliyini bilərsən, qadın ürəyini yox.  - Koreya atalar sözü

Qadınlar Haqqında Aforizmlər

Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu gül yarpağı ilə də vurmaq olmaz.  - Hind atalar sözü


Qadınsız ev quşsuz qəfəsə bənzər.

- Türk atalar sözü


Qadın evin açarı kimidir, gərək onu itirməyəsən. -Yapon atalar sözü


Ağıllı qadın kişinin sağ biləyidir.


Kişi gətirməyi bilməli, qadın yetirməyi. -Türk atalar sözü


Qadın bənnadır, kişi fəhlə. - Azərbaycan atalar sözü


Kişinin başı, qadının ürəyi. - Yapon atalar sözü


Qadının ağlı gözəlliyində, kişinin gözəlliyi ağlındadır. - Ərəb atalar sözü


Gözəllik - qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir. - Çili atalar sözü


Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır. -  Ərəb atalar sözü


Kişisiz ev yetim olur, qadınsız mətbəx. - atalar sözü


Evi ev edən arvad, yurdu yurd edən dövlət..

- Türk atalar sözü


Tənbəl kişi çörəksiz qalar, tənbəl qadın paltarsız. - Başqırd atalar sözü


Qadının çöhrəsi ərinin necə olduğunu, kişinin köynəyi isə arvadının necə olduğunu göstərir. Yuqoslav atalar sözü


Kar bir kişiylə kor bir qadın ən xoşbəxt cütlükdür. - Danimarka atalar sözü


Bağban əli dəyməyən bağı alaq basar, qadın əli dəyməyən  evi qəm-kədər.


Qadınsız evdə hörümçəklər tor qurar.  - Azərbaycan atalar sözü


Evdarlığı olmayan qadının evi dibi olmayan qazan kimidir, var-dövlət necə gələr, necə gedər... - Talış atalar sözləri


Yəhər ata bəzəkdir, qadın - evə. - Monqol atalar sözü


Quş qanadıyla öyünər, qadın - əriylə.- Gürcü atalar sözü


Qadının yüngülbeyinliyini gözlərindən, ağıllısını sözlərindən bilmək olar. - Qırğız atalar sözü


Lal qadını əri heç vaxt döyməz. - Fransız atalar sözü


Kişilər daha çox iş görərdi, əgər qadınlar daha çox sussaydı.

- Yəhudi atalar sözü


Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar. - Amerikan atalar sözü


Qadındır evi tikən, qadındır evi yıxan.- Türk atalar sözü


Qadının biri əla, ikisi - bəla. - Türk atalar sözü


Həyalı qadın - kişiyə şöhrət, həyasız - yersiz söz-söhbət. - Rus atalar sözü


Qadın, çalındıqdan sonra divara asılacaq bir skripka deyil. - Alman atalar sözü


Qadın, kitab, at borc verilməz. - İtalyan atalar sözü


Qadının könlü bir qaba düşdü, yeddi il bir yerdə dolandırdı. - Kürd atalar sözləri


Pis qadın yaxşı kişini keçəl eləyər, yaxşı qadın pis kişini yaxşı eləyər. - Kürd atalar sözü


Gözəl quş əldə gəzər, gözəl qadın dildə gəzər. - Türk atalar sözü


Qadının gözəlliyi uşaq əlindəki silah kimidir-həm onun özü, həm də ətrafdakılar üçün təhlükədir.  - Ərəb atalar sözü


Qış günəşinə, qadın gülüşünə inam olmaz. -Bolqar atalar sözü


Qadının gücü göz yaşındadı.


Bir yerə ki, on qadın yığışdı, ora dönəcək məhkəmə otağına. - Benqal atalar sözü


Pis kişi bir bəla, pis qadın bir cəhənnəmdir.- Danimarka atalar sözü


Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir- İngilis  atalar sözü


.Qadının qırx çırağı var, biri sönsə, o birini yandırar. - Azərbaycan atalar sözü


Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər. - Ərəb atalar sözü


Read More

29.4.20

Dostluğa Aid Atalar Sözləri

Nisan 29, 2020
Dostluğa Aid Atalar Sözləri

Dost dosta arxa olar.


Dost dostun aynasıdır.

Dostunu mənə de, deyim sən kimsən.

Dost dostun sağlığın istər.

Dost ağlar, düşmən gülər.

Dost min olar, candan dost olan bir.

Dostluq həyat vəsiqəsidir.

Dostun yoxsa axtar, tapdın – qoru.

Dost gəlişi bayram olar.

Dost arası sözsüz olmaz.

Doğru söz dostluğu pozar.

Dost dostun eyibini üzünə deyər.

Dostluq düzlükdədir.

Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.

Dostunun dostu sənin də dostundur.

Dost dar gündə tanınar.
dostluga-aid-atalar-sozleri-dostluq-haqqinda-Atalar-sozu-dost.jpg
Dostluğa Aid Atalar Sözləri 



Dost yolunda boran olar, qar olar.

Dostla dağı tez aşmaq olar.

Dostluğa dağlar da, dənizlər də mane ola bilməz.

Dostluq həmişə qalib gələr.

Dostluğa min adam azdır, düşmənliyə bir adam çox.

Dostsuz insan – qanadsız quş.

Dostun versə qum, sən onu ovcunda yum.

Dosta borc pul vermə, hər ikisi əldən gedər.

Dostunu ağladıb, düşmənini güldürmə.

Dost zülümkar olmaz, ziyankarlardan dost olmaz.

Dost sirrini dost bilir.

Dost üzdən bəlli olar, düşmən - gözdən.

Ağıllı düşmən ağılsız dostdan yaxşıdır.

Dost ilə ye, iç, alış-veriş eləmə.

Dost qazan, düşməni nənəm də doğar.


Dostluğa Aid Atalar Sözləri dostluq haqqinda atalar sozu

Dostluğa Aid Atalar Sözləri

Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?!

Dəli dostun olunca ağıllı düşmənin olsun.

Doğru dostluq qərəzsiz olur.

Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü  qalar.

Dar yerə min dost yerləşər, bir düşmən yerləşməz.

Dost dosta tən gərək, tən olmasa gen gərək.

Doğruluq dost qapısı, oğruluq düşmən çatısı.

Dost evin sil-süpür, amma düşmən evinə getmə.

Dost dostdan kənar olmaz, aralıqda mərdimazar olmasa.

Dostu düşünməyən, düşmənə dönər.

Cahil özünə düşməndi, başqasına necə dost ola bilər?!

Çaqqalla toyuğun dostluğu ölümlə bitər.

Çaqqalla toyuğun dostluğu ölümlə bitər.

Cəhd eylə dost qazan, düşmən ocaq başındadır.

Düz danışanın dostu az olar.
Dostluga aid atalar sozleri

Dünyada iki şəxs heç vaxt dost olmaz: biri qanan, biri  qanmaz.

Düşməni yumşaqlıqla dost edən ağıllıdır.

Barıt ilə odun dostluğu olmaz.

Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı boş.

Dəvəci ilə dost olanın darvazası gen gərək.
Axtarış sözləri: dost haqqinda atalar sozleri,dost atalar sözü,dost haqqında atalar sözləri,dosta aid atalar sozleri,dosta aid atalar sözləri,dosta aid atalar sözü,atalar sozu dosta aid,yaxsi dosta aid atalar sozleri,atalar sözü dosta aid,dostluq haqqinda atalar sozleri,dostluq haqqında atalar sözləri,dostluga aid atalar sozleri,dostluğa aid atalar sözləri,dostluğa aid atalar sözü
Read More

24.4.20

Ağıl Haqqında Atalar Sözləri

Nisan 24, 2020
Ağıl Haqqında Atalar Sözləri
Ən böyük sərvət ağıldır.
agila-aid-atalar-sozleri-agil-haqqinda-atalar-sozu-axmaqlar-agilli

Hirs düşməndi, ağıl dost.

Axmaq adam öz səhvini düz bilər, ağıllı düzəldər.

Ağıl başın böyüklüyündə deyil.

Ağıllı balaca yekə cahildən yaxşıdır.

Ağıllı yоxsul varlı axmaqdan yaxşıdır.

Ağıla gələn başa gələr.

Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər.

Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
agila-aid-atalar-agil-haqqinda-Atalar-sozleri-agilli.jpg


Ağıllı fikirləşincə dəli çayı keçir.

Ağıllı toy edincə, dəlinin oğlu bazara gedər.

Ağıllı bir dəfə aldanar.

Hər dəlinin bir ağıllısı olmalıdır.

Ağılsız baş ayağa dinclik verməz.

Ağılsız baş əlindən səfil ayaq nələr çəkər.

Ağıllıya işarə, nadana kötək.

Ağıllı gözündən, axmaq sözündən bilinər.

Ağıllı imandan, yalançı böhtandan yapışar.
ağıla aid atalar sözləri,agila aid atalar sozleri,atalar sozleri,agil haqqında atalar sozleri,


Ağıllı ədəbi ədəbsizdən öyrənər.

Ağıl sözün gövhəri, söz ağılın cövhəridi.

Səbirli olmaq ağıllı olmağa bərabərdir.

Ağıl başda, ləl daşda olar.

Ağıllı işinə baxar, cahil dişinə.

Ağıllı işləyər, axmaq baxar.

Axmaqlar оlmasaydı, ağıllılar məhv оlardı.

Tənbələ iş buyur, sənə ağıl öyrətsin.
ağıla aid atalar sözləri,agila aid atalar sozleri,atalar sozleri,agil haqqında atalar sozleri  ağıllı adam

Ağıllı haqqında atalar sözləri


Dəliyə iş buyur, o sənə ağıl öyrətsin.

Dəliyə ağıl, qaraya sabun kar eləməz.

Bəzən dəli də ağıllı söz deyir.

Dəli öz ağlını yüz ağıldan üstün bilər.

Dəli ilə tapmaqdansa ağıllı ilə itirmək yaxşıdır.

Dəli özünə bir dəli yoldaş tapdı, elə bildi ki, çox ağıllıdır.

Dəli dövran sürər, ağıllı vaxt gözlər.

Ağıllının başı işlər, ağılsızın dili.
agila-aid-atalar-sozleri-agil-haqqinda-atalar-sozu-axmaqlar-agilli

Ağıla Aid Atalar Sözləri 


Ağıllı deyər: bu gün işlərəm, sabah оynaram, tənbəl deyər:  bu gün оynaram, sabah işlərəm.

Ağıllı bu ili fikirləşir, ağılsız – bu günü.

Ağıllı dоstunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.

Düşməni yumşaqlıqla dost edən ağıllıdır.

Ağıllı özünü qınayar, ağılsız yоldaşını.

Ağıllı düşmən ağılsız dostdan yaxşıdır.

Nadan dostdan ağıllı düşmən yaxşıdır.

Dəli dostun olunca ağıllı düşmənin olsun.

Dəli demiş, ağıllı inanmış.

Deyən ağılsız olsa eşidən gərək ağıllı ola.

Dəlinin ürəyi dilindədi, ağıllının dili ürəyində.

Adam hər düşməndən bir ağıl öyrənər.

Acıqlı başda ağıl оlmaz.
Atalar Sözləri,ağıla aid atalar sözləri,agila aid atalar sozleri

Ağıl Haqqında Atalar Sözləri 

Ağıllı baş bəlasız оlar, dоğru yоl – qərəzsiz.

Hər zərər bir ağıl artırar.

Qəriblik ağıl artırar.

Görməmiş görsə, ağıldan çıxar.

Ağıllı baş hər şeydən mənfəət götürər.

Ağıl qaldırar, nəfs yandırar.

Mal yığınca ağıl yığ.

Mal qocalanda ucuz, ağıl qocalanda baha olar.

Dəlilər dünyanı əkdilər, ağıllı indi cüt qoşur.

Səfeh baş ağılın düşmənidir.

Ağıl ilə həya ekiz qardaşdır, birini itirsən, o birini tapa bilməzsən.

Ağıllı qız xınalı quzu kimidir.

Ata evi qızı ağıllı da edər, dəli də.

Ləyaqət ağıldadı, əsil-nəsəbdə deyil.
Atalar Sözləri,ağıla aid atalar sözləri,agila aid atalar sozleri ağıllı agilli


Ağıllı adam üz ağardar, ağılsız göz.

Gözəl – göz üçün, ağıllı – könül üçün.

Göz nə qədər uzağı görsə, ağıl qədər görə bilməz.

Heyrətdə ağıl, yolda salam, qəmdə təsəlli var.

Ağılsızın iynəsi gödək, sapı uzun оlar.

Ağıl saqqalnan оlsaydı, keçidən böyük alim оlmazdı.

Hər ağıl bir olsa, keçiyə çoban tapılmaz.

Axmaq da sükut edəndə ağıllı görünər.

Ağıllı qoca arısından danışar, ağılsız arvadından.

Ağıllı qadın kişinin sağ biləyidi.

Ağıl var, pul yоx, pul var, ağıl yоx.

Allah adama ya ağıl verər, ya dövlət.

Qüvvə hər şeyi sındırar, ağıl - qüvvəni.
agila-aid-atalar-agil-haqqinda-Atalar-sozleri-agilli-agilsiz-.jpg

Agıl Haqqinda Atalar Sozleri 



Bəxt, ağıl bir adamda olsa, o adam tacir olar.

Paltarı zinətləndirməkdən ağılı zinətləndirmək faydalıdır.

Oğul dəxi neyləsin, baba ölüb mal qalmasa, baba malından  nə fayda, başda ağıl olmasa.

Bu dünyada maldan, mülkdən bir ağıllı baş yaxşıdı, anlamayan kəllədən, bir qara daş yaxşıdı.

Ağıllı kamal axtarar, cahil – mal.
agila-aid-atalar-sozleri-agil-haqqinda-atalar-sozu-axmaqlar-agilli

Dövlət ağıllının nökəridir, axmağın ağası.

Ağıllı söz qüvvədə bir ordudan da ötədir.
Read More

20.4.20

İlan Haqqında Atalar Sözləri, İlana Aid Atalar Sözləri

Nisan 20, 2020
İlan Haqqında Atalar Sözləri, İlana Aid Atalar Sözləri
İnsan ilandan, ilan insandan qorxar.
- Madaqaskar atalar sözü

Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz.
ilan-haqqinda-atalar-sozleri-ilana-aid-atalar-sozleri-ilanla-bagli-sozler
Bir ilana, bir də xana bel bağlama.

İlan öz zəhərindən ölmür.
- Ərəb atalar sözü

Allah ilanın əməllərini bilib, ayaqlarını qarnında yaradıb.

Şirin dil ilanı yuvasından çıxardar.

Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar.
ilan haqqinda atalar sozleri,atalar sozleri,ilanla bağlı atalar sözləri

İlan Haqqında Atalar Sözləri


Əcəli çatan ilan yola çıxar.

İlan balasını da çalar.

İlan daş-qaşla bəzənmiş olsa da, fərqi yoxdur, yenə qorxuludur.
- Hind atalar sözü

İlanın ağına da lənət, qarasına da.
- Azərbaycan atalar sözü

İlan ilanı vurmaz.

İlan izini, ilan o saat bilər.
- Yapon atalar sözü

Balaca ilanı da böyük ağacla vur.
- Malayal atalar sözü

Kor ilan heç nədən qorxmaz.
- Yapon atalar sözü


ilan-haqqinda-atalar-sozleri-ilana-aid-atalar-sozleri-ilanla-bagli-sozler

İlan Haqqında Atalar Sözü


Bir dəfə ilan çalanı, kəndir də qorxudar.
- İndoneziya atalar sözü

İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar.
- Ərəb

İlanın da yadında qalır ki, onun quyruğunu kim tapdayıb.
- Ləzgi atalar sözü

İlan sancması xəncər zərbəsindən qorxuludur.
- Osetin atalar sözü

İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar.
- Malayal atalar sözü

Həşərat çox olsa, hətta ilanı da məhv edər.
- Hind atalar sözü

İnək su içsə süd, ilan su içsə zəhər əmələ gələr

Gül tikansız, çöl ilansız olmaz.

Dağ çiçəyindən ilan ağu çəkər, arı bal.

İlan adamın topuğunu gözlər, adam ilanın başını.

Su içinə ilan dəyməz.

İlan çıxdığı bacanı yaxşı tanıyar.
ilan-haqqinda-atalar-sozleri-2021-ilana-aid-ilanlar.jpg

Yaman yoldaş ilandan betərdi.

İlan hərdənbir sancar, yaramaz addımbaşı.
- Hind atalar sözü

Yatan ilanın quyruğunu basma.

İlan kəsilmiş quyruğunu unutmaz.

Molla çörəyi, ilan ayağı görünməz.

İlanın ayağını, qarışqanın gözünü, mollanın çörəyini hələ heç kəs görməyib.

İlan əvvəl ovsun qızdıranı sancar.

Yayda ilandan qorxan, qışda çatıdan qorxar.

Özgə əli ilə ilan tutur.

İlan özü bilir ki, ayaqları haradadır.
- Teluqu atalar sözü

İlan kinli olmasaydı, ayaqları qarnında olmazdı.
- Kürd atalar sözü

İlan nə qədər əyri olsa da, yuvasına düz gedər.
- Fars atalar sözü

Suda boğulan ilana sarılar.

İlan qovalasa yola, dəvə qovalasa yoxuşa qaç.
- Teluqu atalar sözü

İlan ilannığınnan torpağı yalar.

Hər yuvaya əlini salma: birində siçan var, birində ilan.
- Kürd atalar sözü

Hökümdarlar ilanlar kimidir: zəhər də, dərman da onların əlindədir.

Gizli düşmən ilan kimidir, sürünə-sürünə səssiz gələr.
- Azərbaycan atalar sözü
ilan-haqqinda-atalar-sozleri-ilana-aid-atalar-sozleri-ilanla-bagli-sozler
Gizli Düşmən

İgidi ilan öldürər, dövləti yalan.
Read More

19.4.20

Hörmət Haqqında Atalar Sözləri

Nisan 19, 2020
Hörmət Haqqında Atalar Sözləri
hormet-haqqinda-atalar-sozleri-hormete-aid-elm
İstəyirsən qocalıqda hörmətin olsun, cavanlıqda hörmət  elə.

Böyüyə hörmət elə, sən də böyüyəcəksən.hormet-haqqinda-atalar-sozleri-hormete-aid-hormetli-hormet-et

Hamıya hörmət elə, hörmətin olar.

Hər kəsin hörməti öz əlindədi.

Atana hörmət elə, оğlun sənə hörmət edər.

Atasına hörmət edən adamın ömrü uzun olar.
- Ərəb atalar sözü

Ata-ana sağdır - hörmət elə, ölüb - xatırla.
- Yapon atalar sözü

Qocaya hörmət elə, sən də qocalacaqsan.

Hörmətə aid Atalar Sözləri [Şəkilli]

Atalar Sözləri,hormet haqqinda atalar sozleri,atalar sozleri,hörmətə aid atalar sozleri,

Atalar Sözləri,hormet haqqinda atalar sozleri,atalar sozleri,hörmətə aid atalar sozleri,

hörmətə aid atalar sözləri,hörmət haqqında atalar sözləri,Atalar Sözləri,hormet haqqinda atalar sozleri



hormet-haqqinda-atalar-sozleri-hormete-aid-hormetli-hormet-et

Hörmət Haqqında Atalar Sözləri 


Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan.

Böyüyə hörmət, kiçiyə rəğbət.

Hörmət hörmətə bağlıdır.

Özünə hörmət qoymayan özgəyə də hörmət qoymaz.

Özünə hörmət et ki, başqaları da sənə hörmət etsinlər.

Dostun necədir - hörmətin də eləcədir.
- Tatar atalar sözü

Kişiyə hörmət, artırar minnət.

Hər hörmətin minnəti var.
- Tatar atalar sözü

hormete-aid-atalar-sozleri-hormet-haqqinda-Atalar-sozleri.jpg

hormete-aid-atalar-sozleri-hormet-haqqinda-Atalar-sozleri-elm (2).jpg
Nanəcibə hörmət edərsən, deyər ki, məndən qorxur.
- Azərbaycan  atalar sözü

Zəhmət yiyəsi - hörmət yiyəsi.
- Tatar atalar sözü

Əməyə hörmət et ki, hörmətini artırsın.

Yaxşı hörmət dövlətdən yaxşıdır.



El yolunda baş qoyan qazanar el hörmətin.

Tanınan yerdə özünə hörmət edirlər, tanınmayan yerdə kürkünə.
- Başqırd atalar sözü

Qonağın hörmətliliyi yola salınmaqdan bilinər.

Qonağa hörmət eylə, əgərçi kafir də olsa.

Şərab ağlı da alır, hörməti də.

Özgə tikəsi qarın doydurmaz, hörmət artırar.

Yeyərsən qüvvətin artar, verərsən hörmətin.


Səhvini göstərənlərə hörmət et.

Anlamaza hörmət edərsən, deyər, məndən qorxdu.

İtə hörmət edərlər yiyəsi xatirinə.

Hörmət gərək bir oxuyana, bir toxuyana.
- Türkmən atalar sözü

Adətə hörmət eləmək asandır, əməl eləmək - çətin.
- Vyetnam atalar sözü

Hörməti dövlətə eləyirlər, dövlətliyə yox.
- Ərəb atalar sözü

Hörməti pulnan ölçməzlər.

Saç-saqqal ağartmaqla hörmət sahibi olmaq olmaz. Elm və kamal sahibləri hörmətə layiqdirlər.
- Hind atalar sözü
hormet-haqqinda-atalar-sozleri-hormete-aid-hormetli



O yerdə ki, ləyaqətsizlərə hörmət, ləyaqətlilərə nifrət edirlər, orada üç bəla: qorxu, aclıq və ölüm yuva salar.

Read More