Kayıtlar

hikmətli atalar sözləri etiketine sahip yayınlar gösteriliyor

Hikmətli Atalar Sözləri

Resim
Sevgisiz insan cilalanmamış almaz kimidir. - Çin atalar sözü  Zərgər dükanının tozu da qızıl olar. Sər ver, sirr vermə. - Türk atalar sözü  Səhv etmək eyib deyil, eyib o səhvi təkrarlamamaqdır. - Rus atalar sözü  Düz adam həqiqətdən qorxmaz. - Rus atalar sözü  Söyləyənə baxma, söylədənə bax. - Türk atalar sözü  Gözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz. - Hind atalar sözləri Ürəyi kor olanın gözü də görməz.- Ərəb atalar sözü  Günəş şəfəq saçanda ulduzlar yoxa çıxar. - Hind atalar sözü  Uşaq vaxtı öyrəndiyin, daşa yazılan naxış kimi yadda möhkəm qalar. - Ərəb atalar sözü  Oxumayan bilməz, bilməyən bacarmaz. - Fars atalar sözü  Hikmətli Atalar Sözləri Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. - Çin atalar sözləri. Hər parıldayan qızıl olmaz. - Azərbaycan atalar sözü  Təvazökarlıq müdrikliyin yaraşığıdır. - Yapon atalar sözü  Tanrı vicdanlı qəlbdə olur. - Yapon atalar sözü  Hikmetli Atalar...

Dünya Xalqlarının Hikmətli Atalar Sözləri

Resim
  Sevən ürək, daim gəncdir.- Yunan atalar sözü Yaxşılıq nur gətirər, yamanlıq - zülmət.- Özbək atalar sözü  Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır. - Atalar sözü Pisliyə yaxşılıqla qalib gəl. - Latın atalar sözü Hesabı təmiz olanın üzü ağ olar.- Azərbaycan atalar sözü Təmiz ürək qızıldan qiymətlidir.- Alman atalar sözü İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi. - Hind atalar sözü Vay o halına o kəsin ki, heç kimə yaxşılıq eləmir. - Rus  atalar sözü Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim.- Azərbaycan atalar sözü Ürək yanar, göz yaşarar.- Azərbaycan atalar sözü Vəfalı dost yad olmaz, görməsə yüz il səni.- Azərbaycan atalar sözü İşi yaxşı olanda yad olur, pis olanda - qohum.- Koreya atalar sözü Ana o deyil ki - doğub, ana odur ki - böyüdüb. - Rus atalar sözü Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.- Çin atalar sözü Alçaqda yatma - sel aparar, ucada yatma - yel aparar.- Türk atalar sözü Fürsət ağıllı adamlar üçün...