-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Dünya Xalqlarının Hikmətli Atalar Sözləri

 


Sevən ürək, daim gəncdir.- Yunan atalar sözü

Dunya-xalqlari-atalar-sozleri-hikmetli-atalar-sozlerimiz-yaxsiliq-yamanliq-pis-yaxsi

Yaxşılıq nur gətirər, yamanlıq - zülmət.- Özbək atalar sözü 


Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır. - Atalar sözü


Pisliyə yaxşılıqla qalib gəl. - Latın atalar sözü


Hesabı təmiz olanın üzü ağ olar.- Azərbaycan atalar sözü


Təmiz ürək qızıldan qiymətlidir.- Alman atalar sözü


İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi. - Hind atalar sözü


Vay o halına o kəsin ki, heç kimə yaxşılıq eləmir. - Rus  atalar sözü


Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim.- Azərbaycan atalar sözü


Ürək yanar, göz yaşarar.- Azərbaycan atalar sözü


Vəfalı dost yad olmaz, görməsə yüz il səni.- Azərbaycan atalar sözü


İşi yaxşı olanda yad olur, pis olanda - qohum.- Koreya atalar sözü


Ana o deyil ki - doğub, ana odur ki - böyüdüb. - Rus atalar sözü


Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.- Çin atalar sözü


Alçaqda yatma - sel aparar, ucada yatma - yel aparar.- Türk atalar sözü


Fürsət ağıllı adamlar üçün pilləkəndir.- Yunan atalar sözü


Sabah tənbəllərin ən çox işə sahib olduqları gündür. - Norveç atalar sözü


Tənbəllik bütün eyiblərin anasıdır.- Rus atalar sözü

menali-Atalar-sozleri-2021-gozel-atalar-sozu-ve-meseller2-.jpg



Gedəni saxlama, gələni qovma.- Yapon atalar sözü


Yeriyən yol alar, yeriməyən yolda qalar. - Türk atalar sözü


Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. - Çin atalar sözü


Yaxşı adamla savaşma, pis adama yanaşma. - Monqol atalar sözü 


Həyasızdan həyanı qoru.- Azərbaycan atalar sözü


Susmaq - biliklinin bəzəyi, biliksizin pərdəsidir.- Ərəb atalar sözü


Quş lələyi ilə gözəldir, insan ağlıyla. - Rus atalar sözü


Axmaqdan təhlükəli düşmən yoxdur. - Yapon atalar sözü


Hər kəs layiq olduğunu tapar.- Latın atalar sözü


Tərəzi gözü kimi iki tərəfə əyilmə.- Azərbaycan 


Tənbəllik bütün eyiblərin anasıdır. - Rus atalar sözü


Acı yedizdirmək istəyirsənsə, ona balıq ver. Onun heç vaxt ac qalmamasını istəyirsənsə, ona balıqçı toru ver. - Yapon atalar sözü


Artıq əşya – artıq qayğı. - Yapon atalar sözü


Odu odla söndürməzlər. - Fars atalar sözü


Şam bahadı - korun nə vecinə.- Azərbaycan atalar sözü


Dərin olan quyu deyil qısa olan ipdir. - Çin atalar sözü


Ümidini üzməyəni məğlub hesab etmək olmaz. - Hind atalar sözü


Gənclər ümidləri ilə, qocalar isə xatirələri ilə yaşayırlar.- Fransız atalar sözləri


Başqalarının qüsurları gözümüzün önündədir, özümüzünkü kürəyimizin arxasında. - Latın atalar sözü


Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir. -İndoneziya atalar sözü 


Uşaq gördüyünü götürər- Azərbaycan atalar sözü


Təmiz hava girməyən evə həkim girər.- Azərbaycan atalar sözü


Ağıllı uşaq nadan qocadan yaxşıdır.- Ərəb atalar sözü


Yaxşı şagird, ustası yoxkən aydın olur. - Braziliya atalar sözü


Özgə çörəyi ilə, özgə ağlıyla çox yaşamaq olmaz. - Fin atalar sözü


Uzaq bir məsafədən cəsur görünmək asandır.- İngilis atalar sözü


Korlar içində çəp də hörmətli olar. - Rus atalar sözü


Qoyunun biri hara, sürü də ora.- Rus atalar sözü


Ağıllıların yükü axmaqların çiynində olar.- Kürd atalar sözləri


Səbrlilərin pulsuz əldə etdiklərini səbrsizlər böyük qiymətə almalı olurlar. - Fransız atalar sözü


Bəxt, gözüaçıq olanların yanındadır. - Latın atalar sözü


Söz var - gələr keçər, söz var - dələr keçər.- Azərbaycan atalar sözü


Qılınc birini öldürər, dil - minini.- Kürd atalar sözləri


İtə nə qədər daş atsan, o qədər də hürər.- Kürd atalar sözləri


Ömrü az olan şeyə könül bağlamağa dəyməz.- Fars


Tamahı çox olanın insafı az olar.- Ərəb atalar sözü


Tutulmamış oğru, xandan-bəydən doğru.- Azərbaycan atalar sözü


Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar.- Alman atalar sözü


Bir cinayətə göz yuman, ikincisini də dəvət edər. - Latın atalar sözü


Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər. - Azərbaycan atalar sözü


Zülm ilə abad olan bir gün gəlir bərbad olur.- Azərbaycan atalar sözü


Əsl kar qulağı eşitməyən deyil, qulaq asmaq istəməyəndir.- Afrika atalar sözü


Tələsik işə şeytan qarışar. - Azərbaycan atalar sözü


Səbr Allahdan, səbirsizlik şeytandan. - Azərbaycan atalar sözü


Səbri çox olan adam qalib gələr.- Atalar Sözü


Şeytan olmasa qurd qoyunla gəzər. - Azərbaycan atalar sözü


Sıldırımın başında ağac olmaz, lovğanın başında ağıl. - Koreya atalar sözü


Biləyi güclü birini yıxar, biliyi güclü minini.- Özbək Atalar sözü


Müharibə zamanı qanunlar susar. - Latın atalar sözü

hikmətli atalar sözləri,atalar sozleri,mənalı atalar sözləri xeyir şər pislik


Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.- Monqol Atalar Sözü


O yerdə ki ləyaqətsizlərə hörmət, ləyaqətlilərə nifrət edirlər - orada üç bəla yuva salır: qorxu, aclıq və ölüm. - Hind atalar sözü


Korlar ölkəsində tək gözlü adam kraldır. - İngilis atalar sözü


Əyri yolla qazanılmış var-dövlət və ad-san bulud kimi yox olub gedir. - Yapon atalar sözü


Dünya qiymətli bir kitaba bənzəyir. Yazıb-oxumağı bilməyən ondan xəbərsiz qalır.- İtalyan atalar sözü

>
To Top