Mənalı Gözəl Sevgi şeirləri
Bir-birindən gözəl və mənalı sevgi şeirlərini sizlər üçün bir araya topladıq. Mənalı Gözəl Sevgi şeirləri “Sən və Mən” şeiri Qaranlıq saçan şam işığında, Soyuqdan gizlənən ruhum. Bir qığılcıma həsrət olanda, Çıxa gəldin sən. Fırtınalarda pərişan, Könlüm bir liman axtaranda, Məni çılğın dalğalardan, Çəkib aldın sən… Həyata yenidən göz açmış, Sonsuz yuxudan oyanmış, Sovrulaq qoşa yarpaq kimi, Dünyanın bilinməyən ucuna… Bir günəşimiz olsun, Həyatımıza dolsun, Bir bəstəmiz olsun, Sevgi hekayəsindən danışaq… Sən və mən birlikdə, Yelkən açaq üfiqlərə, Qoy qısqansın bizi, Səmada mələklər belə… Sən və mən birlikdə, Yelkən açaq ümidlərə, Qoy qısqansın bizi, Səmada ulduzlar belə… Müəllif: Anar Bəylər