Ən Gözəl Sözlər: 28 May
BANNER 728X90
28 May etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
28 May etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

27.5.22

28 May Respublika Günü Təbrikləri, Şəkil və Mesajları

Mayıs 27, 2022
28 May Respublika Günü Təbrikləri, Şəkil və Mesajları

 Bir kərə yüksələn bayraq, bir daha enməz!
28 May Respublika Gününüz Mübarək!

Biz bu bayrağı minbir müşkülatla başımızın üstünə qaldırdıq.

Respublika Gününüz Mübarək!

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Respublika Günününüz Mübarək! 

Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Cümhuriyyət Günün Mübarək AZƏRBAYCAN!

Respublika Günün Mübarək Əziz Xalqım!

28 may respublika gunu, 28 May Respublika Günü Şəkilləri, 28 may sekilleri

28 may sekilleri,28 May Respublika Günü,28 may respublika gunu,28 May Respublika Günü Təbrikləri
28 May Respublika Günü Təbrikləri, Şəkil və Mesajları


Respublika gününün 104 illiyi ilə əlaqədar sizləri səmimi qəlbdən təbrik edirəm.İstiqlalın daim olsun Azərbaycan!

Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. - Mustafa Kamal Atatürk

28 May Respublika Günün Mübarək Azərbaycan!

ƏZİZ HƏMVƏTƏNLƏR!
Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram!

Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm.
Sizin hər birinizə uzun ömür, cansağlığı, səadətli xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!

28 May Respublika Günü Təbrikləri, Şəkil və Mesajları


Read More

28 May Haqqında Şeirlər, 28 May Şeirləri

Mayıs 27, 2022
28 May Haqqında Şeirlər, 28 May Şeirləri

May Haqqında Şeirlər, 28 May Şeirləri

Respublika günü-28 may

İyirmi səkkiz Maya

Çox yaraşır toy-düyün.

Əbədi bahar gəlib

Yurdumuza həmin gün.

 

Həmin gün qəlbimizdə

Neçə arzu dil açıb.

Təkcə dağda, düzdə yox,

Qəlbimizdə gül açıb.

 

Doğma diyarı xoşbəxt

Görmək necə də xoşdur!

Azadlıq çiçəyini

Dərmək necə də xoşdur!

 

İgid oğullarımız

Olub elə havadar.

Üçrəngli Bayrağımız

Dalğalanır havada.

 

Səslənən Himnimizdə

Sanki sel gücü vardır.

Çiçəklənən yurdumuz

O gündən yadigardır.

Müəllif: Rafiq Yusifoğlu

28 May Haqqında Şeirlər


Mayıs Duyğuları şeiri 

İlk çağındaydı gözəl mövsimin

Qışdan çıxılmışdı, bahar gəlmişdi.

İyirmi səkkizində idi Mayısın

Azərbaycan istiqlalə ermişdi.

 

Derkən qopdu bir

qasırğa quzeydən,

Baharımız heyhat döndü qış oldu.

Azərbaycan Moskovların əlində

Əsarətin zəhrini dadmış oldu.

 

Azərilər sarsıldı bu zərbədən,

İstilaya qarşı üsyanlar oldu

İstiqlalı bir kərə dadmış millət

"Hürriyyət" fikrinə

candan vuruldu.

 

Milli fikir toxumları səpildi,

İslatdı torpağı axan qızıl qan.

Bu əkindən yarınki bir baharda

Əlbət bitər bir yeni Azərbaycan.

 

Şiddətliysə əgər mövsimin qışı,

Yeni bahar, demək parlaq olacaq.

Verdiyimiz qurbanların bahası

Bizə yalnız hürriyyətlə dolacaq.

 

Tarixin yeni bir gözəl çağında

Qaranlıq qış keçib bahar gələcək.

Hər hansı bir ilin aydın günündə

Azərbaycan istiqlala erecək.

Müəllif: Məmməd Əmin Rəsulzadə


"Müstəqillik bayramı" şeiri

Müstəqillik bayramındır

Bu gün sənin, Azərbaycan!

Xoşbəxt, gülər məqamındır,

Yoxdur tənin, Azərbaycan!


Bu gün sərbəst bir ölkəsən,

Qonşulardan sən öndəsən.

Uğuruna böyük əhsən!

Safdır şənin, Azərbaycan!


Dünyaya səs salıb adın,

Şərəf ilə sən ucaldın.

Dirəyindir hər övladın,

Ucal, mətin Azərbaycan!


Neftin, qazın bir məlhəmdir,

Düşmənlərə min ələmdir.

Dostlarına çox kərəmdir

Sədaqətin, Azərbaycan!


Günü-gündən ucalırsan,

Ucalıqdan öc alırsan.

Solmaz demir, qocalırsan,

Yeni, dərin Azərbaycan!


Müəllif: Solmaz Şirin

28 May Respublika Gününüz Mübarək 28 May Respublika Gününüz Mübarək

Axtaris sozleri: 28 May Şeirləri,28 may seiri,28 May,28 May şeirlər,28 may şeiri,May Haqqında Şeirlər,


Read More