Respublika günü-28 may
İyirmi səkkiz Maya
Çox yaraşır toy-düyün.
Əbədi bahar gəlib
Yurdumuza həmin gün.
Həmin gün qəlbimizdə
Neçə arzu dil açıb.
Təkcə dağda, düzdə yox,
Qəlbimizdə gül açıb.
Doğma diyarı xoşbəxt
Görmək necə də xoşdur!
Azadlıq çiçəyini
Dərmək necə də xoşdur!
İgid oğullarımız
Olub elə havadar.
Üçrəngli Bayrağımız
Dalğalanır havada.
Səslənən Himnimizdə
Sanki sel gücü vardır.
Çiçəklənən yurdumuz
O gündən yadigardır.
Müəllif: Rafiq Yusifoğlu
28 May Haqqında Şeirlər
Mayıs Duyğuları şeiri
İlk çağındaydı gözəl mövsimin
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın
Azərbaycan istiqlalə ermişdi.
Derkən qopdu bir
qasırğa quzeydən,
Baharımız heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində
Əsarətin zəhrini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu
İstiqlalı bir kərə dadmış millət
"Hürriyyət" fikrinə
candan vuruldu.
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda
Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə əgər mövsimin qışı,
Yeni bahar, demək parlaq olacaq.
Verdiyimiz qurbanların bahası
Bizə yalnız hürriyyətlə dolacaq.
Tarixin yeni bir gözəl çağında
Qaranlıq qış keçib bahar gələcək.
Hər hansı bir ilin aydın günündə
Azərbaycan istiqlala erecək.
Müəllif: Məmməd Əmin Rəsulzadə
"Müstəqillik bayramı" şeiri
Müstəqillik bayramındır
Bu gün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamındır,
Yoxdur tənin, Azərbaycan!
Bu gün sərbəst bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğuruna böyük əhsən!
Safdır şənin, Azərbaycan!
Dünyaya səs salıb adın,
Şərəf ilə sən ucaldın.
Dirəyindir hər övladın,
Ucal, mətin Azərbaycan!
Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!
Günü-gündən ucalırsan,
Ucalıqdan öc alırsan.
Solmaz demir, qocalırsan,
Yeni, dərin Azərbaycan!
Müəllif: Solmaz Şirin
28 May Respublika Gününüz Mübarək 28 May Respublika Gününüz Mübarək
Axtaris sozleri: 28 May Şeirləri,28 may seiri,28 May,28 May şeirlər,28 may şeiri,May Haqqında Şeirlər,