-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Mustafa Kamal Atatürk - Sözləri və Sitatları

bilgideryasi

 

Mustafa Kamal Atatürk,Mustafa Kamal Atatürk sözləri,Atatürkün sözləri,

Bəşəriyyət vahid bir bədəndir və hər bir xalq bu bədənin bir hissəsidir.

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir.

Mənim xarakterimi azadlıq və müstəqillik xarakterizə edir.

İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır.

Zəfər, zəfər mənimdir deyə bilənindir.

Yurdda sülh, cahanda sülh!

Ey qəhrəman türk qadını, sən yerdə sürünməyə deyil, çiyinlərdə göyə ucaldılmağa layiqsən.

Ey yüksələn yeni nəsil, gələcək sizindir. Respublikanı biz qurduq, onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz.

Sənətsiz qalan bir millətin həyat damarlarından biri qopmuş deməkdir.

Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır.

Bir milləti hürr, müstəqil, şanlı, yüksək bir toplu olaraq yaşadan da, pis vəziyyətə, yoxsulluğa salan da təhsildir.

Hər hansı bir ordunun dəyəri zabit və komanda heyətinin dəyəri ilə ölçülür.

Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar.

Yatmış xalq ya məhv olur, ya da qul kimi oyanır.- Mustafa Kamal Atatürk

Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar.

Mən diktator deyiləm. Deyirlər ki, mən böyük hakimiyyətə malikəm... Bəli, belədir. Mən istədiyim hər şeyi edə bilərdim. Çünki, mən alçaqlıq, qəddarlıq bilmirəm. Mən ürəkləri sındırmaqla yox, fəth etməklə idarə etmək istəyirəm.

Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür.

Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər.

>
To Top