Kim ki, insanı sеvər, – aşiqi-hürriyyət оlur,
Bəli, hürriyyət оlan yеrdə də insanlıq оlur!
(Fisincan - Mirzə Ələkbər Sabir)
“Hər yolun öz sonu var”, -
axı kim deyib bunu?
Kim nə bilir hardadı,
yolun əvvəli, sonu?
(Sevgi açarı - Ramiz Rövşən)
Günəşə göz yumub yandırsan çıraq,
Külək söndürəcək onu, bil ancaq.
(Nizami Gəncəvi)
Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...
(Etiraf - Nüsrət Kəsəmənli)
Məni gözəl xatırla…
Bunlar son misralar…
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından…
Ya da bir yağmur, sel oldum çöllərdə…
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın ve mən bitdim…
(Məni gözəl xatırla - Mikayıl Müşfiq )
Eşqin ki qərarında vəfa olmayacaqmış,
Bilməm ki təbiət niyə qoymuş bu qərarı?
(“Behçətabad xatirəsi”, Məhəmməd Hüseyn Şəhriyar.)
Demə Məcnuna dəli, bəlkədə Leyla dəlidir,
Eşq olan yerdə bütün aqilü dana dəlidir.
(Əliağa Vahid)
Bir diləyə mən calandım,
Gah qazandım, gah talandım,
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.
(Ağıl başqa, ürək başqa - Bəxtiyar Vahabzadə)
Yuxuma gəlmişdin...Qısıldıq küncə
Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm...
Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, gözlərim həp səni bəklər,
Bax evladın nasıl giryandır, ana!
(Səməd Vurğun - Ana )
Hər qulun cihanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir еşqi, bir ilahı var,
Mənim tanrım gözəllikdir, sеvgidir
(Mənim Tanrım - Hüseyn Cavid)