Ən Gözəl Sözlər: Dahiliyə Aid Sözlər
BANNER 728X90
Dahiliyə Aid Sözlər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Dahiliyə Aid Sözlər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

8.1.21

Dahilik Haqqında Aforizmlər, Dahiliyə Aid Sözlər

Ocak 08, 2021
Dahilik Haqqında Aforizmlər, Dahiliyə Aid Sözlər

dahi-insan-dahiler-dahilik-hsqqinda-aforizmler-usaq-zeka-mudrik

  Sadəlik, xeyirxahlıq və həqiqət olmayan yerdə dahilik yoxdur.

- Lev Tolstoy


 Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür.

- Romen Rollan


Hər uşaq bir tərəfdən dahi, və hər dahi bir tərəfdən uşaqdır. 

- Artur Şopenhauer 


Dahi xırda işlərdə də dahi, axmaq isə böyük işlərdə də kiçikdir. 

- Pyer Büast


 Öz axmaqlığını görmürsənsə- axmaqsan, görürsənsə- ağıllısan, görüb qarşısını alırsansa- dahisən.

- Volter


Dahilik, qaranlıqda işıqsız görə bilməkdir.

-  Məhməd Murad İldan


Dahilik Tanrı vergisidir, amma qabiliyyət bizim. 

- Qüstav Flober


Dahilik, əbədiyyətlərin silsiləsidir.


Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. ... 

- Əbu Turxan


Qabiliyyətli adam işləyir, Dahi yaradır.

- R. Şuman


Dahilərin bioqrafiyası qısa olur; çünki onların bütün həyatı yaradıcılığındadır. 

- Emerson.

Dahilik Haqqında Aforizmlər, Dahiliyə Aid Sözlər dahiler dahilik haqqinda

 Dahiliyə Aid Sözlər

Dünya tarixi dahi insanların tərcümeyi-halıdır. 

- Tomas Karleyl


Bəşər tarixi dahilərin və böyük əclafların tərcümeyi halından ibarətdir.

-  Sevrus


Tarixdə iz qoymaq da hər adama müyəssər olmur, tarixə imza atmaq isə ancaq dahilərə nəsib olur.

- Əbu Turxan


İnsanlar bəzən öz peşələrində dahi, adi işlərdə isə cahil olurlar.

 - F.Araqo


Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır.

- Anonim 


Böyük olmanın yolu da, dahilik kimi iş və alın tərindən keçir. 

- Alber Kamyu


Dahilər heç bir işi yarımçıq görmürlər. 

- Viland


Rəqabət - dahilik üçün qidadır.

 - Volter.


Yalnız böyük hadisələr Dahi insanları yaradır.

- Jan Jak Russo


Qaydaların fövqünə qalxmaq mümkün olmasaydı, dahilər və qəhrəmanlar yetişə bilməzdi.

 - Əbu Turxan.


Dahi şəxslər mühitini öz qəlbində gəzdirir. 

- Əbu Turxan


Dahi insanlar yüksəklərdə uçurlar və qartallar kimi əlyetməz ucalıqda yuva qurub tənha yaşayırlar. 

- Artur Şopenhauer


Dərd var insan dahi edir, 

Dərd də var ki insanı dəli edir.

- Səbuhi Quluzadə


Bir çox dahi bacarıq və qabiliyyətlərinə görə öz qüsurlarına borcludur.

- Anonim


 Heç bir dahi rəssam əşyaları olduğu kimi görməyib.Əgər belə olsaydı, o, artıq rəssam olmazdı.

- Oskar Uayld


Əgər mən uzağı görə bilmişəmsə, bu ancaq ona görədir ki, dahilərin çiynində dayanmışam.

 - İsaak Nyuton


Böyük maneəyə rast gələndə necə olursa- olsun onu dəf etmək əzmi dahilikdən deyil, tərslikdən xəbər verir. 

- Əbu Turxan


Dahiliyin imitasiyası üçün də istedad lazımdır. 

- Tur Xander


Axmaq yüksək vəzifədə olanda hamı onu dahi zənn edir.

 - Helvetsi


Dahi beyinlər ideyaları ,orta beyinlər hadisələri, cılız beyinlər isə insanları  müzakirə edirlər.

- Eleanor Ruzvelt 


Bəsit insanlar dahilərin edə bildiklərini bacarmadıqları kimi bəzən dahilər də bəsit insanların edə bildiyini bacarmır.


Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və başqalarına öyrətmək mümkün deyil.

- İ. Kant


Dahi ile pislik bir araya gele bilməz. 

- Aleksandr Puşkin


Adın şərəflidir sənin ey qadın

 Dahilər anası çağrılır adın.

-  Səməd Vurğun


Bütün dahilər bir-birinə doğmadırlar. 

- Əbu Turxan


Bütün dahilər bir az dəlidir.

 - Aristotel


Müəyyən qədər dəliliyi olmayan dahi dünyaya hələ gəlməmişdir. 

- Kiçik Seneka


Dahilik ilə axmaqlıq arasındakı fərq, Dahiliyin sərhədlərinin olmasıdır.

- Albert Eynşteyn


Dahilər öz kəşfləri ilə fikir qəliblərini dağıdır, alimlər onlara yeni qəlib düzəldirlər. 

- Əbu Turxan


Dünyanın bütün axmaqları ona qarşı birləşirlər. Əsl bir dahini tanımaq heç də çətin deyildir. Dünyanın bütün axmaqları ona qarşı birləşirlər.

- Conatan Svift 


Demək olar ki, hər kəs dahi doğulur, axmaq basdırılır.

- Çarlz Bukovski


Əslində hər kəs dahidir. Amma siz bir balığı, ağaca dırmaşa  bilmədiyinə görə mühakimə etsəniz, bütün həyatını axmaq olduğuna inanaraq keçirər.

- Albert Eynşteyn


Kütlə Fərqli düşünən hər kəsə dəli damğası vurur. Halbuki onları dərk etsəydilər dəli deyil bir dahi olduqlarını anlayırdılar.

- Anonim 


Zəmanə özündən müştəbeh olanda, dahilərə dözə bilmir.

 - Əbu Turxan.


Tarixdə olduğu kimi elmdə də müəyyən inkişaf mərhələsi öz dahisini tələb edir. Müəyyən inkişaf dövrü, müvafiq düşüncə tərzinə malik insanlar tələb edir. 

- Pyotr Kapitsa


Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər. 

- İ.Kant.


Kəssə hər kim tökülən qan izini,

Qurtaran Dahi odur yer üzünü.

- Hüseyn Cavid

Read More