Sadəlik, xeyirxahlıq və həqiqət olmayan yerdə dahilik yoxdur.
- Lev Tolstoy
Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür.
- Romen Rollan
Hər uşaq bir tərəfdən dahi, və hər dahi bir tərəfdən uşaqdır.
- Artur Şopenhauer
Dahi xırda işlərdə də dahi, axmaq isə böyük işlərdə də kiçikdir.
- Pyer Büast
Öz axmaqlığını görmürsənsə- axmaqsan, görürsənsə- ağıllısan, görüb qarşısını alırsansa- dahisən.
- Volter
Dahilik, qaranlıqda işıqsız görə bilməkdir.
- Məhməd Murad İldan
Dahilik Tanrı vergisidir, amma qabiliyyət bizim.
- Qüstav Flober
Dahilik, əbədiyyətlərin silsiləsidir.
Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. ...
- Əbu Turxan
Qabiliyyətli adam işləyir, Dahi yaradır.
- R. Şuman
Dahilərin bioqrafiyası qısa olur; çünki onların bütün həyatı yaradıcılığındadır.
- Emerson.
Dahiliyə Aid Sözlər
Dünya tarixi dahi insanların tərcümeyi-halıdır.
- Tomas Karleyl
Bəşər tarixi dahilərin və böyük əclafların tərcümeyi halından ibarətdir.
- Sevrus
Tarixdə iz qoymaq da hər adama müyəssər olmur, tarixə imza atmaq isə ancaq dahilərə nəsib olur.
- Əbu Turxan
İnsanlar bəzən öz peşələrində dahi, adi işlərdə isə cahil olurlar.
- F.Araqo
Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır.
- Anonim
Böyük olmanın yolu da, dahilik kimi iş və alın tərindən keçir.
- Alber Kamyu
Dahilər heç bir işi yarımçıq görmürlər.
- Viland
Rəqabət - dahilik üçün qidadır.
- Volter.
Yalnız böyük hadisələr Dahi insanları yaradır.
- Jan Jak Russo
Qaydaların fövqünə qalxmaq mümkün olmasaydı, dahilər və qəhrəmanlar yetişə bilməzdi.
- Əbu Turxan.
Dahi şəxslər mühitini öz qəlbində gəzdirir.
- Əbu Turxan
Dahi insanlar yüksəklərdə uçurlar və qartallar kimi əlyetməz ucalıqda yuva qurub tənha yaşayırlar.
- Artur Şopenhauer
Dərd var insan dahi edir,
Dərd də var ki insanı dəli edir.
- Səbuhi Quluzadə
Bir çox dahi bacarıq və qabiliyyətlərinə görə öz qüsurlarına borcludur.
- Anonim
Heç bir dahi rəssam əşyaları olduğu kimi görməyib.Əgər belə olsaydı, o, artıq rəssam olmazdı.
- Oskar Uayld
Əgər mən uzağı görə bilmişəmsə, bu ancaq ona görədir ki, dahilərin çiynində dayanmışam.
- İsaak Nyuton
Böyük maneəyə rast gələndə necə olursa- olsun onu dəf etmək əzmi dahilikdən deyil, tərslikdən xəbər verir.
- Əbu Turxan
Dahiliyin imitasiyası üçün də istedad lazımdır.
- Tur Xander
Axmaq yüksək vəzifədə olanda hamı onu dahi zənn edir.
- Helvetsi
Dahi beyinlər ideyaları ,orta beyinlər hadisələri, cılız beyinlər isə insanları müzakirə edirlər.
- Eleanor Ruzvelt
Bəsit insanlar dahilərin edə bildiklərini bacarmadıqları kimi bəzən dahilər də bəsit insanların edə bildiyini bacarmır.
Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və başqalarına öyrətmək mümkün deyil.
- İ. Kant
Dahi ile pislik bir araya gele bilməz.
- Aleksandr Puşkin
Adın şərəflidir sənin ey qadın
Dahilər anası çağrılır adın.
- Səməd Vurğun
Bütün dahilər bir-birinə doğmadırlar.
- Əbu Turxan
Bütün dahilər bir az dəlidir.
- Aristotel
Müəyyən qədər dəliliyi olmayan dahi dünyaya hələ gəlməmişdir.
- Kiçik Seneka
Dahilik ilə axmaqlıq arasındakı fərq, Dahiliyin sərhədlərinin olmasıdır.
- Albert Eynşteyn
Dahilər öz kəşfləri ilə fikir qəliblərini dağıdır, alimlər onlara yeni qəlib düzəldirlər.
- Əbu Turxan
Dünyanın bütün axmaqları ona qarşı birləşirlər. Əsl bir dahini tanımaq heç də çətin deyildir. Dünyanın bütün axmaqları ona qarşı birləşirlər.
- Conatan Svift
Demək olar ki, hər kəs dahi doğulur, axmaq basdırılır.
- Çarlz Bukovski
Əslində hər kəs dahidir. Amma siz bir balığı, ağaca dırmaşa bilmədiyinə görə mühakimə etsəniz, bütün həyatını axmaq olduğuna inanaraq keçirər.
- Albert Eynşteyn
Kütlə Fərqli düşünən hər kəsə dəli damğası vurur. Halbuki onları dərk etsəydilər dəli deyil bir dahi olduqlarını anlayırdılar.
- Anonim
Zəmanə özündən müştəbeh olanda, dahilərə dözə bilmir.
- Əbu Turxan.
Tarixdə olduğu kimi elmdə də müəyyən inkişaf mərhələsi öz dahisini tələb edir. Müəyyən inkişaf dövrü, müvafiq düşüncə tərzinə malik insanlar tələb edir.
- Pyotr Kapitsa
Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.
- İ.Kant.
Kəssə hər kim tökülən qan izini,
Qurtaran Dahi odur yer üzünü.
- Hüseyn Cavid