-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Möcüzə Haqqında Aforizmlər, Möcüzəyə Aid Sözlər

  Ən böyük nemət ağıl, 

Ən böyük möcüzə sevgi...

- Anonim 


Varlığım mənim üçün möcüzədir: həyat da elə budur ki var.

- Rabindranat Taqor


Möcüzələr çoxdur, lakin heç biri insan qədər fövqəladə deyildir.

- Sofokl


Məhz çətinliklər sayəsində insan möcüzələr yaradır.

- Joze Saramanqo 


Dostluq və eşq bir möcüzədir!

- Buket Uzuner 

mocuzeler-haqqinda-aforizmler-mocuzeli-heyat-dostluq-esq-sevgi


Böyük eşqin olduğu yerdə həmişə böyük möcüzələr vardır.

- Willa Canther



Həmişə həyəcan dolu yeniliklərə ehtiyac duyarıq 

amma çox keçmədən onlara öyrəşər və laqeyd yanaşarıq.

Dünənin möcüzələri bu günün adi hadisələrdir. 

- Nikola Tesla 


Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq.

(Həyatda yaşamağın iki üsulu var. Birinci üsul ondan ibarətdir ki, güya dünyada möcüzə yoxdur. İkinci üsul- güya bütün ətrafımız möcüzələrlə doludur.)


- Albert Eynşteyn


Sənə baxmaq bir möcüzəni anlamaqdır. 

-Yılmaz Ərdoğan


Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. Təbiətin ən böyük möcüzəsi anadır. 

- İohann Volfqanq Höte


Ana qəlbi möcüzələr xəzinəsidir.

- Pyer Jan Beranje


Sevgi daha çox qeyri- müəyyənliklə, müəmma ilə, sirr və sehrlə əlaqədar olub, əslində bir möcüzə axtarışıdır.

- Əbu Turxan


Təbiət ancaq qaydalardan ibarət olsaydı, darıxdırıcı olardı. İnsanın hərdən bir möcüzələrə də ehtiyacı vardır. 

- Əbu Turxan


Təbiətin dəyişməz qanunlarını daha çox dərk etdikcə, möcüzələr bizim üçün daha inanılmaz olur.

- Çarlz Darvin


Sevgi kimi tamahkarlıq da insanda möcüzələr yaradır.

- Denis Fonvizin


Və yaxşılıq etməyi unutmayın. Təvazökarlığın kiçik bir hissəsi ətrafınızdakı insanlar ilə möcüzələr yarada bilər.

- Barie Davenport


Hər şey sanki bir möcüzə kimi oldu.

- Fyodor Dostoyevski


Son möcüzə həmişə ən təəccüblüdür.

- Jül Vern 


Məktəblilər böyükləri aldatmaq istəyəndə möcüzələr yaratmağa qadirdilər..

- Edqar Allan Po


İnsan möcüzədir, yer üzündə yeganə möcüzədir və bütün başqa möcüzələr onun iradəsinin, zəkasının, təxəyyülünün yaradıcılığının nəticəsidir.

- Maksim Qorki


Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. 

- Erix Fromm


Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr lap bizim yanımızda baş verir, səma işarətləri bizə yol göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. 

- Paulo Koelyo 


Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni bağışlaya bilərlər. Lakin sən xalqın sənətkarı olmaq iddiasındasansa, yalan yazırsansa taledən möcüzə, imdad gözləmə.

- İlyas Əfəndiyev


Möcüzələr normaya çevriləndə, normal həyat möcüzə kimi görünür. 

- Əbu Turxan.


Baş qaldıranları hər zaman məğlub edəcək üç qüvvə vardır yer üzündə. Bunlar - möcüzə, sirr və avtoritetdir.

- Fyodor Dostoyevski


Xəyal qanadlarında uçan  elm möcüzələr yaratmağa qadirdir.    

- Faradey


Zaman keçdikcə həyat bizə öyrədir ki, həqiqətdən başqa heç bir möcüzə yoxdur. 

- Moris Meterlink


>
To Top