Ağıl-kamal verdi sənə yaradan, Çalışıb hər sirri öyrən hər zaman.
- Əvhədi Marağayi
İnsanların sirrini saxlamaq böyüklük əlamətidir.
- Sokrat
Ən ağır yük sirdir.Xoş o yükü daşıya bilənə.
- Jan de Lafonten
Sirrim barəsində səssizliyimi qorusam mənim əsirim olar. Əgər ağızımdan qaçırsam mən onun əsiri olaram.
Səssizlik ağacında dinclik meyvələri yetişər.
- Artur Şopenhauer
Əgər sirri ikidən çox adam bilirsə, o artıq sirr deyil.
- Aqata Kristi
İki nəfərin bildiyi artıq sirr deyil.
- Naməlum.
Birisi sizə xoş gəlmək üçün başqasının sirlərini açırsa, həmin adama etibar etməyin.
- Oskar Uayld
Qadınların saxlaya bildikləri yeganə sirr bilmədikləri sirdir..
- Seneka
Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir.
- Labryuer
Öz sirrini saxlamaq müdriklik, bu sirri başqalarının da saxlaya biləcəklərinə ümid etmək isə axmaqlıqdır.
- Samuel Conson
Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.
- Məhəmməd Tağı Sidqi
İnsan üçün dilinin üstündə köz saxlamaq sirr saxlamaqdan asandır.
- Sokrat
Sirr Haqqında Aforizmlər
Sirrini bilməsin evdə divarlar,
Divar arxasında da çünki qulaq var.
- Nizami Gəncəvi
Sirrini küləyə açırsansa, küləyi, sənin sirrini açdığına görə günahlandırmamalısan.
- Xəlil Cibran
Bir insana sirrinizi verdiyiniz zaman azadlığınızı da verərsiniz.
- Elif Şəfəq
Sizə sirr vermək istəyəndən uzaq olun:çünki o, daşıya bilmədiyi ağır bir yükü sizə daşıtmaq istəyir.
- Qottib Leytner
Özgəsinin sirrini demək satqınlıq, öz sirrini açmaq isə axmaqlıqdır.
- Volter
Üstün olmaq ehtiyata əməl etməklə olur. Ehtiyata əməl etməksə düşünüb-daşınmaqla olur. Düşünüb-daşınmaq da sirləri gizləməkdədir.
- Əli bin Əbu Talib
Ancaq ürəklərində öz sirri olanlar bizim ürəklərin sirlərini anlamağa qadirdir.
- Cübran
Qəlb sirrə, sirr də Haqqa etimad edərək sakitlik tapar.
- Əbdülqədir Geylani
Uğurun sirri səbrli olmaqdır.
- Anri Barbüs
Uğurun açarı sirlərimizi açmamaqdadır.
- Devid Star Cordan
Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır.
- Georq Vilhelm Fridrix Hegel.
Musiqinin ritmində bir sirr gizlidir; əgər onu ifşa etsəydim dünya alt-üst olardı.
- Şəms Təbrizi
Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.
- Şəms Təbrizi
Gözəllik elə bir sirdir ki, onun dilini yalnız ruhlarımız bilər.
- Cübran.
Eşq-elə bir sirdir ki, gətirmək olmur dilə, Lakin örtmək də olmur onu min pərdə ilə.
- Əbdürrəhman Cami.
Sevgi daha çox qeyri- müəyyənliklə, müəmma ilə, sirr və sehrlə əlaqədar olub, əslində bir möcüzə axtarışıdır.
- Əbu Turxan
Aşiqin göz yaşı könül sirrinin sıza-sıza axışıdır.
- Məhmət Rasim Mutlu
Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi...
- Ömər Xəyyam
Gözəllik qəlbimizlə duyduğumuz Sirdir, qəlbimiz ona tabe olaraq şadlanır və genişlənir, ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bilməyərək donub qalır. Bu, görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər axınıdır; bu, insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır: həyat toxumun dərinliyindən gülün rayihə və rənglərinə belə çevrilir.
- Cübran
Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir.
- Əbdülqədir Gilani
Könül aynası saf olmalıdır ki, həqiqət sirlərini görsün.
- Mövlana
Ruhun sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır.
- Husserl
Hikmətin açarı kitab səhifələrində deyil. Kim hansı isə bir fikirdən həyatın sirlərinə doğru gedirsə, öz qəlbində onların çeşməsini tapır.
- İohann Volfqanq Höte
Mənim üçün yazarlığın sirri, haradan gələcəyi məlum olmayan ilham deyil, dəqiqlik və səbrdir .
- Orxan Pamuk
Baş qaldıranları hər zaman məğlub edəcək üç qüvvə vardır yer üzündə. Bunlar - möcüzə, sirr və avtoritetdir.
- Fyodor Dostoyevski
Varlığımızın böyük sirlərini hələ açmaq lazımdır. Hətta ölüm belə son olmaya bilər.
- Nikola Tesla
Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik.
- Erix Fromm
Tənhalıqda ağıl daha kəskin olur. Düşünmək və icad etmək üçün böyük bir laboratoriyaya ehtiyac yoxdur. İdeyalar xarici şərtlərin ağıla təsir göstərməməsi şəraitində yaranır. İxtiraçılığın sirri tənhalıqdadır. İdeyalar tənhalıqda yaranır.
- Nikola Tesla
Bir qum dənəsinin sirrini bilsəydik, bütün dünyanın sirrini öyrənmiş olardıq.
- Albert Eynşteyn
Bizlər Sirlərlə dolu bir kainatda bir yuxunun yuxusunu görməkdəyik.
- Immanuel Kant
Bir yandan boşalır, bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya.
- Səməd Vurğun
Hikmət sirdaş olub qala biləydi,
Zəngli saat kimi çala biləydi,
Gen gündə Gün kimi aydın olanı Məqamda yadıma sala biləydi.
- Əbu Turxan.