26 Fevral Xocalı Faciəsinə Aid Şeirlər
Hər Gecə Xocalıda şeiri Hər gecə Xocalıda Canım ağrıyır mənim. Güllələnən qocaya, Parçalanan körpəyə Ruhum ağlayır mənim. Hər gecə Xocalıda Göytürklərin ruhunda Yanıq yeri sızlayır. Gülməyi unutmuşam, Xocalının qisasın Alanda güləcəyəm. Mən öləndən sonra da Xocalıda yenidən Dünyaya gələcəyəm. Bu qisası alınca, Ölüb-diriləcəyəm Hər gecə Xocalıda. Müəllif: Fikrət Qoca