İşıq Haqqında Aforizmlər Və Sözlər
Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. - F.Dzerjinskiy Dahilik, qaranlıqda işıqsız görə bilməkdir. - Məhməd Murad İldan Yaşa ki, dünyaya işıq verəsən, Torpağa göz dikmə ilan kimi sən. - Nizami Gəncəvi Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir. -Fridrix Nitsşe Şam olub işıq saçmaq elə asan deyildir. Bunun üçün öncə yanmaq gərəkdir. - Mövlana Müəllim şama bənzər: özünü əridərək başqalarına işıq verər. - Mustafa Kamal Atatürk Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.- Viktor Hüqo Biliksiz müəllim susuz bulağa, işıqsız fənərə bənzəyir. İnsan qəlbinin dərin qatları Düşüncə ilə yox, sevgi ilə işıqlanır. - Dədə Turxan - Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. - Dədə Turxan Əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır, onu söndürsəniz hər yer zülmətə çevrilər. - Konstantin Uşinski Yanıb işıq saça bilmirsənsə,...