Vahid Əziz şeirləri
Vahid Əziz şeirləri Tanınmış şair Vahid Əzizin qələmindən çıxan bir-birindən gözəl 9 şeir “Ürək saz kimidir köynək içində…” şeiri Hamı sızıldatdı, incitmə sən də – Bir azca könlünü alsan, oxuyar, Ürək saz kimidir köynək içində – Sinənin üstündə çalsan, oxuyar. Gözlərim köynəyin ipək üzüdür, Dilimdə dolaşan sazın sözüdür, Ən yaxşı təlimçi həyat özüdür – İlləri yadına salsan, oxuyar. Qundağın öyrətdin dodaqlarına, Qolu alışırdı barmaqlarına, Baxma, darıxarıq daralmağına, Yenə də yanında qalsan, oxuyar. Ürək mənimdisə – bələdəm ona, Nə var bilmədiyi öyrədəm ona? Olsun, bu möcüzə səndə alına – Qeydinə qalanı olsan, oxuyar. Guya bilmirsən ki, dərdi nədəndi, O vaxtdan qoşulub sənnən gedəndi? Qəlbim körpəlikdən şirni sevəndi, Bilsə ki, dodağı balsan, oxuyar. Sənsiz hər dönəmi keçər il kimi, Sənsiz hər pərdəsi batmış dil kimi, Üstündə havalı bir bülbül kimi, Onun həsrətinnən solsan, oxuyar…