Vahid Əziz şeirləri |
Tanınmış şair Vahid Əzizin qələmindən çıxan bir-birindən gözəl 9 şeir
“Ürək saz kimidir köynək içində…” şeiri
Hamı sızıldatdı, incitmə sən də –
Bir azca könlünü alsan, oxuyar,
Ürək saz kimidir köynək içində –
Sinənin üstündə çalsan, oxuyar.
Gözlərim köynəyin ipək üzüdür,
Dilimdə dolaşan sazın sözüdür,
Ən yaxşı təlimçi həyat özüdür –
İlləri yadına salsan, oxuyar.
Qundağın öyrətdin dodaqlarına,
Qolu alışırdı barmaqlarına,
Baxma, darıxarıq daralmağına,
Yenə də yanında qalsan, oxuyar.
Ürək mənimdisə – bələdəm ona,
Nə var bilmədiyi öyrədəm ona?
Olsun, bu möcüzə səndə alına –
Qeydinə qalanı olsan, oxuyar.
Guya bilmirsən ki, dərdi nədəndi,
O vaxtdan qoşulub sənnən gedəndi?
Qəlbim körpəlikdən şirni sevəndi,
Bilsə ki, dodağı balsan, oxuyar.
Sənsiz hər dönəmi keçər il kimi,
Sənsiz hər pərdəsi batmış dil kimi,
Üstündə havalı bir bülbül kimi,
Onun həsrətinnən solsan, oxuyar…
“Bircə kəlmən yetər..” şeiri
Bircə kəlmən yetər-qaçam yanına,
Təkcə qəlbin məni istəyə bilsin,
Səni gözləməkdən gəlmərəm cana--
Tanrı göz verib ki,-gözləyə bilsin!
Gəlməsən nə deyim? orda kama yet,
Könlünə yatanın arxasınca get,
Gözüm günah etsə-elə şikəst et-
Səni kirpiklərim səsləyə bilsin.
Çiçək,yetər mənə bir uzaq sədan,
Bir uzaq xatirən,yandıran ədan,
İzlər ona görə itmir dinyadan;
Ki,sevən yarını izlıəyə bilsin.
Yetər ayrı qaldıq,qayıt yanıma,
Ürək tab gətirmir intizarıma,
Sevənin çox olar;amma inanma
Bir kumsə mənimtək özləyə bilsin...
“Nəğmə deyən..” şeiri
Qışda qəmə batan könül
olar yazda nəğmə deyən,
kollar üstə divanə gül,
quş-pərvazda nəğmə deyən,
Güllər yamac ətəyində,
arı səbət pətəyində,
çoban qarğı tütəyində,
aşıq sazda nəğmə deyən,
Ruhum səmalar qatında,
özüm göylərin altında,
könül sözlə pıçıltıda,
əl kağızda nəğmə deyən,
Yamaclar xalı toxuyar,
çiçəklər çalıb-oxuyar,
sanki,yer üzü oxuyar,
qonşu qız da nəğmə deyən,
Vətən yeni tarix yazdı,
hücüm çəkdi,səngər qazdı,
vaxt varıdı-tapılmazdı
aramızda nəğmə deyən,
Vətən,mübarək Zəfərin,
Zəngəzüradır səfərin!
el-Şuşada,Xudafərin
Xan Arazda nəğmə deyən,
Rəhmət ulu babalara,
sadiqik əhdə,ilqara,
Bayrağımızda Aypara,
şən Ulduz da nəğmə deyən…
“Əziz Mən” şeiri
“İncimədin ki??” şeiri
Düşmüşdüm dünyaya bəxt arayırdım-
səni görməyimdən incimədin ki?
Sənsiz bu dünyada bir belə,yarım,
ömür sürməyimdən incimədin ki?
Öpdüm,nəfəsimdə mehdən incidin,
ləçək dodağımda şehdən incidin,
qəlbimdə dillənən neydən incidin,
səni sevməyimdən incimədin ki?
Bilmirəm-küsürsən mənim nəyimdən?
bihuşam ərkindən,naz etməyindən,
sənə ulduzlardan,dağ çiçəyindən
çələng hörməyimdən incimədin ki?
Özüm də bilmirəm-gəzirəm nəyi,
əlimin telinə müşkül yetməyi,
sənə öz ömrümü qurban etməyi
rəva bilməyimdən incimədin ki?
Əgər ölməliyəm-gəl məni öldür!
deyib,gülməliyəm-qəlbimi güldür,
bütün savaşların sonluğu sülhdür!
qalib gəlməyimdən incimədin ki?...
“Könlümü köksümdə oynatmasaydın” şeiri
Bahar bu çəməni oyatmasaydı,
mən sənin yanına gəlməzdim,gülüm,
sən mənə özünü tanıtmasaydın,
mən səni tanıya bilməzdim,gülüm,
Sən mənim gözümün qəmi,yuxusu,
saçımın dənləri,həsrət qoxusu,
məni incitməsə sınmaq qorxusu,
bu cür sınaqlardan bezməzdim,gülüm,
Bilirsən sevgindən neçə yazım var?
hələ nələr gələr,nələr yazılar!
görürsən? nə oraq nə dəryazım var,
səni ürək edib üzməzdim,gülüm,
Məni binəvamı,namərdmi saydın?
mən heç--sən özünə hayan olaydın,
könlümü köksümdə oynatasaydın
bu cür havalanmış gəzməzdlm,gülüm...
Vahid Əziz şeirləri
“Azərbaycandır Qarabağ” şeiri
Doğmadır torpağı, daşı,
Türk övladı vətəndaşı,
ömrü-günü, can sirdaşı;
biri alov, biri ocaq –
Azərbaycandır Qarabağ!
Tanıyarlar boyumuzdan –
irsimizdən, soyumuzdan,
su içər öz quyumuzdan
biri gövdə, biri budaq –
Azərbaycandır Qarabağ!
Dünya-dünya olan gündən
varlığımız ona Vətən,
biri-ürək, biri-bədən;
hər ikisi Ulu torpaq –
Azərbaycandır Qarabağ!
Baba adı “Odlar Yurdu”,
keşikçisi igid Ordu,
biri-alov, biri ocaq –
bizimdir, bizim olacaq –
Azərbaycandır Qarabağ!
“Dünya, sənə qonağamsa..” şeiri
Dindirin,hamısın açım-
dərdi belə ağlamazlar,
kimim var-üstünə qaçım?
yadla peyman bağlamazlar.
Yoxa çıxdın.İtib-batdın,
xırdalayıb,alıb-satdın,
sığal çəkdin,qırıb atdın-
belə çiçək qoxlamazlar!
Hardasan,ürək sıxanım,
sevgimdən hayıf çıxanım?
dolanıb gendən baxanım,
dostu belə yoxlamazlar!
Şikəst etmə-sınmıramsa,
birdə anlat-qanmıramsa,
dünya,sənə qonağamsa-
bu cür qonaq saxlamazlar!
“Ömür” şeiri
Bənzər mövzular:
Axtarış sözləri: vahid eziz sevgi seirleri,vahid eziz seirler,vahid əzizin şeirləri,vahid əziz şeirləri vahid əziz sevgi şeirləri,xalq şairi vahid əziz şerləri,