-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Qəhrəmanlıq Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

 

Qəhrəmanlıq Haqqında ,Qəhrəmanlıq Haqqında  Sözlər,Qəhrəmanlığa Aid Sözlər qəhrəman

Qəhrəmanlıqla ölmək insana əbədi həyat qazandırır. - Cordano Bruno

Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir. - Maksim Qorki

Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. - Napoleon Bonapart

Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir. - Viktor Hüqo

Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. - Jan Jak Russo

Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır. - Məmməd Səid Ordubadi

İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. - Məmməd Səid Ordubadi

Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir. - Heydər Əliyev

Qəhrəmanlar gedəndə səhnəyə təlxəklər çıxır. - Heyne

İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.

Həmişə qəhrəman ola bilməzsən, amma həmişə insan olaraq qalmaq olar. - İohann Volfqanq Höte

Qəhrəmanlıq üçün bircə an belə kifayətdir, ləyaqətli insan olmaq üçün isə bütöv bir ömür lazımdır.-  P.Bryula


>
To Top