Ən Gözəl Sözlər: heyata aid statuslar
BANNER 728X90
heyata aid statuslar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
heyata aid statuslar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

27.3.20

Həyata Aid Statuslar

Mart 27, 2020
Həyata Aid Statuslar
Həyat hisslərlə yaşayanlar   üçün faciə, ağıl ilə yaşayanlar   üçün isə komediyadır.


Həyat nağıl kimidir: nə qədər uzun olduğu yox, nə qədər yaxşı olduğu vacibdir.

Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir.

Həyat, çox müdrik bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.
heyata-aid-menali-statuslar-yeni-heyat-haqqinda-statuslar-aforizmler
Həyata Aid mənalı Statuslar 



Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır.

Həyat beşiklə məzar arasındakı   sınaq müddətidir.

Həyat bir imtahandır, lakin digər imtahanlara elə də bənzəməz. Çünki bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.

Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir.

Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur...

Doğmaq və ölmək asandır. Çətin olan həyatın özüdür.
heyata aid statuslar,həyata aid statuslar,həyat haqqinda sozler,heyat haqqinda,heyatdan statuslar
Həyata Aid mənalı Statuslar 



Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir .

Sevmək bir başqasının həyatını yaşamaqdır.

Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatın özü bir hədiyyədir.
 

Həyat, ötən günlər deyil, yadda qalan günlərdir.
Həyata Aid Statuslar heyat haqqinda menali sozler

Həyatın hər anında bir ayağımız bir pəri nağılının içində, digəri də uçurumun kənarındadır.

Həyata keçməyən yüksək məqsədlər, həyata keçmiş alçaq niyyətlərdən qiymətlidir.

Özünü tanımayan   insanlar öz həyatlarını yaşamırlar.

Həyat bir dağdır:   qalxanda yavaş-yavaş, düşəndə tez-tez düşürük.

Həyat cavanların gözündə sonsuz   gələcək, qocaların gözündə ­ qısa keçmişdir.

Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.

Həyatın dadını çıxarın, canını yox!

Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.

Bu dünyaya nə etməyə gəldiyimi soruşsanız.. Cavabım bu olacaq; həyatımı yüksək səslə yaşamaq üçün buradayam.

Faydasız həyat- vaxtsız ölümə bərabərdir.

Bir gün gələr, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə, bütün həyatını izah etmək istəyərsən.

Həyata Aid Statuslar, Heyata aid sozler 


heyat haqqinda statuslar,statuslar,heyata aid statuslar,həyata aid statuslar,

Həyata Aid Statuslar 


Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.

Bir də görürsən ki, həyatda etmərəm dediyin şeyin baş rolundasan.

Həyatda hər şeyini bir adama bağlama, çünki onu itirdiyində hər şeyini itirərsən əslində.

Həyata qarşı ilk küskünlüyümüz; yanımızda sandığımız kəsləri, qarşımızda görməmizlə başlar.

Unutmaq mümkün   olmasaydı, həyat işgəncəyə çevrilərdi.

Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki!

Həyat o qədər qəribə bir şey ki; Hər kəsin səhv etdiyini doğru etsən, səhv etmiş sayılırsan..

Həyatımdan getməyi seçənlər üçün gəliş səfərləri sonsuza qədər ləğv edilmişdir...

Həyatda gözyaşlarımı haqq edəcək bir insan görmədim. Ya mənim göz yaşlarım lazımsızdır, ya da uğruna gözyaşı tökdüyüm insanlar dəyərsizdir.

Əgər həyatın dadını çıxara bilmirsən; dadını qaçıranı, həyatından çıxar.

Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar?

Mükəmməl bir həyat istəmirəm.
Dürüst insanlar, səmimi Salamlar, ürəkdən gülümsəmələr olsun yetər.

Həyat nə qədər gözəl olardı; insan həm 'aşiq', həm də 'sadiq' olmağı bacara bilsəydi.

Bu həyat mənə çoxunun gülə bilmədiyi üçün ağladığını, susa bilmədiyi üçün danışdığını və sadəcə sözdə olsun  deyə  yaşadığını öyrətdi. 

Unutduqlarını xatırla, İtirdinsə, axtar, Darıxdınsa, get tap, İncitdinsə, üzr istə, İncidinsə, bağışla. Çünki həyat çox qısadır..
heyata-aid-statuslar heyat-haqqinda sozler

Heyata Aid Statuslar 


Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.

Böyük insanlar həyatın mənasını   özündə, kiçik insanlar isə özgələrində axtarır.

Həyat bu, bir baxarsan hər şey bir anda sona çatar ..  Həyat bu, son dediyin an hər şey yenidən can tapar.

İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq.

Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.

İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür.

Gerçək həyatdan qaçan və mənasız mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur.

Həyat bir yuxu kimi gəlib keçir və bahar çiçəkləri qədər tez solub gedir.

Hər kəs ölür, ancaq hər kəs həqiqətən yaşamır.

"Yaxşı ki"lərin "kaş ki"lərindən artıq olsun bu həyatda. Çünki, zamanı geri qaytarmaq üçün saatın əqrəbi ilə oynamaq fayda verməz.

Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir.

Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır.


 
Read More

18.2.20

Həyata Aid Gözəl Sözlər

Şubat 18, 2020
Həyata Aid Gözəl Sözlər
Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar. -Konfutsi 

Mənim yalnızlığım insanlarla doludur. - Franz Kafka 

Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir. 

Dost qazanmağın tək yolu dost ola bilməkdir. - Emerson 

Hər ürək öz nəğməsini söylər. - Maksim Qorki

Ürəyi gözəl olan insanların ürəyində olmaq gözəldir. - Mövlana 

Bir insan birini sevirsə, olduğu kimi  sevər, olmasını istədiyi kimi deyil. -Tolstoy 

Itirənə qədər nəyə sahib olduğunu anlamırsan.

Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir.- Duqlas Noel Adams

heyata-aid-statuslar-heyat-haqqinda-sozler-birini-eevmek

Başqalarını qazanmaq üçün özünü itirmə. - Robin Şarma 

Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol.- Avram Linkoln

Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər. - Çarlz Bukovski 

Həqiqi sevgi kabus kimidir: hamı onun haqqında danışır, amma çox az adam onu görüb. - Fransua De Laroşfuko 

Cəhənnəm - insan ürəyində sevginin bitdiyi yerdir. - Dostoyevski 

Vaxtınızı izahatlara sərf etməyin, insanlar yalnız eşitmək istədiklərini eşidirlər. - Paulo Coelho 

Doğruları bilirsənsə, yalanları dinləmək əyləncəlidir.  - Corc Bernard Şou 

Bir çox insan xoşbəxt olmadığını bilir, amma çoxlarından daha xoşbəxt olduğunu bilmir. -Albert Şveyster 

Böhtan qorxaqların intiqamıdır.
- Samuel Johnson

Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının da ağıllarından istifadə edər.
- George Bernard Shaw

Düşünmədən danışmağın cəzası sonradan düşünməyə məhkum olmaqdır. - Anonim
həyata aid gözəl sözlər,gözəl sözlər,heyat haqqinda sozler,


And içməyə gərək qalmayacaq qədər sözlərinə sadiq ol.- Deyl Karnegi 

İnsan həyatını xilas edirsənsə onda yalan danışmaq olar. - Dostoyevski 

Vicdan bahalı bir xüsusiyyətdir.Ucuz insanlarda olmur. - Onore De Balzak

Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir. - Adrian Dekursel 

Xoşbəxt insanlar; Hər şeyin ən yaxşısına sahib olanlar deyil, Sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir. - Çarlz Bukovski 

Həyata Aid Gözəl Sözlər


Gozel-sozler-2020-aforizmler-xosbext-insan-sevmek

Bir kəs ki ağrı hiss edir - canlıdır. O kəs ki başqasının ağrısını hiss edir, o - insandır. - Tolstoy 

Savaşmaq istəyirsənsə, öz cəhalətinlə savaş. - Albert Eynşteyn 

Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür. -Cübran

Elə xoruzlar var ki, banladıqları üçün səhərin açıldığını düşünürlər.
- Lev Tolstoy

Dost kimi görünən yaltaqlar, fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar.. qayda həmişə eynidir: Gül və keç.
- Duqlas Noel Adams

Ona deyiləni etməyən və ona deyiləndən başqa heç nəyi etməyən insan heç vaxt yüksəyə qalxa bilməz.- Andrew Carnegie

Bəzi məğlubiyyətlərin səbəbi, insanların işi yarıda qoyduqlarında, uğura nə qədər yaxın olduqlarını bilməmələridir.

Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. - Əbu Turxan 

Həyatdakı ən böyük peşmanlıq, peşman olara deyə etmədiklərimizdir. - Tolstoy 

Əsas o deyil ki, insan necə ölür, əsas odur ki, insan necə yaşayır.
- Samuel Johnson

Başqaları üçün özünüzü unudun o zaman sizi də xatırlayacaqlar.
- Lev Tolstoy
Həyata Aid Gözəl Sözlər həyat haqqında aforizmlər
Həyata Aid Gözəl Sözlər

Hansı millətdə insana dəyər verilmirsə,o cəmiyyətdən dəyərli insan çıxa bilməz.

Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir.
- Mark Tven

Böyük beyinlər fikirləri, orta beyinlər hadisələri, kiçik beyinlər isə insanları müzakirə edir. - Anonim 

Təhlükəli bir dövrdə yaşayırıq, insan özünə hökm etməyi öyrənmədən təbiətə hökm etməyi öyrəndi.
- Albert Schweitzer

Ölülər dirilərdən daha çox gül alır, deməli peşmanlıq minnətdarlıqdan güclü hisdir. - Anna Frank 

Faciəvi olan pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir.
- Martin Lüther Kinq

İnsanlar sevmək üçün yaradıldılar, əşyalar isə istifadə edilmək üçün. Dünyadaki xaosun səbəbi - əşyaların sevilməsi, insanların isə istifadə edilməsidir. - Səbahəddin Əli 

Belə bir gözəl səmanın altında, bu qədər pis insan necə yaşaya bilərdi axı... - Dostoyevski 

Read More