Ən Gözəl Sözlər: sevgiliye sozler
BANNER 728X90
sevgiliye sozler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
sevgiliye sozler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

12.4.20

Romantik Sözlər, Romantik Statuslar

Nisan 12, 2020
Romantik Sözlər, Romantik Statuslar
romantik-sozler-2020-romantik-sekiller-romantik-statuslar-sevgilim

İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.

Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir.

Bu şəhəri sevməyimin səbəbi; Küncü dönəndə səninlə qarşılaşma ehtimalımdır.

Sevgin gülüşündə gizlidir...

Təsadüfən tapacaqsan və bütün gələcəyin o olacaq.

Heç nəyim yoxkən sən gəldin, hər şeyim oldun...

Günəş çıxanda Yer  hansı hissi keçirirsə, sevgilisini görən aşiq də   həmin hissi keçirir.

Sən belə bilməzsən, gülüşün məndə neçə bahar edər.

Hərflərin güldüyünü sənin adında gördüm.

Əslində bütün insanları sevə bilərdim, sevməyə səndən başlamasaydım.

Səninlə görüşə gələrkən əllərim cibimdə gələrdim. Bəlkə eşqimin əlləri üşüyüb, ovucumda isidərəm deyə.

Ürəyiniz dəyərini bilənə əmanət.

Hər bir zərrəm aşiqdir hər bir zərrənə...
romantik statuslar,sevgili ucun sozler,romantik sekiller,sevgiliye sozler,romantik sözlər

Romantik Sözlər, Romantik Statuslar


Sən mənim göylərə göndərdiyim dualarımın yer üzündəki cavabısan.

Təki sən həmişə gül...
Gül ki, ürəyinin gözəlliyi gülüşlərində görünsün...

Qapımıza deyil, qəlbimizə vuran buyursun!

Şübhəsiz ki, Allah hər şeyi bilir, səni necə sevdiyimi də...

Sevgilim mən Sənin adını ürəyimə yazmışam.
Allahdan tək diləyim adımı anlıma yazsın.

romantik-sozler-2020-romantik-sekiller-romantik-statuslar-sevgilim

Deyirlər ki, eşq birinə səni məhv etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə güvənməkdir.

Birinin məni anlaması, məni sevməsindən daha gözəl...

Gecələr səni düşündüyüm qədər uzun olsaydı, onu bil ki heç zaman sabah olmazdı.

Eşq, səhərə qədər yatmamaq deyildir əslində. Hər səhər oyandığında, yaşamaqdan əvvəl onun gəlməsidir ağılına.

 Eşqin heç bir tərifə ehtiyacı yoxdur; başlı başına bir dünyadır eşq. Ya düz ortasındasan-mərkəzində; ya da xaricindəsən-həsrətində.

Mən eşqə kölə olanın deyil də, eşqi özünə kölə edənin qulu, köləsi olmuşam ..

Bir oğlanın bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir daha ki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir.

Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində.

 El-aləm şərab içər sərxoş olar, biz eşq əhliyiz içmədən sərxoş olmuşuq..

 Mən sənin eşqinlə güclüyəm inan Bütün Yer üzünün krallarından.

Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir.

Bir insanı sevmək, onunla birlikdə yaşlanmağa razı olmaqdır.

Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.

Toxuna  bilməyəcək qədər uzaq olsam belə, sevəcək qədər yaxınam sənə...

Heç toxunmadığın birinə aşiq ola bilirsənsə, sən eşqi yaşamağa layiqsən.

Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.

Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir.

Həqiqi aşiqləri nəinki məsafələr, heç ölüm də ayıra bilməz.

Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
romantik-sozler-2020-romantik-sekiller-romantik-statuslar-sevgilim

Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır.

 Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.

 Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir.

“Səni sevirəm” dən daha özəl bir cümlə var. “ Sənə güvənirəm”. Çünki hər kəs hamını sevə bilir, amma hamıya güvənə bilmir.

Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.

Sevgili dediyin qoluna deyil, ürəyinə yaraşmalı.. Və elə gəlib keçici bir həvəs deyil, sonsuza qədər nəfəsin olmalı!

Read More

24.2.20

Sevgiyə Aid Soxucu Sözlər

Şubat 24, 2020
Sevgiyə Aid Soxucu Sözlər
Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.



Sevgiyə Aid Soxucu Sözlər
İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək!

Səni sevirəm demək deyil ki bacarıq, əhəmiyyətli olan o sözün bütün məsuliyyətlərini ala bilmək.

Sən, səni sevəni görməyəcək qədər korsansa, o da sənə sevgisini söyləməyəcək qədər qürurludur.

Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.

Sevmək sevirəm demək deyil, ürəyində hiss etməkdir. Və eşq yanında olanı sevmək deyil, bəzən gəlməyəcək birini gözləməkdir.

Bax, nə edirlərsə etsinlər, daim çox sevdiyin insanlar var ha, ən çox onların səni üzməsi necə də qəribədir.

Peşman deyiləm, inciyəm bir az, amma kədərlənmirəm. Çünki gedəndə yeni bir şey öyrəndim: Artıq hər sevirəm deyənə inanmıram.

Sevgili dediyin qoluna deyil, ürəyinə yaraşmalı.. Və elə gəlib keçici bir həvəs deyil, sonsuza qədər nəfəsin olmalı!

Sanma ki, sevmək sadəcə bir yerdə olmaqdır.
sevgiyə aid soxucu sözlər,sevgiliyə sözlər sevgili üçün statuslar



Boş boş sevirəm deməklə olmaz; Göstərəcəksən sevdiyini, hiss etdirəcəksən.. Edə bilmirsənmi?! Onda yoldan çəkiləcəksən.

Bəziləri "sevirəm" deyir, çünki əzbərləmişdir. Bəziləri deyə bilmir, çünki həqiqətən sevmişdir.

Qadın bilənə "nəfəs", bilməyənə "nəfəsdir".

Həqiqətən verəcək sevgim var; amma buna layiq olan heç kimim yoxdur.

 Qısqanclıqla əlaqəsi yoxdu, mənim olanın xəyalını belə qura bilməzsən.

Anlamaq istəyən səsindən də anlar səssizliyindən də.. Anlamaq istəməyənə qışqırsan da fayda etməz..

 Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.

Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq.

Heç kim sevgilisinə "mənim üçün nə etdin?" deməməlidir.. 7 milyard insanin içində səni tapıb, daha nə etsin?

Həqiqətən sevirsənsə, uzaqlıq gözünü qorxutmamalıdı; Çünki unutma yanındaykən belə uzağıydı bəziləri..

Sevmədən evlənmək, inanmadan ibadət etmək qədər alçaqlıqdır.

Əlimdə olsa çoxdan buraxmışdım gözləməyi, fəqət qəlbimdəsən əlimdə deyil..

Corab dəyişdirər kimi sevigili dəyişdirən, hər yeni əlaqədə təmiz səhifə açdım deyənlərə səslənirəm: Sizin dəftər neçə vərəqlidir ?

Ağızıyla quş tutsa da sevə bilmədiyim insanlar var! Bir də məni öldürsə belə sevməkdən imtina edə bilmədiklərim.

Uğrunda fədakarlıq etməyəcəyin sevgini, ürəyində daşıyıb da özünə yük etmə!

2021-soxucu-statuslar-atmacali-tikanli-sevgiye-aid-soxucu-sozler

Sevgiyə Aid Soxucu Sözlər və Statuslar


Sizə zaman ayırmaq istəməyən insan həmişə bir şeyləri bəhanə edər və qarşındakını anlayışsızlıqla günahlandırar.

Gedən sevgilinin getdiyi yerdə axtardığını tapmayıb “darıxdım” deməyi darıxdığından deyil, it kimi peşman olduğundandır.

Güllə səsi qədər sürətli keçər yaşamaq: Elə çətindir ki, gülləni havada, sevgini də ürəkdə tutmaq.

Gedənə deyiləcək söz yoxdur, sevsə onsuz da getməzdi, amma gələnə də çox sevinməmək gərək, çünki o da başqasından gəldi.

7 milyard insanın içindən yalnız birini sevərsən. Sonra onun sevilməyə layiq olmadığını anlarsan, bütün dünyanı günahlandırarsan.

Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa!

Kiçikkən anam, yerdə çörək görəndə: "yüksəyə qoy, quşlar yeyər" deyərdi. Sevdiklərimizi həmişə yüksəklərdə tutduq, görəsən quşlar mı yedi?

Xəyanət edənin sədaqət gözlədiyi bir dünyada yaşayırıq..

Bir insana zornan sevdirəmməzsən özünü, mənə güvən deyə bilməzsən. O bunu hiss etmirsə, tək bir söz söyləyə bilərsən: "Özün bilərsən."

Qulaqdan qulağa oynamaq qədər qəribədir eşq əslində. Sən ona "səni sevirəm" deyərsən, o başqasına.

Madam ki, sevmirsən o zaman gözlərinə sahib çıx. Hərlənib fırlanıb gözlərimə dəyməsinlər.

Sevdiklərinizə zaman ayır. Yoxsa zaman səni sevdiklərindən ayırar..

Çox su verəndə ölərmiş ya çiçəklər, birini də çox sevəndə buraxıb gedirmiş məgər..

Mən oğluma "Kişi ağlamaz" deyil də, "Kişi qadını ağlatmaz" sözlərini 

Sən.. Bağışlayın, siz deməliydim.. Siz neçə üzlü idiniz? Mən səhvən hansınızı sevdim?

Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər.  
Sevgiyə Aid Soxucu Sözlər soxucu sozler sevgiye aid
Sevgiyə Aid Soxucu Sözlər 


Xoşbəxt edə bilməyəcəyiniz qadınların vaxtını almayın. Vaxtını alsanız belə ahını alacaq qədər "Şərəfsiz" olmayın!
Read More