-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Romantik Sözlər, Romantik Statuslar

romantik-sozler-2020-romantik-sekiller-romantik-statuslar-sevgilim

İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.

Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir.

Bu şəhəri sevməyimin səbəbi; Küncü dönəndə səninlə qarşılaşma ehtimalımdır.

Sevgin gülüşündə gizlidir...

Təsadüfən tapacaqsan və bütün gələcəyin o olacaq.

Heç nəyim yoxkən sən gəldin, hər şeyim oldun...

Günəş çıxanda Yer  hansı hissi keçirirsə, sevgilisini görən aşiq də   həmin hissi keçirir.

Sən belə bilməzsən, gülüşün məndə neçə bahar edər.

Hərflərin güldüyünü sənin adında gördüm.

Əslində bütün insanları sevə bilərdim, sevməyə səndən başlamasaydım.

Səninlə görüşə gələrkən əllərim cibimdə gələrdim. Bəlkə eşqimin əlləri üşüyüb, ovucumda isidərəm deyə.

Ürəyiniz dəyərini bilənə əmanət.

Hər bir zərrəm aşiqdir hər bir zərrənə...
romantik statuslar,sevgili ucun sozler,romantik sekiller,sevgiliye sozler,romantik sözlər

Romantik Sözlər, Romantik Statuslar


Sən mənim göylərə göndərdiyim dualarımın yer üzündəki cavabısan.

Təki sən həmişə gül...
Gül ki, ürəyinin gözəlliyi gülüşlərində görünsün...

Qapımıza deyil, qəlbimizə vuran buyursun!

Şübhəsiz ki, Allah hər şeyi bilir, səni necə sevdiyimi də...

Sevgilim mən Sənin adını ürəyimə yazmışam.
Allahdan tək diləyim adımı anlıma yazsın.

romantik-sozler-2020-romantik-sekiller-romantik-statuslar-sevgilim

Deyirlər ki, eşq birinə səni məhv etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə güvənməkdir.

Birinin məni anlaması, məni sevməsindən daha gözəl...

Gecələr səni düşündüyüm qədər uzun olsaydı, onu bil ki heç zaman sabah olmazdı.

Eşq, səhərə qədər yatmamaq deyildir əslində. Hər səhər oyandığında, yaşamaqdan əvvəl onun gəlməsidir ağılına.

 Eşqin heç bir tərifə ehtiyacı yoxdur; başlı başına bir dünyadır eşq. Ya düz ortasındasan-mərkəzində; ya da xaricindəsən-həsrətində.

Mən eşqə kölə olanın deyil də, eşqi özünə kölə edənin qulu, köləsi olmuşam ..

Bir oğlanın bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir daha ki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir.

Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində.

 El-aləm şərab içər sərxoş olar, biz eşq əhliyiz içmədən sərxoş olmuşuq..

 Mən sənin eşqinlə güclüyəm inan Bütün Yer üzünün krallarından.

Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir.

Bir insanı sevmək, onunla birlikdə yaşlanmağa razı olmaqdır.

Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.

Toxuna  bilməyəcək qədər uzaq olsam belə, sevəcək qədər yaxınam sənə...

Heç toxunmadığın birinə aşiq ola bilirsənsə, sən eşqi yaşamağa layiqsən.

Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.

Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir.

Həqiqi aşiqləri nəinki məsafələr, heç ölüm də ayıra bilməz.

Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
romantik-sozler-2020-romantik-sekiller-romantik-statuslar-sevgilim

Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır.

 Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.

 Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir.

“Səni sevirəm” dən daha özəl bir cümlə var. “ Sənə güvənirəm”. Çünki hər kəs hamını sevə bilir, amma hamıya güvənə bilmir.

Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.

Sevgili dediyin qoluna deyil, ürəyinə yaraşmalı.. Və elə gəlib keçici bir həvəs deyil, sonsuza qədər nəfəsin olmalı!

>
To Top