-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Torpaq Haqqında Atalar Sözləri

torpaga-aid-atalar-sozu-torpaq-haqqinda-atalar-sozleri
torpaga-aid-atalar-sozleri-torpaq-haqqinda-atalar-sozleri-ana-veten

Zəhmət torpaqda, nemət süfrədə.

Torpaq çörəyi ilə, insan əməyi ilə.

Torpağın qarası üz ağardar.

Torpaq çiçək də bitirər, zəhər də.
torpağa aid atalar sözləri,atalar sozleri,torpaq haqqinda atalar sozleri qara torpaq

Torpaq Haqqında Atalar Sözləri 


Torpaq deyər: -Sən mənə tər ver, mən sənə zər verim!

Torpaq deyər: - Döy məni, doyurum səni!

Torpaq deyər: "Öldür məni, dirildim səni!"

Anaya etibar edənlə, torpağa etibar edən uduzmaz.

Torpağın sirrini əli torpaqda olandan sor.

Torpaq ovuclayan qızıl ovuclayar.

Kişidə qeyrət olsa, torpağı qızıla döndərər.

Torpaq qızıl quşdu, əldən buraxdın, uçar gedər.

torpaga-aid-atalar-sozleri-torpaq-haqqinda-atalar-sozleri-ana-veten

Sular hərəkətlidir, torpaq bərəkətlidir.

Torpaq öz payını həmişə götürür.

Torpağa hamı borcludur.

Torpaqdan pay olmaz.

Torpaqnan oynayan ac qalmaz.

Ata torpağı ələk-vələk edir, oğul əkir, nəvə varlanır.

Toprağa xor baxsan, o sənə kor baxar.

Böyüyün üzünə ağ olanı torpaq götürməz.

Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan.

Torpaqda itki olmaz, Kötüksüz bitki olmaz.

Torpağa pis deməzlər.atalar sozu,Atalar Sözləri,topraga aid atalar sozleri,torpağa aid atalar sözləri

İlan ilannığınnan torpağı yalar.

Paxılın dərdinə dərman qara torpaxdı.

Torpağı ələ, toxumu çilə.

Torpağı daşdı yerdən, qızı qardaşdı yerdən.

Torpax öz varını çölə verər.

Torpağı qorumursansa, əkmə.

O yağış olanda, sən torpaq ol.

İnsanın gözünü bir ovuc torpaq doydurar.

Tamahkarın gözünü torpaq doldurar.

Vətənsiz insan - toxumsuz torpaq.

Mən aşığam bu daşa, bu torpağa, bu daşa, düşməni elə vur ki, kəlləsindən bud aşa.

Torpaqda güclülər də çürüyür.

Çörəyi torpaqdan al, özgəsinin ağzından yox.
torpaga-aid-atalar-sozleri-torpaq-haqqinda-atalar-sozleri-ana-veten

Ac qal, topal qal, kör qal, fəqət torpaqsız qalma.

Varlının torpağından çay keçər, kasıbınkından yol.

Özgə torpaq cənnət olsa da, vətəndən yaxşı dеyil.

Dil ilə bütün dünyanı da əkmək olar, əl ilə bir parça torpağın öhdəsindən gəlmək çətindir.


>
To Top