-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

İşıq Haqqında Aforizmlər Və Sözlər

bilgideryasi

 

isiga-aid-sozler-isiq-haqqinda-aforizmler-isiqli-nur- (1).jpg



Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. - F.Dzerjinskiy


Dahilik, qaranlıqda işıqsız görə bilməkdir. -  Məhməd Murad İldan


Yaşa ki, dünyaya işıq verəsən,

Torpağa göz dikmə ilan kimi sən. - Nizami Gəncəvi 


Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir. -Fridrix Nitsşe


Şam olub işıq saçmaq elə asan deyildir. Bunun üçün öncə yanmaq gərəkdir. - Mövlana 


Müəllim şama bənzər: özünü əridərək başqalarına işıq verər. - Mustafa Kamal Atatürk 


Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.- Viktor Hüqo


Biliksiz müəllim susuz bulağa, işıqsız fənərə bənzəyir. 


İnsan qəlbinin dərin qatları Düşüncə ilə yox, sevgi ilə işıqlanır.

- Dədə Turxan

Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. - Dədə Turxan


Əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır, onu söndürsəniz hər yer zülmətə çevrilər. - Konstantin Uşinski


Yanıb işıq saça bilmirsənsə, heç olmazsa işığın qabağını kəsmə. - Tolstoy


Kitablar insanların yolunu işıqlandırır. -Çin atalar sözü


Qaranlığı söyməkdənsə, işığı yandırın.


Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırdı. - Rabindranat Taqor


Mənim yerim kitabxanadır.

Mən, işığı arayan, aydın olmağa və dünyanı aydınlatmağa çalışan bir insanam. - Cəmil Meriç


Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir.

- Konstantin Uşinski


Çox vaxt bizi qorxudan işıq deyil, içimizdəki qaranlıqdır.


Məhəbbətdir işıq saçan, onsuz aləm bir zülmətdir,

Zülmətdə gördüklərin , sanma ki, bir həqiqətdir. - Dədə Turxan


Sevgi ancaq işıqlı adamların   qismətidir. Qara qəlblər işıqdan qorxur.    

- Dədə Turxan

Vicdan - yaxşı yolu işıqlandıran mənəvi çıraqdır amma nə vaxt ki, pislik edirlər, onu məhv edirlər.


Odu sevənlər müxtəlif olur; 

kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə; 

kimi öz “canını oda yaxmaq” üçün, kimi başqalarını yandırmaq üçün.


Bir nöqtəyə yönəlib yandıran məhəbbətdənsə, bütün dünyaya səpələnib işıqlandıran məhəbbət yaxşıdır. - Dədə Turxan


Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür...


Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır. - Platon


Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur. -Mövlana Cəlaləddin Rumi


Tarix- keçmişin şahidi, həqiqətin işığı, canlı xatirə, həyat müəllimi, keçmişin xəbər gətirənidir. -Mark Tulli Siseron


İnsanlar tarixdən ibrət ala bilsəydi, bir çox şey öyrənə bilərdi! Lakin ehtiras və qərəz bizim gözlərimizi qamaşdırır, və təcrübənin saçdığı nur, gəminin arxasındakı fənər kim, yalnız arxada qalmış dalğaları işıqlandırır.  - Semuel Teylor Kolric


Nifrətiniz elektrikə çevrilsəydi, bütün dünyanı işıqlandırmağa bəs edərdi. - Nikola Tesla


Nə istədiyini və nə edəcəyini bilən səkkiz-on işıqlı insan qaranlıq fikirli, qaranlıq məqsədli cahil sürülərini istədiyi kimi idarə edə bilər. - Rəşad Nuri Güntəkin


Ey dostum! Doğan günəş sənin böyük qəlbini şəfəq söküləndə tənha dağın qarlı zirvəsi kimi işıqlandırmışdır. 

- Rabindranat Taqor

>
To Top