-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Söz Haqqında Atalar Sözləri və Məsəllər

bilgideryasi

 

Söz Haqqında Atalar Sözləri və Məsəllər

Söz həyatın bəzəyidir.

Ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.

İnsan ölər, söz qalar.

Sözün ilə işin bir olsun.

Zaman keçər, söz qalar.

Söz qılıncdan kəsərlidir.

Söz danış, söz olsun.

Doğru söz acı olar.

sözlə bağlı atalar sözləri,soze aid atalar sozleri,soz haqqinda atalar sozleri,atalar sozleri,
Soz haqqinda atalar sozleri

Doğru söz dəmiri dələr.

Kişi sözü üzə deyər.

Kişinin bir özü, birdə sözü.

Söz vermək asandır, yerinə yetirmək çətin.

Söz pəhləvanı olma.

Söz danış, söz eşit.

Sözü məqamında deyərlər.

Söz ki var, dəmirdir, vurduqca uzanar.

Sözü ağzında bişir, sonra çıxart.

Söz insanın vuran əlidir.

Söz Haqqında Atalar Sözləri və Məsəllər
Söz Haqqında Atalar Sözü

 Söz Haqqında Atalar Sözləri 

Sözdən söz çıxar.

Söz var el içində, söz var ev içində.

Yalan söz üz qizardar.

Qazan oddan qızar, insan – sözdən.

Ev sözsüz olmaz, meşə çaqqalsız.

Boş qaşıq ağız yırtar, boş söz qulaq.

Söz götürənin, yer oturanındır.

Meydan bizim, söz sizin.

Saz olan yerdə sözü saza verərlər.

Sazlı ev – sözlü ev.

Oğrunun yavuzu (yamanı) söz oğurlayandı.

Nə özündədir, nə sözündə.

Qaba söz qaba hərəkətdən pisdir.

Düz sözə boynum qıldan nazikdir.

Sözün düzünü zarafatda deyərlər.

Deyilən söz, atılan oxa bənzər.

Ara sözü ev yıxar.

Doğru sözdən xəta gəlməz.

Sözün yaxşısı baldan şirin olar.

Sözü söz kəsər.

Söz vaxtına çəkər.

Söz odur ki, haqqa vara.

Sözün də qanadı var.

Anlayana bir söz bir kitabdır.

Gül qönçədə qalmaz, söz – qəlbdə.

Boz üzüm var, doğru sözüm.

Söz danışıqdan keçər.

Söz sözü çəkər, arşın bezi.

Uşaq sözün düzünü deyər.

Sözün doğrusun de, min atını çap.

Sözü asta, ürəyi tasvasda.

soz haqqinda atalar sozleri,atalar sozleri,sözlə bağlı atalar sözləri

 Sözə Aid Atalar Sözləri 

Sözünü bilməyənə aşağı başda da yer yoxdur.

Sözdən söz götürür.

Söz sandığa girməz.

Sözü at, yiyəsi götürər.

Söz sözün dayağıdır.

Söz sözə söykənir.

Kişi öz sözünün ağası olar.

Kişinin özünə baxma, sözünə bax.

Sözün başı axırından bilinər.

Bikar sözü ilə arvad alma.

Elə söz de ki, kalı tökülsün, dəymişi qalsın.

Bıçaq yarası sağalar, söz yarası sağalmaz.

Sözlə plov olmaz, yağ ilə düyü gərək.

Hərzə sözün mərəzi gələr.

Sözün damarı olar, çəkdikcə uzanar.

Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.

Söz çeynəyən çox, söz deyən az.

Bəzən dəli də ağıllı söz deyir.

Yaxşı timsal yüz yönsüz sözdən yaxşıdır.

Sözün zahiri zərif, batini lətif olmalıdır.

Yaxşının sözü dilində, yamanın kini ürəkdə.

Ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.

Ağıl, ağıldan keçər, söz danışıqdan ötər.

Hər işin öz yeri, hər sözün öz məqamı var.

Sözü olana dil ver, söz eşidənə qulaq ver.

Qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.

Sözsüz ev olmaz,çalqısız toy olmaz.

Çalqını çalana, sözü danışana, işi bilənə, yolu gedənə, atı sürənə, malı alana, qızı sevənə, biçini əkənə ver deyiplər.

Gözəl var gözü ilə öldürər, gözəl var sözü ilə öldürər.

Gözəldə hamının gözü var, çirkinə kimin sözü var.

Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.

Əyri ağız bəy olsa, yalan sözü düz çıxar.

Cahildə söz əylənməz, günbəzdə qoz.

Ulular sözünə baxmayan, uluya uluya qalar.

Adam var gözdən qızar, Adam var sözdən qızar.

Söz Haqqında Atalar Sözləri və Məsəllər

Söz Haqqında Atalar Sözləri,Atalar Sözləri,atalar sozleri,soz haqqinda atalar sozleri,
Söz Haqqında Atalar Sözləri

Qılınc yarası sağalar, söz yarası sağalmaz.

Söz var kəsər savaşı, Söz var kəsdirər başı.

Söz bir olsa, dağ oynayar yerindən.

El bir olsa – dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar.

Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır.

Xalının tozu tükənər, dəlinin sözü tükənməz.

>
To Top