Dil var bal gətirər, dil var – bəla.
Dünyada ən acı və ən şirin şey dildir.
Dildən acı, dildən şirin şey yoxdur.
Ağlı qısanın, dili uzun olar.
Yaman dil başa bəladır.
Dili varsa, dilçəyi də var.
Adı dillər əzbəridir.
Dadlı dil – gülər üz.
Şirin dil adama dost qazandırar.
Şirin dilin olsun, qoruyan sözün olsun.
Balın yoxdur, bal kimi dilin olsun.
Ürəyi dolu olanın dili uzun olar.
İnsaf dilin yarısıdır.
Lalın dilini anası bilər.
Dil Haqqında Atalar Sözləri və Məsəllər
Sözü olana dil ver, söz eşidənə qulaq ver.
Qulağı açan dil olur, dilsiz qulağ kar olur.
Dişsiz, dil yaramaz. dilsiz, diş azar.
Evi daraldan qonaq olsun, qonağı daraldan, dilin olmasın.
At olmasa, yol olmaz, dil olmasa, el olmaz.
Qələmin dili iki olsada, yazısı birdir.
Ağzı yağlı, dili bağlı.
İpin uzunu yaxşıdır, dilin qısası.
Süfrədə əlini saxla, məclisdə – dilini.
İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır.
Alimin biliyindən, yalançının dilindən yapışarlar.
Adam dilindən bəlaya düşər.
Adamın başına nə bəla gəlsə, dilindən gələr.
Baş, dil ilə asılar.
Başa dil gətirəni, el gətirə bilməz.
Evlərə gedən qızın dili altında qənd gərək.
Bir ağızdan çıxar, min dilə yayılar.
Şirin dil ilanı yuvasından çıxardar.
Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar.
Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar.
Müqəssirin dili qısadır.
Əli əyrinin, dili düz olmaz.
Atı, yoluyla tanı, eli diliynən tanı.
Doğru söz dilinə gəlməz.
İtin dilini bilir.
Lotunun dilini lotu bilər.
Birinin əli, o birinin dili işləyir.
Borc verənin dili uzun olar.
Qonaq ilə qonaqçı, eşşək ilə eşşəkçi dil tapar.
Gözü ilə görür, dili ilə istəyir.
Pulun varsa dinclik, dilin varsa elçilik.
Dövlətlinin dili uzun olar, əli qısa.
Yoxsulun dili gödək olar.
Kasıbın dürməyi yavan olsa, dili yağlıdır.
Savab adamı dilli eylər.
Türk dili, bağa bənzər.
Fikir dili basar, dil də gücü.
Yaxşının sözü dilində, yamanın kini ürəkdə.
Deyə-deyə dilimdə tük bitdi.
Dil var dişi saxlar, diş var dili saxlar.
Dilin qoy dilçəyinə.
Qayınanalı gəlinin dilinin altında fənd gərək.
Nə dil bilsin, nə dodaq.
Evlərə gedən qızın: qulaqları kar, dili lal, gözləri kor gərək.
Eldən-elə, dildən-dilə, kim gülə, kim gülməyə.
El gözünü dil açar.
Eli olmayanın dili də olmaz.
Ölmüş atın nalı sökülər, dilsiz elin - başı.
Qəribin boynu uzun olar, dili qısa.
Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.
Sən yerindən tərpənincə, dağ-daşa dilə gələr.
Daşlar da dilə gəlir.
Yıxılsan dizindən gör, əzilsən dilindən gör.
Tikən acısı gedərmiş, dil acısı qalarmış.
Pıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.
Qeyrətsizin dilin al, dilin verdi gözün al.
Xəncər kimi bir dilə, pambıq kimi bir ürəyə sahib ol.
Xəncər yarası gedər, dil yarası getməz.
Qılınc yarası sağalar, dil yarası sağalmaz.
Acı dilin yarası qılınc yarasından pis olur.
Quş - dimdiyindən, adam isə dilindən ovlanar.
Bülbülün çəkdiyi dil bəlasıdır.
Deyirəm dilim yanır, demirəm – ürəyim.
Dilim, dilim ol, dilim, bir az şirin ol, dilim, bir az həlim ol, dilim, sən ki, incitdin yarı dilim-dilim ol, dilim.
Savaşmağa üz tap, barışmağa dil tap.
İki başlı heyvandan yox, iki dilli insandan qorx.
Dilsiz elin daşı çox, ürək kövrək dağı çox, öz dilini bilməsə, doğma elin yadı çox.
Eldən qalan dil olsun, seldən qalan iz olsun. oddan qalan kül olsun.
Adamın gərək dili ilə ürəyi bir ola.
Dəlinin ürəyi dilindədir, ağıllının dili ürəyindədir.