-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Dostluğa Aid Atalar Sözləri

Sponsor 2


Dost dosta arxa olar.


Dost dostun aynasıdır.

Dostunu mənə de, deyim sən kimsən.

Dost dostun sağlığın istər.

Dost ağlar, düşmən gülər.

Dost min olar, candan dost olan bir.

Dostluq həyat vəsiqəsidir.

Dostun yoxsa axtar, tapdın – qoru.

Dost gəlişi bayram olar.

Dost arası sözsüz olmaz.

Doğru söz dostluğu pozar.

Dost dostun eyibini üzünə deyər.

Dostluq düzlükdədir.

Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.

Dostunun dostu sənin də dostundur.

Dost dar gündə tanınar.
dostluga-aid-atalar-sozleri-dostluq-haqqinda-Atalar-sozu-dost.jpg



Dost yolunda boran olar, qar olar.

Dostla dağı tez aşmaq olar.

Dostluğa dağlar da, dənizlər də mane ola bilməz.

Dostluq həmişə qalib gələr.

Dostluğa min adam azdır, düşmənliyə bir adam çox.

Dostsuz insan – qanadsız quş.

Dostun versə qum, sən onu ovcunda yum.

Dosta borc pul vermə, hər ikisi əldən gedər.

Dostunu ağladıb, düşmənini güldürmə.

Dost zülümkar olmaz, ziyankarlardan dost olmaz.

Dost sirrini dost bilir.

Dost üzdən bəlli olar, düşmən - gözdən.

Dost ilə ye, iç, alış-veriş eləmə.

Dost qazan, düşməni nənəm də doğar.

Ağıllı düşmən ağılsız dostdan yaxşıdır.

dostluga-aid-atalar-sozler-dostluq-haqqinda-atalar-sozu-dostlar

dostluga-aid-atalar-sozler-dostluq-haqqinda-atalar-sozu-dostlar

Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?!

Dəli dostun olunca ağıllı düşmənin olsun.

Doğru dostluq qərəzsiz olur.

Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü  qalar.

Dar yerə min dost yerləşər, bir düşmən yerləşməz.

Dost dosta tən gərək, tən olmasa gen gərək.

Doğruluq dost qapısı, oğruluq düşmən çatısı.

Dost evin sil-süpür, amma düşmən evinə getmə.

Dost dostdan kənar olmaz, aralıqda mərdimazar olmasa.

Dostu düşünməyən, düşmənə dönər.

Cahil özünə düşməndi, başqasına necə dost ola bilər?!

Çaqqalla toyuğun dostluğu ölümlə bitər.

Çaqqalla toyuğun dostluğu ölümlə bitər.

Cəhd eylə dost qazan, düşmən ocaq başındadır.

Düz danışanın dostu az olar.
dostluga-aid-atalar-sozler-dostluq-haqqinda-atalar-sozu-dostlar

Dünyada iki şəxs heç vaxt dost olmaz: biri qanan, biri  qanmaz.

Düşməni yumşaqlıqla dost edən ağıllıdır.

Barıt ilə odun dostluğu olmaz.

Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı boş.

Dəvəci ilə dost olanın darvazası gen gərək.
Axtarış sözləri: dost haqqinda atalar sozleri,dost atalar sözü,dost haqqında atalar sözləri,dosta aid atalar sozleri,dosta aid atalar sözləri,dosta aid atalar sözü,atalar sozu dosta aid,yaxsi dosta aid atalar sozleri,atalar sözü dosta aid,dostluq haqqinda atalar sozleri,dostluq haqqında atalar sözləri,dostluga aid atalar sozleri,dostluğa aid atalar sözləri,dostluğa aid atalar sözü
>
To Top