-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Doğruluq Haqqında Atalar sözləri

bilgideryasi

 

dogruluga-aid-atalar-sozleri-dogruluq-haqqinda-Atalar-sozu-dogru

Allah doğruya yardı.


Məhəbbət və doğruluq məğlub edilməz.


Haqq doğruya yardır.


Yaxşılıq və doğruluq, hər ikisi birdi. 


Hesabı Doğru olanın alnı açıq olar.


Doğru büdrər, amma yıxılmaz.

Doğruluq Haqqında Atalar sözləri, atalar sözü doğru doğruluğa aid

Doğruluq Haqqında Atalar sözləri


Doğru yolda yıxılan tez qalxar.


Doğru gedən yol azmaz.


Ən yaхşı yоl düzlükdü.


Yalan olmasa doğru yeriməz.


Doğru yolun əyrisin bilməyən düzə çatmaz.


Doğru yalanı qovar.

dogruluga-aid-atalar-sozleri-dogruluq-haqqinda-sozleri-dogru-yalan.jpg



Dili Doğru, yolu Doğru.


Doğru yolla gedən yorulmaz.


Dil yanılar, doğrusunu deyər.


Doğru dil daş yarar.


Bir doğru ki, yalana oхşar, onu danışma.


Doğru söz acı olar. 

Doğruluq Haqqında Atalar sözləri,gözəl atalar sözləri,dogruluga aid,dogruluq haqqinda atalar sozleri

Doğruluğa aid Atalar sözləri


Doğru söz acı olar, nəticəsi şirin.


Doğru dostluq qərəzsiz olur.


Dostluq düzlükdədi.


Doğruluq dost qalasıdır.

Atalar Sözləri,Doğruluq Haqqında Atalar sözləri,gözəl atalar sözləri,dogruluga aid,


Doğruluq insanı heç vaxt utandırmaz.


Doğru sözü zarafata salıb deyərlər.


Doğruluq dost qapısı, oğruluq düşmən çatısı.


Düzlük haqq qapısıdı, düz dur, düz otur.


Ən böyük məhəbbət düzlükdədir.

Atalar Sözləri,Doğruluq Haqqında Atalar sözləri,gözəl atalar sözləri

Dogruluq Haqqinda Atalar sozleri


Tərəkəmədə oğru da çoxdur, doğru da.


Qaraca üzüm var, doğruca sözüm.


Dəlidən Doğru xəbər.


Sözün düzünü uşaqdan xəbər al.


Uşaq sözün düzünü deyər.


Oğru doğruluqdan danışar.


Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.

dogruluga-aid-atalar-sozleri-dogruluq-haqqinda-Atalar-sozleri-ogru.jpg


Sözün doğrusu dəmiri dələr.


Ağzı büzük bəy olsa, Doğru çıxar söz ondan.


Doğru sözdə boynum qıldan incədi.


Qələm əyri kəsilsə də, doğru yazar.


Öz dilinə nəzarət eliyə bilməyən doğruçu ola bilməz.

Doğruluq Haqqında Atalar sözləri,gözəl atalar sözləri dogruluqla bagli ogru 

Dogruluga Aid Atalar sozleri


Qıfıl oğru üçündür, mehr doğru üçün.


Doğru tutulmayınca oğru tutulmaz.


Doğru elə bilər, hamı doğrudu, əyri elə bilər, hamı əyridi.


Gözə görünməyən oğru xandan, bəydən doğru.


Əyrini tox gördüm, doğrunu ac.

dogruluga aid,dogruluq haqqinda atalar sozleri,atalar sozleri,


Pul doğrunu da susdurur.


Pis iş görən şeytanın şagirdidir, Doğrunu bilib danan şeytan özüdür.


Atsan nişana dəyər oxun Doğrusu, bir mənzilə yetməz yükün əyrisi..


Oğru qaçıb əkildi, doğru dara çəkildi.


Sən doğru ol, əyri bəlasını tapar.


Doğruya zaval yoxdu, çəksələr min divana


Ox kimi doğru olsan, əldə tutarlar səni, yay kimi əyri  olsan, çölə atarlar səni.


Doğru qapıdan gələndə, yalan bacadan qaçar.


Hesabda doğru ol, hesabdar olma, hesab bilməyənlə durub  oturma.

>
To Top