Xoş söz ürəyə qapıdı.
Xoşrəftar ol, xoş gün görəsən.
Xoş günün sorağı uzaqlardan gələr.
Qələbə sevinc gətirər.
Saz şadlıq gətirər.
Paylaşılan sevinc iki qatına çıxar.
Sevinc sevinc gətirər.
Kədəri bölüşəndə azalır, sevinci bölüşəndə – artır.
Şən qonaq heç kimə yük deyil.
Qəm-qüssə adamı qocaldar, şadlıq cavanlaşdırar.
Bir yerdə yeyəndə dadlı olar, bir yerdə işləyəndə şadlıq olar.
Xoşbəxtlik Haqqında Atalar Sözləri
Şad günün dostu çoxdu.
Bir evdə şadlıq, bir evdə - şivən.
Kədərlə sevinc qardaşdı.
Gülmək ağlamaqla əkizdir
.Bulut ağlar, çimən gülər.
Açılan solar, ağlayan gülər.
İnsan xoş günə dözməz.
Lap çox şadlıq - kədər doğurar.
Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar.
İstər şad, istər naşad - yaşamaq lazımdır.
Bir gözünü ağladır, bir gözünü güldürür.
Ev yiyəsi şad olmayanda, qonaq da bikef olar.
Qarşılıqı mehribançılıq nə qədər çox olsa, o qədər məhəbbət artar.
Yaxşı şeyə gül ki, başına gəlsin.
Xoş gördüyün umduğun olsun.
Umduğun güdməyən, bulduğun xoş görər.
Dostun könlü xoş olsun, düşmən gözü kor olsun.
Özgə qəminə şad olmamaq gərək.
Özgənin yaman gününə gülən öz gününə ağlayar.
Cavan adam kasıb da olsa, şad olur, qoca adam varlı da olsa qəmgin olur.
Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub Şad-xürrəm yaşamaq yaxşıdır.
Yoxsulluğun yolun bilən, varlılardan xoş gülər.
Uşağı yemək böyütməz, sevinc, fərəh böyüdər.
Könül xoşluğu maldan əfzəldi.